Məhkəmə qərarları › İş №1(102)-905/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-905/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-905/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, cinayət məsuliyyətindən azad edilmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4, mülki iddiaçının - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 213.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Qəhrəmanov Tural Rasim oğlu tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Se yidəhmədli tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Məmmədov Murad Akif oğlu) Təqsirləndirilən şəxs, xx xxxxxx 1982-ci il tarixdə Zaqatala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilərək cinayət məsuliyyətindən azad edilmiş, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv olunmuş, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar onun inzib ati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə göndərilmiş, iş üzrə mülki iddia baxılmamış saxlanılaraq hazırki iş üzrə şəxsin inzibati məsuliyyət məsələsi həll edildikdən sonra mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ izah olunmuşdur. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı CM-nin 213.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 2015-2017-ci illər üzrə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmış, hüquqi və fəaliyyət ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3ng & Network System Services LTD" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) (bun dan sonra MMC) faktiki rəhbəri olub, fəaliyyətinə faktiki rəhbərlik edərkən, həmin cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş funksiyaları özü tam yerinə yetirərək, əmlakının, maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini üzərinə götürmüş, sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq bütün bank əməliyyatlarını həyata keçirmiş, vergitutma obyekti olan və vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq rəsmiləşdirmiş və bununla əlaqədar vergi ödəyicisinin fəaliyyətinə məsuliyyət daşıyan və müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 16.1.7, 72, 78.1, 103-105, 149, 155, 157, 168, 173, 174, 177 və 180.1-ci maddələrinin tələblər ini pozaraq, cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil etməklə və ya bəyannamə təqdim etməməklə ümumilikdə, külli miqdar təşkil edən 216561,09 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Belə ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin adından Bakı şəhərində alqı-satqı əməliyyatları aparıb xidmətlər göstərərək müvafiq bəyannaməni təqdim etməməklə 2015ci ilin dekabr ayı üzrə 20070,00 manat ƏDV-ni; bundan əlavə, 2015-ci il üzrə cəmiyyətin adından vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən gəliri 1640433,24 manat, xərci 1305079,47 manat, vergiyə cəlb olunan mənfəəti 335353,77 manat və ödənilməli mənfəət vergisi 67070,75 manat olduğu halda, həmin il üzrə təq dim etdiyi mənfəət vergisinin bəyannaməsində gəlirini 1640433,24 manat, xərcini 1635977,48 manat, vergiyə cəlb olunan mənfəətini 4455,76 manat və ödənilməli mənfəət vergisini 891,15 manat göstərərək, 66179,60 manat mənfəət vergisini; 2016-cı il üzrə cəmiyyətin adından vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən gəliri 622430,22 manat, xərci 21734,41 manat, vergiyə cəlb olunan mənfəəti 600695,81 manat və ödənilməli mənfəət vergisi 120139,16 manat olduğu halda, həmin il üzrə təqdim etdiyi mənfəət vergisinin bəyanaməsində gəlirini 622430,22 manat, xərcini 518691,85 manat, vergiyə cəlb olunan mənfəətini 103738,37 manat və ödənilməli mənfəət vergisini 20747,67 manat göstərərək, 99391,49 manat mənfəət vergisini; 2017-ci il üzrə cəmiyyətin adından vergi orqanına təqdim etdiyi mənfəət vergisinin bəyannaməsində malların təqdim edilməsindən gəliri 194455,51 manat, xərci 38308,51 manat, vergiyə cəlb olunan mənfəəti 156147,0 manat və ödənilməli mənfəət vergisi 31229,40 manat olduğu halda, həmin il üzrə təqdim etdiyi mənfəət vergisinin bəyanaməsində gəlirini 194455,51 manat, xərcini 192908,51 manat, vergiyə cəlb olunan mənfəətini 1547,0 manat və ödənilməli mənfəət vergisini 309,40 manat göstərərək, 30920,0 manat mənfəət vergisini, ümumilikdə isə külli miqdar təşkil edən 216561,09 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Yasamal Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Bəhramova Fəridə Tofiq qızı tərəfindən verilmiş apellyasiya protestinə və mülki iddiaçı - Azərbaycan Respub likasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini Samir Seyidəhmədli tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Abdulov Rəşad Məhərrəm oğlu və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə) 24 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protesti verərək mübahisələndirilən qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya bax ışına təyin olunmasını, mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini S.Seyidəhmədli isə kassasiya şikayəti verərək mülki iddianın tam təmin edilməsini, Təqsirləndirilən şəxs isə CM-nin 213.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Hazırki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticəyə, CPM-nin və Vergi Məcəlləsinin bir sıra normalarına istinad edib iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edərək işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestini onun la əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, ibtidai araşdırma zamanı təyin edilərək keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 17 sentyabr 2020-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, “Engineering & Network System Services Ltd" MMC-də 2015-ci ilin dekabr ayı üzrə 20070,00 manat məbləğində ƏDV, 2015-ci il üzrə 66179,60 manat, 2016-cı il üzrə 99391,49 manat, 2017-ci il üzrə 30920,00 manat, cəmi 196491,09 manat məbləğində mənfəət vergisi olmaqla, ümumilikdə 216561,09 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Cinayət işinə məhkəmədə baxılarkən keçirilmiş komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 22 iyun 2022-ci il tarixli rəyinə əsasən isə 04 fevral 2020-ci il tarixli **********173864 saylı səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr ərzində “Engineering & Network System Services Ltd" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 30.920 manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən edilmişdir. Bu rəydə həmçinin qeyd edilmişdir ki, yoxlama aktının ƏDV hissəsində vergi ödəyicisi tərəfindən 2015-ci ilin dekabr ayında 20070,00 manat məbləğində ƏDV-nin azaldılmasına səbəb müəssisə tərəfindən malın dəyərinin ödənilməsini təsdiq edən hər hansı sənədin yoxlamaya təqdim e dilməməsi və bunun nəticəsində əsassız əvəzləşmənin verilməsinin olduğu göstərilmişdir. Qanunvericiliyin tələbinə əsasən əvəzləşdirilməsi ləğv edilmiş malların təqdim edilməsi vergi tutulan əməliyyat hesab edilmir. Yoxlama aktında mal qalığının qalması ilə bağlı hər hansı bir qeyd öz əksini tapmamışdır. Göstərilənlərə əsasən yoxlama ilə əvəzləşdirilmiş əlavə dəyər vergisi məbləğlərinin nəzərə alınmamasına görə vergi ödəyicisinə əlavə olaraq hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən olunmamışdır. Mübahisələndirilən qərarda qeyd edilmişdir ki, ibtidai istintaq zamanı keçirilmiş və təqsirləndirilən şəxsə qarşı külli miqdarda vergiləri ödəməkdən yayınma ilə bağlı ittihamın irəli sürülməsi üçün əsas olan, ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 sentyabr 2020 -ci il tarixli 9/2008 nömrəli rəyi mötəbər sübut kimi qəbul edilmir. Eyni zamanda məhkəmələr 31 mart 2022-ci il tarixli təkrar və 22 iyun 2022-ci il tarixli komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərini mötəbər sübut kimi qəbul edərək düzgün nəticəyə gəlməmişlər. Belə ki, məhkəmələrin mövqeyinə görə, vergi orqanı tərəfindən səyyar yoxlama aktı tərtib edilərkən vergi ödəyicisinin çəkdiyi heç bir xərc nəzərə alınmamış və istintaq dövründə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyində də bu məsələ nəzərə alınmayaraq ona vergi qanunvericiliyində nəzərdə tutulmuş qaydada qiymət verilməmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı səyyar yoxlama aktını tərtib etmiş vergi əməkdaşı şahid qismində dindirilərkən müəssisənin heç bir xərc sənədinin nəzərə alınmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı keçirilmiş təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının rəylərində isə xərclər nəzərə alınmış, həmçinin qanunvericliyin tələbinə əsasən müddəti ötürülməklə hesablanmış vergilər nəzərə alınmaqla iş üzrə obyektiv rəylər verilmişdir. Dövlət ittihamçısının mövqeyinə görə isə, məhkəmə baxışı zamanı keçirilmiş ekspertizalar üzrə rəylər vermis ekspertlər onların qarşısında qoyulmuş suallara konkret cavablar verməmiş, səlahiyyətləri olmadığı halda onların xüsusi biliklər dairəsinə aid olmayan məsələlərə qiymət vermiş, qanunun normalarına düzgün istinad etlməmiş və onların əsaslandıqları hallar vergi qanunvericiliyinə uyğun olmamışdır. Kassasiya protestinin müəllifi həmçinin qeyd etmişdir ki, səyyar vergi yoxlamasının keçirilməsi zamanı 08 fevral 2019-cu il, 12 mart 2019-cu il, 11 aprel 2019-cu il, 25 iyun 2019-cu il, 26 iyul 2019-cu il, 26 avqust 2019-cu il, 27 sentyabr 2019-cu il, 28 oktyabr 2019-cu İl və 29 noyabr 2019-cu il tarixlərdə müvəqqəti dayandırma haqqında qərarlar qəbul edilmiş, səyyar vergi yoxlamasının aparılması müvafiq olaraq 28, 31, 33, 31,32, 32, 32, 32, 19 gün dayandırılmış, lakin ekspertlər tərəfindən 3 illik müddətin hesablanması zamanı yoxlamanın dayandırıldığı müddət nəzərə alınmamışdır. Səyyar vergi yoxlamasının obyektivliyini, hərtərəfliliyini və tam aparılmasını təmin etmək məqsədilə dayandırma aparılmış və dayandırmaya səbəb olmuş hallar aradan qalxdıqdan sonra yoxlama davam etdirilmişdir. Dayandırmanın həyata keçirildiyi dövr 3 illik müddətə daxil edilməməlidir. Əgər yoxlamanın dayandırıldığı müddət 3 illik dövrə dax il edilərsə, bu hal vergi ödəyiciləri tərəfindən sui-istifadə hallarına yol açar və ödəyiciləri qəsdən yoxlamadan yayınmağa təşviq edər. Bundan başqa, dövlət ittihamçısı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən əsassız olaraq təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizasının düzgün olmayan, obyektivliyi əks etdirməyən 31 mart 2022-ci il tarixli və 22 iyun 2022-ci il tarixli rəylərinə əsaslanmış, lakin Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə cinayəti törətməsini təsdiq edən mötəbər sübutları, habelə apellyasiya protestində göstərilən dəlilləri nəzərə almamış, onları qeyri-obyektiv sübutlar kimi qiymətləndirməklə cinayət prosesinin tərəfləri arasında tarazlığı qorumalı və işə obyektiv baxılmasını təmin etməli olduğu halda, müdafiə tərəf inin təqdim etdiyi əsassız dəlillərə üstünlük vermiş, bununla da çəkişmə prinsipinin tələblərindən və ədalət mühakiməsi funksiyasının hüdudlarından kənara çıxmış, müqayisəli təhlil aparmamış, bununla da, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə əsassız və formal olaraq razılaşmışdır. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestinin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini S.Seyidəhmədli kassasiya protestinin məzmununa uyğun məzmunda verdiyi və əsas ən məhkəmə iclasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 31 mart 2022-ci il və 22 iyun 2022-ci il tarixli rəylərini mübahisələndirdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası 24 noyabr 2022 tarixli qərarı qəbul etməzdən əvvəl hər hansı araşdırma aparmamış və apellyasiya şikayətində qeyd edilən xüsusatlarla bağlı hər hansı əsaslandırılmış dəlillər ortaya qoymadan birinci instansiya məhkəməsinin qərarını təkrarlamaqla kifayətlənmişdir. Ümumiyyətlə isə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırma tam, hərtərəfli və obyektiv aparılmamış, məhkəmələr həqiqətin müəyyən olunması üçün bütün mümkün hüquqi imkan, təminat və vasitələrdən istifadə üzrə vəzifələrini yerinə yetirməmiş, mübahis ənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərinə əməl olunmamış və məhkəmələr CPM-nin 125, 127.3, 144 və 145-ci maddələrinin tələblərini pozaraq cinayət işi üzrə yanlış nəticəyə gəlmiş, bu nəticənin əsasına isə mötəbər sübut hesab etdikləri təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizalarının 31 mart 2022ci il tarixli və 22 iyun 2022-ci i tarixli rəylərini qoymuşlar. Lakin, həmin rəylərin məzmunundan görünür ki, ikinci rəy birinci rəyi faktiki olaraq təkrarlamış, ekspertlər hər iki rəydə eyni nəticəyə gələrək ödənilməsindən yayındırılmış vergi məbləğini əsassız olaraq azaldıb səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli ol an vergi məbləğinin 30.920,0 manat məbləğində olması barədə düzgün olmayan nəticəyə gəlmişlər. Bununla bağlı kassasiya şikayətinin müəllifi qeyd edir ki, məhkəmə baxışı zamanı təkrar və komisyon ekspertizaların təyin edilməsi haqqında qərarlarda ekspertlər qarşısında vergidən yayındırılmış məbləğin müəyyən edilməsi ilə bağlı 04 fevral 2020-ci il tarixli, **********173864 saylı səyyar vergi yoxlaması aktı tərtib edilərkən "Engineering & NetWork System Services LTD” MMC-nin sahibkarlıq fəaliyyəti üzrə çəkilmiş xərclərinin nəzərə alınıb-alınmaması, əgər həmin xərclər nəzərə alınmamışdırsa, həm onlar, həm də ödənilmiş vergilər nəzərə alındıqdan sonra "xxxx" MMC-nin fəaliyyəti üzrə yoxlama dövründə hansı növ vergilərin yaranması, əgər yaranırsa həmin məbləğin nə qədər olması ilə bağlı suallar q oyulmuşdur. Bu qərarlara əsasən keçirilmiş ekspertiza rəylərinə nəzər salındıqda isə görünür ki, ekspertlər tərəfindən onların qarşısında qoyulmuş suallara tam cavab verilməmiş, onlar səlahiyyətlərinə və xüsusi biliklər dairəsinə aid olmayan məsələlərə qiymət vermiş, bəzi məsələlər üzrə isə qanunvericilik normalarına əsassız istinad etməklə qiymətləndirmə aparmışlar. Məhkəmələr isə bu halları nəzərə almayaraq eyni zamanda özləri müddətlərin tətbiqi ilə bağlı məsələyə hüquqi qiymət verməmişlər, halbuki belə qiymətləndirmənin aparılması ekspertlərin deyil, məhkəmələrin vəzifəsidir. Ekspertlər əsassız olaraq hüquqi məsələyə dair rəy vermiş, verdikləri rəy də yanlış təfsir və izaha söykənmişdir. Apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı zamanı dindirilən ekspertlər verdik ləri əsassız rəyi israrla əsaslandırmağa çalışmış, təkrarən qanunvericiliyin tətbiqi ilə bağlı məsələlərə müdaxilə edərək, yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən 3 illik müddətin aktın tərtib olunduğu tarixdən hesablanmalı olduğunu qeyd etmişlər. Lakin iş materiallarından görünür ki, yoxlama aktının tərtib olunma tarixi 04 fevral 2020-ci il, məsuliyyətə cəlb edilmə qərarının tarixi isə 13 fevral 2020-ci il olmuşdur. Belə olan halda vergi orqanı qanunvericiliyin tələbinə uyğun olaraq artıq həmin vaxt, yəni 2020-ci il tarixdə artıq qüvvədə olan normaları tətbiq etmişdir ki, bu da qanunvericiliyin tələbinə uyğun olmuşdur. Bundan başqa məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmiş rəylərdə ekspertlər tərəfindən 2016-cı il üzrə hesablanmış mənfəət vergisinin x ərc sənədlərinin tam olmamasına baxmayaraq bir qism xərclər (21.734,41 manat) çıxıldıqdan sonra birbaşa olaraq hesablandığı qeyd edilmiş, belə qaydada mənfəət vergisinin hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmadığı, gəlir və ya xərclər tam olmadıqda 20% şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisinin hesablanmalı olduğu vurğulanmışdır. Bununla bağlı şikayət müəllifi qeyd etmişdir ki, ekspertlər tərəfindən 2016-cı il üzrə mənfəət vergisi şərti rentabellik norması tətbiq edilməklə hesablanmış rəydə qeyd edilən dövr üzrə kənarlaşmanın müəyyən edildiyi bildirilmiş, lakin, yekunda hesablamanın nəticəsi olaraq nə qədər məbləğdə vergilərin yayındırıldığı qeyd edilməmişdir. Nəticədə hesablamalar üzrə ekspertlər tərəfindən natamam rəy verilmişdir. İbtidai istintaq dövründə ke çirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin heç bir halda mötəbərliliyinin şübhə doğurmadığını, qeyd edilən ekspertizanın ekspert qarşısında qoyulmuş suallar və təqdim edilmiş bütün sənədlər əsasında aparıldığını, ekspert tərəfindən qanunvericiliklə üzərinə düşən vəzifələrin icra edildiyini və ona verilən suallar və materiallar əsasında rəy verildiyini, əksinə, məhkəmə istintaqı dövründə ekspertlərin onlar qarşısında qoyulmuş suallara konkret cavab vermədiyini qeyd edən kassasiya şikayətinin müəllifi, prosessual pozuntularla müşayiət olunan, daha çox hüquqi rəyi xatırladan məhkəmə istintaqı zamanı verilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri deyil, ibtidai istintaq zamanı verilmiş rəyin məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməli olduğunu iddia edir. Qeyd olunan lara əsasən, mülki iddiaçı - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022 tarixli qərarını ləğv edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini S.Seyidəhmədli iş üzrə verilmiş mülki iddianın tam təmin edilməsini, Təqsirləndirilən şəxs CM-nin 213.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilərək vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması nəticəsində vurulan həmin ziyanın (verginin) ondan tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı T.R.Qəhrəmanov kassasiya protestində və mülki iddiaçının nümayəndəsi S.Seyidəhmədli kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq Təqsirləndirilən şəxs barəsindəki cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, sonuncuya qarşı verilmiş mülki iddianın baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla prosessual qanunvericiliyin normalarının tələblərinə əməl etməməsini iddia edərək həmin məhkəmənin qərarının ləğv edilməli olması haqqında kassasiya tələbini CPM-nin 416.1.1-416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ol an kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar cinayət işinin materiallarını təhlil edib Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq apardığı təhlilin nəticələri kimi aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciət in dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkə n maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Bu tələb eyni zamanda ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət və ya digər qeyri-qanuni əməl törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolv erilməzliyini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüq uqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutların axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təm in olunmasından söhbət gedə bilməz. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymə tləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Həmin qərara görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyət ə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmaması nı müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi ha llarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini hə yata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Cinayət mühakimə icraatının təməl prinsiplərindən olan təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və y a az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-nin 138.1-ci maddəsində qeyd olunmuşdur ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutl arın kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sü butetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələbl ərinə uyğun olan eyni hüquqi mövqe kassasiya şikayətində də istinad olunan “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat v erilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramovun və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə ist intaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Hazırki iş üzrə, məhkəmələrin işin faktiki halları barədə gəldikləri qənaətə görə, iş üzrə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinə faktiki rəhbərlik edərkən dövlət büdcəsinə ödənilməli olan 30.920 manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən edilmişdir. Məhkəmə kollegiyası həm birinci, həm də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticənin birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla tam təsdiq ed ilməsini qeyd edərək əvvəla vurğulamağı lazım bilir ki, bu sübutlar qanunvericiliyin tələblərinə uyğun olaraq əldə edilmiş, onların yolverilməzliyini təşkil edən və CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməsi müəyyən edilməmiş və məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında araşdırılmış sübutları ətraflı şərh edərək onlara həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymət vermişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya müraciətlərinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir qisminə müraciət etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş T əqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2003-cü ildə "xxxx" MMC-ni qohumu Şahid1 adına təsis etdirmiş, cəmiyyətin fəaliyyəti mühəndislik və quraşdırma, yəni kompyuter, şəbəkə, servis və İT xidmətlərinin göstərilməsi, reklam quraşdırma və bu kimi digər işlərin görülməsindən ibarət olmuş, cəmiyyətin təsisçiləri və direktorları dövrlər üzrə qohumu Şahid1, tanışları Şahid2, Şahid3 olmuş, cəmiyyətin maliyyə əməliyyatlarını əsasən "xxxx" ASC-nin Abşeron, QSC "Bank Standard" KB-nin Korporativ filialında olan hesabları vasitəsilə aparmış, cəmiyyətin direktorlarının fəaliyyəti onun tapşırığı ilə lazım olan sənədləri imzalamaq və müəssiənin hesablarına gələn pulları həmin hesablardan çıxarıb ona təqdim etmək olmuş, cəmiyyətin mühasib atlıq işlərini də özü aparmış, müəssisənin adınan hesabatları, bəyannamələri özü hazırlayıb elektron formada vergi orqanına təqdim etmiş, vergi orqanı tərəfindən verilmiş elektron şifrə, parol, kodu, müəssisənin ciddi hesabat və maliyyə sənədləri, möhür, künc ştampı özündə olmuş, MMC üzrə dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinə dair cəmiyyətin direktorlarının məlumatı olmamış, cəmiyyətin ofisi ünvan 4 ünvanında yerləşən “İzmir Plaza”da icarəyə götürdüyü yerdə olmuş, cəmiyyətin balansında əmlakı olmamış, pandemiya ilə əlaqədar cəmiyyətin fəaliyyətini dayandırmış, fəaliyyət göstərdiyi dövrdə 3-4 nəfər işçisi olmuş, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərliyi özü etmiş, müəssisənin adından aparılan əməliyyatları özü həyata keçirmiş, apardığı əməliyyatlarla bağlı cəmiyyətin adından müqavilələri hazırlayıb, direktorlara imza etdirmiş, lakin direktorlar həmin müqavilələrin mahiyyətini bilməmiş, sonuncuların qarşı təşkilatlarla heç bir əlaqəsi olmamış, həmin müqavilələri özü hazır formada əməliyyat apardığı qarşı firmalara vermiş, həmin firmaların vəzifəli şəxsləri da rəhbəri olduğu "xxxx" MMC-nin direktorlarını görməmiş, tanımamış, onlar bu əməliyyatlarla bağlı yalnız onu tanımış, ümümiyyətlə direktorların vəzifə təlimatları olmamış, belə ki, cəmiyyətin direktorları formal olduğundan onların vəzifə təlimatlarının olmasını zəruri hesab etməmiş, direktorlara aylıq müxtəlif məbləğlərdə əmək haqqın ödəmişdir. "xxxx" MMC-də aparılmış səyyar vergi yoxlaması nəticəsində cəmiyyət tərəfindən ödənilməsindən yayındaralmışı vergilərin 216561,09 manat məbləğində müəyyən edilməsi il ə razı deyil, çünki cəmiyyətin adından vergi tutulan əməliyyatlar aparılaraq hesabladığı vergiləri də dövlət büdcəsinə ödəmişdir. Lakin, vergi yoxlaması ilə vergilər düzgün hesablanmamış, bu zaman cəmiyyətin fəaliyyəti ilə bağlı böyük məbləğdə xərcləri nəzərə alınmamışdır. Məhkəmə istintaqı zamanı təyin edilmiş təkrar və komisyon məhkəmə- mühasibatlıq ekspertizalarının rəyləri ilə də bir daha təsdiq edilir ki, həmin məbləğlər şişirdilmişdir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi müəssisənin fəaliyyəti ilə bağlı böyük məbləğdə xərclərinin olması, lakin vergi yoxlaması zamanı qeyd olunan xərclərin nəzərə alınmaması barədə xüsusatı iş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Vergi Xidmə tinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahələri üzrə şöbəsinin baş dövlət vergi müfəttişi Şahid6 da təsdiq etmişdir. Belə ki, vergi orqanının əməkdaşı olan Şahid6 göstərmişdir ki, "xxxx" MMC-də səyyar vergi yoxlaması keçirilərkən heç bir xərc sənədi nəzərə alınmamışdır. Həyata keçirilən sahibkarlıq fəaliyyəti zamanı MMC-nin xərclərinin olduğu, lakin, ibtidai istintaq zamanı həmin halın nəzərə alınmadan məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin verildiyi barədə müdafiə tərəfinin vəsatətini təmin edən birinci instansiya məhkəməsi qeyd olunan xüsusatın araşdırılması məqsədilə haqlı olaraq iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması haqqında qərar qəbul etmiş və bu qərarında ekspert qarşısında səyyar vergi yoxlaması aktı tərti b edilərkən sahibkarlıq fəaliyyəti üzrə xərclərin nəzərə alınıb-alınmaması, əgər həmin xərclər nəzərə alınmamışdırsa, həm onlar, həm də ödənilmiş vergilər nəzərə alındıqdan sonra "xxxx" MMC-nin fəaliyyəti üzrə yoxlama dövründə hansı növ vergilərin ödənilməsindən yayındaralması, əgər yayındırmışa, bunun məbləğinin nə qədər olması barədə suallar qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2022-ci il tarixli 9/9259 saylı təkrar məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən 04 fevral 2020-ci il tarixli **********173864 saylı səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr ərzində “Engineering & Network System Services Ltd" MMC tərəfin dən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 30.920 manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi, bu rəyin nəticələri ilə razılaşmayan mülki iddiaçının (vergi orqanının) nümayəndəsi məhkəmə iclasında təkrar komisyon məhkəməmühasibatlıq ekspertizasının təyin edilib keçirilməsi barədə vəsatət qaldırmış və birinci instansiya məhkəməsi bu vəsatəti də təmin edərək həmin ekspertizanın təyin olunması haqqında qərar qəbul etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyun 2022-ci il tarixli 9/3464 saylı komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə və təqdim edilmiş iş materialla rında olan sənədlərə əsasən 04 fevral 2020-ci il tarixli **********173864 saylı səyyar vergi yoxlaması aktının əhatə etdiyi dövr ərzində “Engineering & Network System Services Ltd" MMC tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 30.920 manat məbləğində mənfəət vergisinin az hesablanması müəyyən edilir. Həmçinin qeyd edilir ki, müəssisənin hansı illər üzrə xərc sənədlərinin olması, hansı illər üzrə olmaması hazırki rəyin tədqiqi hissəsində göstərilmişdir. Bundan başqa qeyd edilmişdir ki, xərcləri təsdiq edən sənədlərin mövcud olmadığı il üzrə qanunvericiliyin tələbləri nəzərə alınmaqla şərti rentabellik əsasında hesablama aparılması rəyin tədqiqi hissəsində öz əksini tapmışdır. Rəyin tədqiqi hissəsində qeyd edilmişdir ki, ekspert qarşısında qoyulan beşinci və al tıncı suallar (yəni vergidən yayınma üsullarının müəyyən edilməsi) məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid deyildir. Hazırki tədqiqatla müəssisə tərəfindən aparılmış əməliyyatlara görə az hesablanmış verginin məbləği müəyyən edilmişdir ki, bu da öz əksini birinci, ikinci, üçüncü və dprdüncü suallarda tapmışdır. Rəyin tədqiqi hissəsində yoxlama aktının ƏDV hissəsində vergi ödəyicisi tərəfindən 2015-ci ilin dekabr ayında 20070,00 manat məbləğində ƏDV-nin azaldılmasına səbəbin müəssisə tərəfindən malın dəyərinin ödənilməsini təsdiq edən hər hansı sənədin yoxlamaya təqdim edilmədiyi və bunun nəticəsində əsassız əvəzləşmənin verilməsinin olduğu göstərilmişdir. Qanunverilciyin tələbinə əsasən əvəzləşdirilməsi ləğv edilmiş malların təqdim edilməsi vergi tutulan əməliyyat hesab edilm ir. Yoxlama aktında mal qalığının qalması ilə bağlı hər hansı bir qeyd öz əksini tapmamışdır. Göstərilənlərə əsasən yoxlama ilə əvəzləşdirilmiş əlavə dəyər vergisi məbləğlərinin nəzərə alınmamasına görə vergi ödəyicisinə əlavə olaraq hesablanmış ƏDV-nin düzgünlüyü müəyyən olunmamışdır. Rəyin tədqiqi hissəsində həmçinin qeyd edilmişdir ki, 17 sentyabr 2020-ci il tarixli 9/2008 saylı ekspert rəyi ilə 31 mart 2022-ci il tarixli 9/9259 saylı rəy arasında olan fərqin səbəbi fərqli sualların olması və əlavə sənədlərin (iş materiallarının) təqdim edilməsi olmuşdur. İş üzrə keçirilmiş təkrar və komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəylərinin həmin rəyləri vermiş və apellyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında onların nəticələrini təsdiq etmiş ekspertlər X10 və X6 ifadələri ilə birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birincisi, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, ikincisi, ekspertizanın keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, üçüncüsü, rəylərin nəticələri ekspertlərin ifadələri ilə, həmçinin birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş vergi orqanının nümayəndəsi Şahid6 ifadələrinin səyyar vergi yoxlaması zamanı keçirilərkən heç bir xərc sənədinin nəzərə alınmaması ilə bağlı hissədə üst-üstə düşür. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hökmdən verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə məhkəmə baxışı iclasında dövlət ittihamçısı və mülki iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəylərini mübahisələndirisələr də, cinayət təqibinin həmin mərhələsində istər təkrar istərsə də əlavə ekspertizaların keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət etməmiş və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq 31 mart 2022-ci il və 22 iyun 2022-ci il tarixli rəyləri cinayət işi üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək müvafiq qərar qəbul etmişdir. Kassasiya protestində və mülki iddiaçının kassasiya şikayətində əsasən yuxarıda təsvir edilən ekspertiza rəylərinin və həmin rəyləri vermiş ekspertlərin ifadələrinin mötəbər sübut kimi dəyərləndirilməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin və ekspertlərin ifadələrinin şübhə altına alınması və onların yolverilməz sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də, ekspertl ərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsində toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs 30920,0 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması tamamilə sübuta yetirilmişdir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinin tələbinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yoxlamanın əhatə etdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən, 3 illik müddət vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə haqqında qərarın tarixindən hesablanmalı olduğu halda, 29 noyabr 2019-cu il tarixdə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən bu maddə ilə müəyyən edilən 3 illik müddət səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Beləliklə, hər iki məhkəmə baxışının nəticələrinə əsasən müəyyən edilmişdir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar müəyyən qədər xərcləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilmədiyindən 2015-2017-ci illər üzrə cəmi 196491,09 manat məbləğində mənfəət vergisinin yayındırılması hesablanmışdır. Bundan başqa, komisyon məhkəmə-mühasibatlıq ekspertizasının rəyində 2015-ci ilin dekabr ayında 20070,00 manat məbləğində ƏDV-nin azaldılmasına səbəb olaraq müəssisə tərəfindən malın dəyərinin ödənilməsini təsdiq edən hər hansı sənədin yoxlamaya təqdim edilmədiyi və bunun nəticəsində əsassız əvəzləşmənin verilməsinin olduğu göstərilmişdir. Vergi qanunvericiliyinin tələbinə əsasən, əvəzləşdirilməsi ləğv edilmiş malların təqdim edilməsi vergi tutulan əməliyyat hesab edilmir. Yoxlama aktında mal qalığının qalması ilə bağlı hər hansı bir qeyd yoxlama aktında öz əksini tapmamışdır. Beləliklə, göstərilənlərə əsasən, yoxlama ilə əvəzləşdirilmiş olaraq hesablanmış ƏDV vergisinin düzgünlüyü müəyyən edilməmişdir. Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilə n vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Beləliklə, hər iki məhkəmə baxışının nəticələri ilə müəyyən edilmiş işin faktiki hallarını vergi qanunvericiliyinin tələblərinə müvafiq müqayisəli təhlil edən məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin 2015-ci il üçün hesablanmış 20070,00 məbləğində ƏDV vergisinin kənarlaşdırılması ilə bağlı mövqeyi əvvəla vergi qanunvericiliyinə əsasən əvəzləşməsi ləğv edilmiş əməliyyatın ƏDV vergisinə cəlb edilməməli olması, həmçinin qeyd olunan vergi hüquq pozuntusunun törədilməsi üzərindən qanunda nəzərdə tutulmuş 3 illik müddətin keçməsi səbəbindən qanuni və əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, müəssisənin fəaliyyəti üzrə tərtib edilmiş səyyar vergi yoxlamasının başlanması tarixi 28 dekabr 2018-ci il, yoxlamanın başa çatması və aktın tərtib olunma tarixi 04 fevral 2020-ci il, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarın tarixi 13 fevral 2020-ci il olduğundan yoxlama ilə əhatə olunan dövr 2015-2018-ci illər olmuşdur. Beləliklə, iş üzrə hər iki məhkəmə instansiyasında məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkünlüyü və mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs cəmi 30.920 manat məbləğində vegiləri dövlət büdcəsinə ödəməkdən yayınması sübuta yetirilmişdir. Məhz bu məbləği işin faktiki hallarına uyğun olan məbləğ kimi qəbul edərək, məhkəmələr Təqsirləndirilən şəxs əməlinə münasibətdə cinayət qanunu normalarının tətbiq edilməsi məsələsini həll edərkən CM-nin aşağıdakı normalarına müraciət etməyi zəruri hesab etmişlər və məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin bu mövqeyi ilə də razılaşır. Əvvəla, qeyd olunmalıdır ki, CM-nin 213.1-ci maddəsində xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 213.2.2-ci maddəsində isə bu əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli 68-VİQD saylı Qanunu ildə CM-də bir çox dəyişikliklər edilmiş, o cümlədən CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu maddədə “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür”. Göründüyü kimi, CM-də edilmiş dəyişikliyə əsasən Təqsirləndirilən şəxs tərəfindən 30.920 manat məbləğində vergiləri dövlət büdcəsinə ödənilməkdən yayındırılması cinayət tərkibi yaratmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, bu hal Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını və cəzalandırılmasını aradan qaldırdığından onun barəsində CM-nin 213.2.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin gəldikləri nəticə tamamilə əsaslı və qanuni olmuş və yuxarıda qeyd olunduğu kimi, bu nəticənin şübhə altına alınması üçün heç bir əsas araşdırılmış sübutlarla müəyyən edilməmiş, ittiham tərəfi olaraq dövlət ittihamçısı və mülki iddiaçının nümayəndəsi də bunu təkzib edən mötəbər sübutları və inandı rıcı dəlilləri məhkəmələrə təqdim etməmiş və kassasiya müraciətlərində onlara əsaslanmamışlar. Halbuki, prosessual qanunvericiliyin tələblərinə görə, cinayət məsuliyyətinə cəlb edilmiş şəxs özünün təqsirsiz olmasını sübut etməyə borclu deyil və onun təqsirli olmasına dair sübutların toplanmaı və məhkəməyə təqdim edilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür (CM-nin 21.3-cü maddəsi). Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri iş üzrə gəldikləri nəticəyə əsasən yekun məhkəmə aktları qəbul edərkən cinayət-prosessual qanunvericiliyinin aşağıdakı tələbinə də əməl etmişlər. Belə ki, CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cin ayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, kassasiya protestinin, həmçinin mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməməsi və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması barədə dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Hazırki iş üzrə verilmiş mülki iddianın baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin qərarının və bu hissədə də həmin məhkəmənin nəticəsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mövqeyinin əsassız olması barədə mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə koll egiyası qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş qərarlara görə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə CPM-nin 39.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (cinayət tərkibi olmadığına görə) xitam verilmiş, CPM-nin 39.3-cü maddəsinə əsasən isə bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Belə nəticə hazırki icraatda mülki iddianın Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsi barədə qərarın qəbul edilməsinə mane olur, lakin bu nəticə mülki iddianın gələcəkdə ya inzibati xəta haqqında icraat zamanı, yaxud da mülki mühakimə qaydasında verilməsini və təmin olunmasını istisna etmir. Məhkəmə kollegiyası hesab edir ki, mülki iddia üzrə də birinci və apellyasiya instansiy ası məhkəmələrinin gəldikləri nəticə qanuni və əsaslıdır və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında əksini tapmış izah və tövsiyələrə uyğundur. Belə ki, həmin qərarın 74-cü bəndində məhkəmələrə izah edilmişdir ki, təqsirləndirilən şəxs barəsində CPM-nin 42.1.1-ci maddəsinə müvafiq olaraq - cinayət hadisəsinin olmamasına və yaxud 42.1.3-cü maddəsinə müvafiq olaraq – onun cinayətin törədilməsinə aidiyyətinin olmamasına görə bəraət verilirsə, məhkəmə mülki iddianı rədd edir və bəraət hökmünün nəticəvi hissəsində buna dair qərar verir. Bəraət hökmü CPM-nin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (əməldə cinayət tərkibinin olmamasına görə) və yaxud 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsasla (təqsirliliyinin sübuta y etirilməməsinə görə) çıxarıldıqda, eləcə də cinayət təqibinə istər bəraətverici olan, istərsə də bəraətverici olmayan əsaslarla xitam verildiyi bütün hallarda məhkəmə müvafiq qərarı bəraət hökmünün və yaxud cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın nəticəvi hissəsində göstərməklə mülki iddianı baxılmamış saxlayır. Təqsirləndirilən şəxs CM-nin 213.2.2-ci maddəsi ilə cəzanın təyin edilməsi və verilmiş mülki iddianın tam həcmdə təmin olunması barədə qərarın qəbul edilməsi haqda mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətində irəli sürdüyü tələbə cavab olaraq məhkəmə kollegiyası CPM-nin 419-cu maddəsinin tələblərinə əsaslanaraq vurğulamağı lazım bilir ki, kassasiya instansiyası məhkəməsinin təqsirkar hesab edilmiş, bəraət almış və ya cinayət məsuliyyətindən azad edilmiş h ər hansı şəxsin vəziyyətinin ağırlaşdırılması, o cümlədən şəxsin təqsirli bilindiyi maddə və ya maddələrlə ona birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən təyin edilmiş cəzadan daha ağır cəzanın təyin olunması, bəraət almış və ya məsuliyyətdən azad edilmiş şəxsin isə təqsirli bilinməsi və cəzalandırılması, bu şəxslərə qarşı qaldırılmış lakin aşağı instansiyası məhkəmələri tərəfindən təmin edilməmiş və ya baxılmamış saxlanılan mülki iddianın təmin edilməsi haqqında qərar qəbul etmək səlahiyyəti yoxdur və bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş tələbin təmin edilməsini mümkün bilmir. Təsvir olunan hallarda isə və bunun üçün əsaslar müəyyən edildikdə, yəni cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin vəziyətinin ağırlaşdırılması zəruri hesab edildik də, kassasiya instansiyası məhkəməsi yalnız apellyasiya instansiyası məhkəməsinin hökmünün və ya qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərar qəbul etmək hüququna malkidir. Beləliklə, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işin müəyyən edilmiş faktiki hallarının cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeləri və Ali Məhkəmənin Plenmunun tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulm uş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən heç bir qanun pozuntusuna yol verməmiş, birinci instansiya məhkəməsi kimi, qəbul etdiyi yekun məhkəmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və buna görə kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinin əksinə olaraq kassasiya qaydasında mübahihəsələndirilən qərarın ləğv edilməsini şərtlə ndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı halın olmasını müəyyən etmir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və mülki iddiaçının kassasiya şikayətinin bütün dəlillərini qəbul edilməz sayıb apellyasiya instansiyası məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən və CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməməsini qeyd edərək, kassasiya protestinin və mülki iddiaçının kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun və mülki iddiaçının nümayəndəsi X5, həmin protestin və şikayətin təmin edilməməsi haqda isə cinayət məsuliyyətindən azad olunmuş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4ın çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti və kass asiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı isə kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə və onun cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar