Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-905/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 2 21.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim: X5) 09 iyun 2021-ci il tarixli hökmü ilə xx.xx.1963-cü il tarixdə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Böyük Dəhnə kəndində pasport qeydiyyatında olmaqla, həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla bir il üç ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı işlə əlaqədar 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək tutularaq Şəki ŞRPŞ-nin MSY-də saxlandığı 02 (iki) gün həbsdə saxlanıldığı müddət islah işləri cəzasının müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla bir il, iki ay, iyirmi iki gün müddətə islah işləri cəzası saxlanılmış, islah işləri cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablanması, hökmün icrasının yaşayış yeri üzrə Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məlikov Vəzirxan İsgəndər oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X3 ibarət tərkibdə) 12 avqust 2021-ci il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(075)-47/2021 nömrəli hökmü cəzaya aid hissədə dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs CM-in 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək ona təyin edilmiş 01 il 03 ay müddətə islah işləri cəzası 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs 26 mart 2021-ci il tarixdən 28 mart 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 il azadlığın m əhdudlaşdırılması cəzasından çıxılaraq 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Şəki rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Şəki rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, qərarın icrasının Şəki şəhər İcra və Probasiya şöbəsinə tapşırılması qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və belə zorun tətbiq olunması hədəsi, habelə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərərək, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 11 oktyabr 2020-ci il tarixdə saat 16:00 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ictimai yer hesab olunan, Şəki rayonu, Böyük Dəhnə kənd ərazisində yerləşən, Şəki Şəhər İcra Hakimiyyətinin Başçısının Böyük Dəhnə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin inzibati binasının, «Sərfəli» marketin yaxınlığında, küçədə milli əxlaq qaydalarına zidd olaraq əsaslı səbəb olmadan ucadan nalayiq ifadələr işlədib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə a çıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış və əxlaq normalarının ziddinə olan hərəkətlərə yol verərək, ətrafda kənar şəxslərin olduğunu gördüyü halda onların gözü qarşısında Şəki rayonu, Böyük Dəhnə bələdiyyəsinin sədri vəzifəsində işləyən Zərərçəkmiş şəxs1, ona istifadəsində olan fermanın ətrafındakı torpaq sahəsinin əkilməsi ilə bağlı yaranmış mübahisə ilə əlaqədar haqlı irad bildirməsindən acıqlanaraq onun ünvanına nalayiq söyüşlər söyüb zor tətbiq etməklə hədələyib sillə ilə üzünün sağ nahiyəsinə qəsdən bir dəfə vuraraq ona sağ çənə- gicgah oynağı nahiyəsinin travmatik şişkinliyi kimi xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmin vaxt hadisə yerində olan və vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmas ının qarşısını alan qohumu Şəki rayonu, Böyük Dəhnə kənd sakini Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs söyüş söyməsini görüb ona yaxınlaşaraq münaqişənin daha da dərinləşməsinin, sərxoş vəziyətdə ağır nəticələrə səbəb ola biləcək hər hansı hadisənin qarşısını almaq, ətrafdakı insanlar narahatçılıq yaradılmaması məqsədilə onu nizamintizama dəvət edib, pozulmuş ictimai qaydanın bərpası üçün hər iki əli ilə qucaqlayaraq onu hadisə yerindən uzaqlaşdıran zaman sonuncu aqressiv formada qeyd olunan xuliqanlıq hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs2 haqlı irad bildirməsindən acıqlanaraq onun ünvanına nalayiq söyüşlər söyüb ona qarşı müqavimət göstərərək başı ilə onun baş-təpə nahiyəsinə qəsdən bir dəfə vuraraq ona başın təpə nahiyəsinin əzilmişsıyrılmış yarası ilə nəticələnən sağlamlığa zər ər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək Şəki rayon Böyük Dəhnə kənd ərazisində fəaliyyət göstərən «Sərfəli» marketin iş rejimini pozaraq qərəzli xuliqanlıq cinayətini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətində göstərilir ki, müdafiə etdiyi şəxs qeyd olunan ittihamla ona verilmiş cəzanı qəbul etməmişdir. Şəxs ona verilən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası ilə razı deyildir. Müdafiə etdiyi şəxs etmiş olduğu əməl və hərəkətlərindən peşmandır. Proses dövrü zərərçəkmiş şəxsdən üzr istəmiş, lakin baş verənlərə görə onun barəsində apellyasiya instansiyası məhkəməsi ədalətli qərar qəbul etməmişdir. Müdafiə etdiyi şəxs əvvəllər məhkum edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirləndirildiyi maddənin cəza hissəsində olan daha yüngül cəza ilə əməlinə hüquqi qiymət verilməsini istəyir. Məhkəmə qərar qəbul edərkən müdafiə etdiyi şəxsin şəxsiyyətini, etdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini nəzərə almamışdır. Kassasiya şikayətində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarının ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edi lmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yal nız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində apellyasiya instansiya məhkəməsi tərəfindən təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununu n ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəs inə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niy yətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cin ayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Təqsi rləndirilən şəxs cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən CM-in 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlərə aid olmasını və bilavasitə obyektinin ictimai qaydalar olması ilə yanaşı, əlavə obyekti insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər olmasını nəzərə almışdır. Apellyasiya Məhkəməsi CM-in 221.2.2-ci maddəsinin sanksiyası çərçivəsində daha yüngül cəzanın təyin edilməsi cəzanın islah təsiri baxımından yetərli hesab etməmiş və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin cəza təyini ilə bağlı tələbləri, o cümlədən şəxs tərəfindən törədilən cinayətin ağırlaşdırıcı tərkib əlaməti qismində ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törətməsi, cinayət əməlinin cinayət qanunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri ki, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti nəzərə alınmamış və işin digər halları Təqsirləndirilən şəxs məhz ağır cəzanın təyin edilməsini şərtləndirməsinə baxmayaraq, islah işləri cəzası təy in etməklə sosial ədalət prinsipini pozmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun məsuliyyətini yüngülləşdirən hal kimi yaşlı olmasını CM-in 59.2-ci maddəsinə əsasən nəzərə alınsa da, onun yaşlı insan kimi davranış və hərəkətləri ilə örnək olmalı, cavan nəslə həyat təcrübəsi, cəmiyyətdə formalaşmaları yönündə doğru yol göstərməli olduğu halda, orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı ağırlaşdırıcı tərkib əlamətləri ilə qərəzli xuliqanlıq cinayəti törətməsi kimi hallara qiymət verilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi məhkuma törətdiyi cinayət əməlinə görə Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona qəti olaraq hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla bir il, iki ay, iyirmi iki gün müddətə islah işləri cəzasının təyin edilməsinin sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və ona haqlı olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma təyin edilmiş cəzanın ağır olması barədə dəlillərini əsassız hesab edir və təyin edilən cəzanın yüngülləşdirilməsinə əsas olan halların mövcud olmadığı nı qeyd edir. Yuxarıda şərh olunanlara əsasən isə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası və onun həddi ədalətli, qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstər ilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşka r ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzan ın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlığın məhdudlaşdırılması cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğundur və onun islah olunması məqsədinə cavab verir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın yüngülləşdirilməsinin məqsədəmüvafiq olmadığını qeyd edir və hesab edir ki, kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kas sasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci m addəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-905/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-905/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver