Məhkəmə qərarları › İş №1(102)-904/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-904/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-904/2022 26.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2020-ci il tarixli, 1(103)-1162/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 30 mart 2020-cu il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2, 310 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir.

3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs «X5» MMC-nin direktorunun 01 avqust 2018-ci il tarixli, HR/A/01 saylı əmri ilə Təchizat və Logistika üzrə menecer müavini vəzifəsinə təyin edilib, 09 aprel 2019-cu il tarixli, HR/T/01 saylı ə mrlə 0176/HR/C/2011 saylı əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 özbaşına özünü «X5» MMC-nin Təchizat və Logistika üzrə menecer müavini kimi təqdim edib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə Zərərçəkmiş şəxs1 biləbilə yalan məlumat verib «X5» MMC-nin Azərbaycan Respublikası ərazisində işlər gördüyünü və xidmətlər göstərdiyini, yəni həmin şirkətin dövriyyə vəsaitlərinin artırılması adı ilə işlərə yatırılmış vəsaitdən gəlir verəcəyini yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs1 özünə inam yaradıb əmlakını ələ keçirmək məqsədilə 2019-cu ilin aprel ayının istintaqla müəyyən edilməyən günündə və şəraitdə 9300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1 5810 manat) pul vəsaitini sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq bir neçə gün sonra qazanc adı ilə 1120 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1904 manat) pulu "xxxx" ASC-in ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verib özünə qəti inam yaratdıqdan sonra, aralarında olan inamı artırmaq, bu yolla Zərərçəkmiş şəxs1 məxsus daha çox əmlakı vahid niyyətlə ələ keçirmək məqsədilə özü tərəfindən istintaqla müəyyən edilməyən şəraitdə və gündə qanunsuz yolla saxtalaşdırmaqla hazırladığı əvvəllər işlədiyi X5 MMC tərəfindən guya “X2” MMC-nin hesabına 24 iyul 2019-cu il tarixdə 368.542.60 manat məbləğində pulun köçürülməsi görüntüsünü yaradan saxta imza və müxtəlif kompüter proqramlarından və qurğulardan istifa də etməklə surəti köçürülmüş möhürlə təsdiq edilmiş rəsmi sənəd, ödəniş tapşırığının surətini çıxararaq həmin kserosurətdən istifadə edib Zərərçəkmiş şəxs1 təqdim edib özünə qarşı inamı formalaşdırmış, bundan sonra öz cinayətkar niyyətini davam etdirməklə, yəni özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmək yolu ilə öz mülkiyyətinə keçirmək məqsədilə 2019-cu ilin may ayı ərzində istintaqla müəyyən edilməyən günlərdə və şəraitdə 9400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 15980 manat), 14200 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 24140manat), 25000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 42500 manat), 18800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 31960 manat), 5000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 8500 manat), ümumilikdə 72400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 123080 manat) pulu yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq hər dəfə pulu verdikdən sonra arasında təxminən bir həftə fasilə ilə qazanc adı ilə 1500 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2550 manat), 2300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 3910 manat), 4000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 6800 manat), 2200 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 3740 manat), 1000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1700 manat), ümumilikdə 11000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 18700 manat) pulu "xxxx"ASCnin ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, 05 iyun 2019-cu il tarixdə eyni niyyətlə və cinayətkar əməlinin davamı olaraq 18000 ABŞ dolları (həmin dövrün məz ənnəsi ilə 30600 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq 21 iyun 2019-cu il tarixdə qazanc adı ilə 3000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 5100 manat) pulu "xxxx"ASC-nin ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, 07 iyun 2019-cu il tarixdə eyni niyyətlə 15000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 25500 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq 17 iyun 2019-cu il tarixdə qazanc adı ilə 2000 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 3400 manat) pulu "xxxx"ASC-nin ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, 14 iyun 2019-cu il tarixdə eyni niy yətlə 4800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 8160 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq 24 iyun 2019-cu il tarixdə qazanc adı ilə 1000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 1700 manat) pulu "xxxx" ASC-nin ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, 15 iyun 2019-cu il tarixdə eyni niyyətlə 21000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 35700 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq 24 iyun 2019-cu il tarixdə qazanc adı ilə 4500 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 7650 manat) pulu "xxxx"ASC-nin ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verm əklə, 18 iyun 2019- cu il tarixdə eyni niyyətlə 18000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 30600 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq 27 iyun 2019-cu il tarixdə qazanc adı ilə 4800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 8160 manat) pulu "xxxx"ASC-nin ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, 19 iyun 2019-cu il tarixdə eyni niyyətlə 5800 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 9860 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq 27 iyun 2019-cu il tarixdə qazanc adı ilə 1200 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 2040 manat) pulu "xxxx" ASC-nin ünvan 2 ünvanda ye rləşən “Ağ şəhər” filialının qarşısında verməklə, 21 iyun 2019-cu il tarixdə eyni niyyətlə 14000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 23800 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq 28 iyun 2019-cu il tarixdə qazanc adı ilə 2800 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 4760 manat) pulu "xxxx" ASC-nin ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verməklə, sonuncu dəfə 25 2019-cu il tarixdə eyni niyyətlə 10000 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 17000 manat) pulu Zərərçəkmiş şəxs1 sonuncunun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi, 20 saylı binanın yaxınlığında alaraq 28 iyun 2019-cu il tarixdə qazanc adı ilə 1800 ABŞ dolları(həmin dövrün məzənnəsi ilə 3 060 manat) pulu "xxxx"ASC-nin ünvan 2 ünvanda yerləşən “Ağ şəhər” filialının qarşısında verərək ümumilikdə 2019-cu ilin aprel ayının istintaqla müəyyən edilməyən günündən 2019-cu ilin iyun ayının 25-i də daxil olmaqla həmin müddət ərzində 188.300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 320.110 manat) məbləğində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə sonuncuya külli miqdarda ziyan vurmaqla əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə Zərərçəkmiş şəxs1 əmlak hüquqlarının və “X5” MMC-in qanunla qorunan mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş, hüquq verən s axta rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırmaqla qanunsuz olaraq hazırlamışdır.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 1(101)-570/2020 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2, 310 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə 7(yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 310cu maddəsi ilə 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə c əzalarının qismən toplanılması və qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 11 fevral 2020-ci il tarixdən hesablanması hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

5. Hökmdən məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və barəsində daha ədalətli hökm çıxarılmasını xahiş etmişdir.

6. Hökmdən həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verərək, hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs daha ağır cəza təyin edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2020-ci il tarixli, 1(103)-1162/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin olunm amış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.

8. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2020-ci il tarixli, 1(103)-1162/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti verərək, borcun yarısının ödəməyini, himayəsində azyaşlı uşağının olmasını, himayəsində yaşlı valideynlərinin olmasını, ilk məhkumluğunu nəzərə alınaraq barəsində ədalətli qərar qəbul ediilməsini xahiş edir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instans iyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində məhkəmənin təyin etdiyi cəzanın ağırlığı mübahisələndirilir və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkum ona daha yüngül cəza təyin edilməsi haqqında kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPMin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

16. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2020-ci il tarixli qərarını yoxl ayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

17. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli ş əkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

18. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyət inə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

19. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə qismən razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğun qəbul edilsə də, bununla belə məhkumun cəzasını yüngülləşdirən halların olmasını tam nəzərə alınmamış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət edilməmişdir.

20. Qeyd olunan cinayət-hüquqi normaları baxımında n kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisədə yoxlanıldıqda, Təqsirləndirilən şəxs hökmlə təyin edilmiş (apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış) cəzanın yüngülləşdirilməsinə əsas yaradan halların mövcud olduğu müəyyən edilir.

21. Belə ki, hökmdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkum Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunması, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş hüquqi şəxs “X6” MMC-nin ona qarşı mülki iddia və şikayətinin olmaması, Zərərçəkmiş şəxs1 vurulmuş 188.300 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 320.110 manat) məbləğində ziyanın 84920 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 144364 manat), yəni yarısına qədər hissəsinin ödənilməsini onun cəzasının yüngülləşdirən hallar kimi müəyyən edilsə də, məhkəmələr bu halları onun cəzasını yüngülləşdirən kimi kifayət qədər nəzərə almamışlar.

22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sözügedən yüngülləşdirici halın mövcud olması və hökmlə müəyyən edilmiş digər cəzanı ağırlaşdıran halların olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri ilə birlikdə götürülməklə nəzərə alınmalı və Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 1(101)-570/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 (altı) il müddətinə, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay müddətinə qədər azaldılmalı, həmin cəzalar Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, cinayətlərin məcmusu üzrə qəti olaraq Təqsirləndirilən şəxs 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

23. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də Təqsirləndirilən şəxs islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatmaq mümkündür.

24. Beləliklə, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2020-ci il tarixli, 1(103)-1162/2021 nömrəli qərarı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cu maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Kassasiya şikayətinə əs asən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2020-ci il tarixli, 1(103)-1162/2021 nömrəli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 1(101)-570/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası 6 (altı) il müddətinə, Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay müddətinə qədər azaldılsın, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzalar Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cə zası ilə qismən toplamaq yolu ilə, cinayətlərin məcmusu üzrə qəti olaraq Təqsirləndirilən şəxs 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2020-ci il tarixli, 1(103)-1162/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar