Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-904/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), X3 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi – XXX15nun vəkili Müdafiəçi1, Məhkum müdafiəçisi – XXX15nun vəkili Müdafiəçi 1nun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiə çisi Müdafiəçi 1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci tarixli hökmü ilə (sədrlik edən hakim S.H.Hacıyev, hakimlər R.V.Salmanov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1988-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, ünvan3-da qeydiyyatda olmaqla, faktiki ünvan 1 ünvanında yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 19 avqust 2020-ci il tarixdən hesablanması qərara alınm ışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim M.Ə.Abbasov, hakimlər V.Ə.Mursaqulov və R.A.Qaraqurbanlıdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi 1 və zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 10 (on) ildən 8 (səkkiz) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarı ilə (səd rlik edən və məruzəçi hakim Ə.Ə.Novruzov, hakimlər T.L.Kazımov və Ə.C.Seyidovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi 1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmış, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi 1 tərəfindən kassasiya şikayəti verilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətinə qarşı etirazlar vermişlər. İşin halları: Hökmə əsasən Məhkum etibardan sui-istif adə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tanışı Zərərçəkmiş şəxs3 dostlarının xarici dövlətlərdən vaqonla inşaat materialları gətirəcəyini, həmin işə maliyyə vəsaiti yatıracağı halda qazanc əldə edəcəyini və istənilən vaxt əsas məbləği geri götürə biləcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs3 27 oktyabr 2017-ci il tarixdə ünvan4 ilə ünvan5nin kəsişməsində 19800 (on doqquz min səkkiz yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33664 (otuz üç min altı yüz altmış dörd) manat, 17 yanvar 2018-ci il tarixdə eyni ünvanda 19800 (on doqquz min səkkiz yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33662 (otuz üç min altı yü z altmış iki) manat, 26 fevral 2018-ci il tarixdə eyni ünvanda 5880 (beş min səkkiz yüz səksən) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 9997 (doqquz min doqquz yüz doxsan yeddi) manat, 16 aprel 2018-ci il tarixdə eyni ünvanda 6250 (altı min iki yüz əlli) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 10625 (on min altı yüz iyirmi beş) manat, 25 iyun 2018ci il tarixdə özünün əvvəllər yaşadığı ünvan7nın yanında 39600 (otuz doqquz min altı yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 67320 (altmış yeddi min üç yüz iyirmi) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs3 inam yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 17.000 (on yeddi min) manat qazanc adı il ə pul verib, Zərərçəkmiş şəxs3 məxsus əmlakı ələ keçirib ümumilikdə ona 138268 (yüz otuz səkkiz min iki yüz altmış səkkiz) manat olmaqla külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 dostlarının xarici dövlətlərdən vaqonla inşaat materialları gətirəcəyini, həmin işə maliyyə vəsaiti yatıracağı halda qazanc əldə edəcəyini və istənilən vaxt əsas məbləği geri götürə biləcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs2 2016-cı ilin noyabr ayında ünvan9nın yanında 12.000 (on iki min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 20782 (iyirmi min yeddi yüz səks ən iki) manat, 2017-ci ilin yanvar ayının ortalarında eyni ünvanda 5000 (beş min) manat və 10110 (on min yüz on) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 18513 (on səkkiz min beş yüz on üç) manat, 2017-ci ilin iyun ayının ortalarında ünvan10də 99055 (doxsan doqquz min əlli beş) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 168622 (yüz altmış səkkiz min altı yüz iyirmi iki) manat, 23 sentyabr 2017-ci il tarixdə ünvan11nın yanında 19470 (on doqquz min dörd yüz yetmiş) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33115 (otuz üç min yüz on beş) manat, 2018-ci ilin mart ayında eyni ünvanda 19800 (on doqquz min səkkiz yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33662 (otuz üç min altı yüz altmış iki) manat, 2018-ci ilin aprel ayında eyni ünvanda 21000 (iyir mi bir min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 35700 (otuz beş min yeddi yüz) manat, 2018-ci ilin may ayında eyni ünvanda 60000 (altmış min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 102000 (yüz iki min) manat, 2018-ci ilin iyun ayında eyni ünvanda 56000 (əlli altı min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 95200 (doxsan beş min iki yüz) manat, 22 iyul 2018-ci il tarixdə eyni ünvanda 16500 (on altı min beş yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 28050 (iyirmi səkkiz min əlli) manat, 2018-ci ilin sentyabr ayında eyni ünvanda iki dəfəyə 26500 (iyirmi altı min beş yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 45050 (qırx beş min əlli) manat, 26 noyabr 2018-ci il tarixdə eyni ünvanda 16500 (on altı min beş yüz) ABŞ dolları, q eyd edilən dövrün rəsmi məzənnəsi ilə 28050 (iyirmi səkkiz min əlli) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs2 inam yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 97714 (doxsan yeddi min yeddi yüz on dörd) manat qazanc adı ilə pul verib, Zərərçəkmiş şəxs2 məxsus əmlakı ələ keçirib ümumilikdə ona 516030 (beş yüz on altı min otuz) manat olmaqla külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X6 dostlarının xarici dövlətlərdən vaqonla inşaat materialları gətirəcəyini, həmin işə maliyyə vəsaiti yatıracağı ha lda qazanc əldə edəcəyini və istənilən vaxt əsas məbləği geri götürə biləcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş 1dən 2018-ci ilin avqust ayının ortalarında ünvan12 yaxınlığında 19500 (on doqquz min beş yüz) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 33150 (otuz üç min yüz əlli) manat, 2018-ci ilin dekabr ayında eyni ünvanda 5000 (beş min) manat və 4000 (dörd min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 6800 (altı min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş 1də inam yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 20000 (iyirmi min) manat qazanc adı ilə pul verib, Zərərçəkmiş 1ə məxs us əmlakı ələ keçirib ümumilikdə ona 24950 (iyirmi dörd min doqquz yüz əlli) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 dostlarının xarici dövlətlərdən vaqonla inşaat materialları gətirəcəyini, həmin işə maliyyə vəsaiti yatıracağı halda qazanc əldə edəcəyini və istənilən vaxt əsas məbləği geri götürə biləcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs4 14 may 2018-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “XXX3” çay evində 20000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat, 2018-ci ilin iyul ayının 2-n ə keçən gecə saat 1 radələrində eyni ünvanda 20000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat, 2018-ci ilin noyabr ayının əvvəllərində ünvan21nın həyətində 20000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat, 20 dekabr 2018-ci il tarixdə eyni ünvanda 50000 (əlli min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 85000 (səksən beş min) manat, 2019-cu ilin iyun ayında “xxx3” çay evində 16000 (on altı min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 27200 (iyirmi yeddi min iki yüz) manat, 2019-cu ilin avqust ayının 3-cü ongünlüyündə ünvan20-də 44000 (qırx dörd min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 74800 (yetmiş dörd min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 inam yaratmaq məqsədilə müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona cəmi 68000 (altmız səkkiz min) manat qazanc adı ilə pul verib, Zərərçəkmiş şəxs4 məxsus əmlakı ələ keçirib ümumilikdə ona 221000 (iki yüz iyirmi bir min) manat olmaqla külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə XXX35nin direktoru, eyni zamanda nazirliyin Aparatında Audit şöbəsinin Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sektorunda aparıcı məsləhətçi əvəzi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək tanışı X6 XXX45nin bir qr up əməkdaşının Yaponiyaya göndərilməsi xərcinin əvvəlcədən ödənilməsi və sonradan nazirlik tərəfindən ödəniş olduqda qazanc əldə edəcəklərini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş 1dən 2019-cu ilin sentyabr ayında ünvan13ndə yerləşən işlədiyi nazirliyin inzibati binasında 7000 (yeddi min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş 1ə məxsus əmlakı ələ keçirib ona 7000 (yeddi min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Prezident Administrasiyasına işə düzələcəyi və bundan sonra Zərə rçəkmiş şəxs4 də işə düzəlməsinə köməklik edəcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş şəxs4 2019-cu ilin oktyabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən “xxx3” çay evində 20.000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs4 məxsus əmlakı ələ keçirib ona 34000 (otuz dörd min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə AXXX35nin direktoru, eyni zamanda nazirliyin Aparatında Audit şöbəsinin Maliyyə və təsərrüfat fəaliyyətinin təhlili sek torunda aparıcı məsləhətçi əvəzi vəzifəsində işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə edərək tanışı X6 dayısı Şahid15 ilə heç bir əlaqəsi olmadığı halda Şahid15 "xxxx" MMC-də işlədiyini bildirərək MMC tərəfindən bina inşa ediləcək yerdə yaşıllıq zolağının köçürülməsi işinin nazirliyin əməkdaşı kimi ona həvalə edildiyini, köçürülmə işinin xərcinin əvvəlcədən ödənildiyi halda sonradan ödəniş olduqda qazanc əldə edəcəklərini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş 1dən 07 noyabr 2019-cu il tarixdə ünvan15ndə yerləşən “xxx4”nın həyətində 20000 (iyirmi min) ABŞ dolları, qeyd edilən dövrün rəsmi məzənnəsi ilə 34000 (otuz dörd min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş 1ə məxsus əmlakı ələ keçirib on a 34000 (otuz dörd min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı X6 özünə məxsus hər hansı turizm şirkəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 “Tour export” şirkətinin özünə məxsus olduğunu bildirərək şirkətin fəaliyyətini genişləndirmək və sonra qazanc verəcəyini yalandan vəd verib, inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb Zərərçəkmiş 1dən 12 noyabr 2019-cu il tarixdə ünvan14ndə yerləşən “Dədəmin” avtoservisinin qarşısında 10000 (on min) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş 1ə məxsus əmlakı ələ keçirib ona 10000 (on min) manat olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətinə qarşı etirazlarının dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən himayəsində iki azyaşlı uşaqlarının olması, ailəsində yeganə qazanc gətirən şəxs olması, zərərçəkmiş şəxslərə vurulmuş zərərin qismən ödənilməsi (yəni, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və X2 vurulmuş zərərin tam ödənilməsi, bu zərərçəkmiş şəxslərin məhkuma qarşı şikayət və tələblərinin olmaması, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 ilə ziyanın ödənilməsi məqsədilə danışıqların aparılması) nəzərə alınmamış, nəticədə o, həddindən ar tıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi Müdafiəçi 1 kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarının dəyişdirilməsini, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Məhkum təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az müddətə cəzanın təyin edilməsini, CM-in 70-ci maddəsinə müvafiq olaraq həmin cəzanın da şərti tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Məhkum müdafiəçisi Müdafiəçi 1 tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etirazlar verərək, əsassız olduğu üçün şikayətin təmin olunmamasını xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin ka ssasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Cinayət kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayətində məhkəmələr tərəfindən Məhkum məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirməklə ona təyin olunmuş cəzanın CM-in 62 və 70-ci maddələrinə müvafiq olaraq yüngülləşdirilməsi və şərti olaraq tətbiq edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilm əsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şərait inə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Cəzanı ağırlaşdıran halların ta m siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Birinci instansiya məhkəməsinin hökmündən və cəzanın təyin edilməsi hissəsində hökmün dəyişdirilməsinə (azadlıqdan məhrum etmə cəzasının müddətinin 10 ildən 8 ilə endirilməsinə) dair apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını – zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, X5, Zərərçəkmiş şəxs4 müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib xeyli və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkum törətdiyi həmin əmələ görə cinayət qanununun 178.3.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.3-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun himayəsində iki azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə, vurulmuş ziyanın qismən ödənilməsi isə CM-in 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılandan sonra Zərərçəkmiş şəxs4 03 mart 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinə görə ona vurulmuş maddi ziyan tam ödənilmişdir. Bu hal məhkumun gercəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, onun ictimai təhlükəli xarakterini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş məhkumun şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə onun azadlıqdan məhrum etmə növündə, lakin apellyasiya məhkəməsinin qərarı ilə müəyyən edilən cəza müddəti ilə müqayisədə daha az müddətli cəza vasitəsi ilə islah oluna biləcəyinə inam yaradan əsas kimi çıxış edir. Məhkəmə kollegiyası məhz bu şəkildə Məhkum cəzasının azaldılmasını mümkün gördüyündən, müdafiəçi nin kassasiya şikayətində irəli sürdüyü Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilməsinə və yaxud CM-in 62-ci maddəsinin qaydalarına əsasən cəzasının azaldılmasına dair tələblərlə razılaşmır. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununun 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 62-ci maddəsi isə həmin maddədə göstərilənlərə aid olub, müstəsna hallar kimi qiymətləndirilə biləcək cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar olduqda tətbiq edilir. Hazırki işin halları isə (o cümlədən, bütün z ərərçəkmiş şəxslərə vurulmuş ziyanın tam ödənilməməsi və bununla əlaqədar zərərçəkmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 kassasiya şikayətinə qarşı etiraz vermələri) cinayətin ictimai təhülükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna halların olmadığını, Məhkum islah edilməsi və cəzanın digər məqsədlərinin təmin edilməsi üçün onun azadlıqdan məhrum etmə cəzasını çəkməsinin zəruri olduğunu göstərir. Qeyd olunan səbəblər üzündən məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasla mübahisələndirilən qərar dəyişdirilməklə kassasiya şikayətinin qismən təmin edilməli olması haqqında nəticəyə gəlir. Zərərçəklmiş Zərərçəkmiş şəxs4 vurulmuş ziyanın ödənilməsi halının CM-in 59.1.14-cü maddəsinə əsasən nə dərəcədə nəzərə alınması (cəzanın CM-in 178.3.2-ci maddəsinin sanksiyası çərçivəsində nə qədər azaldılmalı olması) məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, bu hal hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında göstərilən cəzanı yüngülləşdirən, eləcə də Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təsbit olunmuş digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri ilə birlikdə götürülməklə nəzərə alındıqda, Məhkum cəzasının bir il azaldılmasını mümkün edən əsas kimi nəzərdən keçirilməlidir. Məhkəmə kollegiyasının fikrincə, Məhkum 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə də Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanı n məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçi Müdafiəçi 1nin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs2 nümayəndəsi Müdafiəçi1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi 1nun kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 18 yanvar 2022-ci il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi 1 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2022-ci il tarixli qərarı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ildən 7 (yeddi) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-904/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-904/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver