Məhkəmə qərarları › İş №1(102)-903/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-903/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-903/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X27 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X13, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X17, bəraət almış şəxs X18, cəzadan azad edilmiş şəxs X7 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-398/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmi ş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Bəraət almış şəxs X28 18 iyul 1994-cü il tarixdə Şəmkir rayonunun ZəyəmCırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olan, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Bəraət almış şəxs X31 24 may 1999-cu il tarixdə Şəmkir rayonunun ZəyəmCırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm-Cırdaxan kəndində qeydiyyatında həmin ünvanda yaşayır.

3. Cəzadan azad edilmiş şəxs X19 01 yanvar 1972-ci il tarixdə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndində anadan olmuş, Azər baycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, İ qrup əlil, ailəli, Şəmkir rayonu, ZəyəmCırdaxan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 4. 30 sentyabr 2021-ci il tarixli ittiham aktına əsasən X20 və X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM) 221.2.1-ci, X10 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələri təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir ona görə ki, onlar birlikdə bir qrup şəxs halında 26 noyabr 2020-ci il tarixdə, saat 17 radələrində ictimai yer hesab olunan və insanların gur toplaşdığı Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində Zəyəm–Tatar kənd yolunun kənarında həmkəndliləri Zərərçəkmiş şəxs ilə mübahisə edərək heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlilik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, X4 Hikmət Canpolad oğluna və X21 yumruq və ayaqla zərbə vurar aq Hikmət Hacıyevə sağ çiyin üstü nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, həmin vaxtı qrupun digər üzvləri X5 Bayram Fizuli oğlunun bədəninin müxtəlif nahiyələrindən əl və ayaq zərbələri vuraraq boyun nahiyəsinin arxa səthinin sıyrığı, döş qəfəsinin arxa səthinin və sol diz oynağının ön səthinin qançırları ilə müşayiət olunan onun sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, X19 isə X8 əlində olan silah qismində istifadə etdiyi çəliklə baş nahiyəsindən bir dəfə qəsdən vuraraq təpə nahiyəsinin sağ yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş və X9 məxsus VAZ 2107 markalı, 90HV710 dövlə t qeydiyyat nişanlı avtomobilin arxa təkərini əlində olan bıçaqla kəsərək Elşad Məmmədova 30 manat məbləğində maddi ziyan vurmaqla bir qrup şəxs tərəfindən qərəzli xuliqanlıq hərəkətləri etmişlər.

5. Şəmkir Rayon Məhkəməsinin 1(076)-16/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli hökmü ilə əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkibi olmadığından X20 və X23 bəraət verilmiş, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli biliniyindən X10 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və əməli Azərbaycan Respublikası Milli Məclisinin “08 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 1.15, 9.1-cı bəndlərinin təsiri altına düşdüyündən o, təyin edilmiş cəzadan az ad edilmişdir.

6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün ləğv edilməsi və X28, X31 və X19 barəsində irəli sürülmüş ittiham üzrə yeni hökm çıxarılmasını xahiş etmişdir. Protesti belə əsaslandırılmışdır ki, ibtidai istintaq orqanının topladığı mötəbər sübutların məcmusu ilə ittiham edilən qərəzli xuliqanlıq hərəkətlərin törədilməsi tam sübuta yetirilməsə də, məhkəmə sübutları düzgün qiymətləndirməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir ki, həmin nəticə ilə məhkəmədə tədqiq olunmuş sübutlar arasında əhəmiyyətli ziddiyyətlər yaranmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-398/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Şəmkir Rayon M əhkəməsinin 27 aprel 2022-ci il tarixli 1(076)-16/2022 saylı hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri ilə apellyasiya protestinin dəliləri eynidir, dövlət ittihamçısı onları təkrarlamaqla qeyd etmişdir ki, məhkəmələr X14 və X18 ittiham üzrə təqsirli bilindikləri Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi və X7 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi üzrə düzgün və əsaslı qərar qəbul edilməsi üçün kifayət qədər sübutlar olduğu halda, toplanmış sübutların qiymətləndirilməsində bi rtərəfli mövqe tutaraq, X7 əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət tərkibinin olmaması, X14 və X18 isə onlara verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi kimi düzgün olmayan nəticəyə gəlmişlər. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-398/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.

10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kolle giyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

1. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

2. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassas iya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Dövlət ittihamçısı kassasiya protestində apel lyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə X20 və X23 əsassız bəraət verildiyini, X7 əməlinin isə səhv tövsif edildiyini iddia edərək, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bununla əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-398/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli hökmünün qa nuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istin ad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. B u isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

19. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin təl əblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

20. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirili r.

21. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

22. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

23. Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

24. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini y axşılaşdıran hal kimi nəzərə alınmalıdır (bax, İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017).

25. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, əməllərində cinayət tərkibi olmadığına görə X20 və X23 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi, X7 əməlinin isə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsinin mübahisələndirilməsi üzrə dövlət ittihamçısının dəlillərini əsassız hesab edir.

26. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, xuliqanlıq obyektiv cəhətdən Azər baycan Respublikası CMnin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hə rəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 20 may 2011-ci il).

27. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin təhlili nə ticəsində müvafiq vahid məhkəmə praktikasının formalaşdırılması məqsədi ilə qəbul etdiyi Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyəti müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörm ətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi basa düşülür (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 1, § 2, 23 mart 2004-cü il).

28. Eyni məqsədlə qəbul etdiyi digər sənəddə Azərbaycan Respublikası Ali Məhkəməsi müəyyən etmişdir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsir karın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). (“Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalı).

29. Dövlət ittihamçısının iddia etdiklərindən fərqli olaraq, baxılan cinayət işi üzrə toplanmış sübutlardan, o cümlədən, Şəmkir Rayon Məhkəməsinin 1(076)-217/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli hökmünun surətindən görünür ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 26 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində yaşayan X11 evinin qarşısında həmkəndlisi X15 digər həmkəndliləri Muraz Babayevlə birlikdə getməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı başı ilə Rəhman Rəhimlinin sifət nahiyəsindən qəsdən vurub ona burun nahiyəsinin şişkinlik fonunda qançırı, burun yəhərinin əzilmiş səthi yarası və burun sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs 26 noyabr 2020-ci il tarixdə, saat 17 radələrində həmkəndliləri X16 və X29 ilə birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan və insanların gur toplaşdığı Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndi ərazisində Zəyəm-Tatar kənd yolunun kənarında həmkəndlisi X31 ilə mübahisə edərək heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlilik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgə yaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə X23 yumruq və ayaqla zərbə vuraraq ona hər iki gözaltı nahiyəsinin hematoması, üst çənədə dişlərin travmatik olaraq sınması və burun sümüyün ün sağ psterior birləşmə nöqtəsinin sınığı xəsarətləri ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, habelə insan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan hər iki maksilyar sinusun divarlarının çoxsaylı sınığı xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasma səbəb olan az ağır zərər vuran bədən xəsarətləri yetirmiş, həmin vaxt qrupun digər üzvləri X16 zərərçəkmiş şəxs X24 ayaqla zərbə vuraraq fiziki zor tətbiq etmiş, X29 isə X1 yumruqla vuraraq burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı ilə müşayiət olunan, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vur an xəsarət yetirmiş və X20 ayaqla və yumruqla zərbə vurаraq fiziki zor tətbiq etməklə bir qrup şəxs tərəfindən qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Həmin hökmlə Zərərçəkmiş şəxs оğlu Azərbaycan Respublikası CM-nin 127.1, 128 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş; X16 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş; X29 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.

30. Həmçinin, cinayət işinin materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(104)-73/2022-ci nömrəli, 21 fevral 2022-ci il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 1(076)-217/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli hökmündən zərərçəkmiş şəxslər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir.

31. Birinci instansiya məhkəməsi qanuni qüvvəsini almış Şəmkir Rayon Məhkəməsinin 1(076)-217/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli hökmü və hazırki cinayət işi üzrə toplanmış sübutların təhlili nəticəsində təsdiqlənmiş faktiki halları birlikdə təfsir etməklə müəyyən etmişdir ki, 26 noyabr 2020-ci il tarixdə, saat 16 radələrində baxılan işdə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində bəraət almış şəxs X3 nahiyəsindən qəsdən vurub ona burun nahiyəsinin şişkinlik fonunda q ançırı, burun yəhərinin əzilmiş səthi yarası və burun sümüyünün sınığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, həmin gün saat 17 radələrində baxılan işdə zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs, X16 və X29 birlikdə bir qrup şəxs halında ictimai yer hesab olunan və insanların gur toplaşdığı Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndi ərazisində Zəyəm-Tatar kənd yolunun kənarında heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ict imai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlilik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, ətrafda olan şəxslərin 10-15 dəqiqə ərzində narahatçılıqlarına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, baxılan işdə zərərçəkmiş şəxslər olan Zərərçəkmiş şəxs bəraət almış şəxs X23 yumruq və ayaqla zərbə vurmaqla sonuncuya hər iki gözaltı nahiyəsinin hematoması, üst çənədə dişlərin travmatik olaraq sınması və burun sümüyünün sağ psterior birləşmə nöqtəsinin sınığı xəsarətləri ilə müşayiət edilən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri, habelə insan həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan hər iki maksilyar sinusun divarlarının çoxsaylı sınığı xəsarətləri ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasma səbəb olan az ağır zərər vuran bədən xəsarətləri yetirmiş, həmin vaxt qrupun digər üzvü - baxılan işdə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs və X2 Turan Elman oğluna ayaqla zərbə vuraraq fiziki zor tətbiq etmiş, qrupun digər üzvü - baxılan işdə zərərçəkmiş şəxs olan X29 isə X1 yumruqla vuraraq burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı ilə müşayiət olunan, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarət yetirmiş və bəra ət almış şəxs X20 ayaqla və yumruqla zərbə vurаraq fiziki zor tətbiq etməklə bir qrup şəxs tərəfindən qərəzli xuliqanlıq hərəkətlərini etmələri nəticəsində baş vermiş dava-dalaş başlanan zaman, həmin vaxt bəraət almış şəxs X31 Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən əl və ayaq zərbələri vuraraq boyun nahiyəsinin arxa səthinin sıyrığı, döş qəfəsinin arxa səthinin və sol diz oynağının ön səthinin qançırları ilə müşayiət olunan onun sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş; həmin yolla hərəkət edən və onları ayırmaq niyyəti ilə mübahisəyə qoşulmuş bəraət almış şəxs X28 zərərçəkmiş şəxslər X8 və X21 yumruq və ayaqla zərbə vuraraq Hikmət Hacıyevə sağ çiyin üstü nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vur mayan xəsarət yetirmiş; mübahisə başlanan zaman həmin yerə gəlmiş və oğlunun döyülməsini görmüş X19 zərərçəkmiş şəxs X8 əlində olan silah qismində istifadə etdiyi çəliklə baş nahiyəsindən bir dəfə qəsdən vuraraq təpə nahiyəsinin sağ yarısının əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, eyni zamanda X9 məxsus VAZ 2107, markalı 90HV710 dövlət qeydiyyat nişanlı avtomobilin arxa təkərini əlində olan bıçaqla kəsərək Elşad Məmmədova 30 manat məbləğində maddi ziyan vurmuşdur.

32. Yekun olaraq birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, bəraət almış şəxslərin və Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkum edilmiş lakin müvafiq cəzadan azad edilmiş şəxs X7 hərəkətləri, hazı rki iş üzrə zərərçəkmiş şəxs - digər cinayət işi üzrə bir qrup şəxs halında xuliqanlıq əməlini törətmələrinə görə məhkum olunmuş şəxslərin hərəkətlərindən nəticələnən dava-dalaş zamanı baş tutub, yaranan qisas motivindən və anidən formalaşan şəraitdən qaynaqlanmışdır.

33. Nəticədə, birinci instansiya məhkəməsi təsvir edilənləri nəzərə almaqla, baş vermiş cinayətin faktiki əlamətlərinin xuliqanlıq cinayətinin hüquqi əlamətləri, eləcə də həmin cinayətin şərhi üzrə Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəmələrinin Plenumlarının hüquqi mövqeləri ilə müqayisəli təhlilini aparmaqla haqlı olaraq belə nəticəyə gəlmişdir ki, X14 və X18 əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkibi yoxdur, X7 əməli isə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin Məcəl lənin 128-ci maddəsinə tövsif edilməlidir.

34. Birinci instansiya məhkəməsinin gəldiyi qeyd edilən nəticələrin mübahisələndirilməsi üzrə dövlət ittihamçısının hazırda irəli sürdüyü eyni dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən də artıq ətraflı cavablandırma verilmiş, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu və həmin sübutlara əsaslanmaqla müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir.

35. Dövlət ittihamçısının birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya protestinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi, hazırda mübahisələndirilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutları yuxarıda təsvir edilmiş maddi və prose ssual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib haqlı olaraq hesab etmişdir ki, X20 və X23 bəraət verilməsi, X7 törətdiyi əməlin isə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi haqda nəticə iş üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi nəticənin düzgünlüyü yoxlanılarkən sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar edilməmiş, məhkəmə X14, X18 və X7 hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin dispozisiyasınd an və həmin Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onların əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi haqda nəticəyə gəlmişdir.

37. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə hazırki kassasiya şikayətində irəli sürdüyü dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə uyğun müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.

38. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-398/2022 nömrəli, 11 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-398/2022 nömrəli, 11 oktyabr 2022-ci nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar