Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-901/2025 08.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 iştirakı ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəfind ən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-119/2023 nömrəli, 30 mart 2023-cü il tarixli (sədrlik edən hakim E.H.İsmayılov, hakimlər C.İ.Hüseynov və S.İ.Əliyev) hökmü ilə xx xxx 1997-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, mühafizəçi işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, X10 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin n 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.3, 126.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Məhkum təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 06 yanvar 2022-ci il tarixdən hesablanması, Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1251/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən A.F.İbrahimov, hakimlər M.Ə.Ab basov və F.Ş.Talışinskidən ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə məhkum olunmasına dair 30 mart 2023-cü il tarixli hökmünün məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Qərardan təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1251/2023 saylı qərarının Məhkum əməlində cinayət tərkibi olmadığından ləğv edilməsi, işin apellyasiya instansiya məhkəməsində yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinn 05 mart 2024-cü il tarixli 1 (102)513/2024 saylı qərarı ilə (sədrlik edən Ş.Y.Yusifov, Ə.Ə.Novruzov və R.M.Abdulovdan ibarət tərkibdə) kassasiya şikayəti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi qərara alınmışdır Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X7 (sədrlik edən və məruzəçi), X8 və X6 ibarət tərkibdə) 20 noyabr 2024-cü il tarixli, 1(103)-1115/2024 saylı qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, təqsirləndirilən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, təqsirləndirilən Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Məhkum 06 yanvar 2022-ci il tarixdən 20 noyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət cəzasına hesablanmaqla, cəzasını çəkmiş hesab edilmiş, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılmı şdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və ya kassasiya protestinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: İttihama əsasən əsasən, Məhkum bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət edilən silah qismində istifadə olunan əşyadan istifadə edilməklə qərəzli xuliqanlıq hərəkətləri törətməklə xuliqanlıq etmiş, qabaqcadan əlbir olub bir qrup şəxslə, xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Məhkum m üəyyən edilməmiş iki nəfər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 12 iyul 2021-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Savalan qəsəbəsində fərdi tikilmiş evinə gələrək, qeyri-rəsmi nikahda olduğu X2 evin həyətlərində mütəmadi səs-küy saldığından irad tutmasını cüzi səbəb kimi bəhanə edərək, müəyyən edilməyən iki nəfər şəxslə bir qrup şəxs halında əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyub, xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs uca səslə nalayiq sözlərlə təhqir edib, özünün üstünlüyünü nümayiş etdirmək, müstəsna şəxsiyyət olmasını və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək niyyəti ilə ictimai qaydanı, yəni insanlar arasında bərqərar olmuş davranış və etik qaydalarını, əxlaq normalarını kobud surətdə pozub, ətrafdakıların gözü qarşısında cəmiyyət üzvlərinə qarşı açıqca hörmətsizlik, ictimai qaydaya etinasızlıq ifadə edib xuliqanlıq edərək, müəyyən olunmamış iki nəfər şəxsin köməyi ilə onların Zərərçəkmiş şəxs müqavimət göstərməməsi üçün qollarından tutmasından istifadə edib Zərərçəkmiş şəxs yumruqla çənə nahiyəsindən zərbələr endirərək xuliqanlıq hərəkətlərini xususi qərəzli formada davam etdirib, orada olan sonuncunun oğlu - xx.xx.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan Şahid9 gözü qarşısında həmin hərəkətləri ilə sonuncuya əzab verdiyini dərk edərək silah qismində istifadə etdiyi naməlum bərk predmetdən istifadə etməklə alın nahiyəsindən zərbə endirməklə alın sümüyünün yerini dəyişən basılmış-qəlpəli sınığı kimi nəticələnmiş bədən xəsarətləri yetirməklə qabaqcadan əlbir olan bir qrup şəxslə, xususi amansızlıqla, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmuş, bununla kifayətlənməyərək hərəkətlərini inadla davam etdirib zərbələri nəticəsində yerə yıxılmış Zərərçəkmiş şəxs həmin ünvanda yerləşən “Humay” marketin qarşısına qədər yerlə sürüyərək, əl və ayağı ilə vuraraq ona baş beyin silkələnməsi, alın nahiyəsinin dərialtı hematoması, alın, ənsə nahiyələrinin əzilmiş yaraları, sol yuxarı İ, İİ dişlərinin tac hissəsinin travmatik qopması, həmin səviyyədə üst dodağa qansızma kimi qəsdən sağlamlığa yüngül zərər vuraraq və bədənin çoxsaylı sıyrıqları ilə nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək xuliqanlıq et mişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestində göstərmişdir ki, məhkəmə kollegiyası xx.xx.2024-cü il tarixli qərarı qəbul edərkən, ittiham əhəmiyyət etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm kəsb edə biləcək sübutları CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etmədiyindən və törədilmiş əməlin tövsifində səhvə yol verdiyindən, həmin qərar ləğv olunmalı olunmalıdır və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kolleqiyasının birinci dəlilinə görə, təqsirləndirilən şəxs E.Şxıyevlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs evlərinin yaxınlığında olan “Humay" marketin qarşısında rastlaşdıqdan sonra, Zərərçəkmiş şəxs arasında mübahisə evinə gedərək bı çaq götürmüş, bu zaman Şahid10 evinin qapısına çıxmış, onlar yaranmış, bunun nəticəsində Şahid10 bıçaq xəsarəti almışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, şahid qismində dindirilən heç kim hadisə vaxtı zərər çəkmiş Məmmədovanın şəxs Zərərçəkmiş şəxs əlində bıçaq olmasını gördüklərini bildirməmiş, yalnız Kəbutər ona "mənim üstümə bıçaqla gəlirsən?” sözlərini eşitdiklərini bildirmişlər.i Belə ki, istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Emilin öz evindən çıxıb qaça-qaça Şahid10 evinə getdiyini görmüş, bu zaman hava ala-qaranlıq olduğu üçün Zərərçəkmiş şəxs əlində bıçaq görməmişdir. Zərərçəkmiş şəxs əlində bıçaqla Şahid10 evinə getməsi və sonuncunu biıçaqla vurmasını yalnız müdafiə tərəfi, yəni təqsirləndirilən şəxs Elməddin Şxıyev və Şahid10 öz ifadələrində bildirmişlər. Apellyasiya instansiya məhkəmə kollegiyası isə heç bir araşdırma aparmadan əsassız olaraq onların ifadələrini mötəbər hesab etmişdir. Belə ki, məhkəmə kollegiyası hansı əsasla Zərərçəkmiş şəxs Şahid10 bıçaqla vurması qənaətinə gəldiyini qərarında göstərməmiş, qismən məhkəmə istintaqı ilə aparılan məhkəmə baxışı zamanı istər Elməddin ölçüsü, Şxıyev, istərsə də Şahid10 dindirilərkən onlardan həmin bıçağın əlamətləri, yəni rəngi. Apellyasiya təxmini uzunluğu barədə soruşmamış, əhəmiyyətli olan bu detalı araşdırmamışdır. olduğunu icraatında Şahid10 şahid qismində dindirilərkən Emilin əlində bıçaq ifadəsindən gördüyü və ona “buna bax, bu mənim üstümə bıçaqla gəlir” deyə bildirdiyinə dair bilərdi. Lakin d ə məhkəmə müəyyən edildiyi kimi sonuncu həmin bıçağın zəruri əlamətləri barədə məlumat verə kollegiyası cinayət əməlinin tövsifi üçün zəruri olan bu halı araşdırmamış. təqsirləndirilən zərər çəkmiş şəxsin şəxsin şahidə hansı bıçaqla xəsarət yetirməsini dəqiqləşdirməmiş, şahidin ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün verdiyi sonuncunu müdafiə xarakterli əsas götürmüşdür. Bundan başqa apellyasiya instansiya məhkəməsində 29 may 2024-cü il tarixli məhkəmə Ağayevin şahid qismində dindirilən Şahid6 dövlət ittihamçısının "Siz Emil görmüsünüzmü? Şahid10 evinə gedərkən və orada olduğu müddətdə əlində bıçaq Məhkəmə sualına “Xeyr, mən Emilin əlində bıçaq görməmişəm” deyə cavab vermişdir. kollegiyası isə şahidin bu ifadəsinə əhəmiyyət verməmişdir. Həmçinin Şahid6 ibtidai isintaq zamanı verdiyi ifadəsində də bıçaqlanma hadisəsinin zaman qıraqdan deməmiş, onun ifadəsindən görünür ki, "Kəbutərlə Emil əlləri ilə süpürləşirdilər, bu Elməddinin gəldiyini gördüm, Elməddin yerdən götürdüyü daş parçasını yıxıldı, Emilə atdı, Kəbutər bu zaman Kəbutər Emilin yaxasından tutmuşdu, həmin zərbədən Emil yerə də onun üzərinə yıxıldı”" (Cild İİ, i.v. 39-43) olduğuna Apellyasiya instansiya məhkəmə kollegiyasının əsaslandığı Zərərçəkmiş şəxs əlində bıçaq iclasında dair ifadə verən Şahid7 isə 17 iyul 2024-cü il tarixli məhkəmə şahid qismində dindirilərkən “Emilin əlindəki bıçağı parıltısından gördüm” deyə cavab araşdırma vermişdir. Lakin burda da məhkəmə kollegiyası hərtərəfli, tam və obyektiv etməsini dəqiqləşdirməmişdir. aparmamış, şahiddən Zərərçəkmiş şəxs əlində parıldayan aləti nə üçün bıçaq z ənn əlində Göründüyü kimi hadisənin bilavasitə şahidi olan Şahid6 həmin vaxt Emi Ağayevin zənn etdiyini bıçaq görmədiyini, Şahid7 parıldayan alətin olduğunu gördüyünü və onu bıçaq bildirmiş, apellyasiya instansiya məhkəmə kollegiyası tərəfindən isə həmin ifadələrə düzgün hüquqi qiymət verilməmiş, Elməddin Şxıyev və Şahid10 həmin bıçağın verdiyi zəruri əlamətləri soruşulub aydınlaşdırılmamış, təqsirləndirilən şəxs və ona yaxın olan şahidin olmaması bu məzmunlu ifadənin təqsirləndirilən şəxsi məsuliyyətdən qurtarmaq məqsədinin olub- dəqiqləşdirilməmişdir. Məhkəmə kollegiyasının ikinci dəlilinə görə, Zərərçəkmiş şəxs Şahid10 bud nahiyyəsindən bıçaqla bir zərbə vurub ona xəsarət yetirdikdən sonra Məhkum həm birlikdə yaşadığı qadını, həm də özünü qorumaq məqsədilə yerdən daş parçası götürüb Zər ərçəkmiş şəxs tərəf ataraq ona baş nahiyyəsindən xəsarətlər yetirməsi, sonra isə əlbəyaxa olarkən E.Şxıyevin Zərərçəkmiş şəxs əlindən bıçağı alıb kənara atması, sonuncuya əlləri və təpiklə də zərbələr endirməsi apellyasiya icraatında da şahid ifadələri ilə bir daha öz təsdiqini tapmışdır. Bununla bağlı qeyd etmək lazımdır ki, Şahid10 apellyasiya instansiya məhkəməsində zaman Emilin verdiyi ifadəsində Emilin əlindəki bıçağı gördükdə onun üstünə yeridiyini, bu üstünə yıxıldığını və bıçağın ona dəydiyini bildirmişdir. (!!!) Şahid6 hadisənin baş verdiyi vaxtdan qısa müddət sonra, yəni hazırki apellyasiya instansiyasindaki məhkəmə baxişindan əvvəl hadisəni daha yaxşı xatırladığı birinci instansiya məhkəməsində 09 avqust 2022-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsində də göstərmişdir ki, “Kəbutərlə Emil bir-biri ilə ucadan söyüşlə danışırdılar, bu zaman kənardan Elməddinin gəldiyini gördüm, həmin zaman Elməddin yerdən götürdüyü daş parçasını Emilə tərəf atdı, bu zaman Kəbutər Emilin yaxasından tutmuş vəziyyətdə idi. həmin zərbədən Emil yerə yıxıldı, Kəbutər də onun üzərinə yıxıldı, Elməddin Emilin üzərinə cumarag ona təpik və yumruqla zərbələr endirdi, həmin zaman Kəbutərin xəsarət almasını biz bilmədik. Göründüyü kimi əgər Zərərçəkmiş şəxs əlində bıçaq olmuşdursa belə, sonuncu həmin bıçaqla Şahid10 qəsdən vurmamış, onun belə bir niyyəti də olmamış, ona görə də Elməddin Şxıyev də zəruri müdafiə vəziyyətində olmamışdır. Bununla bağlı qeyd olunmalıdır ki, apellyasiya instansiya məhkəmə kolleqiyası konkret hansı şahid ifadəsinə əsasən belə qənaətə gəldiyini açıqlamamış. hans ı sübutların tədqiqi ile təqsirləndirilən şəxs Elməddin Şxıyevin Zərərçəkmiş şəxs qəsd xarakterli hərəkətindən özünü müdafiə vəziyyətində olmasını müəyyənləşdirməmiş, yalnız ümumi sözlərdən istifadə etməklə bu qənaətini əsaslandırmağa çalışmışdır. Həmçinin apellyasiya instansiya məhkəmə kollegiyası cinayət işinin materiallarında olan sənədləri aydınlaşdırmamış düzgün tədqiq etməmiş, Şahid10 verdiyi ziddiyyətli ifadələri və baş vermiş hadisəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Şahid10 və Elməddin Şxıyevin ifadəslərindən göründüyü kimi Emil Məmmədova əlində bıçaqla Elməddin Şxıyevi vurmaq üçün ona tərəf gedərkən Kəbutər araya girmiş və bu zaman Zərərçəkmiş şəxs əlindəki bıçaqla onu vurmuşdur. Lakin apellyasiya instansiya məhkəmə kollegiyası bu xüsusatı da hərtərəfli, tam və obyekt iv dəqiqləşdirməmişdir. araşdırmmaış, Zərərçəkmiş şəxs bıçaqla Şahid10 hansı nahiyyəsindən vurduğunu görmədiyini, Şahid10 digər ifadələrində isə Zərərçəkmiş şəxs onu bıçaqla vurduğunu gördüyünü sonuncunun üzərinə yıxıldığını və ayağa durduqda ayağından qan axdığını bildirmişdir. Apellyasiya instansiya məhkəmə kollegiyası isə baş vermiş hadisəyə və təqsirləndirilən və hadisənin digər iştirakçılarının əməllərinə düzgün hüquqi qiymət verilməsi üçün zəruri olan bu ziddiyyətləri aydınlaşdırmamış, Zərərçəkmiş şəxs əgər bıçaqla Şahid10 vurmuşdursa ayağının hansı tərəfindən (ön və ya arxa) və hansı nahiyyəsindən (yuxarı və ya aşağı nahiyyəsindən) Məmmədovanın vurduğunu aydınlaşdırmamış, cinayət işinin materiallarında Kəbutər edib qiymətləndirməmişdir. barəsində olan məhkəmə-tibbi ekspertiza rəyini işin halları ilə əlaqəli şəkildə tədqiq edib qiymətləndirməmişdir. Belə ki, iş üzrə təyin edilmiş 16 iyul 2021-ci il tarixli, 1027 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Şahid10 bədəni üzərində sol bazunun yuxarı aşağı 1/3-nin ön səthində 6,0x4,0 sm, hər iki kürək nahiyyəsində 4,0 x1,5 sm; 5,0x3,0 sm; sağ saidin 1/3-nin ön səthində 4,0x3,0 sm, sol budun yuxarı 1/3-nin ön səthində 3,0x2,0 sm ölçülərdə, göyümtül-qırmızımtıl rəngli, oval və qeyri-müəyyən formalı qançırlar vardır. Sağ budun yuxarı 1/3- əlin nin bayır arxa səthində səthində 1,2x0,3 sm ölçüdə kənarları hamar, üzərində cərrahi tikişlər olan yara vardır. Sağ ötülü 0,7x0,3 sm ölçüdə, kənarları hamar, üzəri tünd qırmızı rəngli qurumuş qanla Məmmədova yara vardır. Kəbutər Digər xəsarətlər aşkar edilmədi. Eskperti zaya təqdim edilmiş 3 saylı ŞKX-da vət. arayışdan Vaqif qızının adına tərtib olunmmuş xx.xx.2021-ci il tarixli, 1269 saylı tibbi görünür ki, Şahid10 xx.xx.2021-ci il tarixdə xəstəxananın travmotoloji yardım sm) şöbəsinə diaqnozu müraciət etmiş, ona “sağ budun yuxarı bayır səthinin kəsilmiş-deşilmiş yarası (2,0x0,5 təyin edilmişdir. Şahid10 sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ əlinin kəsilmiş səthi yarası, sol bazı, hər iki kürək, sağ said, sol bud nahiələrinin qançırları aşkar edilmişdir. Xəsarətlərdən sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası kəsici- deşici, sağ əlin kəsilmiş səthi yarası isə kəsici kənara malik alətin (əşyanın), sol bazu, hər iki kürək, sağ said, sol bud nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yaranma müd dəti ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən 12 iyul 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xarakterinə və lokalizasiyasına görə, onların müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Şahid10 ifadələri, onun bədəni üzərindəki xəsarətlərin lokalizasiyası ilə məhkəmə tibbi ekspertizasının rəyini əlaqəli şəkildə tədqiq etdikdə aydın olur ki, Şahid10 ayağının bayır səthində olan kəsilmiş-deşilmiş yara, əlinin bayır səthində olan kəsilmiş yara və hər iki kürəyində olan qançırlar onun arxası üstə yıxılması nəticəsində əmələ gəlmişdir. Halbuki Şahid10 birinci instansiya məhkəməsində 26 iyul 2022-ci il tarixli məh kəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs onu yenə vurmasının qarşısını almaq üçün əli ilə bıçaqdan tutduğunu bildirmişdir. Bu məntiqlə yanaşdıqda kəsilmiş yara onun əlinin iç səthində. yəni ovucun içində olmalı idi, əlin bayır səthi ilə bıçağın tutulub saxlanılması məntiqi cəhətdən qeyri-mümkündür. Dövlət ittihamçısı yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2024-cü il tarixli qərarının ləğv edilərək yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməs ində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansi yası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normaları nın düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində mübahisələndirilən məsələlərdən biri məhkum X4 törətdiyi cinayət əməlinin əsassız olaraq Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3cü maddələrindən həmin Məcəllənin 130.1-ci maddəsinə tövsif edilməsinə dair birinci və apellyasiya instansiyası məhkəmlərinin gəldiyi nəticənin səhv olması barədədir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsasl anmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşma lıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliy i, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xü susiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətm əkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarlarında müəyyən olunan hallar əsasında X4 Cinayət Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya protestinin X4 həmin maddə ilə düzgün tövsif olunmaması barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protetində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. X4 törətdiyi əməlinin Cinayət Məcəlləsinin 126.2.1, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə tövsif edilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bakı Apellyasiya Məhkəməsi gəldiyi nəticə ilə bağlı öz qərarında göstərmişdir ki, “...Hazırki iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutların, o cümlədən Məhkum barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 mart 2023-cü il tarixli hökmünün və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının kassasiya qaydasında mübahisələndirilən 16 iyun 2023-cü il tarixli qərarının yuxarıda təsvir edilənlərlə müqayisəli təhlili göstərir ki, 12 iyul 2021-ci il tarixdə baş vermiş münaqişənin kökündə Zərərçəkmiş şəxs Məhkumlə ər-arvad münasibətlərində olduğu Şahid10 sonuncunun öz yaşadığı evində uca səslə söyüş söyməsinə görə (bu hal ümumiyyətlə nə ibtidai araşdırma orqanı, nə də ki məhkəmələr tərəfindən aydınlaşdırılmamış və həmin xüsusat üzrə hər hansı araşdırma aparılmamışdır) irad bildirərək məhz onların bu zəmində mübahisə etmələri dayanmış (bunu Zərərçəkmiş şəxs də inkar etməmişdir) və həmin vaxt Zərərçəkmiş şəxs özü təkidlə Məhkum gəlib mübahisəyə aydınlıq gətirilməsini tələb etmişdir. Yalnız bundan sonra Şahid10 Zərərçəkmiş şəxslə mübahisələri olduğunu, sonuncunun onu təhqir etməsini Məhkum bildirərək onun evə gəlməsini xahiş etmiş, sonuncu da dostu X1 ilə birlikdə oraya gəlmişdir. Həmçinin araşdırılmış sübutlara görə, Məhkumlə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında münaqişə küçədə baş versə də, istər ibtidai araşdırma orqanı, istərsə də məhkəmələr həmin vaxt ictimai qaydanın pozulması ilə bağlı heç bir halı araşdırmamış, həmin halların müəyyən edilməsi üçün münaqişədə bu və ya digər şəkildə iştirak etmiş şəxslərdən baş qa həmin vaxt hadisə yerində olmuş şəxslərin yalnız bir qismi dindirilmiş, o cümlədən Məhkum qəsdinin Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə yanaşı həm də ictimai qaydanın pozulmasına və cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan hərəkətləri etməyə də yönəlməsi, zor tətbiq etmə cinayətini xuliqanlı niyyəti ilə və ya başqa niyyətlə, yaxud hər hansı digər səbəbdən və motivlə törətməsi aydınlaşdırılmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxsin, onun yaxın qohumlarının və onun ailəsinə yaxın olan şəxsin (Şahid4) ifadələrindən başqa toplanmış və araşdırılmış digər sübutlarla Məhkum başqa şəxslərlə birlikdə qrup təşkil etməsi, gücünü nümayiş etdirərək qalmaqal salmağa meyillik göstərməsi, səs-küy salması, yaxud da ictimai yerdə küçədə nalayiq ifadələr işlətməsi və ən əsası, ədəbsizliyin qarşıs ını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas alması və ittiham olunduğu cinayətdən də ağır cinayəti törətmək niyyətində olaraq buna cəhd etməsi müəyyən edilmir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ibtidai araşdırma zamanı Zərərçəkmiş şəxs Şahid11la üzləşdirərkən, Şahid5 isə digər şəxslərlə birlikdə ona tanınmaya təqdim edilərkən zərərçəkmiş şəxs onları tanımadığını, onun Məhkumlə birlikdə ikinci şəxs tərəfindən beş-barmaqla vurulmasını bildirsə də, bu məsələyə məhkəmələr heç bir aydınlıq gətirməmiş, istintaq orqanı da zərərçəkmiş şəxsin ifadələrini qismən inandırıcı hesab edərək Məhkum qarşı irəli sürülmüş ittihamda münaqişədə iştirak etmələri ehtimal olunan şəxslərin hər hansı birinin Zərərçəkmiş şəxs döymələrini, yaxud da hansısa əşya ilə vurmalarını deyil, onların Zərərçək miş şəxs müqavimət göstərməməsi üçün qollarından tutmasını və bundan istifadə edən Məhkum zərərçəkmiş şəxsi təkbaşına döyməsini qeyd etmiş, sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2022-ci il tarixli qərarda isə əks nəticəyə gələrək Zərərçəkmiş şəxs döyərək ona xəsarətlər yetirmiş naməlum iki nəfər şəxslərin barəsində CM-nin 221.3-cü maddəsi ilə, eyni tarixli başqa qərarla – CM-nin 126.2.1-ci maddəsi ilə (həmin rəqəm qərarda əllə düzəldilmişdir) cinayət işi başqa icraata ayrılmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs ifadələrində hadisə zamanı iki dəfə - öz evinin qarşısında və “Humay” marketin qarşısında döyülməsi barədə qonşularından eştdiyini göstərmiş, lakin ona belə məlumat verən həmin qonşuları olan şəxslər ibtidai araşdırma zamanı müəyyən edilməyərək dindirilməmiş, məhkəmələr də bu xüsusatı aydınlaşdırmaq üçün heç bir hərəkət etməmişlər. Halbuki ibtidai araşdırma zamanı Məhkum müdafiəçisi Müdafiəçi1 vəsatəti əsasında dindirilmiş şahidlər Şahid6, Şahid7 və Şahid8 (Zərərçəkmiş şəxs qonşuları) nəinki zərərçəkmiş şəxsin ifadələri ilə kəskin ziddiyyət təşkil edən, həmçinin Məhkum və Şahid10 ifadələri ilə qismən də olsa uzlaşan ifadələr vermiş və həmin ifadələrini məhkəmə iclasında da təkrarlamışlar. Göründüyü kimi, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai araşdırma zamanı və məhkəmə iclasında verdikləri və yuxarıda təsivr olunmuş ifadələri arasında kifayət qədər ziddiyyətlər olmuş, lakin məhkəmə araşdırmaları zamanı həmin ziddiyyətlər aradan qaldırılmamış, məhkəmə iclasında adları göstərilən şəxslərin çarpaz şəkildə dindirilmələri təmin olunmamış, nəticədə də iş üzrə qəbul edilmiş yekun məhkəmə aktları faktiki olaraq həmin ziddiyyətli ifadələr əsasında qəbul edilmiş, digər tərəfdən isə istər ibtidai araşdırma orqanı tərəfindən şahidlər Şahid10, Şahid6, Şahid7 və Şahid8 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında, hər birisinin ayrı-ayrılıqda verdikləri ifadələrinə hüquqi qiymət verilməmiş, həmin ifadələrin məhkəmələr tərəfindən sübut kimi qəbul edilməməsinin səbəbləri isə nə hökmdə, nə də ki, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi 16 iyun 2023-cü il tarixli qərarda əsaslandırılmamış, bununla da sübutların tədqiqinə və qiymətləndirilməsinə dair qanunvericiliyin tələbləri pozulmuşdur. Digər tərəfdən məhkəmələr hazırki işə baxarkən aşağıda göstərilən bəzi halların tədqiqindən ümumiyyətlə imtina etmişlər, halbuki məhkəmə kollegiyas ının qənaətinə görə, bu hallara dair sübutların tədqiqi və qiymətləndirilməsi də Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi barədə bu və ya digər nəticəyə gəlmək üçün xüsusi əhəmiyyət kəsb etmişdir. Belə ki, Məhkum və Şahid10 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında ardıcıl olaraq hər birisi-ayrılıqda təkidlə göstərmişlər ki, Kabutər Məmmədova ilə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə baş verdikdən sonra sonuncu yaşadığı evə gedib oradan bıçaq götürərək Məhkum üzərinə gəldikdə Şahid10 onun qarşısına çıxmış, həmin an Zərərçəkmiş şəxs onun bud nahiyyəsindən bıçaqla bir zərbə vurub ona xəsarət yetirmiş və yalnız bundan sonra Məhkum həm birlikdə yaşadığı qadını, həm də özünü qorumaq məqsədilə yerdən daş parçası götürüb E,R.Ağayevə tərəf ataraq on a baş nahiyyəsindən xəsarətlər yetirmiş, sonra isə onlar əlbəyaxa olarkən Elməddin Ağayev Zərərçəkmiş şəxs əlindən bıçağı alıb kənara tullamış, sonuncuya əlləri və təpiklə də zərbələr endirmiş, həmin bıçağı isə Şahid10 növbəti gün polis əməkdaşlarına təqdim etmişdir (bıçağın təqdim edilməsi və götürülməsi barədə təhqiqat orqanı tərəfindən heç bir prosessual sənəd tərtib edilməmişdir). Bu halları öz ifadələrində həmçinin şahidlər Şahid6, Şahid7 və Şahid11 da təsdiq etmişlər. Cinayət işinin materiallarından göründüyü kimi, Şahid10 bir ədəd mətbəx bıçağını polis orqanların təqdim etməsi, həmin bıçağın saxlanıldığı yerin müəyyən edilməsi, bıçaq üzrə müvafiq tədqiqatın aparılması, o cümlədən məhkəmə-kriminalistik ekspertizasının keçirilməsi zərurəti ibtidai araşdırma zamanı tərtib edilmiş bir ç ox prosessual sənədlərdə əksini tapsa da, ibtidai araşdırma orqanı tərəfindən bu istiqamətdə heç bir tədbir görülməmiş və məhkəmələr də bu kimi hallara diqqət yetirməmişlər. Bununla yanaşı, ilkin araşdırma zamanı keçirilmiş məhkəmə-tibbi ekspertizasının 13 iyul 2021-ci il tarixli 1027 saylı rəyi ilə müəyyən edilmişdir ki, həmin tarixdə Şahid10 məhkəmə-tibbi müayinəsinə və tibbi arayışa əsaslanaraq ekspert belə nəticəyə gəlmişdir ki, sonuncuda sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ əlinin kəsilmiş səthi yarası, sol bazı, hər iki kürək, sağ said, sol bud nahiələrinin qançırları aşkar edilmişdir. Xəsarətlərdən sağ bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası kəsici-deşici, sağ əlin kəsilmiş səthi yarası isə kəsici kənara malik alətin (əşyanın), sol bazu, hər iki kürək, sağ said, sol bu d nahiyələrinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər. Xəsarətlərin yaranma müddəti ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən 12 iyul 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həmin xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Xarakterinə və lokalizasiyasına görə, onların müayinə olunan şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İbtidai araşdırma orqanı tərəfindən sübutların qiymətləndirilməsi haqqında 12 aprel 2022-ci il tarixli qərarla Şahid10 yuxarıda göstərilən xəsarətlər alması faktı üzrə CM-nin 128-ci maddəsi ilə cinayət işi başqa icraata ayrılsa da, məhkəmə kollegiyası hesab etmişdir ki, işin faktiki hallarının dəqiq müəyyən edilməsi, yəni K onstitusiyanın 125- ci maddəsinin Vİİ hissəsində tələb edildiyi kimi, həqiqətin müəyyən olunması, habelə CMnin 36-cı maddəsinin tətbiqi üçün əsasların olub-olması mümkünlüyünün yoxlanılması üçün yuxarıda təsvir edilən sübutların, o cümlədən məhkəmə-tibbi ekspertizasının 13 iyul 2021ci il tarixli 1027 saylı rəyinin tədqiqi zəruri olmuşdur ki, məhkəmələr də heç bir səbəb göstərmədən bu sübutların tədqiqindən imtina etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, hərəkətin müdafiə xarakterli olubolmamasını (o cümlədən, qarşılıqlı dalaşma şəraitində baş verib-verməməsini), onun nə dərəcədə zəruri olduğunu, ictimai-təhlükəli qəsdlə müdafiə arasında uyğunluğun gözlənilib-gözlənilmədiyini düzgün müəyyən etmək üçün hadisədə bilvasitə iştirak edən şəxslərin qarşılıqlı hərəkətləri ilə yanaşı, hadis ənin baş verdiyi şərait də, o cümlədən digər şəxslərin hadisəyə cəlb edilib-edilməməsi, əgər cəlb ediliblərsə, onların nə kimi rol oynaması diqqətlə araşdırılmalıdır. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, Məhkum Zərərçəkmiş şəxs sonuncuda aşkar edilmiş xəsarətləri xüsusi amansızlıqla, yəni sonuncunun azyaşlı uşağının gözləri qarşısında törətməsi, bu zaman ona iztirab verməsini dərk etməsi də məhkəmələr tərəfindən sonacan araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi isə təhlil edilən tövsifedici əlamətə yalnız təfsir verməklə kifayətlənmişdir....” Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkumun əməlinin Cinayət Məcəlləsinin 126.2.1, 12 6.2.3, 126.2.4 və 221.3-cü maddələrinə tövsif edilməsi barədə irəli sürülmüş dəlillərdə qanuni əsaslar mövcud deyil və kassasiya protestinin bu barədə dəlilləri tam əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apelyasiya məhkəməsi məhkum X4 əməlini Cinayət Məcəlləsinin 130.1-ci maddəsinə tövsif edilməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Aşağı instansiya məhkəmələrinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi cinayət işi üz rə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, X4 narkotik vasitəni məhz satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərə findən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan R espublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitus iya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan d avranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarında müəyyən olunan hallar əsasında cinayət əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmələr tərəfindən X4 törətdiyi cinayət əməlinin tövsifində səhvə yol verməmiş, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyə n edilmişdir. Göstərilənlərə əsasən, kassasiya protestinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 noyabr 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişikliksiz saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilm əsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 130.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1115/2024 saylı, 20 noyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-901/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-901/2025
08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver