Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-904/2019 28.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 Məhkum müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1968-ci ildə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış, hal hazırda həbsdə olan Məhkum Azər baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmünə əsasən (hakim M.S.Zeynalov) Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə hökm çıxarılanadək həbsdə saxlanıldığı 2 gün nəzərə alınaraq üzərində 3 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılm ış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş 3 il 11 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi tətbiq edilməklə müəyyən edilmiş 2 il sınaq müddətinə şərti məhkum etmə CMnin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, həmin hökmlə təyin edilmiş 3 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək üzərində CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti olaraq 4 il 8 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsi Məhkum haqqında ittiham hökmü çıxararkən belə nəticəyə gəlmişdir ki, o, Bakı şəhərinin ************************************ ünvanında qeyriyaşayış sahəsi kimi sənədləşdirib özəlləşdirmək istəyən Zərərçəkmiş şəxs əvvəllər Bakı şəhər İcra hakimiyyətində işlədiyini bildirərək, etibarından sui-istifadə edib, aldatma yolu ilə onun əmlakını ələ keçirmək məqsədi ilə həmin zirzəmiyə qapı açıb oranı qeyri- yaşayış sahəsi kimi özəlləşdirəcəyini yalandan vəd verib onu aldadaraq, əvvəlcə ərizənin yazılmasına və zirzəmiyə qapı açılmasına icazə alınma sına lazım olmasını deyərək Zərərçəkmiş şəxs 05 sentyabr 2017-ci ildə saat 16:00 radələrində Bakı şəhərinin ünvan 3 ünvanda yerləşən "İdeal" bərbərxanasında 2.500 manat, həmin gün saat 19:00 radələrində həmin ünvanda yerləşən "İdeal" bərbərxanasında B6 oğlu Ə6 tanışı K6 vasitəsi ilə eyni işin görülməsi üçün lazım olmasını bildirərək əlavə 500 manat, zirzəmi sahəsinin sənədləşdirilməsi üçün lazım olmasını bildirərək, 28 sentyabr 2017-ci ildə saat 17:45 radələrində ünvan 4 ünvanda yerləşən Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 3.000 manat, zirzəmiyə qapının açılması və sənədləşmə ilə əlaqədar lazım olmasını bildirərək, 03 oktyabr 2017-ci ildə saat 15:30 radələrində "İdeal" bərbərxanasında Zərərçəkmiş şəxs tanışı K6 vasitəsi ilə 5.000 manat, işin s ürətləndirilməsi üçün lazım olmasını bildirərək, 15 oktyabr 2017-ci ildə saat 16:30 radələrində "İdeal" bərbərxanasının qarşısında Zərərçəkmiş şəxs 550 manat, zirzəmi sahəsinə bitişik olan köməkçi sahənin sənədləşdirilməsi adı ilə 28 oktyabr 2017-ci ildə saat 15:00 radələrində "İdeal" bərbərxanasının qarşısında Bəhruz6 1.100 manat, həmin qeyri-yaşayış sahəsinə çıxarış alınması üçün lazım olduğunu bildirərək, 28 noyabr 2017-ci ildə saat 15:30 radələrində "İdeal" bərbərxanasının qaşısında Zərərçəkmiş şəxs 950 manat və 05 dekabr 2017-ci ildə saat 10:30 radələrində yenə "İdeal" bərbərxanasında Zərərçəkmiş şəxs tanışı K6 vasitəsi ilə 300 manat olmaqla, ümumilikdə, 13.900 manat məbləğində pulu ələ keçirərək, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etm işdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 09 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsi, məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, Məhkum cəza təyin edilərkən dəymiş maddi ziyanı tam ödəməsi, zərərçəkənin ondan heç bir şikayət və tələbinin olmaması, himayəsində yetkinlik yaşına çatmamış uşaqlarının olması, ailənin yeganə qazanc gətirəni olması, şəxsiyyəti, əməlini səmimi etiraf etməsi kifayət qədər nəzərə alınmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə a raşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R6 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin h əlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Məh kum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsinə dair kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir c əza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM -in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzə rə alındığı göstərilməlidir. İş materiallarından görünür ki, işə baxan aşağı instansiya məhkəmələri tərəfindən Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini, törətdiyi cinayəti səmimi etiraf etməklə peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən və əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi müəyyən edərək nəzərə almışlar. Məhkəmə kollegiyası kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək, Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş və aşağı instansiya məhkəmələri tərəfindən təyin edilmiş cəzadan aşağı həddə cəza təyin etmək üçün əsaslar görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbə r sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmələr onların hər birisini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-904/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-904/2019
28.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver