Məhkəmə qərarları › İş №1(102)-904/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-904/2020

25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-904/2020 25.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun, Məhkum və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-692/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Mirzə Xankişiyev, hakimlər İlham Mahmudov və Səbuhi Hüseynovdan ibarət tərkibdə), Məhkum, xx.xx.1980-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan1 qeydiyatda olan; Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinib 11 (o n bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 67.1-ci maddəsinə əsasən Şabran Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə təyin olunmuş cəzalar təyin edilmiş islah işinin hazırkı hökmlə əvəzləndiyi 8 ay müddətə azadlıqdan məhrumetmə və 1000 manat cərimə cəzaları bu hökmlə təyin olunmuş cəza ilə qismən toplanmaqla ona hökmlərin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrumetmə və 1000 (min) manat cərimə cəzaları təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, Şabran şəhər sakini Zərərçəkmiş şəxs, özünün arvadı (xx.xx.2015-ci il tarixdə vəfat etmiş) ilə 2014-cü ilin yay aylarında dəqiq tarixi istintaqa məlum olmayan gündə gecə saatlarında yaşadığı evin həyətində cinsi əlaqədə olarkən yaxaladıqdan sonra həmin vaxt Zərərçəkmiş şəxs bağışlasa da, sonradan Zərərçəkmiş şəxs şəhər camaatı içərisində onun haqqında nalayiq ifadələr işlətməsi səbəbindən qısqanclıq zəminində qisas almaq məqsədi ilə sonuncunu qəsdən öldürməyi qərara alıb niyyətini həyata keçirmək üçün münasib vaxt və şərait yaranmasını gözləmiş, xx xxxxxx 2018-ci il tarixdə, günorta saatlarında tanışı X1 ilə yaşadığı evin yaxınlığında spirtli içki qəbul etdikdən sonra sonuncu ilə birlikdə yaşadığı evə qayıtmış və yenidən spirtli içki qəbul edib orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşüb həmin gün Zərərçəkmiş şəxs ilə görüşüb qisas almaq vaxtı olduğunu düşünərək sonuncunu qəsdən öldürüb öz niyyətini həyata keçirmək üçün mebel düzəltmək adı ilə XX vasitəsi ilə Zərərçəkmiş şəxs yaşadığı evə dəvət etmiş, sonuncu dəvətini qəbul edib onun yaşadığı evə gəlmiş və ümumi məsələlər barədə bir qədər söhbət etdikdən sonra həmin gün saat 23 radələrində XX oradan getmiş, bundan sonra Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən onları görməsini xatırladıb həmin vaxt ona güzəşt etdiyini dedikdə Zərərçəkmiş şəxs pozğun qadın olduğunu, başqa insanlarla da cinsi əlaqədə olduğunu bildirdiyindən məhkumla arasında mübahisə yaranmış, bu zaman masanın üzərində olan içi su ilə dolu “aroma” şirəsinin şüşə qabını qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə vurmuş və öz niyyətini həyata keçirmək üçün mətbəxə keçib oradan götürdüyü mətbəx bıçağı ilə silahlanıb mübahisənin baş verdiyi evdə olan ailə üzvləri və qonşuların eşidib bilməmələri üçün sonuncunu həyətdə yerləşən yardımçı tikiliyə aparmış və orada mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs həyat üçün vacib orqanlarının yerləşdiyi müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vurub, sağlamlığına ağır zərərvurmanın əlamətlərinə malik olan döş qəfəsinin sağ yarısının ön divarının öndən-arxaya istiqamətdə gedərək döş və qarın boşluğuna nüfuz edib sağ ağ ciyər və qara ciyərin zədələnməsi ilə müşayiət olunan 1 (bir) ədəd və sol qarınüstü nahiyənin ön divarının nazik bağırsağın ilgəyinin zədələnməsı ilə müşayiət olunan 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik olan sol qarınüstü nahiyənin ön divarının boşluğa nüfuz etməyən 1 (bir)ədəd və sol budun soldan-sağa istiqamətə gedən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sağlamlığı zərər vurmadığından dərəcələri təyin olunmayan baş təpə nahiyyəsinin və alt dodağın əzilmiş yaraları, alın nahiyyəsinin, üzün, burunun, sol bazu və dirsəyin, sol kürəyin sıyrıqları, alt və üst dodağın qançırları kimi xəsarətlər yetirmiş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölmüş və bununla da o Zərərçəkmiş şəxs qəsdən öldürüb həyatdan məhrum etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Elman Əhmədov, hakimlər Fərmayıl Zeynallı və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 1(105)-440/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tər əfindən verilən apellyasiya şikayəti təmin edilməmişdir. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator verdiyi kassasiya şikayətində göstərmişdir məhkəməsinin hökmü ilə təyin olunan cəza ağırdır. ki, birinci instansiyası Kassator şikayətində 1-ci qrup əlil olmasını, 6 azyaşlı övladlarının olmasını və ailə vəziyyətinin ağır olmasını nəzərə alınıb təyin olunmuş cəzanın yüngülləşdrilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək proses iştirakçılarının çıxışlarını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator işə baxan məhkəmələr t ərəfindən ona cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını və ona ağır cəza təyin edilməsini vurğulayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş son dəyişikliklərin onun barəsində tətbiq edilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsi n öz ifadələrinə, zərərçəkmiş şəxsin, ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri kassasiya instansiyası məhkəməsi tərəfindən düzgün olaraq 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Kassasiya şikayətində əməlin tövsifi məsələsi mübahisələndirilməmişdir. Məhkumun cəzasının yüngülləşdirilməsinə dair şikayətin dəlillərinə gəlincə isə məhkəmə kollegiyası qeyd edir ki, hökmdən müəyyən edilir ki, Məhkum himayəsində 5 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb, cəzasını ağırlaşdıran hal isə müəyyən olunmamış və törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, təyin edilən cəzanın məhkumun islah edilməsinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddə ilə 11 (on bir) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşı sını almaq məqsədi ilə tətbiq edilir CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmələ r iş üzrə cəzanı bütün yüngülləşdirən halları nəzərə alaraq ona kifayət qədər ədalətli cəza təyin etmişlər. Odur ki, məhkumun bu dəlilinin də heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası məhkumun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alara q və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarından verdiyi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar