Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-902/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Məmmədov Vüqar Nemət oğlu) Məhkum, xx xxxxxx 1989-cu il tarixdə Zaqatala rayonunun Qəbizdərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Zaqatala rayonunun Qəbizdərə kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 228.1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ondan ötrü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 1 ədəd ******* nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1984-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomatı, keçmiş SSRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 22 ədəd döyüş sursatı hesab edilən ştat patronlarını və 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotların komplekt hissəsi olan darağı əldə edib üzərində gəzdirməklə idarə etdiyi **-CP-*** qeydiyyat nişanlı “Lada” markalı avtomobilində saxlayıb ünvan 1 ünvana daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum 13 fevral 2024-cü il tarixdə saat 14:50-də ünvan 1 ünvanda yerləşən “Şeyx” çay evinin yaxınlığında etibarnamə əsasında idarə etdiyi **-CP-*** qeydiyyat nişanlı “Lada” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq Zaqatala Rayon Polis Şöbəsinə gətirilib orada saat 16:37-dən etibarən Məhkum idarə etdiyi **-CP-*** qeydiyyat nişanlı “Lada” markalı avtomobilinə özünün razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı həmin avtomobilin arxa yük yerindən qanunsuz olaraq əldə edib gəzdirməklə daşıyaraq saxladığı parçaya bükülmüş vəziyyətdə olan 1 ədəd ******* nömrəli zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1984-cü ildə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu yivli silah hesab edilən 5,45 mm kalibrli, “Kalaşnikov” konstruksiyalı AK-74 modelli avtomat, keçmiş S SRİ dövlətində istehsal olunmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı, 5,45x39 mm kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş 22 ədəd döyüş sursatı hesab edilən ştat patronlar və 1 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, 40 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotların komplekt hissəsi olan darağ aşkar edilərək götürülmüşdür. Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Eyvazov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi), İsayev Elman Bəhruz oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə) 30 oktyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 30 iyul 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum CMin 228.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) ayadək endirilmiş, hökm qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərarından dövlət ittihamçısı B.Q.Cabbarov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində işin müəyyən edilmiş faktiki hallarına, həmin iş üzrə qəbul edilmiş yekun məhkə mə aktlarına, cəza təyin etmənin prinsipləri, şərtləri, qaydaları və əsasları təsbit edilmiş CM-in müvafiq nomalarına və Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra CPM-in) bir sıra müddəalarına, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına istinad edən dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya insansiyası məhkəməsi Məhkum törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eyni zamanda onun şəxsiyyətinə uyğun olmayan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə ədalətsizliyə yol vermişdir. Belə ki, Məhkum təqsirli bilindiyi CMin 228.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum e tmə cəzasının müddəti üç ilədək müəyyən edilmiş, bu maddədə nəzərdə tutulmuş cinayəti törədən şəxsə şəxsə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi açıq-aydın yüngül olmaqla ədalətsizdir. Cinayətkarlığa qarşı mübarizənin prioritet istiqamətlərindən biri də qanunsuz olaraq əldə edilmiş silah və sursatların müəyyən edilməsi və bu qəbildən olan cinayətlər törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsidir. Odlu silahlardan və döyüş sursatından istifadə edilməklə yeni - daha ağır cinayətlərin törədilməsi, onların ayrıayrı cinayətkar qrupların əlinə keçməsi ehtimalı nəzərə alınmaqla bu qəbildən olan cinayətlər törətmiş şəxslərə təyin edilən cəza həm də çəkindirmə xarakteri daşımalı, yəni digər şəxsləri belə cinayətlər törətməkdən çəkindirməlidir. Qanunsuz sil ah dövriyyəsi ilə bağlı təkcə 2023-cü ilin yekun statistik göstəricilərə əsasən 249 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilmiş və barələrində olan cinayət işləri baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilmişdir. Təqsirləndirilən şəxslərə bu tip cinayətlərə görə təyin edilən yüngül cəzalar digər şəxslər üçün “arxayınlıq” yaradır. Apellyasiya insansiyası məhkəməsi qərarında məhkumun birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı əməlini etiraf etməsi və səmimi peşmançılıq keçirməsini onun törətdiyi cinayət əməlinin mahiyyətini anlayaraq başa düşməsi, bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşması kimi halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqda haqlı olmamış, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə diqqət yetirməmişdir. Eyni zamanda məhkəmə nəzərə almamışdır ki, Məhkum tərəfindən tapılmış Kalaşnikov markalı avtomat, 22 ədəd patron və bir ədəd darağı o, hüquqmühafizə orqanlarına könüllü təhvil verməmiş və artıq ifşa olunduqdan və göstərilən əşyalara ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar edilib götürüldükdən sonra sonuncu ona istinad olunmuş cinayəti törətməkdə özünü təqsirli bilərək etirafedici ifadələr verməyə başlamışdır ki, bu hal da onun CM-in 72.1-ci maddəsinin tələbləri baxımından əməlindən səmimi peşman olmasına dəlalət etmir. Qeyd olunan dəlilləri nəzərə alaraq dövlət ittihamçısı B.Q.Cabbarlı onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və m üddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir.. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısının rəyini dinləyərək və CPMin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdiri lməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı B.Q.Cabbarlı apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiya sı məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhk əməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı şahidlərin ifadəsinə, məhkəmə-ballistik ekspertizasının 14 fevral 2024-cü il tarixli 24/343 saylı rəyinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara, maddi sübutlara və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsi və bu əməlinin CM-in 228.1-ci maddəsi ilə tövsi edilməsi haqqında düzgün nətic əyə gəlmişlər. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılıb-araşdırılmaması, onların düzgün qiymətləndirilib-qiymətləndirilməməsi, Məhkum təqsirinin sübuta yetirilib-yetirilməməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı B.Q.Cabbarlı tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası da bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə əməllərini törətmiş şəxsin CM-in 228.1-ci maddəsi ilə cinayət məs uliyyətinə cəlb edilməsinə və bu maddənin sanksiyasında nəzərdə tutulmuş iki ilədək müddətə islah işləri, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarındırılmasına səbəb olur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin açıq-aşkar yüngül olmasına dair kassasiya protestində göstərilən, əsasən də ehtimal xarakterli dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan mə hrum etmə cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Məhkum təyin edilmiş cəzanın açıq-aşkar yüngül olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsiri müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerin ə yetirməlidirlər (CPM-nin 8.0.5ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükə lilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyə tdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bütün təsvir edilənlər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında sərgilədiyi hüquqi mövqedən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və d igər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməl i olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngül cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-in 58. 1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdir ən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-c i maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbayca n Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən c inayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsul iyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrüb əsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu v ə s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əmə l etməlidirlər. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən bu məsələyə məhz CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından yanaşmış, məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmişdir. Bu nəticə araşdırılmış sübutlarla təkzib edilmədiyindən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu haqda olan mövqeyi ilə razılaşır, çünki həmin məhkəmə bu məsələnin həlli zamanı törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Məhkum təqsirini etiraf edərək əməlindən səmimi peşm anlıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişdir. Burada məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında birinci instansiya məhkəməsinin yol verdiyi səhvi təkrarlayaraq Məhkum himayəsində iki yetkinlik yaşına çatmamış uşaqlarının olmasını və bu halı CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını göstərsə də, iş materiallarına əlavə edilmiş müvafiq sənədlərə əsasən məhkumun himayəsində 27 iyul 2017-ci il və 22 sentyabr 2023-cü il təvəllüdlü iki azyaşlı uşaqları var və bu hal mütləq qaydada CM-in 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilərək nəzərə alınmalı idi (bu hal ittiham aktında da göstərilmişdir). Kassasiya protestinin məzmunundan görünür ki, onun müəllifi bu hala ümumiyyətlə münasibətini bildirməmiş, müdafiə tərəfi də həmin halı mübahisələndirməyərək apellyasiya instansiyası məhkəməsinin 30 okytabr 2024-cü il tarixli qərarından kassasiya şikayəti verməmişdir. Buna görə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum təyin etdiyi cəzanı qan uni və ədalətli hesab edərək bu cəzanın daha da yüngülləşdirilməsi üçün əsas görmür, digər tərəfdən qeyd edir ki, məhkəmənin əsaslandığı digər hallar iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə, yəni CPM-in 139.0.5-ci maddəsinin tələb etdiyi kimi, qanuni üsullarla əldə edilmiş və araşdırılmış sübutlarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş məlumata əsasən, Məhkum əvvəllər məhkum olunmamış, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Zaqatala RİH Mazıx kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli 5-82-29/2-108/2024 saylı xasiyyətnamədən isə görünür ki, 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndində anadan olmuş, orta təhsilli Məhkum ailədir, iki övladı var, ailədə və qonşular arasınd a münasibəti yaxşı olmuş, nümayəndəliyin ərazisində yaşadığı dövr ərzində onun haqqında nümayəndəliyə istər şifahi, istərsə də yazılı şikayət daxil olmamışdır. Məhkəmə kollegiyası həmçinin vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarına əsasən, Məhkum cinayət təqibinin bütün mərhələlərində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməkdə təqsirli bilmiş və cinayət təqibini aparan orqanla əməkdaşlıq edərək həmin cinayətin halları barədə səmimi və etirafedici ifadələr vermişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, sadalanan bütün halları CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alarkən məhkəmələr hər hansı qanun pozuntusuna yol verməmiş və qeyd olunduğu kimi, həmin hallar, CPM-in 139.0.5-ci maddəsinin tələb etdiyi kimi, iş üzrə topla nmış və araşdırılmış sübutlarla təsdiq olunur. Məhkum törətdiyi cinayəti etiraf edərək səmimi peşmanlıq çəkməsinə dair halın məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi düzgün qiymətləndirilməməsi barədə kassasiya protestinin dəlilinə cavab olaraq, məhkəmə kollegiyası əvvələ vurğulayır ki, ümumilikdə məhkəmələrin yekun məhkəmə aktlarından əsaslandıqları halların cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınması üçün CM-in 59.2-ci maddəsinin tələbləri imkan verir və bu hallar qanunun tələb etdiyi qaydada, yəni iş üzrə araşdırılmış sübutlara əsasən müəyyən edilmişdir. Məhkəmə kollegiyasının fikrincə, qanunun bu norması məhkəmələrə onlara verilmiş səlahiyyətlərdən sui-istifadə etmədən cəza təyin etmə məsələsini həll edərkən iş üzrə araşdırılmış sübutlarla təsdiq olunduğu halda təqs irkarın törətdiyi əməlin ictimai təhlükəliliyini azaldan, onun şəxsiyyətini səciyyələndirən, onun ailə vəziyyətinə və onun üzvlərinə aid olan istənilən halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına imkan yaradır. Kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası həmçinin, əvvəllər qəbul etdiyi bir çox qərarlarında ifadə etdiyi hüquqi mövqeyə əsaslanaraq növbəti dəfə qeyd etməyi lazım bilir ki, səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş CM-in 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsu liyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; c) belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsində dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş z ərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlük törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətlər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən hallar müəyyən edildikdə belə onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi mümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığın müəyyən edilməsinə dəlalət edən halları həm ayrı-ayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Hazırki işin hallarına görə, əvvəla Məhkum törətdiyi cinayət az ağır cina yətlər kateqoriyasına aiddir və buna görə məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişlər, baxmayaraq ki, onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər, ibtidai araşdırma zamanı və məhkəmə iclasındakı davranışı və verdiyi ifadələr məhkum olunmuş şəxsin təqsirini boynuna almasına, onun ittham olunduğu cinayəti törətməsini etiraf etməsinə dəlalət edir və səmimi peşmanlıqla bağlı bu hallar araşdırılmış sübutlarla təsdiq olunur. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapır və məhkəmələr də bu halları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində səmimi peşmanlıq kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-in 72.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsələsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi nəzərdən diqqət yetirilməli və bu hal da təqsirkarın şəxsiyyətini səciyyələndirən, digər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də digər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kolegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meylli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictmai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə ci nayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Hazırki iş üzrə 30 oktyabr 2024-cü il tarixli qərarından apellyasiya instansiyası məhkəməsi tərəfindən bu kimi çatışmazlıqlara yol verilməsi görünmür. Məhkəmə kollegiyası Məhkum tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, təyin edilmiş cəzanın məhkumun islah olunmasına xidmət edə bilməsini nəzərə alaraq bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, ona təyin olunmuş cəzanı isə ədalətli və adekvat hesab edir və bu cəzanın ağırlaşdırılması üçün əsaslar görmür. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlillərini q əbul edilməz sayır və qeyd edir ki, təsvir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməli, Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərarı isə kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-902/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-902/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver