Məhkəmə qərarları › İş №1(102)-903/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-903/2024

29.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-903/2024 29.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, Məhkum3, məhkumların müdafiəçiləri X2, Müdafiəçi21, X9, X7 və X4 iştirakları ilə, Sum qayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 müdafiəçisi Müdafiəçi20 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Əliövsət Abasov və Eldar Mikayılovdan ibarət tərkibdə) 17 iyun 2021-ci il tarixli 1(101)-73/2021 nömrəli hökmü ilə 1 noyabr 1986-cı il tarixdə Quba rayonu Tülər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Quba rayonu Tülər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 18 (on səkkiz) il müddətə azadlıq dan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2018ci il tarixdən hesablanmışdır. xx xxxxxxxx 1987-ci il tarixdə Quba rayonu Tülər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Quba rayonu Tülər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2018ci il tarixdən hesablanmışdır. xx xxxxx 1990-cı il tarixdə Quba rayonu Tülər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Quba rayonu Tülər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 16 (on altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən hazırki cəzaya Quba Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 4 (dörd) gün müddət qismən birləşdirilməklə Məhkum3 qəti olaraq 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2018-ci il tarixdən hesablanmışdır. xx xxxxx 1983-cü ildə Quba rayonu Tülər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Quba rayonu Tülər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Məhkum4 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 25 oktyabr 2018ci il tarixdən hesablanmışdır. xx xxxxxx 1981-ci ildə Quba rayonu Tülər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, Quba rayonu Tülər kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, Məhkum5 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 16 (on altı) il müddətə azadlıq dan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 1 noyabr 2018-ci il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 arvadı Şahid8 Əsədovanın birgə rəsmi nikahdan iki azyaşlı uşaqlarının olmasına baxmayaraq, qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətlərinə görə qarşılıqlı razılaşma əsasında gələcəkdə ailə qurmaq məqsədilə heç kimə məlumat vermədən 19 oktyabr 2018-ci ildə evdən çıxıb getmələrini eşidərək, özü və qohum-tanışlarının köməkliyi ilə gizlənə biləcəklərini ehtimal etdiyi ünvanlarda onları axtarmağa başlayıb, bununla əlaqədar Bakı şəhərinə getmiş qohumları Şah id1, Şahid9, Məhkum3, X11, Şahid2 və Şahid10 21 oktyabr 2018-ci il tarixdə Şahid8 Əsədova ilə Zərərçəkmiş şəxs Bakı şəhərində müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən etmələri barədə məlumat aldıqdan sonra onları kəndə gətirmələrini tapşırıb geri qayıtmalarını gözləmiş, həmin şəxslərin heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad X1 idarə etdiyi «Mercedes Benz» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid8 Əsədovanı isə X5 idarə etdiyi «Mercedes Benz» markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gətirib, Şahid9 sonuncunu öz evinə aparmış, Şahid1la Şahid2 isə 22 oktyabr 2018-ci il tarixdə, saat 00:20-də Zərərçəkmiş şəxs Quba şəhərindən yaşadığı rayonun Tülər kəndinə gətirmiş, bundan sonra qardaşı Məhkum2, qohumu Məhkum5 və k ənd sakinləri ilə birlikdə kəndin mərkəzindəki «Pir» adlanan ərazidən «Balacaçay» çayına gedən kənd yolunda içərisində Zərərçəkmiş şəxs olduğu avtomaşının qarşısını kəsmiş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəndə gətirilməsi barədə verdikləri məlumata əsasən qeyd olunan yerə gedib, Zərərçəkmiş şəxs hərəkətlərini namusuna xəyanət kimi qəbul edərək avtomaşına yaxınlaşıb, qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə arxa sol qapısını açıb çölə çıxarmaq istədikdə, sonuncu ünvanına nalayiq ifadələr işlətməklə avtomaşından yerə düşməkdən imtina etdiyinə görə daha da qəzəblənərək Zərərçəkmiş şəxs zor tətbiq edib dartaraq avtomaşından yerə salmağa cəhd etmiş, buna nail ola bilmədikdə əvvəlcədən üzərində gəzdirdiyi və şalvarının arxa sol cibində saxladığı, dəstəyinin uzunluğu 14 sm., tiyəsinin uzunluğu 11,5 sm, ümumilikdə 25,5 sm uzunluqda olan, açılıb-qatlanan, qırmızı-boz rəngli, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı sol əli ilə cibindən çıxarıb Zərərçəkmiş şəxs həyat üçün mühüm orqanlarının yerləşdiyi döş qəfəsinin ön və sol yan nahiyələrinə iki dəfə zərbə vuraraq ona ürəyin deşilmiş-kəsilmiş bıçaq yarasından daxili qanaxması nəticəsində ölümünə səbəb olan döş qəfəsinin ön və sol yan səthinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnmiş ürək zirvəsinin iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, qeyd edilən vaxt avtomaşının arxa sağ qapısı tərəfdə dayanmış və Zərərçəkmiş şəxs hərəkətlərini özlərinin və yaşadıqları kəndin sakinlərinin namusuna sataşmaq və kənd sakinlərinə qarşı təhqir kimi qiymətləndirməklə, buna görə onu qisas almaq niyyəti ilə qəsdən öldürmək istəyən qardaşı Məhkum2, qohumları Məhkum3, Məhkum5 və kənd sakini Məhkum4 ilə birlikdə həmin vaxt bir qrup şəxs halında birləşib onu xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə zorla dartıb avtomaşının arxa sağ qapısından yerə salmış, daha sonra onlara qoşulan Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs ölümünü sürətləndirmək məqsədilə üzərinə hücum edib yerə yıxaraq müqavimətini qırmaqla və özünü müdafiə etmək imkanını aradan qaldırmaqla heç bir rəhm göstərmədən, Zərərçəkmiş şəxs çoxlu sayda xəsarətlərin yetirilməsi ilə aşkar sürətdə xüsusi ağrılar yetirdiklərini, xüsusi əzab və iztirab verdiklərini dərk etməklə müstəsna rəhimsizlik və qəddarlıq nümayiş etdirib əlləri və ayaqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl və çoxsaylı güclü zərbələr vuraraq, ona sol gicgah sümüyünün, kəllə əsası sümüyünün sol ön çuxurunun və sol ənsə sümüyünün xətti sınıqlarından ibarət həyat üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, habelə burun sümüklərinin, üst çənə sümüyünün və iki mərkəzi kəsici dişlərin sınmasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, başın ənsə nahiyəsinin və alnın çoxsaylı əzilmiş-cırılmış-çapılmış yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan X10, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sifətin, gövdənin və hər iki baldırın ön səthinin sıyrıqları, hər iki göz orbiti ətrafının qançırlarından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum2 qardaşı arvadı Şahid8 Əsədovanın rəsmi nikahdan iki azyaşlı uşağının olmasına baxmayaraq, ərinin həmin kənddə yaşayan qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətlərinə görə qarşılıqlı razılaşma əsasında gələcəkdə ailə qurmaq məqsədilə heç kimə məlumat vermədən 19 oktyabr 2018-ci ildə evdən çıxıb getmələrini eşidərək, özü və qohumtanışlarının köməkliyi ilə gizlənə biləcəklərini ehtimal etdiyi ünvanlarda onları axtarmağa başlayıb, bununla əlaqədar Bakı şəhərinə getmiş qohumları Şahid1, Şahid9, Məhkum3, X11, Şahid2 və Şahi d10 21 oktyabr 2018-ci il tarixdə Şahid8 Əsədova ilə Zərərçəkmiş şəxs Bakı şəhərində müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən etmələri barədə məlumat aldıqdan sonra geri qayıtmalarını gözləmiş, həmin şəxslər heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad X1 idarə etdiyi «Mercedes Benz» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid8 Əsədovanı isə X5 idarə etdiyi «Mercedes Benz» markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gətirib, Şahid9 sonuncunu öz evinə aparmış, Şahid1la Şahid2 isə 22 oktyabr 2018-ci il tarixdə, saat 00:20-də Zərərçəkmiş şəxs Quba şəhərindən yaşadığı rayonun Tülər kəndinə gətirmiş, bundan sonra qardaşı Məhkum1, qohumu Məhkum5 və kənd sakinləri ilə birlikdə kəndin mərkəzindəki «Pir» adlanan ərazidən «Balacaça y» çayına gedən kənd yolunda içərisində Zərərçəkmiş şəxs olduğu avtomaşının qarşısını kəsmiş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəndə gətirilməsi barədə verdikləri məlumata əsasən qeyd olunan yerə gedib, Zərərçəkmiş şəxs hərəkətlərini namusuna xəyanət kimi qəbul edərək avtomaşına yaxınlaşıb qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə arxa sol qapısını açıb çölə çıxarmaq istədikdə, sonuncu ünvanına nalayiq ifadələr işlətməklə avtomaşından yerə düşməkdən imtina etdiyinə görə daha da qəzəblənərək Zərərçəkmiş şəxs zor tətbiq edib dartaraq avtomaşından yerə salmağa cəhd etmiş, buna nail ola bilmədikdə əvvəlcədən üzərində gəzdirdiyi və şalvarının arxa sol cibində saxladığı, dəstəyinin uzunluğu 14 sm, tiyəsinin uzunluğu 11,5 sm, ümumilikdə 25,5 sm. uzunluqda olan, açılıb-q atlanan, qırmızı-boz rəngli, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı sol əli ilə cibindən çıxarıb Zərərçəkmiş şəxs həyat üçün mühüm orqanlarının yerləşdiyi döş qəfəsinin ön və sol yan nahiyələrinə iki dəfə zərbə vuraraq ona ürəyin deşilmiş-kəsilmiş bıçaq yarasından daxili qanaxması nəticəsində ölümünə səbəb olan döş qəfəsinin ön və sol yan səthinin deşilmiş-kəsilmiş yaraları ilə nəticələnmiş ürək zirvəsinin iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, qeyd edilən vaxt avtomaşının arxa sağ qapısı tərəfdə dayanmış və Zərərçəkmiş şəxs hərəkətlərini özlərinin və yaşadıqları kəndin sakinlərinin namusuna sataşmaq və kənd sakinlərinə qarşı təhqir kimi qiymətləndirməklə, buna görə onu qisas almaq niyyəti ilə qəsdən öldürmək istəyən Şahid8 Əsədovanın əri Məhkum1, qohumları Məhkum3, Məhkum5, kənd sakini Məhkum4 ilə birlikdə həmin vaxt bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə zorla dartıb avtomaşının arxa sağ qapısından yerə salmış, daha sonra onlara qoşulan Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs ölümünü sürətləndirmək məqsədilə üzərinə hücum edib yerə yıxaraq müqavimətini qırmaqla və özünü müdafiə etmək imkanını aradan qaldırmaqla heç bir rəhm göstərmədən, Zərərçəkmiş şəxs çoxlu sayda xəsarətlərin yetirilməsi ilə aşkar sürətdə xüsusi ağrılar yetirdiklərini, xüsusi əzab və iztirab verdiklərini dərk etməklə müstəsna rəhimsizlik və qəddarlıq nümayiş etdirib əlləri və ayaqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə ard ıcıl və çoxsaylı güclü zərbələr vuraraq, ona sol gicgah sümüyünün, kəllə əsası sümüyünün sol ön çuxurunun və sol ənsə sümüyünün xətti sınıqlarından ibarət həyat üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, habelə burun sümüklərinin, üst çənə sümüyünün və iki mərkəzi kəsici dişlərin sınmasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, başın ənsə nahiyəsinin və alnın çoxsaylı əzilmiş-cırılmış-çapılmış yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sifətin, gövdənin və hər iki baldırın ön səthinin sıyrıqları, hər iki göz orbiti ətrafının qançırlarından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edil məyən xəsarətlər yetirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum3 həmkəndlisi Şahid8 Əsədovanın 14 oktyabr 2009-cu il tarixdə ərə getdiyi Quba rayonu Tülər kənd sakini Məhkum1 ilə birgə rəsmi nikahdan iki azyaşlı uşağının olmasına baxmayaraq, ərinin həmin kənddə yaşayan qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətlərinə görə qarşılıqlı razılaşma əsasında gələcəkdə ailə qurmaq məqsədilə heç kimə məlumat vermədən sonuncu ilə 19 oktyabr 2018-ci il tarixdə evdən çıxıb getmələrini eşidərək, onları özü bilavasitə və qohum-tanışlarının köməkliyi ilə gizlənə biləcəklərini ehtimal etdiyi ünvanlarda axtarmağa başlayıb, bununla əlaqədar Məhkum1 qohumla rı Şahid1, Şahid9, X11, Şahid2 və Şahid10 ilə birlikdə 21 oktyabr 2018-ci ildə Şahid8 Əsədova və Zərərçəkmiş şəxs Bakı şəhərində müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən edərək həmin şəxslərin heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad X1 idarə etdiyi «Mercedes Benz» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid8 Əsədovanı isə X5 idarə etdiyi «Mercedes Benz» markalı, **HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gətirib, Şahid9 Şahid8 Əsədovanı Quba şəhərindəki evinə aparmış, Şahid1la Şahid2 isə 22 oktyabr 2018-ci il tarixdə, saat 00:20-də Zərərçəkmiş şəxs Quba şəhərindən yaşadığı rayonun Tülər kəndinə gətirmiş, bundan sonra Məhkum1, sonuncunun qardaşı Məhkum2, qohumu Məhkum5 və kənd sakinləri kəndin mərkəzindəki «Pir» adlanan ərazidən «Balacaçay» çayına gedən kənd yolunda içərisində Zərərçəkmiş şəxs olduğu avtomaşının qarşısını kəsmiş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəndə gətirilməsi barədə verdikləri məlumata əsasən qeyd olunan yerə gedib, Zərərçəkmiş şəxs hərəkətlərini namusuna xəyanət kimi qəbul edərək avtomaşına yaxınlaşıb qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə arxa sol qapısını açıb çölə çıxarmaq istədikdə, sonuncu ünvanına nalayiq ifadələr işlətməklə avtomaşından yerə düşməkdən imtina etdiyinə görə daha da qəzəblənərək Zərərçəkmiş şəxs zor tətbiq edib dartaraq avtomaşından yerə salmağa cəhd etmiş, buna nail ola bilmədikdə əvvəlcədən üzərində gəzdirdiyi və şalvarının arxa sol cibində saxladığı, dəstəyinin uzunluğu 14 sm, tiyəsinin uzunluğu 11,5 sm, ümumilikdə 25,5 sm. uzunluqda olan, açılıb-qatlanan, qırmızı-boz rəngli, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı sol əli ilə cibindən çıxarıb Zərərçəkmiş şəxs həyat üçün mühüm orqanlarının yerləşdiyi döş qəfəsinin ön və sol yan nahiyələrinə iki dəfə zərbə vuraraq ona ürəyin deşilmiş-kəsilmiş bıçaq yarasından daxili qanaxması nəticəsində ölümünə səbəb olan döş qəfəsinin ön və sol yan səthinin deşilmişkəsilmiş yaraları ilə nəticələnmiş ürək zirvəsinin iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, qeyd edilən vaxt o, avtomaşının arxa sağ qapısı tərəfdə dayanmış və Zərərçəkmiş şəxs hərəkətlərini özlərinin və yaşadıqları kəndin sakinlərinin namusuna sataşmaq və kənd sakinlərinə qarşı təhqir kimi qiymətləndirməklə, buna görə onu qisas almaq niyyəti ilə qəsdən öldürmək istəyən Şahid8 Əsədovanın əri Məhkum1, onun qardaşı Məhkum2, Məhkum5 və kənd sakini Məhkum4 ilə birlikdə bir qrup şəxs halında birləşib öz hərəkətlərini davam etdirərək onu xüsusi amansızlıqla qəsdən öldürməkdən ibarət niyyətlərini başa çatdırmaq məqsədi ilə zorla dartıb avtomaşının arxa sağ qapısından yerə salmış, daha sonra onlara qoşulan Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs ölümünü sürətləndirmək məqsədilə üzərinə hücum edib yerə yıxaraq müqavimətini qırmaqla və özünü müdafiə etmək imkanını aradan qaldırmaqla heç bir rəhm göstərmədən, Zərərçəkmiş şəxs çoxlu sayda xəsarətlərin yetirilməsi ilə aşkar sürətdə xüsusi ağrılar yetirdiklərini, xüsusi əzab və iztirab verdiklərini dərk etməklə müstəsna rəhimsizlik və qəddarlıq nümayiş etdirib ə lləri və ayaqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl və çoxsaylı güclü zərbələr vuraraq, ona sol gicgah sümüyünün, kəllə əsası sümüyünün sol ön çuxurunun və sol ənsə sümüyünün xətti sınıqlarından ibarət həyat üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, habelə burun sümüklərinin, üst çənə sümüyünün və iki mərkəzi kəsici dişlərin sınmasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, başın ənsə nahiyəsinin və alnın çoxsaylı əzilmiş-cırılmış-çapılmış yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sifətin, gövdənin və hər iki baldırın ön səthinin sıyrıqları, hər iki göz orbiti ətrafının qançırlar ından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum4 həmkəndlisi Şahid8 Əsədovanın 14 oktyabr 2009-cu il tarixdə ərə getdiyi Quba rayonunun Tülər kənd sakini Məhkum1 ilə birgə rəsmi nikahdan iki azyaşlı uşağının olmasına baxmayaraq, ərinin həmin kənddə yaşayan qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətlərinə görə qarşılıqlı razılaşma əsasında gələcəkdə ailə qurmaq məqsədilə heç kimə məlumat vermədən 19 oktyabr 2018-ci ildə evdən çıxıb getmələrini eşidərək, onları özü və qohumtanışlarının köməkliyi ilə gizlənə biləcəklərini ehtimal etdiyi ünvanlarda axtarmağa başla yıb, bununla əlaqədar Bakı şəhərinə getmiş Şahid2 qohumları Şahid1, Şahid9, Məhkum3, X11, Şahid2 və Şahid10 21 oktyabr 2018-ci il tarixdə Şahid8 Əsədova ilə Zərərçəkmiş şəxs Bakı şəhərində müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən etmələri barədə məlumat aldıqdan sonra geri qayıtmalarını gözləmiş, həmin şəxslər heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad X1 idarə etdiyi «Mercedes Benz» markalı, 10-SX820 dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid8 Əsədovanı isə X5 idarə etdiyi «Mercedes Benz» markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gətirib, Şahid9 Şahid8 Əsədovanı Quba şəhərindəki evinə aparmış, Şahid1la Şahid2 isə 22 oktyabr 2018-ci il tarixdə, saat 00:20-da Zərərçəkmiş şəxs Quba şəhərindən yaşadığı rayonun Tülər kəndinə gətirmiş, bundan sonra Məhkum1, sonuncunun qardaşı Məhkum2, qohumu Məhkum5 və kənd sakinləri kəndin mərkəzindəki «Pir» adlanan ərazidən «Balacaçay» çayına gedən kənd yolunda içərisində Zərərçəkmiş şəxs olduğu avtomaşının qarşısını kəsmiş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəndə gətirilməsi barədə verdikləri məlumata əsasən qeyd olunan yerə gedib, Zərərçəkmiş şəxs hərəkətlərini namusuna xəyanət kimi qəbul edərək avtomaşına yaxınlaşıb qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə arxa sol qapısını açıb çölə çıxarmaq istədikdə, sonuncu ünvanına nalayiq ifadələr işlətməklə avtomaşından yerə düşməkdən imtina etdiyinə görə daha da qəzəblənərək Zərərçəkmiş şəxs zor tətbiq edib dartaraq avtomaşından yerə salmağa cəhd etmiş, buna nail ola bilmədikdə əvvəlcədən üzərində gəzdirdiyi və şalvarını n arxa sol cibində saxladığı, dəstəyinin uzunluğu 14 sm, tiyəsinin uzunluğu 11,5 sm, ümumilikdə 25,5 sm uzunluqda olan, açılıb-qatlanan, qırmızıboz rəngli, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı sol əli ilə cibindən çıxarıb Zərərçəkmiş şəxs həyat üçün mühüm orqanlarının yerləşdiyi döş qəfəsinin ön və sol yan nahiyələrinə iki dəfə zərbə vuraraq ona ürəyin deşilmiş-kəsilmiş bıçaq yarasından daxili qanaxması nəticəsində ölümünə səbəb olan döş qəfəsinin ön və sol yan səthinin deşilmişkəsilmiş yaraları ilə nəticələnmiş ürək zirvəsinin iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, qeyd edilən vaxt o, avtomaşının arxa sağ qapısı tərəfdə dayanmış və Zərərçəkmiş şəxs hərəkətlərini özlərinin və yaşa dıqları kəndin sakinlərinin namusuna sataşmaq və kənd sakinlərinə qarşı təhqir kimi qiymətləndirməklə, buna görə onu qisas almaq niyyəti ilə qəsdən öldürmək istəyən Şahid8 Əsədovanın əri Məhkum1, onun qardaşı Məhkum2, qohumları Məhkum5 və kənd sakini Məhkum3 ilə həmin vaxt bir qrup şəxs halında birləşib öz hərəkətlərini davam etdirərək onu xüsusi amansızlıqla qəsdən öldürməkdən ibarət niyyətini başa çatdırmaq məqsədi ilə zorla dartıb avtomaşının arxa sağ qapısından yerə salmış, daha sonra onlara qoşulan Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs ölümünü sürətləndirmək məqsədilə üzərinə hücum edib yerə yıxaraq müqavimətini qırmaqla və özünü müdafiə etmək imkanını aradan qaldırmaqla heç bir rəhm göstərmədən, Zərərçəkmiş şəxs çoxlu sayda xəsarətlərin yetrilməsilə aşkar sürətdə xüsusi a ğrılar yetirdiklərini, xüsusi əzab və iztirab verdiklərini dərk etməklə müstəsna rəhimsizlik və qəddarlıq nümayiş etdirib əlləri və ayaqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl və çoxsaylı güclü zərbələr vuraraq, ona sol gicgah sümüyünün, kəllə əsası sümüyünün sol ön çuxurunun və sol ənsə sümüyünün xətti sınıqlarından ibarət həyat üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, habelə burun sümüklərinin, üst çənə sümüyünün və iki mərkəzi kəsici dişlərin sınmasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, başın ənsə nahiyəsinin və alnın çoxsaylı əzilmiş-cırılmış-çapılmış yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya ai d xəsarətlər, həmçinin sifətin, gövdənin və hər iki baldırın ön səthinin sıyrıqları, hər iki göz orbiti ətrafının qançırlarından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum5 bacısı gəlini Şahid8 Əsədovanın 14 oktyabr 2009-cu il tarixdə ərə getdiyi Quba rayonunun Tülər kənd sakini Məhkum1 ilə birgə rəsmi nikahdan iki azyaşlı uşağının olmasına baxmayaraq, ərinin həmin kənddə yaşayan qohumu Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətlərinə görə qarşılıqlı razılaşma əsasında gələcəkdə ailə qurmaq məqsədilə heç kimə məlumat vermədən 19 oktyabr 2018-ci ildə evdən çıxıb getməl ərini eşidərək, onları özü və qohum-tanışlarının köməkliyi ilə gizlənə biləcəklərini ehtimal etdiyi ünvanlarda axtarmağa başlayıb, bununla əlaqədar Bakı şəhərinə getmiş Şahid2 qohumları Şahid1, Şahid9, Məhkum3, X11, Şahid2 və Şahid10 21 oktyabr 2018-ci il tarixdə Şahid8 Əsədova ilə Zərərçəkmiş şəxs Bakı şəhərində müvəqqəti məskunlaşdıqları ünvanı müəyyən etmələri barədə məlumat aldıqdan sonra geri qayıtmalarını gözləmiş, həmin şəxslər heç bir qanunsuz hərəkətə məruz qalmayacaqlarını bildirərək Elşad X1 idarə etdiyi «Mercedes Benz» markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə, Şahid8 Əsədovanı isə X5 idarə etdiyi «Mercedes Benz» markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinə gətirib, Şahid9 Şahid8 Əsədovanı Quba şəhərindəki evinə aparmış, Şahid1la Şahid2 is ə 22 oktyabr 2018-ci il tarixdə, saat 00:20-də Zərərçəkmiş şəxs Quba şəhərindən yaşadığı rayonun Tülər kəndinə gətirmiş, bundan sonra Məhkum1, sonuncunun qardaşı Məhkum2 və kənd sakinləri ilə birlikdə kəndin mərkəzindəki «Pir» adlanan ərazidən «Balacaçay» çayına gedən kənd yolunda içərisində Zərərçəkmiş şəxs olduğu avtomaşının qarşısını kəsmiş, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəndə gətirilməsi barədə verdikləri məlumata əsasən qeyd olunan yerə gedib, Zərərçəkmiş şəxs hərəkətlərini namusuna xəyanət kimi qəbul edərək avtomaşına yaxınlaşıb qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə arxa sol qapısını açıb çölə çıxarmaq istədikdə, sonuncu ünvanına nalayiq ifadələr işlətməklə avtomaşından yerə düşməkdən imtina etdiyinə görə daha da qəzəblənərək Zərərçəkmiş şəxs zor tət biq edib dartaraq avtomaşından yerə salmağa cəhd etmiş, buna nail ola bilmədikdə əvvəlcədən üzərində gəzdirdiyi və şalvarının arxa sol cibində saxladığı, dəstəyinin uzunluğu 14 sm, tiyəsinin uzunluğu 11,5 sm, ümumilikdə 25,5 sm uzunluqda olan, açılıb-qatlanan, qırmızıboz rəngli, soyuq silah hesab edilməyən məişət təyinatlı bıçağı sol əli ilə cibindən çıxarıb Zərərçəkmiş şəxs həyat üçün mühüm orqanlarının yerləşdiyi döş qəfəsinin ön və sol yan nahiyələrinə iki dəfə zərbə vuraraq ona ürəyin deşilmiş-kəsilmiş bıçaq yarasından daxili qanaxması nəticəsində ölümünə səbəb olan döş qəfəsinin ön və sol yan səthinin deşilmişkəsilmiş yaraları ilə nəticələnmiş ürək zirvəsinin iki ədəd deşilmiş-kəsilmiş yaralarından ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri ye tirmiş, qeyd edilən vaxt o, avtomaşının arxa sağ qapısı tərəfdə dayanmış və Zərərçəkmiş şəxs hərəkətlərini özlərinin və yaşadıqları kəndin sakinlərinin namusuna sataşmaq və kənd sakinlərinə qarşı təhqir kimi qiymətləndirməklə, buna görə onu qisas almaq niyyəti ilə qəsdən öldürmək istəyən Şahid8 Əsədovanın əri Məhkum1, onun qardaşı Məhkum2, qohumları Məhkum3 və kənd sakini Məhkum4 ilə həmin vaxt bir qrup şəxs halında birləşib öz hərəkətlərini davam etdirərək onu xüsusi amansızlıqla qəsdən öldürməkdən ibarət niyyətini başa çatdırmaq məqsədi ilə zorla dartıb avtomaşının arxa sağ qapısından yerə salmış, daha sonra onlara qoşulan Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs ölümünü sürətləndirmək məqsədilə üzərinə hücum edib yerə yıxaraq müqavimətini qırmaqla və özünü müdafiə etmək imkanın ı aradan qaldırmaqla heç bir rəhm göstərmədən, Zərərçəkmiş şəxs çoxlu sayda xəsarətlərin yetirilməsi ilə aşkar sürətdə xüsusi ağrılar yetirdiklərini, xüsusi əzab və iztirab verdiklərini dərk etməklə müstəsna rəhimsizlik və qəddarlıq nümayiş etdirib əlləri və ayaqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə ardıcıl və çoxsaylı güclü zərbələr vuraraq, ona sol gicgah sümüyünün, kəllə əsası sümüyünün sol ön çuxurunun və sol ənsə sümüyünün xətti sınıqlarından ibarət həyat üçün təhlükəli olan, qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, habelə burun sümüklərinin, üst çənə sümüyünün və iki mərkəzi kəsici dişlərin sınmasından ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər, başın ənsə nahiyəsinin və alnın çoxsaylı əzilmiş -cırılmış-çapılmış yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sifətin, gövdənin və hər iki baldırın ön səthinin sıyrıqları, hər iki göz orbiti ətrafının qançırlarından ibarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək bir qrup şəxs halında Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi) Elman Rəhimov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 1(105)-34/2022 nömrəli, 11 may 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 1(101)-73/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkumlar Məhkum5, Məhkum1, Məhkum2, Məhkum3, müdafiəçilər Müdafiəçi4, R.A.Abilova, Müdafiəçi9, Müdafiəçi3, Müdafiəçi7, Müdafiəçi1 və zərərçəkmiş şəxsin hüquqi varisi Y.A.Əsədov tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Müdafiəçisi Müdafiəçi20 məhkumlar Məhkum1, Məhkum5, Məhkum2, Məhkum4 və Məhkum3 barələrində ayrı-ayrı kassasiya şikayətləri verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-34/2022 saylı iş üzrə 11 may 2022-ci il tarixli qərarı ləğv edilərək Məhkum5, Məhkum2, Məhkum4 və Məhkum3 bəraət verilməsi, Məhkum1 əməlini isə Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələrindən həmin Məcəllənin 245-ci maddəsinə tövsif edərək ona həmin maddə ilə aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya şikayətlərinin dəlilləri: Müdafiəçisi Müdafiəçi20 kassasiya şikayətlərini onunla əsaslandırmışdır ki, məhkumlar Məhkum1, Məhkum5, Məhkum2, Məhkum4 və Məhkum3 barələrində çıxarılmış ittiham hökmü qanunsuz və əsassızdır. Belə ki, Məhkum1, Məhkum5, Məhkum2, Məhkum4 və Məhkum3 məhkəmə iclasında özlərini elan edilmiş ittiham üzrə təqsirli bilməmiş, onların Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri təqsirli olmaları məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmamışdır. Təqsirləndirilən şəxslərin, həmçinin iş üzrə dindirilmiş şahidlərin ifadələrindən göründüyü kimi hadisə baş verən an bütün kənd camaatı hadisə yerində olmuş, mərhum Zərərçəkmiş şəxs etdiyi “əxlaqsız” hərəkəti, kənd camaatı onların namusuna sataşması kimi qəbul etdiklərindən hər kəsin onu cəzalandırmaq istəməsi iş materialları ilə tam sübut olunmuşdur. Məhkum1, Məhkum5, Məhkum2, Məhkum4 və Məhkum3 Zərərçəkmiş şəxs öldürülməsinə yönəldilmiş hər hansı konkret hərəkətləri törətmələri cinayət işi üzrə heç bir mötəbər sübutla təsdiq olunmur. Hər iki instansiya məhkəməsi cinayət prosessual qanunvericiliyin normalarının tələblərini pozaraq, qəbul etdikləri aktlarda məhkəmə istintaqı ilə toplanmış sübutlara deyil, sanki notariat orqanı kimi çıxış edərək, ibtidai istintaq tərəfindən “toplanmış sübutaları təsdiqləməklə” hüquqi qiymət vermişlər. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların arasında ciddi ziddiyyətlərin aradan qaldırılması üçün apellyasiya şikayətlərinə istintaq aparılmaqla baxılması barədə müdafiə tərəfinin vəsatətləri təmin edilməmişdir. Zərərçəkmiş şəx s kəndə gətirən maşını idarə edən şəxs X8 məhruma qarşı zorakılıq hərəkətlərin konkret olaraq kim tərəfindən yetirilməsi barədə dindirilməmişdir. Hansı ki, nəqliyyat vasitəsinin qarşısını kəsən və mərhum Zərərçəkmiş şəxs maşından yerə salan şəxsləri ondan daha aydın şəkildə kiminsə görməsi mümkün deyildir. Kassator şikayətlərdə qeyd etmişdir ki, məhkəmələr tərəfindən məhkumların cinayətin törədilməməsi barədə ifadələri yoxlanılmamış və heç bir əsas olmadan həmin ifadələrin digər sübutlarla təkzib edilməsi və məhkumlar tərəfindən özünə müdafiə məqsədi ilə verilməsi barədə qənaətə gəlinmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şi kayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual n ormalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin əsas dəlili məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 elan edilmiş ittihamda göstərilən cinayət əməllərinin törətmələri cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla təsdiq olunmadığına baxmayaraq barələrində qanunsuz olaraq ittiham hökmünün çıxarılmasıdır. Həmçinin kassasiya şikayətlərində qeyd edilmişdir ki, məhkəmələr sübutları araşdırarkən həmin sübutların mötəbərliyinə şübhə yaradan ziddiyyətləri aradan qaldırmamışlar. Bundan əlavə Müdafiəçi20 Məhkum1 əməlində yalnız Azərbaycan Respublikası CMin 245-ci maddəsinin əlamətlərinin mövcud olduğunu bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu dəlillərin ə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu - onların və məhkum Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaqın ilkin mərhələsində verdikləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxslər Mə hkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 onlara elan edilmiş ittihamda özlərini qismən təqsirli bilmələri barədə iş üzrə ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələri işin faktiki halları ilə və iş üzrə toplanmış digər sübutlarla müqayisəli təhlil edib onların işin hallarına uyğun olması və digər sübutlarla təsdiq edildiyindən Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4, Məhkum5 həmin ifadələri mötəbər və həqiqətə uyğun ifadələr kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhk əmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etmələri üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhk əməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 əməlləri CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ci nayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, məhkumlar Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 barələrindəki Azərbaycan Respublikası CM-in 120.2.1 və120.2.4-cü maddələri ilə verilmiş ittiham üzrə təqsirli olmaları tam sübuta yetirilmişdir və barələrində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkum1 əməllərinin Azərbaycan Respublikası CM-in 120.2.1 və120.2.4-cü maddələrindən həmin Məcəllənin 245-ci maddəsinə tövsif edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında ape llyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də məhkəmə kollegiyası kassasiya şikayətlərinin bu barədə dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, m əhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Belə ki, məhkəmələr Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 cəza təyin edərkən təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almış və onlara işin hallarına və şəxsiyyətlərinə uyğun cəza təyin edilmişdir. Məh kəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən təyin edilmiş cəzalar məhkumların törətdikləri cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 barələrindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlill əri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum1, Məhkum2, Məhkum3, Məhkum4 və Məhkum5 Azərbaycan Respublikası CM-in 120.2.1 və 120.2.4-cü maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar