Məhkəmə qərarları › İş №1(102)-905/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-905/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-905/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 may 2022-ci il ta rixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 17 iyul 2023-cü il tarixli 1(025)22/2023 nömrəli hökmü ilə 20 avqust 1990-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, Ağdam rayonu, Əlimədətli ərazi dairəsi, Əliağalı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İstintaq orqanın mövqeyinə əsasən Məhkum Azərbaycan Respublikası 221.2.1 və 221.2.2-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, ictimai qa ydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən təkrarən qərəzli hərəkətləri edərək, eyni zamanda ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədərək xuliqanlıq etmişdir. Belə ki, o, 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00:30 radələrində yüngül dərəcəli alkoqol sərxoş vəziyyətdə Qəbələ rayon Zarağan-2 məcburi köçkün qəsəbəsinin giriş hissəsində çoxmərtəbəli binaların həyətində əhalinin sıx toplaşdığı ictimai yerdə Vaz 2106 minik markalı ** CF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Zərərçəkmiş şəxs2 idarə etdiyi Mercedes Benz 190 minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil onunla üzbəüz gəldiyindən Zərərçəkmiş şəxs2 yol verməməyi üstündə aralarında yaranmış mübahisə zamanı əvvəlcə Zərərçəkmiş şəxs2 ünvanına ucadan nalayiq söyüşlər söymüş, bu vaxt Zərərçəkmiş şəxs2 yanında olan Zərərçəkmiş şəxs1 münaqişənin qarşısını almaq üçün Mercedes Benz 190 minik markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili geriyə sürərək yolu açmasına baxmayaraq, o, avtomobilini idarə edərək keçib getmək əvəzinə səbəbsiz olaraq cəmiyyətdə insanlar arasında təşəkkül tapmış əxlaq normalarına zidd şəkildə avtomobilini Zərərçəkmiş şəxs2 və sonuncunun istifadəsində olan avtomobil ilə üzbəüz saxlamış, uca səslə nalayiq ifadələr işlətmiş, bundan sonra Zərərçəkmiş şəxs2lə əvvəlcə avtomobilin içərisində əlbəyaxa olmuş, ar dınca xuliqanlıq hərəkətlərini davam etdirərək avtomobilindən enərək uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və Zərərçəkmiş şəxs2lə əlbəyaxa olmaqla qarşılıqlı dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyyələrindən zərbələr endirməklə sonuncuya sol əlin üst səthinin, boyunun sol orta və sağ aşağı nahiyyəsinin, sol qoltuqaltı nahiyyənin sıyrığı kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmiş, bununla da 15 dəqiqə müddət ərzində ictimai qaydanın pozulması ilə nəticələnən xuliqanlıq cinayətini törətmişdir. Bundan əlavə, o, təkrarən yuxarıda qeyd olunan hadisə bitdikdən təxminən 20 dəqiqə sonra, yəni 13 sentyabr 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixə keçən gecə saat 00:50 radələrində yüngül dərəcəl i alkoqol sərxoş vəziyyətdə Qəbələ rayon Zarağan-2 məcburi köçkün şəhərciyinin giriş hissəsində əhalinin sıx toplaşdığı ictimai yerdə ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən, yəni bir neçə dəqiqə əvvəl Zərərçəkmiş şəxs2lə arasında olan dava-dalaşı ayıran, eləcə də onun alkoqol sərxoş vəziyyətdə avtomobil idarə etməsi və xuliqanlıq hərəkətləri barədə Qəbələ RPŞ-nin DYPB-nin əməkdaşına mobil telefonu ilə zəng edib məlumat verən şəhərcik sakini Zərərçəkmiş şəxs1 barəsində polisə məlumat verməsini bəhanə gətirərək hər hansı əsaslı səbəb olmadan sonuncunun üzərinə hücum çəkib, ünvanına uca səslə nalayiq ifadələr işlətmiş və yumruğu ilə onun sağ qulaq nahiyyəsindən qəsdən vurub fiziki ağrı yetirməklə təkrar və ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirən şəxsə qarşı xuli qanlıq cinayətini törətmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Elçin Hüseynov) 1(107)-326/2023 nömrəli 07 sentyabr 2023cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli 1(025)22/2023 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxıl ması təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Belə ki, məhkəmə Məhkum əməlini CM-in 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edərkən hökmü onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs2lə mübahisə edərkən Məhkum ictimai qaydanı pozan, cəmiyyətə açıqaşkar hörmətsizlik edən və Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etmiş olsa da, onun xuliqanlıq əməlinin təkrar törətməsi və ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstər məklə törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Cinayət işinin materialları təhlil edilərkən aydın olur ki, məhkəmənin qeyd olunan mövqeyi əsassız olmaqla, gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil. Belə ki, təqsirləndirilən şəxs Məhkum ifadələrində özünü CM-in 221.1-ci maddəsi ilə təqsirli bilmiş və həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, Təbrizi vurmadığını bildirmişdir. Ancaq hadisənin video görüntüsü aşkar olunaraq tədqiq edildiyi üçün münaqişədən sonra Təbrizə bir dəfə, sonuncunun onun avtomobilini təpiklədiyi üçün yumruqla vurduğunu bildirmişdir. Məhkəmə qərarını əsaslandırarkən göstərmişdir ki, baş vermiş mübahisə Zərərçəkmiş şəxs2 ilə eyni avtomobildə olan Zərərçəkmiş şəxs1 təqsirləndir ilən şəxs Məhkum avtomobilini geri çəkməsini tələb etmələri ilə başlamış, Məhkum avtomobilini geri çəkməməsi, Zərərçəkmiş şəxs2 isə həmin hərəkətlərin özünə qarşı hörmətsizlik kimi qiymətləndirməsindən qaynaqlanmışdır. Yəni, həmin mübahisə, iş üzrə dindirilmiş şəxslərin məhkəmədə verdikləri ifadələrdən məlum olduğu kimi, Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında olan davaya, daha sonra onların sözlə mübahisələri qarşılıqlı əlbəyaxa olmaları ilə davam etmişdir. Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında olan dava başlandığı andan Zərərçəkmiş şəxs1 onların yanında olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum əməlində “ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərmək tərkibi mövcud olmaması ilə bağlı gəldiyi nəticə də qanuni olmuşdur. A ncaq məhkəmənin yuxarıda qeyd olunan mövqeyi iş materialları ilə müəyyən olunmuş hallara uyğun deyildir. Belə ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təbrizə yol dar olduğundan avtomobili arxaya verməsi üçün yol göstərərkən Elşən idarə etdiyi avtomobilə yüksək qaz verib yerindən götürməklə ətrafa səs-küy salıb üzərinə qəsdən sürmüş, bu zaman Elşənin avtomobilinin qarşısından onu vurmaması üçün qaçdıqda onun idarə etdiyi avtomobilin ön sol təkəri ayağının üzərindən keçərək ona fiziki ağrı yetirmişdir. Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, şahidi olduğu yuxarıda qeyd olunan hadisədən bir qədər sonra şəhərciyin çıxışında dayandığı zaman və telefonla Elşənin içkili şəkildə avtomobil sürməsinin qarşısını almaq üçün Qəbələ RPŞ-nin DYPBnin əməkdaşı Asif Əliyarova, daha sonra isə Asifin ona verdiyi xidmətdə olan yol polis əməkdaşı olan Ruslan adlı polis əməkdaşına zəng edib danışarkən Elşən nalayiq ifadə işlədərək üzərinə hücum çəkib ona sağ qulaq nahiyəsindən bir dəfə vurmuş, o da özünü müdafiə etmək məqsədi ilə Elşənin üzərinə getmiş və onun sifət nahiyəsindən deyil, sinə nahiyəsindən itələmişdir. Təxminən bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Məhkəmə qərarında Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 333.1 və 333.3-cü maddələrinin şərh edilməsinə dair” 2017-ci il 2 iyun tarixli qərarına istinad edərək göstərmişdir ki, təkrarlıq yalnız o hallarda yaranır ki, əməllərin hər birində müstəqil cinayətin tərkib əlamətləri olsun. Lakin məhkəmənin mövqeyi ilə razılaşmayaraq kassator hesab edir ki, mə hkəmə təqsirləndirilən şəxsin əməllərinə düzgün hüquqi qiymət verməyərək, vahid məhkəmə təcrübəsinin formalaşması istiqamətində qanuni və ədalətli qərar qəbul etməmiş, eyni qəbildən olan işlərə də yanaşmada oxşar mövqe nümayiş etdirilməsinə zəmin hazırlamaqla, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsində təsbit edilən “məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır” müddəasınının tələbləri pozulmuşdur. Cinayət işi materialları ilə tam təsdiq edilir ki, təqsirləndirilən şəxs Məhkum qanunazidd hərəkətləri cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasına, vətəndaşların qorxu və narahatçılıq hissəsinə səbəb olmasına, kafenin iş rejiminin pozulmasına və orada olan şəxslərin istirahətinə mane olmasına sə bəb olmuşdur. Məhkəmə istintaq materiallarında Məhkum Zərərçəkmiş şəxs1 vurmasını qeyd etsə də, bu halın məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini göstərmiş, buna baxmayaraq, məhkəmə yenə də öz mövqeyinin əksinə olaraq Məhkum Zərərçəkmiş şəxs1 üzərinə gedərək ona yumruq vurmasını təsdiqləmişdir. Həmçinin iş materiallarında olan hadisənin görüntülərinin əks etdirildiyi “CD” diskdə olan görüntülərdən də, Zərərçəkmiş şəxs1 kənara çəkilib mobil telefonla danışması və bu zaman Məhkum ona qəfildən yaxınlaşıb yumruqla vurması müşahidə edilmişdir və belə bir faktın açıq-aşkar iş materiallarında olması məhkəmənin bu xüsusat üzrə gəldiyi nəticəni tam şəkildə təkzib etmişdir. Bundan başqa, Qəbələ rayon məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(025)8/2023 nömrəli hökmünə əsasən Şahid4 və Zərər çəkmiş şəxs1 ifadələrində sonuncunun polis əməkdaşı Şahid4 həm hadisə, həm də şəxsin içkili vəziyyətdə avtomobil idarə etməsi barədə məlumat verməsi və nəticədə bu məlumatın verilməsi ilə bağlı Məhkum Zərərçəkmiş şəxs1 zor tətbiq etməsi öz təsdiqini tapmışdır. Məhkəmə, məhkəmə istintaqı zamanı ifadələri alınan şahidlərdən heç biri Məhkum Zərərçəkmiş şəxs1 hücum etməsinin məhz Zərərçəkmiş şəxs1 polisə zəng etməsi ilə əlaqədar olması barədə izahat verməməsini göstərmişdir. Yuxarıdakı xüsusatla bağlı qeyd olunmalıdır ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Elşənin Təbrizi vurmasına səbəb sonuncunun telefonla zəng edərək polisə məlumat verməsi olmuşdur. Belə olan halda, məhkəmənin mövqeyi və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla yanaş ı, faktiki olaraq təhrif olunmuşdur. Məhkəmə Məhkum xuliqanlıq hərəkətlərinin ilk andan etibarən həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 qarşı olduğunu göstərmiş olsa da, cinayət işi materiallarında, eləcə də məhkəmə istintaqında hadisənin ilkin olaraq Ə. Musayev və Məhkum arasında olması, hadisənin səbəbinin avtomobillə hərəkətdə olarkən yol verilməməsi olduğundan, Zərərçəkmiş şəxs1 isə avtomobildə sürücü deyil, sərnişin olması və Elşənin sərxoş avtomobil idarə etməməsi və onun hərəkətləri barədə məlumat verdiyi üçün ona qarşı zor tətbiq edilməsi, eləcə də ona qarşı olan zor tətbiqi hadisədən 20 dəqiqə sonra törədilməsi və əsas hadisə ilə heç bir bağlılığının olmaması faktı məhkəmənin gəldiyi nəticənin düzgün olmadığını bir daha sübut etməkdədir. Məhkəmə kollegiyası işin materiall arını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə b irinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili Məhkum əməlinin Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə tövsif edilməsinin qanunsuz olmasıdır. Belə ki, kassatorun fikrincə cinayət işi üzrə Məhkum tərəfindən Zərərçəkmiş şəxs2 qarşı müstəqil cinayət törətmiş, sonra isə Zərərçəkmiş şəxs1 qarşı, sonuncunun ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təkrarən müstəqil xuliqanliq cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlili ilə razılaşmayaraq, həm birinci, həm də apellyasiya instansiyası məhkəmə lərinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Xuliqanlıq əməli Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə təkrar törədildiyi halda, CM-in 221.2.2-ci maddəsi ilə isə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildiyi halda tövsif olunur. Azərbaycan Respublikası CM-in 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki və ya iki dəfədən çox törədilməs i, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-cı il tarixli Qərarında da göstərildiyi kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müə yyən edilmişdir ki, mübahisə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs Məhkum avtomobilini geri çəkməsini tələb etmələri ilə başlamış, Məhkum avtomobilini geri çəkməməsi, Zərərçəkmiş şəxs2 isə həmin hərəkətlərin özünə qarşı hörmətsizlik kimi qiymətləndirməsindən qaynaqlanmışdır. Yəni, həmin mübahisə, iş üzrə dindirilmiş şəxslərin məhkəmədə verdikləri ifadələrdən məlum olduğu kimi, Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında sözlə mübahisələri sonra isə qarşılıqlı əlbə-yaxa olmaları ilə davam etmişdir. Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında olan dava başlandığı andan Zərərçəkmiş şəxs1 onların yanında olmuşdur. Hətta Zərərçəkmiş şəxs1 istintaq və məhkəmə zamanı verdiyi ifadəsində avtomobildən yerə düşmədən pəncərədən Məhkum əli ilə yol verməsini işarə etdiyini bildirmişdir. Məhku m ilə Zərərçəkmiş şəxs2 ətrafdakılar tərəfindən ayrılandan sonra Məhkum Zərərçəkmiş şəxs1 üzərinə yürüyərək ona yumruğu ilə vurması məhz onun Zərərçəkmiş şəxs2lə olan mübahisəsindən qaynaqlanmışdır. Məhkəmə araşdırması zamanı da müəyyən olunmuşdur ki, Məhkum ilə Zərərçəkmiş şəxs2 arasında sözlü mübahisə başlandığı andan Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 yanında olmuş, yəni Məhkum xuliqanlıq hərəkətləri ilk andan onların hər ikisinə qarşı olmuşdur. Göründüyü kimi Məhkum həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 qarşı etdiyi xuliqanlıq hərəkətləri vahid niyyətlə əhatə olunmuşdur. Təkrarlığın yaranması üçün isə təqsirləndirilən şəxsin hər bir ayrı əməli (həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1) digərləri ilə faktiki əlaqədə olmamalı idi ki, hazırki işdə də bu müəyyən olunmur. Beləliklə, hazırkı cinayət işindən həmçinin müəyyən olunur ki, Məhkum həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 qarşı olan əməlləri faktiki bir-biri ilə əlaqədədir. Yəni ki, Məhkum həm Zərərçəkmiş şəxs2, həm də Zərərçəkmiş şəxs1 qarşı əməlləri məhz yol mübahisəsindən başlanmış və Zərərçəkmiş şəxs2, sonra isə Təbriz İsmayılova qarşı zor tətbiq edilməsi ilə davam etmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxs Məhkum əməlində “ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərmək” tərkibi mövcud olmaması ilə bağlı gəldiyi nəticə də qanuni olmuşdur. Belə ki, işin hallarından, o cümlədən iş materiallarında olan, təqsirləndirilən, zərərçəkmiş şəxslərin və şahid ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs1 ict imai qaydanın pozulmasının qarşısını alan şəxs kimi çıxış etməmişdir. Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birlikdə olmuş və onların Məhkum ilə arasında münaqişə baş verdiyi andan münaqişənin tərəfi olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, ictimai qaydanın pozulmasının qarşısını alan şəxs özünə qarşı deyil, yalnız digər şəxsə qarşı artıq başlanılmış xuliqanlıq əməlinə qarşı çıxış edən şəxs hesab edilə bilər. Eyni zamanda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, məhkumun Zərərçəkmiş şəxs1 qarşı zor hərəkətlərini sonuncunun hadisə haqqında telefonla polisə məlumat verməsi səbəbindən tətbiq etməsinə dair ittihamın gəldiyi nəticə işin halları ilə uzlaşmır. Belə ki, iş materiallarından görünür ki, hadisə haqqında polisə məlumat Zərərçəkmiş şəxs1 əvvəl məhkum özü telefonla vermişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hadisə ittiham tərəfinin iddia etdiyi kimi təkrar olaraq və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq cinayət əməlini törətmə kimi qiymətləndirilə bilməz. İşə baxan məhkəmələr düzgün olaraq nəticəyə gəlmişlər ki, Məhkum əməli CM-in 221.2.1 və 221.2.2-ci maddələrindən həmin Məcəllənin 221.1-cü maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkə mə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əm əl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə toplanmış sübutlarla Məhkum zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq əməlini törətməsi müəyyən edilmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Azərbaycan Respublikası CPM-in 416.1.1 5-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsindəki 07 sentyabr 2023-cü il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərba ycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şəki Apellyasiya Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar