Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-902/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum, məhkumun müdafiəçiləri Müdafiəçi4 və Müdafiəçi3 iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından Mə hkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Natiq Əliyev (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Faiq Mahmudov) 26 may 2022-ci il tarixli, 1(100)-124/2022 nömrəli hökmü ilə xx xxxxxx 1984-cü il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ortatəhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 07 (yeddi) il 10 (on) ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssi səsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 09 avqust 2021-ci il tarixdə, saat 12 radələrində Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən “Ağ Saray” şadlıq sarayının avtomobil dayanacağında nəzarətçi işləyən vaxt saraya gələn qonaqların nəqliyyat vasitələrinin dayanacağa yerləşdirilməsinə istiqamət göstərmək üçün istifadə etdiyi rezin çubuğun (dubinkanın) həmin restoranda ofisiant kimi işləyən Zərərçəkmiş şəxs tərəfindən götürülərək onun ələ salındığını zənn etdiyindən aralarında yaranmış mübahisə zamanı sonuncunun onun ailəsinin ünvanına nalayiq söyüşlər söydüyündən, qisas almaq niyyəti ilə restoranın binasının giriş hissəsində olan pilləkənin üzə rində əvvəlcədən əldə edib üzərində saxladığı soyuq silah hesab edilməyən, tiyəsi 65 mm, dəstəyi 90 mm olmaqla ümumi uzunluğu 155 mm olan, qatlanmayan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsi nahiyyəsinə qəsdən 1 dəfə zərbə endirərək sonuncuya pnevmotoraksla müşayiət olunan döş qəfəsinin ön divarının daxilə keçən kəsilmiş deşilmiş yarasından ibarət həyatüçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirdikdən sonra Zərərçəkmiş şəxs restoranın foyesinə itələyərək yerə yıxıb əlində olan bıçaqla onun boğaz nahiyyəsindən təkrarən xəsarət yetirmək istəyərkən, ətrafda olan Şahid4 və Şahid2 müdaxilə edərək onu ayırdığından, eləcə də Şahid6 və Şahid5 tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, öz iradəsindən asılıolmayan səbəblərə görə qəsdən adam öldürməkdə ifadə olunan cinayət əməlini başa çatdıra bilməyib, Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Çingiz Məmmədov və Elçin Xasməmmədov) 1(104)-475/2022 nömrəli, 13 oktyabr 2022-ci il tarixli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1(104)-475/2022 nömrəli qərarının ləğv ed ilməsi, cinayət işinin yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini, yaxud araşdıraraq ədalətli qərar çıxarılmasını və psixiatrik ekspertizadan rəy almaq üçün onun Maştağa ruhi-əsəb dispanserinə göndərilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 1(104)-475/2022 nömrəli qərarının ləğv edilməsini, Məhkum törətmiş olduğu cinayət əməlinin düzgün tövsif edilməsi və məsuliyyəti yüngülləşdirən halların obyektiv olaraq nəzərə alınması üçün cinayət işinin Gəncə Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona elan edilmiş ittihamdan fərqli olaraq Zərərçəkmiş şəxs Rəfayıl oğlu onu ələ saldığına görə aralarında yaranan mübahisə zamanı ona gücü çatmayacağını zənn edib qorxutmaq niyyəti ilə onu itələyərək yerə yıxmışdır və ona təkrar xəsarət yetirmək niyyəti yox, onu yerdən qaldırmaq niyyəti ilə onun üzərinə getmişdir və ətrafda olanların köməkliyi ilə onu vaxtında xəstəxanaya çatdırılmasına köməklik göstərmişdir. Onu yenidən vurmaq niyyəti olmayıb, onu qəsdən həyatdan məhrumetməyə cəhd etməmişdir, barəsində toplanmış, yalançı sübutlar öz təsdiqini tapmamış, birinci instansiya məhkəməsi öz hökmündə hansı səbəbdənsə məhkəmə istintaqı zamanı verilmiş ifadələri deyil, məhz ibtidai istintaq zamanı verilmiş, müstəntiqin yazmış olduğu yalançı ifadələri əsas götürərək yalançı ittiham irəli sürmüşdür. Belə ki, istintaq qeyd edir ki, guya onun əlindən bıçağı yanındakılar alıb, guya bıçağı almasalar o, zərərçəkmiş şəxsi qətlə yetirəcəkdi. Halbuki, o, bıçağı özü istintaq orqanına təhvil vermişdir. Kassator onu da qeyd edir ki, o, vətən müharibəsinin iştirakçısı olmuşdur, qardaşı İ Qarabağ müharibəsində şəhid olub, onun adına Yevlax şəhərində küçə və məktəb var. Məhkumun müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən sübutların tam və obyektiv araşdırmaması nəticəsində səhv nəticəyə gəlmişdir. Belə ki, cinayət işinə əlavə edilmiş ibtidai istintaq materiallarından və eyni zamanda birinci instansiya məhkəməsindəki araşdırmalardan da göründüyü kimi sözügedən cinayət hadisəsinin baş vermə səbəbləri, cinayət hadisəsi baş verən məqamda Məhkum hansı vəziyyətdə olması ( psixoloji cəhətdən-mövcud xəstəlikləri ilə əlaqədar), eyni zamanda Məhkum Zərərçəkmiş şəxs təkrar vurmaq, xəsarət yetirmək imkanlarını tam araşdırmamışdır. Digər tərəfdən, nə ibtidai istintaq orqanı və nə də məhkəmələr tərəfindən Məhkum həqiqətən də ruhi-əsəb xəstəsi olması, məcburi köçkün olaraq imkansız olması, maddi cəhətdən çətinliklər içərisində olduğu üçün şadlıq sarayının avtomobil dayanacağında nəzarətçi işləyərək qəpik-quruş qazanmağa məcbur olması, zərərçəkən Zərərçəkmiş şəxs qeyri-qanuni hərəkətləri, yəni onun istifadə etdiyi rezin çubuğu götürərək sözün həqiqi mənasında onu ələ salması və sonra də onu küçə söyüşləri ilə təhqir etməsi nəzərə alınmamışdır (zərərçəkmişin qeyri-qanuni hərəkətləri). İş materiallarında olan video görüntülərdən də göründüyü kimi Məhkum hadisə baş verə n anda birinci xəsarəti yetirdiyi anda dərhal ikinci və daha çox zərbələri endirmək imkanları olmuşdur, lakin o, xəstəliyi və zərərçəkmiş şəxsin qeyri-qanuni hərəkətləri nəticəsində affekt vəziyyətində olsa da bunu etməmiş, sadəcə görüntü yaratmışdır ki, yenə də vura bilər. Elə bu səbəbdəndir ki, iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə verərək Məhkumlə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İşə əlavə edilmiş sənədlərdən də göründüyü kimi yuxarıda göstərilənlərdən başqa məhkəmə (hələ əməlin tövsifi bir yana qalsın) Məhkum cəza təyin edərkən onun xəstə olmasından əlavə himayəsində xəstə və qoca anasının olmasını, qardaşının şəhid olmasını, hadisənin zərərçəkənin qeyri-qanuni və qeyri-etik hərəkətləri nəticəsində b aş verməsini, zərərçəkənin onunla barışaraq ondan heç bir şikayətinin və tələbinin olmamasını da kifayət qədər nəzərə almamışdır. Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin 11 aprel 2022-ci il tarixli, 894 nömrəli rəyindən görünür ki, Məhkum “isterik tipli şəxsiyyət pozuntusu” aşkar olunmuşdur. Məhkum aşkar edilmiş “isterik tipli şəxsiyyət pozuntusu”dan əziyyət çəkir, törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olsa da, hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də onun əməli CM-nin 22-ci maddəsinin təsiri altına düşür” Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-475/2022 saylı, 13 oktyabr 2022-ci il tarixli Qərarından da göründüyü kimi məhkəmə Konstitusiya Məh kəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli və “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarlarında qeyd edilənlərə, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.1-ci, 41.2-ci, 144-cü, 145-ci və 146-cı maddələrinə istinad etsə də həmin normaların tələbləri sadəcə sadalanmış, təəssüflər olsun ki, məhkəmənin özü tərəfindən həmin normaların tələbləri nəzərə alınmamış və normalara əməl edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Ka ssasiya şikayətlərinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, heç bir əsas olmadan həmin Məcəllənin 29,120.1-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlili müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət ha disəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı və məhkəmələr nəticəyə gəlmişlər ki, məhkum zərərçəkmiş şəxsi öldürmək məqsədi ilə bu əməllər törətmiş və onun əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif etmişdir. Müdafiə tərəfi hesab edir ki, məhkumun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, qəsdən adam öldürməyə cəhd əməlini qəsdən sağlamlığa ağır zərər vurma əməlindən fərqləndirən əsas amil onun subyektiv cəhətidir. Belə ki, birinci halda təqsirkar zərərçəkmiş şəxsin sağlamlığına ağ ır zərər vuran əməli məhz sonuncunu həyatdan məhrum etmək məqsədi ilə törədir, ikinci halda isə təqsirkar bu əməli törədərkən zərərçəkmişi öldürmək istəmir. Ona görə də qəsdən adam öldürməyə cəhd yalnız birbaşa qəsdlə törədilir. Təqsirkar öz əməlinin ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən baş vermir. İstintaq orqanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmətibbi və məhkəmə-psixiatrik ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sübutlar təqdim etmişdir. Bir inci instansiya məhkəməsi ittihamın təqdim etdiyi sübutları məhkəmə iclasında tədqiq edərək Məhkum əməlinin tövsifi ilə razılaşmış və onun Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli olmasına dair nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsi cinayət işinə müdafiə tərəfinin apellyasiya şikayətinə əsasən baxaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlir ki, məhkəmələr məhkumun əməlinin tövsifinə dair gəldiyi nəticələr əsaslıdır. Belə ki, Məhkum öz ifadəsində Zərərçəkmiş şəxs öldürmək istəməməyi qeyd etsə də, Şahid4 məhkəmə istintaqı zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o şadlıq sarayının pilləkən ində olan zamanMəhkum foyedən çıxaraq pilləkəndən aşağı düşüb bir anlıq gözləmiş və qəfildən pilləkənlə yuxarı qalxaraq cibindən çıxardığı bıçaqla Hafizin sol tərəfindən ürəyinin altından vurmuşdur. Daha sonra onun yaxasından tutaraq itələyib foyeyə yerə yıxmış və üzərinəhücum edərək yenidən bıçaqla vurmaq istəmişdir. O dərhal içəriyə daxil olaraq Anarın Hafizi bıçaqla yenidən vurmaq istəməsinin qarşısını almışdır. Anar Hafizin yaxasından tutaraq onu özünə tərəf çəkib boğazını kəsmək istəmiş, o və ətrafda olan şəxslərin köməyi ilə Anaramane olmuşlar. İşin halları, yəni məhkum tərəfindən zərərçəkmiş şəxsə bıçaqla vurulmuş xəsarətin yeri sağlamlıq üçün həyatı önəm daşıması və bunun nəticəsində yetirilmiş bədən xəsarətinin xarakteri, məhkumun bıçaq zərbəsi yetirdikdən sonra zərərçəkmiş şəxs i təqib etməsi və yalnız ətrafdakı kənar şəxslərin müdaxiləsi nəticəsində zərərçəkmiş şəxsin xəstəxanaya çatdırılması Məhkum Zərərçəkmiş şəxs öldürmək niyyətini təsdiq edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün olaraq Məhkum əməlini Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif etmiş və onu həmin maddə ilə təqsirli bilmişlər. İşin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Hadisənin məhz qeyd edilmiş şəraitdə və qayd ada baş verməsi Məhkum özünün qismən etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə, ekspertiza rəyləri ilə, maddi sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunur. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkumun əməlinin tövsifi ilə əlaqədar gəldikləri nəticənin iş üzrə toplanmış sübutlara və işin hallarına uyğun olduğundan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya instansiyası məhkəməsinin qərarını əsaslı və qanuni hesab edir və kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq olunmuşdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət ve rilmişdir. Bundan başqa kassatorların digər dəlillərinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza rəylərindən görünür ki, Məhkum cinayət törədərkən anlaqlı olmuş, affekt vəziyyətdə olmamış, onu psixi və psixoloji vəziyyəti ilə əlaqədar onun cəzadan azad edilməsi və ya əməlinin digər maddəyə tövsif edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, məhkəmədə tədqiq edilən Gəncə şəhər Psixonevroloji Dispanserinin 20 avqust 2021-ci il tarixli 489/161 saylı rəyindən görünür ki, təqsirləndirilən şəxs Məhkum praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt pr oblemlərin olması və başqaları ilə anlaşmaya çətin daxil olma fərdi – psixi xasiyyətlərinə malikdir. Məhkum qeyd olunan cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs Məhkum qeyd olunan cinayət əməlini törədərkən fizioloji-psixoloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilən Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi Publik Hüquqi Şəxsinin 11 aprel 2022-ci il tarixli, 894 nömrəli rəyindən görünür ki, Məhkum “isterik tipli şəxsiyyət pozuntusu” aşkar olunmuşdur. Məhkum aşkar edilmiş “isterik tipli şəxsiyyət pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Məhkum ittiham olunduğu əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlilyini dərk etmiş və öz hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Məhkum əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkum qeyd olunan “isterik tipli şəxsiyyət pozuntusu” anlaqlığı istisna etməyən psixi pozuntu kimi qiymətlənirilir. Məhkum törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olsa da, hərəkətlərini tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də onun əməli CM-in 22-ci maddəsinin təsiri altına düşür. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri ob yektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda gös tərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Göründüyü kimi, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan əlavə məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır. Məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3, 59 və 60.1-ci maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Gəncə Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin dəlilləri əsassız olduğundan razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətlərin təmin edilməməsi, mübahisələndirilən qərarın dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-902/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-902/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver