Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-902/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Aytac Səfa qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 1(107)-283 /2021 nömrəli qərarından dövlət ittihamçısı Telman Əhmədov tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Təqsirləndirilən şəxs xx xxx 1977-ci ildə Şəki rayonu Baş Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 09 iyul 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında qərarın istehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtlər inin 9.10-cu bəndinin tələblərini, yəni istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğu halda həmin tələbi pozaraq, 12.11.2018-ci il tarixdə Azərişıq Açıq Səhmdar Cəmiyyətinin Şimal Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin Şəki Elektrik Şəbəkənin əməkdaşları tərəfindən yaşadığı Şəki rayonu Baş Şabalıd kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə elektrik enerjisindən istifadəyə görə 117872 №li, həmin tarixli Aktla rəsmiləşdirilmiş 684.20 manat cəriməni, yeni quraşdırılan sayğaca görə 5.25 manat və elektrik enerjisindən istifadəyə görə 29.62 manat olmaqla, ümumilikdə 719.07 manat məbləğində borcunu ödəmədiyi üçün, 27 fevral 2020-ci il tarixdə, saat 13 radələr ində hakimiyyət nümayəndəsi, "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nin Balans şöbəsinin nəzarətçi-mühəndisi Zərərçəkmiş şəxs vəzifə təlimatına uyğun olaraq elektrik enerjisinə olan borcların ödənişinin, kəsim ilə bağlı məsələlərin təşkili və nəzarətdə saxlanılması, ödəniş etməyən abonentlərə enerji verilişinin dayandırılması, tərtib olunmuş aktlar üzrə enerjinin haqqının yığılmasını təmin etmək üçün onun yaşadığı evin qarşısında xidməti vəzifələrini icra edib elektrik enerjisinin verilişini dayandırdığı zaman Zərərçəkmiş şəxs yaxınlaşıb öz etirazını bildirərək onun xidməti vəzifələrinin icrası ilə bağlı qanuni tələblərinə qəzəblənərək qəsdən sifət nahiyəsinə yumruqla zərbə endirməklə, sonradan isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona burun sümüyünün yerdəy işən qəlpəli sınığı, burun tənəffüsünün hər iki tərəfdə pozulması xarakterli, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirərək xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs zor tətbiq etməklə müqavimət göstərmiş və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur.İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir.
3. Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim P.Hacıyev) 09 iyun 2021-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 315-ci maddəsi xaric edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsindən 127.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməsi, cinayət işinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə xitam verilməsi və o, həmin hissədə cinayət məsuliyyətindən azad edilmişdir.
4. Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Elmar İsmayılov apelly asiya protesti verərək Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 315 və 127.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyalarında nəzərdə tutulan həddə cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni hökmünün çıxarılması xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci tarixli, 1(107)-283/2021 nömrəli qərarı apellyasiya protesti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(075)-5/2021 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 dekabr 2021-ci il tarixli, 1(107)-283/2021 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri
7. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eyni olmuş, kassasiya protestinin müəllifi onları təkrarlamaqla kassasiya protestində qeyd etmişdir ki, məhkəmələr tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilmədiyindən, bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs Bəşarat oğluna irəli sürülmüş ittihamdan CM-nin 315-ci maddəsi xaric edilərək əməli CM-in 127.2.1-ci maddəsindən CMin 127.1-ci maddəsinə tövsif edilməsində səhvə yol verilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azər baycan Respublikası CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 1(107)-283/2021 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
8. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər 9.Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir. 10.Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə y oxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 127.2.1-ci maddəsindən 127.1-ci maddəsinə dəyişdirildiyini iddia edərək, mübahisələndirilən qərarın l əğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 1(107)-283/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respubl ikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb ol unur.
18. Təqsirləndirilən şəxs əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə tövsif olunmasının mübahisələndirilməsi üzrə dövlət ittihamçısı tərəfindən irəli sürülmüş dəlillər apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.
19. Apellyasiya instansiya məhkəməsi öz qərarında tamamilə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, baş vermiş hadisə xidməti vəzifəsinin dairəsinə daxil olan hərəkətlərlə bağlı olmamışdır. Zərərçəkmiş şəxsin hadisənin baş verdiyi zaman səlahiyyətlərindən kənara çıxdığı açıq-aşkar olduğundan məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirmişdir.
20. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, cinayət-prosessual qanunverciliyinin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanının (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Məhkum Təqsirləndirilən şəxs etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq ed ilmişdir
21. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş, həmin hal cinayət işinin materiallarının, toplanmış sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq birbiri ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə öz təsdiqini tapmışdır.
22. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr, apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işi n hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya protestində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
23. Qeyd edilən nəticəyə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 24.Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). 25.Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin T əqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir. 26.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun keçirilmiş, faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və qanuni yekun qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların ol madığını göstərir. 27.Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edənlərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 1(107)283/2021 nömrəli dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs barəsində olan 13 dekabr 2021-ci il tarixli, 1(107)-283/2021 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.