Məhkəmə qərarları › İş №1(102)-905/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-905/2020

15.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-905/2020 15.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun və Məhkum iştirakları ilə, Məhkum X20 Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Resp ublikası CM-nin 188.4.1, 234.1, 234.4.3 və 237.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X20 Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər X14 (hakimlər Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Rəşid İnqilab oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1990-cı il tarixdə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış, CM-nin 188.4.1, 23 4.1, 234.4.3 və 237.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 188.4.1-ci maddəsi ilə 05 (beş) il, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il, CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il, CM-nin 237.2.2ci maddəsi ilə 03 (üç) il, CM-nin 66.3-cü maddəsinə əsasən isə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzadan çıxılaraq üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X6 CM-nin 234.1-ci maddəsi ilə t əqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2017-ci ilin yay aylarında Balakən rayonu, Kortala kəndində meşəlik sahədən yabanı halda bitən narkotik tərkibli çətənə kollarından əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarından istifadə etməklə Zaqatala rayon X13 Mərkəzinin balansında olan Balakən rayonu Püştətala kəndi yaxınlığındakı torpaq sahəsinin müəyyən hissəsini mülkiyyət, istifadə və icarə hüququ olmadan 2018-ci ilin aprel ayının əvvəllərində zəbt edərək, qəsdən, qanunsuz olaraq həmin zəbt etdiyi ərazidə xeyli miqdarda, yəni 05 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib, yetişdirib onların hissələrini toplama qla kultivasiya etmiş, həmin çətənə bitkilərindən 812.97 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qəsdən, qanunsuz olaraq satış məqsədi və tamah niyyəti ilə əldə edərək, daşıyıb yaşadığı ünvan 2 ünvanında zirzəmidə saxlamış, həmin narkotik vasitənin bir hissəsini yəni 7,97 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə əvvəlcədən əldə olunmuş razılığa əsasən yaşadığı ünvan 1 ünvanının yaxınlığında tanışı X3 35 manata satmış, qalan hissəsini yəni 805 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı həmin yerdə satış məqsədilə saxlamış, xx xxxx 2019cu il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbi rləri nəticəsində xxx üzərindən 7,97 qram narkotik vasitə qurudulmuş marixuana, qalan 805 qram narkotik vasitə qurudulmuş marxuana isə xx xxxx 2019-cu il tarixdə saat 00:40-da Məhkum yaşadığı evdə, evinin həyətində öz könüllü razılığı və iştirakı ilə baxış keçirilən zaman yaşayış evinin zirzəmisindən bir ədəd sellofan torbada aşkar edilərək götürülmüş, keçirilmiş tədbirlərin davamı olaraq Püştətala kəndi yaxınlığında Məhkum narkotik tərkibli çətənə bitkilərini əkdiyi yerə saat 13 radələrində baxış keçirilərkən oradan ümumilikdə təmiz çəkisi 185 qram olan 03 ədəd çətənə bitkiləri və 02 ədəd çətənə bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən Zaqatala rayon X13 Mərkəzinin balansında olan Kortala kəndi ərazisində yerləşən dəmir yolu xəttinin yaxınlığındakı torpa q sahəsinin müəyyən hissəsini mülkiyyət, istifadə və icarə hüququ olmadan 2018-ci ilin aprel ayının sonlarında zəbt edərək, qanunsuz olaraq həmin zəbt etdiyi ərazidə 2018-ci ilin aprel ayında Balakən rayonu, Kortala kəndi ərazisində yerləşən meşəlik sahədən yabanı halda bitən narkotik tərkibli çətənə kollarından əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarından istifadə etməklə qəsdən, qanunsuz olaraq xeyli miqdarda, yəni 05 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib, yetişdirib onların hissələrini toplamaqla kultivasiya etmiş və həmin çətənə bitkilərindən 7,87 qramdan artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edərək bir hissəsini qəbul edib, qalan hissəsini özünə məxsus Vaz 2107 markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avto maşında daşıyaraq saxlamış, xx xxxx 2019-cu il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Balakən rayonunda Beşbulaq adlanan ərazidə idarə etdiyi xxx markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşında saxlanılaraq Balakən RPŞ-nə gətirilmiş, saat 02 radələrində Balakən RPŞ-nin həyətində idarə etdiyi avtomaşına baxış keçirilərkən Məhkum avtomaşının salonunda saxlanc yerinin alt hissəsində kağız bükümdə təmiz çəkisi 0,31 qram, avtomaşının salonundakı əl çantasında sellofan bükümdə təmiz çəkisi 0,34 qram, avtomaşının yük hissəsində iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,89 və 3,33 qram olmaqla, ümumilikdə təmiz çəkisi 7,87 qram tərkiblərinə görə eyni tərkibli narkoti k vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş tədbirlərin davamı olaraq həmin zəbt etdiyi ərazidə Məhkum narkotik tərkibli çətənə bitkilərini əkdiyi yerə saat 08 radələrində baxış keçirilərkən oradan ümumilikdə təmiz çəkisi 132,52 qram olan 05 ədəd çətənə bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum və onun müdafiəçisi X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Kollegiyasının (hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundan ibarət tərkibdə) xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ona CM-nin 188.4.1, 234.4.3 və 237.2.2-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, özünü yalnız CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilir, onun evində axtarışın aparılması qanunsuz olmaqla guya orada aşkar edilmiş 800 qram çəkidə qurudulmuş marixuana ona məxsus olmamış və həmin narkotik vasitə polis əməkdaşları tərəfindən evə qəsdən qoyulmuşdur. Bu səbəbdən də kassasiya şikayətinin müəllifi onun CM-nin 188.4.1, 234.4.3 və 237.2.2-ci maddələri ilə təqsirli bilinərək ağır cəzaya məhkum olunmasını qanunsuz və əsassız hesab edərək barəsindəki cinayət işinə ədalətli baxılmasını və ona göstərilən maddələrlə bəraət verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu M əcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu d a qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyas ı məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya in stansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması ded ikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Məhkum kassasiya şikayətinin məzmunundan görünür ki, o, həmin şikayətində faktiki olaraq barəsindəki ittiham hökmünün əsasının yolverilməz sübutlar təşkil etdiyini, buna görə onun barəsindəki CM-nin 188.4.1, 237.2.2 və 234.4.3-cü maddələri cinayət təqibinə xitam verilməli və ya bu maddələrlə ona bəraət verilməli olduğu halda həmin maddələrdə nəzərdə tutulmuş cinayətləri törətmədiyi halda əsassız məhkum olunmasını iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqda tələbini CPM-nin 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və həmin şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materiallarını və məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarını yoxlayaraq aşağdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əməl olunub-olunmaması ilə bağlı bir sıra qərarların da qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, həmin sübutlar qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdi r ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin, cinayət-prosessual qanunvericiliyinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilibed ilməməsini, habelə iş üzrə ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında cinayət təqibinin və cinayət mühakimə icraatının prinsiplərinə, şərtlərinə və qaydalarına əməl olunub-olunmamasını yoxlamaq vəzifəsi düşür. İş materiallarından görünür ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında ondan yalnız avtomaşınında aşkar edilmiş narkotik vasitənin olmasını, həmin narkotik vasitədən bir hissəsini tanışı Qurbanov İsmayıla istifadəsi üçün pay verdiyini, heç vaxt və heç yerdə tərkibində narkotik vasitələr olan bitkilər əkib-becərmədiyini, evində aşkar edilmiş küli miqdarda narkotik vasitə olan marixuananın ona məxsus olmamasını göstərsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək həmin cinayətlərin törədilməsi halları barədə sərbəst şəkildə etirafedici ifadələr vermiş və bildirmişdir ki, 2017-ci ilin yay aylarında Balakən rayonunun Kortala kəndi ərazisində yerləşən meşə ərazisində yabanı halda bitmiş çətənə bitkisinin toxumlarını əldə edərək yaşadığı evdə saxlamış və həmin toxumaları 2018-ci ilin aprel ayında Balakən rayonu Püştətala kəndi ərazisində meşəlik sahədə əkmişdir. Əkdiyi toxumlardan 05 ədəd çətənə bitkisi cücərib inkşaf etmiş, həmin bitkiləri vaxtaşırı alaq otlardan təmizləyib suvarmaqla onlara qulluq etmişdir. 2018-ci ilin iyul ayında bu çətənə bitkilərinin yetişmiş başlıq hissələrindən yığıb toplayaraq qurutmuş və yaşadığı evə gətirərək evin zirzəmisində saxlamışdır. xx xxxx 2 019-cu il tarixdə əvvəllər tanıdığı Zaqatala rayonu, Aşağı Tala kənd sakini X6 ona zəng edərək onda narkotik vasitə olub- olmadığını soruşmuş, o, da İsmayıla narkotik vasitə olduğunu bildirərək yaşadığı evin yaxınlığına dəvət etmiş və ona bir ədəd kibrit qutusunda qurudulmuş marixuana verdikdən sonra sonuncu ona pulu olmadığından maaş aldıqdan sonra pulu verəcəyini bildirmiş, buna görə gələcəkdə 35 manat verməsi müqabilində razılaşaraq bir ədəd kibrit qutusunda olan marixuananı götürüb getmişdir. Həmin gün saat 24 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onun narkotk vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyindən yaşadığı evə baxış keçiricəklərini bildirmiş, o, buna etiraz etməmiş, bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə yaşadığı evə baxış keçirilərək evin zirzəmisində saxladığı sellofan torbanın içərisində olan 800 qramdan çox çəkidə qurudulmuş marixuana aşkar edilmişdir. Sellofan torba bir ədəd kağız zərfə qoyularaq qablaşdırılıb maddi sübut kimi götürülmüş, eyni zamanda yaşadığı evdən babasından yadigar qalmış bir ədəd ov tüfəngi və ov patronları da aşkar edilərək götürülmüşdür. Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə üzərində aparılan axtarış zamanı hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Aşkar olunmuş narkotik vasitəni Balakən rayonunun Püştətala kənd ərazisindəki meşəlik sahədə əkdiyi 05 ədəd narkotik tərkibli çətənə bitkisindən əldə etdiyini bildirdikdən sonra dəvət olunmuş mütəxəssis aqronom və müdafiəçinin iştirakı ilə həmin əraziyə baxış keçiri lmişdir. Baxış zamanı onun göstərdiyi ərazidə əkmiş olduğu 05 ədəd narkotik tərkibli çətənə bitklərinin kök və gövdələri aşkar edilərək götürülmüşdür. Bundan başqa, Məhkum həmin ifadələrində xx xxxx 2019-cu il tarixdə onun avtomaşınından aşkar olunmuş narkotik vasitəni Kortala kəndinin yaxınlığındakı meşədə əkdiyi çətənə kollarından əldə etdiyini, polis əməkdaşları tərəfindən aqronom və vəkilin iştirakları ilə narkotik vasitə tərkibli kolları əkdiyi yerə gələrək göstərdiyi ərazidə 5 ədəd qurumuş çətənə bitkilərinin aşkar olunduğunu qeyd etmişdir. Baxışda iştirak edən aqronom həmin 5 ədəd narkotik tərkibli çətənə kollarına aqrotexniki qaydada qulluq göstərildiyini bildirmiş, bundan sonra həmin 5 ədəd narkotik tərkibli qurumuş çətənə kolları qablaşdırılaraq götürülmüşdür. İş materiallarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, Məhkum ibtidai araşdırma zamanı və məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan birinci instansiya məhkəməsinin məhkəmə iclasında onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunub tədqiq edilmiş və bu ifadələr qanuni prosedurlar daxilində, cinayət mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, məhkəmə iclaslarında araşdırılmış, yekun məhkəmə aktlarında isə qanuna müvafiq qaydada qiymətləndirilmiş digər sübutlarla, o cümlədən şahidlərin, zərər çəkmiş şəxsin nümayəndəsinin ifadələri, müxtəlif ekspertizaların rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, maddi sübutlarla və sübut əhəmiyyətli sənəd lərlə üst-üstə düşür. Məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarında (birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin qərarında) həmin sübutlar əraflı şərh edildiyindən məhkəmə kollegiyası hazırki qərarda həmin sübutların təkrarən təsvirinə ehtiyac görmür və qeyd edir ki, Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olması barədə nəticəyə gələrkən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi yekun qərarların əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və ibtidai araşdırma orqanı kimi, sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş, sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Həmç inin məhkəmə kollegiyası onu da vurğulayır ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsindəki xx xxxxxxxx 2019-cu il tarixli hökmdən müdafiəçi xxxx tərəfindən verilmiş apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxmış və məhkəmə baxışı iclasında təqsirləndirilən şəxslə yanaşı, şahid xxx dindirilmiş, zərər çəkmiş şəxsin nümayəndəsinin, digər şahidlərin ifadələri və sübut əhəmiyyətli sənədlər elan olunaraq tədqiq edilmiş və məhkəmə həmin sübutların hamısına istinad edib onlara müqayisəli şəkildə qiymət verdikdən sonra qərar qəbul etmişdir. Göstərilən sübutlar əsasında məhkəmələrin gəldikləri nəticə isə ondan ibarət olmuşdur ki, Məhkum Balakən rayonunun Püştətala və Kortalara kəndlərinin yaxınlığındakı dövlətə məxsus, Zaqatala rayon X13 Mərkəzinin balansında olan müx təlif torpaq sahələrində təkrarən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmiş (əkmiş, yetişdirmiş) və onların hissələrini toplayıb qurutmaqla külli miqdarda narkotik vasitə olan marixuananı satış məqsədilə əldə edib saxlamış, həmçinin bu yolla əldə etdiyi marixuananın şəxsi istehlak miqdarından artıq olan bir hissəsini özünün istifadəsi üçün, yəni satış məqsədi olmadan üzərində gəzdirib avtomaşınında daşımış, bir hissəsini isə tanışı xxx satmışdır. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məh kəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin CMnin 188.4.1, 234.1, 234.4.3 və 237.2.2-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Kassasiya şikayətinə görə isə, Məhkum üzərində şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün gəzdirməsini və avtomaşınında daşımasını, həmin narkotik vasitənin bir hissəsini İ.Qu rbanova satmasını (məhkəmədə verdiyi ifadəsinə görə, pay verməsini), onun bu əməllərinin CM-nin 234.1 və 234.2-ci maddələri ilə tövsif edilməli olmasını bildirərək külli miqdarda marixuananı satış məqsədilə əldə edib saxlamasını inkar edir və həm belə əməli, həm də torpaq üzərində hüquqların pozulması və tərkibində narkotik vasitələr olan bitkiləri kultivasiya etmə əməllərini törətmədiyinə görə onun CM-nin 188.4.1, 243.4.3 və 237.2.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırlımasnı qanunsuz sayır. Lakin, məhkəmə kollegiyası cinayət işinin materiallarına və məhkəmələrdə araşdırılmış sübutlara istinadən hesab edir ki, məhkumun onun törətməməsi iddia edilən əməllərin onun tərəfindən törədilməsi də, yuxarıda qeyd olunduğu kimi, mötəbər sübutlarla təsdiq olunur, bununla bağlı məhkəmələrin gə ldikləri nəticə ilə razılaşır və bu əməllərə münasibətdə maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi, yəni həmin əməllərin cinayət qanununun müvafiq maddələri ilə düzgün tövsif edilib-edilməməsi məsələsini yoxlayıb bu məsələyə münasibət bildirməyi zəruri sayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Cinayət mühakimə icraatının qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 10.2-ci maddəsinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Yuxarıda göstərildiyi kimi, araşdırılmış sübutlarla təsdiq edilir ki, Məhkum 2018-ci ilin aprel ayınd a dövlətin mülkiyyətində olmaqla Zaqatala rayon X13 Mərkəzinin balansına verilmiş iki müxtəlif torpaq sahələrində tərkibində narkotik vasitə olan çətənə bitkisinin toxumlarını əkib həmin bitkiləri kultivasiya etməklə hər bir torpaq sahəsində ayrı-ayrılıqda 5 ədəd çətənə bitkisi kolları yetişdirmiş və həmin kolların yarpaqlarını toplayıb kustar üsulla qurudaraq külli miqdarda - 800 qramdan çox qurudulmuş marixuana əldə etmişdir. Göründüyü kimi, bu əməlləri ilə Məhkum təkrar olaraq həm torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuş, həm də tərkibində narkotik vasitələr olan bitkiləri kultivasiya etmiş (əkmiş, onlara qulluq etmiş və yetişdirmiş), yəni o, bir tərəfdən özgənin mülkiyyətinə, digər tərəfdən isə ictimai təhlükəsizlik qaydalarına qəsd edərək həm də narkotik vasit ələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Əvvəla məhkəmə kolegiyası qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə İ-İV hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini əda lətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququ digər qanunvericilik aktları ilə yanaşı həmçinin cinayət qanunvericiliyi ilə də qorunur və təsadüfi deyil ki, mülkiyyətin cinayətkar qəsdlərdən qorunması məqsədilə CM-nin XXİİİ Fəslinin maddələrində mülkiyyət əleyhinə törədilən cinayətlərə görə cinayət məsuliyyəti müəyyən edilmiş, torpaq üzərində mülkiyyət hüququnun pozulmasına görə məsuliyyət isə həmin Fəslə aid edilmiş CM-nin 188-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkum təkrarən törətdiyi əməllərdən biri isə məhz həmin maddədə göstərilən əməllər kimi qiymətləndirilmiş və ibtidai araşdırma orqanı ilə yanaşı məhkəmələr tərəfindən də CM-nin 188.4.1-ci maddəsi ilə tövsif edilmişdir. CM-nin 188.1-ci maddəsində göstərilir ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüqu qu olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin əməllər təkrar törədildikdə isə (CM-nin 188.4.1-ci maddəsi) beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun pozulması cinayətinin obyektiv cəhəti təsbit edilmiş CM-nin 188.1-ci maddəsinin dispozisiyasının təhlili göstərir ki, bu cinayət aşağıdakı bir neçə müxtəli f üsullarla törədilə bilər: a. torpaq sahəsini özbaşına hasarlama; b. torpaq sahəsində özbaşına becərmə işləri aparma; c. torpaq sahəsinin təyinatını qanunsuz olaraq dəyişdirmə; d. torpaq sahəsini başqa üsullarla özbaşına tutma (məsələn, torpaq sahəsinə aid olan sənədlərin saxtalaşdırılması yolu həmin sahəni özbaşına tutma və s.). Göründüyü kimi, qanunverici göstərilən cinayətin obyekti kimi torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətləri müəyyən etməklə və eyni zamanda əməlin törədilməsinin müxtəlif üsullarını göstərməklə torpaq sahəsinin özbaşına tutulması zamanı həmin üsullardan həm birindən, həm də bir neçəsindən istifadə edilməsini ehtiva edir. Məsələn, torpaq sahəsini özbaşına hasarlama artıq təhlil edilən cinayə tin tərkibini yaradır və bundan sonra şəxsin özbaşına hasarlanmış torpaq sahəsində becərmə işlərini aparması əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir və bu halda təqsirkarın torpaq üzərində mülkiyyət hüqunun pozması zamanı bir deyil, iki və ya daha çox üsuldan istifadə etməsinin mümkün olmasını istisna etmir. Bununla belə, şəxsin artıq həmin üsullardan birindən istifadə etməklə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozması kifayət edir ki, həmin cinayət bitmiş hesab edilsin. Burada əməlin cinayət hesab edilməsi üçün əsas tələb ondan ibarərtdir ki, təqsirkar tərəfindən torpağın yuxarıda sadalanan üsulların birindən və ya bir neçəsindən istifadə edilməklə zəbt olunması nəticəsində digərinin (dövlətin, fiziki və ya hüquqi şəxsin) torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququ pozulmuş olsun. Yuxarıda qeyd edildiyi kimi, CM-nin 188.1-ci maddəsində torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüqununun pozulması üsullarından biri kimi özgənin mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində özbaşına becərmə işlərinin aparılması nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarında təsbit edilmişdir ki, özbaşına becərmə dedikdə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin ə kin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Qanunun mənasına və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq, məhkəmə kollegiyası onu da qeyd edir ki, torpağın özbaşına becərilməsi dedikdə başqasının mülkiyyətində olan torpaq sahəsində müxtəlif növ bitkilərin, o cümlədən tərkibində narkotik vasitələr olan bitkilərin əkilməsi, onlara qulluq göstərilməsi və onların yetişdirilməsi başa düşülür və belə fəaliyyətlə bağlı əməllər bitkinin növündən, miqdarından və sair əlamətlərindən asılı olmayaraq artıq CM-nin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Lakin, bu maddənin Məhkum təqsirli bilinib məhkum olunduğu CM-nin 237.2.2-ci maddəsində (CM-nin 237.1-ci maddəs i ilə birlikdə) nəzərdə tutulmuş cinayətlə müqaisəli təhlili belə nəticəyə gəlmək üçün əsas verir ki, başqasının mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tərkibində narkotik vasitə olan bitkiləri kultivasiyə etmiş (belə bitkiləri əkmiş, yetişdirmiş və onların hissələrini toplamış) məhkum CM-nin 188-ci maddəsində nəzərdə tutulmuş əməllə yanaşı həmçinin obyekti ictimai təhlükəsizlik sahəsində ictimai münasibətlərə qəsd edən, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməllər də törətmişdir. CM-nin 237.1-ci maddəsinə əsasən, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müdd ətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-nin 237.2.2-ci maddəsinin tələblərinə görə eyni əməllər təkrar törədildikdə isə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, qeyd olunan maddədə müstəqil formada cinayət məsuliyyəti yaradan aşağıdakı əməllər nəzərdə tutulmuşdur: 1. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə; 2. qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri yetişdirmə; 3. qanunsuz olaraq tərkibində narkotik maddələr olan əkilmiş - yetişdirilmiş bitkiləri (onların hissələrini) toplama. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində də tərkibində narkotik maddəl ər olan bitkilərin qanunsuz kultivasiyasının anlayışı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması kimi verilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2013-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “qanunverici insan və vətəndaş hüquqlarının qorunması və müdafiəsi sahəsində, habelə cinayət qanunvericiliyi sahəsində müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək Konstitusiya ilə nəzərdə tutulan hədlərdə cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayə t törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır. İctimai təhlükəli əməlin müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə hüquqi tənzimləmə hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik, tarazlıq prinsipləri əsasında həyata keçirilməlidir. Sadalanan prinsiplərə əməl olunması beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, habelə Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunundan irəli gəlir. Hüquq normalarının dəqiqliy i, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə əsaslanır və bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyrimüəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyə görə, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxx 2012-ci il tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərə görə məsuliyyət müəyyən edən normalar cinayətlərin xüsusiyyətindən və təhlükəlilik dərəcəsindən asılı olaraq iki qrupa bölünür: formal və maddi quruluşa malik tərkiblər. Formal quruluşa malik olan tərkiblərdə cinayət tərkibinin obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli cinayətlərdə qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədilən andan başa çatmış hesab edilir. Maddi quruluşa malik olan tərkiblərdə isə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən ictimai təhlükəli nəticə də cinayət tərkibinin obyektiv cəhətinə daxil edilir. Madd i tərkibli cinayətlər üzrə məsuliyyətin həlli üçün ictimai təhlükəli nəticənin baş verməsi tələb olunur. Göründüyü kimi, CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin obyektiv cəhəti tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, toplanması və kultivasiyasında əks olunur. Bu əməllər nəticəsində törədilən cinayət formal tərkibli olduğundan tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, toplama, habelə tərkibində xüsusi növ narkotik maddələr olan bitkiləri kultivasiya etmə anından cinayət başa çatmış hesab olunur, yəni cinayətin başa çatması əməlin ictimai təhlükəli nəticəyə səbəb olması ilə şərtlənmir.” Məhkəmə kollegiyası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş təfsirə əsaslanaraq vurğulayır ki, Məhkum tərəfindən eyn i vaxtda törədilmiş əməllər – torpaq üzərində mülkiyyət hüqunun pozulması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya edilməsi əməlləri nəinki obyektinə, həmçinin ictimai təhlükəliliyi və xarakterinə uyğun olaraq öz quruluşuna görə də fərqlənir. Birinci halda cinayətin törədilməsi zamanı torpağın sahibinin (istifadəçinin və ya icarədarının) torpaq üzərində sahiblik, istifadə və ya icrarə hüququnun pozulması kimi zərərli nəticə baş verirsə, ikinci halda cinayətin başa çatmış hesab edilməsi üçün hər hansı nəticənin baş verməsi tələb olunmur. Məhkəmə kollegiyasının qənaətinə görə, CM-nin 188 və 237-ci maddələrində nəzərdə tutulmuş cinayətləri oxşar cinayətlər də hesab etmək, bu normalarının birini digərinə münasibətdə xüsusi norma hesab etmək də mümkün deyil. Bu baxımdan qeyd edilən halda, Məhkum əməllərində CM-nin 188 və 237-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusunun olması barədə nəticə hasil olur və bununla bağlı CM-nin 17-ci maddəsinin tələblərinə müraciət etmək zərurəti yaranır. CM-nin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. CM-nin 17.2-ci maddəsində təsbit edilmişdir ki, bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutu lmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Qanunvericiliyinin tələblərinə və mənasına görə isə, cinayətlərin ideal məcmusu halında əməl ayrı-ayrılıqda məcmuya daxil olan cinayətlər kimi qiymətləndirilərək CM-nin müvafiq maddələri ilə tövsif edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası Məhkum yuxarıda təsvir edilən əməllərinin CM-nin həm 188.4.1, həm də 237.2.2-ci maddəsi ilə tövsif edilməsini düzgün hesab edir və qeyd edir ki, analoji əməllərin bu qaydada tövsif edilməsi ilə bağlı artıq müvafiq məhkəmə təcrübəsi formalaşmış (belə tövsiflə bağlı birinci və apellyasiya instansiyası məhkəmələri və Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən kifayət qədər hökmlər çıxarılmış və qərarlar qəbul edilmişdir) və həm aşağı instansiya məhkəmələrinin iş üzrə, həm də kassasiya kollegiyasının hazırki qərarda gəldikləri nəticə də həmin təcrübəyə tam uyğundur. O, ki qaldı Məhkum əsassız və qanunsuz olaraq CM-nin 234.4.3-c maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair kassasiya şikayətində irəli sürülmüş dəlilə, yuxarıda qeyd olunduğu kimi, onun digər əməllərlə yanaşı həm də qanunsuz olaraq satış məqsədilə əkib-becərdiyi çətənə bitkisinin yarpaqlarını toplayıb qurutmaqla külli miqdarda narkotik vasitə olan qurdulmuş marixuana əldə etməsi, saxlaması və gəzdirməsi ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclasında araşdırılmış mötəbər sübutlarla, o cümlədən məhkumun ibtidai araşdırma zamanı verdiyi və digər sübutlarla üst-üstə düşən etirafedici ifadələri ilə təsdiq olunur. Məhkəmə kollegiyasının qənaətinə görə, Məhkum yaş adığı evdən götürülmüş qurudulmuş marixuananın Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə Siyahıları”nın 12-ci bəndinin “a” altbəndinə əsasən külli miqdarda olması, onun həmin narkotik vasitənin 7,97 qramını xxx satması da məhkumun qeyd edilən külli miqdarda marixuananı məhz satış məqsədi ilə əldə edib saxlamasına və gəzdirməsinə dəlalət edir. X20 Məhkəməsinin və Şəki Apellyasiya Məhkəməsinin bu barədə gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, həmin nəticə cinayət qanunvericiliyinin tələblərinə və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyə sinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının tövsiyələrinə uyğundur. Həmin Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla v ə narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə olan halda, məhkəmə kollegiyası Məhkum külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə edib saxlaması və gəzdirməsi ilə bağlı təhlil edilən əməlinin CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməsini də düzgün hesab edir və bütövlükdə məhkumun kassasiya şikayətinin dəlillərini qəbuledilməz sayaraq həmin şikayətin hansısa hissədə təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, kassas iya şikayəti təmin edilməməli, Məhkum CM-nin 188.4.1, 234.1, 234.4.3 və 237.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə onun barəsindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə – dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.4.1, 234.1, 234.4.3 və 237.2.2ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar