Məhkəmə qərarları › İş №1(102)-905/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-905/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-905/2025 29.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, Məhkum və onun müdafiəçisi Astanov Aslan Fuad oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhk əməsinin 7 iyun 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü ilə (hakimlər İsmayılov Eldar Herov oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Cavid İbadulla oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxxxx 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, heç yerdə işləməmiş, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyul 2004-cü il tarixli hökmü ilə CM-in 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkdiyi müddətdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyun 2012-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək hökmlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 iyun 2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 may 2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-ci il tarixli Qərarına əsasən cəzası 6 (altı) ay azaldılaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyul 2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməməiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, CM-nin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11-ci maddələri ilə (köhnə redaksiyada) və 234.1ci maddələri nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək CM-nin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11-ci maddələri 14 (on dör d) il 6 (altı) ay müddətə, CMnin 234.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyul 2004-cü il tarixli hökmü ilə CM-nin 181.2.1, 181.2.5 və 228.4-cü maddələri ilə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyun 2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və CM-nin 66.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin c əza ona hazırki hökmlə CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası tamamilə toplanılmaqla ona qəti olaraq 17 (on yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyul 2004-cü il tarixli hökmü üzrə çəkdiyi 8 (səkkiz) il 11 (on bir) gün və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyun 2012-ci il tarixli hökmü üzrə çəkdiyi 2 (iki) il 1 (bir) ay 29 (iyirmi doqquz) gün, ümumilikdə 10 (on) il 2 (iki) ay 10 (on) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş qəti cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində son olaraq 7 (yeddi) il 3 (üç) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlan ılmış və onun həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, eləcə də cəzasının əvvəlinin 17 avqust 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Bundan başqa, CM-nin 93.1.2-ci maddəsinə əsasən Məhkum barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə qorxu ilə tələb etmə, adam oğurluğu ilə əlaqədar, habelə həmin cinayətləri gizlətmək məqsədi ilə qəsdən adam öldürmüş, yəni qəsdən başqa şəxsi həyatdan məhrum etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamış və daşımışdır. Belə ki, Məhkum uşaqlıq vaxtlarından Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində qonşuluqda yaşadığı üçün tanıdığı və yaxın münasibətdə olduğu X16 ilə birlikdə 29 dekabr 2003-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Səbail rayonu, “Fəvvarələr meydanı” adlanan ərazidə gəzərkən üzərlərində pulları az olduğu üçün istənilən taksiyə əyləşib daha yaxşı bələd olduqları Əmircan qəsəbəsinə sürdürdükdən sonra taksini idarə edən sürücünü oğurlamaq və bu üsulla özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi, habelə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə basqın edib əmlakını - pulunu ələ keçirmək qərarına gəlib, bu barədə qaba qcadan öz aralarında razılaşmaqla, eyni məqsədlə Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında etibarnamə əsasında istifadəsində olan “Qaz-24” markalı **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyətini həyata keçirərək həmin vaxt avtomaşında müştəri gözləyən Zərərçəkmiş şəxs yaxınlaşıb, hazırkı dəyəri ilə dörd manata bərabər köhnə pul vahidi ilə 20.000 (iyirmi min) manat müqabilində onları əvvəlcə Bakı şəhəri, B.Səfəroğlu küçəsi ilə Bülbül prospektinin kəsişməsində yerləşən “Coral bar”a, oradan isə Suraxanı rayonu Əmircan qəsəbəsinə aparmağa dair razılaşıb özü avtomobilin ön sərnişin oturacağında, qabaqcadan əlbir olduğu X16 isə arxa sol oturacaqda əyləşib sifariş verdikləri marşrut üzrə Ə mircan qəsəbəsinə çatdıqdan sonra qabaqcadan aralarında əldə olunmuş və nəticələrini şüurlu şəkildə arzu etməklə özlərində cinayət törətmək qətiyyəti yaradan razılığa əsasən əvvəlcə yaxın qohumlarının yaşadıqları ünvana baş çəkmək adı ilə aldadaraq Zərərçəkmiş şəxs sifariş verilən marşrutdan kənara çıxarıb qəsəbənin işıqlandırılmamış dar və qaranlıq ara küçələrinə daxil olmasına, yəni sonuncunu aldatmaqla tamah niyyətilə oğurlamağa nail olmuş, havanın qaranlıq, xüsusilə ətrafda seyrək formada yaşayan sakinlərin artıq gecə saat 02 radələri olması səbəbindən yatmış olmaqla onlara hər hansı formada mane olmayacaqları, müqavimətlə rastlaşacaqları halda isə tanıdıqları ara küçələrlə rahatlıqla hadisə yerindən uzaqlaşacaqları kimi imkanlara malik olduqlarına əmin olub törədəcəkləri əməlin ictima i təhlükəliliyini dərk etməklə Zərərçəkmiş şəxs avtomobili saxlamasını tələb etmiş, daha sonra avtomobilin salonunda X16la birlikdə Zərərçəkmiş şəxs qarşı həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək hər ikisi əlləri ilə sonuncunun bədəninin müxtəlif nahiyələrindən, habelə paltarlarından tutub dartmaqla, baş nahiyəsini və bədəninin digər hissələrini avtomobilin salonunda olan bərk predmetlərə tərəf itələyib vurmaqla, sonuncunun ənsə nahiyəsinin sağ yumşaq toxumasında qansızma və üst dodağın selikli qişasının bir ədəd, sağ əlin arxa səthinin İV və V daraq sümükləri proyeksiyasında iki ədəd, qarnın ön divarının sağ tərəfinin iki ədəd, sol baldır nahiyəsinin yuxarı 1/3 hissəsinin bir ədəd, cəmi altı ədəd sıyrıqları ilə müşaiyət olunan dərəcəsi təyin edilməyən xəsarət yet irməklə üzərində olan hazırkı dəyəri ilə səkkiz manata bərabər köhnə pul vahidi ilə 40.000 (qırx min) manat məbləğində pulunu alıb ələ keçirmiş, daha sonra əldə edilən məbləğlə qane olmayıb özü avtomobilin salonunu, Zərərçəkmiş şəxs məxsus zəruri sənədlərin arasını axtarıb pul tapa bilmədiklərindən, sonuncunu sükan arxasından endirib avtomaşının arxa oturacağına əyləşdirmiş, daha çox əmlak əldə etmək məqsədilə cinayətkar niyyətlərini davam etdirərək Zərərçəkmiş şəxs ***-***-**-** mobil nömrəsindən sonuncunun arvadı X1 yaşadığı ünvan 3 ünvanında quraşdırılmış stasionar telefonun 012-78-05-66 saylı nömrəsinə saat 01:55-də zəng edib 35 saniyəlik birinci zəng zamanı onunla danışan şəxsin Zərərçəkmiş şəxs arvadı olduğuna əmin olmuş, saat 02:11də 183 saniyəlik, saat 02:16-da 657 saniyəlik və saa t 02:28-də 107 saniyəlik danışıqlar zamanı isə X6dan yaxın qohumu olan əri Zərərçəkmiş şəxs oğurladıqlarını, sərbəst buraxılması müqabilində həmin dövrün məzənnəsi ilə 2.461.500 (iki milyon dörd yüz altmış bir min beş yüz) manat təşkil edən 500 ABŞ dolları məbləğində pul və ya həmin dəyərdə qızıl-zinət əşyaları verməsini tələb edərək, əks halda, Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor tətbiq edib öldürəcəkləri, meyitini gölə atacaqları ilə hədələmiş, X6nın maddi imkansızlıqdan tələb olunan pul və ya qızıl-zinət əşyalarını verə bilməyəcəyini, eləcə də avtomobildə yaranmış nasazlığa görə hadisə yerindən uzaqlaşıb cinayətin izlərini məhv edə bilmədiklərini başa düşdükdə, Zərərçəkmiş şəxs onların xarici əlamətlərini görüb gələcəkdə onları ifşa edəcəyini yəqinləşdirərək barəsində cinayət təq ibinə xitam verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu cinayət əməlləri ilə əlaqədar törətdikləri cinayətləri gizlətmək məqsədilə 29 dekabr 2003-cü il tarixdə gecə saat 03-04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quluyev küçəsində yerləşən 17 saylı evin qarşısında X16la birlikdə Zərərçəkmiş şəxs boğub öldürmək qərarına gəlib, əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq həmin məqsədlə özü “Qaz-24” markalı avtomobilin arxa sağ tərəfdən salonunda oturmaqla hər iki əli ilə arxa sol oturacağa oturtduqları Zərərçəkmiş şəxs arxası üstə oturacağa uzadaraq əllərini baş tərəfdən tutub hərəkətsiz qalmasını təmin etməklə müqavimətini qırmış, X16 isə ümumi cinayətkar niyyətə uyğun olaraq Zərərçə kmiş şəxs qarnı üzərində əyləşib, sonuncunun boğazının qalxanabənzər vəzdən yuxarı hissəsindən sağ əlinin barmaqları ilə tutub başını oturacağa dirəyərək nəfəs borusunu sıxmaqla Zərərçəkmiş şəxs boynunun həmin hissəsində sağ və sol yan səthlərinə keçən fasiləli, köndələn istiqamətli üç ədəd kiçik qansızmalar, ağciyər plevrası altına qansızmalar, daxili üzvlərin doluqanlılığı ilə müşaiyət olunan sağlamlığa ağır zərərvurmaya aid edilən mexaniki asfiksiya xəsarətlərini yetirərək qəsdən öldürmüş, yəni X16 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında quldurluq, hədə-qorxu ilə tələb etmə, adam oğurluğu ilə əlaqədar, habelə həmin cinayətləri gizlətmək məqsədi ilə qəsdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir. Bundan başqa, Məhkum 17 avqust 2021-ci il tarixdə səhər saatlarında ünvan 4 ünvanı n yaxınlığında bir ədəd şəffaf polietilen bükümdə qablaşdırılmış 2,092 qram çəkidə narkotik vasitə heroini satış məqsədi olmadan müəyyən edilməyən mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında 17 avqust 2021-ci il tarixdə saat 14:15-də ünvan 5 ünvanının yaxınlığında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində keçirilən şəxsi axtarış zamanı 2,092 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan şalvarın sağ yan cibindən aşkar edilrək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının (hakimlər Allahverdiyev Elbəy Hidayət oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) 22 noyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 iyun 2023-cü il tarixli hökmü Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, həmin hökmlə ona CM-in 66.5-ci maddəsinə əsasən təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası ona CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3-cü maddəsinin tələbinə uyğun olaraq qismən toplanılmaqla məhkum olunmuş şəxsə qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Allahverdiyev Elbəy Hidayət oğlu) 13 dekabr 2023-cü il tarixli qərarı ilə həmin məhkəmənin 22 noyabr 2023-cü il tarixli qərarındakı anlaşılmazlıq həll edilərək Məhkum Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 iyul 2004-cü il tarixli hökmü üzrə çəkdiyi 8 (səkkiz) il 11 (on bir) gün və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 iyun 2012-ci il tarixli hökmü üzrə çəkdiyi 2 (iki) il 1 (bir) ay 29 (iyirmi doqquz) gün, ümumilikdə 10 (on) il 2 (iki) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası 22 noyabr 2023-cü il tarixli qərarla ona təyin olunmuş cəzadan çıxılaraq məhkum olunmuş şəxsin üzərində qəti olaraq 5 (beş) il 9 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlıq dan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Bayramova Elfanə Elman qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə) 5 sentyabr 2024-cü tarixli qərarı ilə kassasiya protesti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək barəsində olan cinayət işi üzrə icraata xitam ver ilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində iş üzrə qəbul edilmiş yekun məhkəm aktlarına istinad edən Məhkum həmin şikayətini onunla əsaslandırmışdır ki, o, təqsirli bilindiyi qəsdən adam öldürmə cinayətini 29 dekabr 2003-cü il tarixdə törətdiyindən həmin vaxt qüvvədə olmuş cinayət qanunvericiyiliyin müddəalarına görə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən onun həmin cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, lakin məhkəmə bu halı nəzərə almayaraq barəsindəki hökmün onun təqsirliliyinə dair hissədə dəyişdirilmədən saxlanılması barədə qanunsuz qərar qəbul etmişdir. Qeyd olunanlara əsaslanaraq kassasiya şikayətinin müəllifi onun əməlinin düzgün qiymətləndirilməsini, apellyasiya instansiyası məhkəməsinin qəra rının ləğv edilməsini və cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 29 aprel 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin zərər çəkmiş şəxsin hüquqi varisi X6 naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla əlaqədar olaraq proses iştirakçılarının rəylərini dinləyərək və CPM-nin 419.4-cü maddəsini rəhbər tutaraq kassasiya şikayətinə zərər çəkmiş şəxsin hüquqi varisi X6nın iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Məhkum kassasiya şikayətinin məzmunundan göründüyü kimi, həmin şikayətin əsas dəlilləri ondan ibarətdir ki, məhkəmələr tərəfindən iş üzrə toplanmış sübutlara düzgün qiymət verilməmiş və onun təqsirli bilindiyi qəsdən adam öldürmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq, o, əsassız və qanunsuz olaraq həmin cinayəti törtməkdə təqsirli bilinib məhkum olunmuşdur. Bununla da, məhkum apellyasi ya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası Məhkum kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin şikayətlə bağlı onun barəsindəki cinayət işinin materiallarını, o cümlədən Bakı Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəla məhkəmə kollegiyası xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarıl mış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsin ə təminat verən Konstitusiyanın müddəaları, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın təsvir edilən müddəaları həmçinin hər bir insanın və ümumilikdə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, hər hansı cinayətin törədilməsi nəticəsində bu və ya digər şəkildə zərər çəkmiş şəxslərin də cinayətkar qəsdlərdən qorunaraq sonuncuların da pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun cinayət mühakmə icraatını həyata keçirən orqanlar, o cü mlədən məhkəmələr tərəfindən təmin edilməsini, digər tərəfdən isə hər hansı cinayətin və ya cinayətlərin törədilməsində təqsirli bilinmiş şəxslərin qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırı lmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi halları nda məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşka rlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. CM-nin 2.1 və 2.2-ci maddələrinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövl ət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət p rosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin Qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tə rkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli Qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asıl ı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin və cinayət-prosessual qanunvericiliyinin tələblərindən, habelə Azərb aycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, hökmün və apellyasiya instansiyası məhkəməsinin qərarının əsasını təşkil etmiş sübutların yenidən araşdırılması deyil, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə sübutları araşdırmaqla və onları qiymətləndirməklə adı çəkilən məhku mun hökmün təsviri-əsaslandırıcı və hazırki qərarın “İşin halları” hissələrində təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi isə hökmdən verilmiş apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin müəyyən edilməsinə və sonuncunun törətdiyi əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, hər iki məhkəmənin gəldikləri nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Odur ki, Məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və barəsində olan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsinə dair tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş faktiki halları nəzərə alaraq məhz həmin halları rəhbər tutur. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi X6nın, şahidlərin ifadələri ilə, məhkəmə-tibbi və tibbi-kriminalistik ekspertizasının 6 dekabr 2021-ci il tarixli, 728/2021-MTKŞ nömrəli rəyi, məhkəmə-trasoloji ekspertizasının 24 fevral 2004-cü il tarixli 753 nömrəli və 21 may 2012-ci il tarixli 6871 nömrəli rəyləri, məhkəmə-kimyəvi ekspertizasının 18 avqust 2021-ci il tarixli 6/3549 nömrəli və məhkəmə-narkoloji ekspertizasının 3 noyabr 2021-ci il tarixli 4289 nömrəli rəyləri ilə, bir çox zəruri istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və sübut əhəmiyyətli bir çox sənədlərlə tam təsdiq edilir. İş materiallarından göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatını n prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış və tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara qiymət verməklə əsaslı olaraq Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməllərini törətməsi və onun həmin əmə llərinin CM-in 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə tövsif edilməsi barədə mötəbər nəticəyə gəlmiş və bu nəticə həmin sübutlarla da tam uzlaşır. Məhkum da kassasiya şikayətində bu nəticəni mübahisələndirməyərək yalnız cinayət qanunun normasının düzgün tətbiq edilməməsini və törətdiyi qəsdən adam öldürmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini və bu əsasla onun barəsindəki cinayət işi üzrə icraata xitam verilməli olmasını iddia edir. Buna görə məhkəmə kollegiyası Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyi və onun əməllərinin hüquqi tövsif kimi məsələləri müzakirə etməyi zəruri bilmir, onun kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün isə əvvəla qeyd edir ki, bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmə və y a onun törədilməsinin yüngülləşdirmə məqsədilə, habelə adam oğurluğu ilə bağlı və quldurluq və ya hədə-qorxu ilə əlaqədar qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti CM-nin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələrində nəzərdə tutulmuş və Məhkum ittiham olduğu cinayəti törətdiyi dövrdə qüvvədə olan cinayət qanunvericiliyinə əsasən, həmin maddələrdə göstərilən cinayəti törətmiş şəxin on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmişdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Qanununun 8-ci maddəsinə əsasən CM-nin 120.2-ci maddəsində “on iki ildən on beş” sözləri “on dörd ildən iyirmi” söz ləri ilə əvəz olunmuş, lakin istər əvvəlki redaksiyada, istərsə də yeni redaksiyada bu maddədə nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilərək hər iki halda maddənin sanksiyasında müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı ömürlük azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Məhkum təqsirli bilindiyi qəsdən adam öldürmə cinayətini törətdiyi dövrdə qüvvədə olmuş CM-in 75.1.4-cü maddəsində müəyyən edilmişdir ki, xüsusilə ağır cinayət törətmiş şəxsin belə cinayəti törətdiyi gündən on beş il keçdikdə o, cinayət məsuliyyətinə cəlb edilə bilməz. CM-nin 75.2-ci maddəsinin tələbinə görə, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. “Azərbaycan Res publikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 30 may 2014-cü il tarixli 975-İVQD nömrəli Qanununun 1-ci maddəsinə əsasən isə CM-nin 75.1.4-cü maddəsində “on beş” sözləri “iyirmi” sözü ilə əvəz edilmiş, lakin CM-nin 120.2ci maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulmasına dair hissədə istər göstərilən Qanunla, istərsə də digər qanunvericilik aktları ilə həmin maddədə heç bir dəyişiklik edilməmişdir. Məhkum təqsirli bilindiyi qəsdən adam öldürmə cinayətini 29 dekabr 2003-cü il tarixdə törətməsini, bu tarixdən sonra onun barəsində çıxarılmış 7 iyun 2023-cü il tarixli hökmün və apellyasiya instansiyası məhkəməsinin 22 noyabr 2023-cü il tarixli qərarının qəbul edilməsi ilə həmin tarixdə qanuni qüvvəyə minənədək on beş ildən artıq müddət keçməsini, CM-nin 75.1.4-cü maddəsinin hazırki redaksiyasında nəzərdə tutulmuş iyirmi il müddətin ona şamil edilə bilinməməsini (CM-nin 10.4-cü maddəsi) nəzərə alaraq, məhkəmə kollegiyası məhkum olunmuş şəxsin kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşır, lakin bununla belə sonuncunun barəsində hətta CM-nin 75.1.4-cü maddəsinin köhnə redaksiyada göstərilən müddətə əsasən onun cinayət məsuliyyətindən azad edilməsini, yəni kassasiya şikayətində irəli sürülmüş tələbin təmin olunmasını mümkün bilmir. Belə ki, CM-nin 75.4-cü maddəsininin tələbindən görünür ki, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən a zad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz. Cinayət qanunun bu normasının mənasına görə, qanunvericilik məhkəmədən ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxsin müddətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsinin mümkün olub-olmaması məsələsini həll edərkən onun törətdiyi cinayətin xaratkerini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran, habelə cinayət törətmiş şəxsin şəxsiyyətini və ailə vəziyyətini səciyələnlirən halları nəzərə almasını və onun mütləq şəkildə cəzalandırılmalı olmasının əsaslandırılmasını tələb edir. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından göründüyü kimi, məhkəmələr Məhkum CM-nin 234.1-ci maddəsi ilə y anaşı həm də CM-nin 120.2.1, 120.2.6, 120.2.9 və 120.2.11-ci maddələri ilə də cəzalandırılmalı olması, digər tərəfdən isə onun bu maddələrlə cinayət məsuliyyətindən azad edilməsninin mümkünsüzlüyü barədə qanuni və əsaslı nəticəyə gəlmiş və bu zaman cinayət qanunu normalarının hər hansı tələblərinin pozulmasına yol verməyərək Məhkum törətdiyi qəsdən adam öldürmə cinayətinin xarakterini və ictimai təhlkəlilik dərəcəsini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, onun bu cinayəti törətdikdən sonra da ağır və az ağır cinayətlər törətdiyinə görə üç dəfə məhkum olunmasını kifayət qədər nəzərə almış, gəldikləri nəticəni isə qanuna müvafiq qaydada və inandırıcı şəkildə əsaslandırmışlar. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını, iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə bir daha təhlil edib apellyasiya instansiya məhkəməsi tərəfindən onun qəbul etdiyi qərarın dəyişdirilməsini və ya ləğv edilməsini şərtləndirən CPM-nin 416.1-ci maddəsində nəzərdə tutulmuş hər hansı pozuntuya yol verilməsini müəyyən etməyərək və kassasiya şikayətinin təmin edilməsi barədə məhkum ZMəhkum və onun müdafiəçisi A.F.Astanovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarı (13 dekabr 2023-cü il tarixli qərarla birlikdə) kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.6, 120.2.9, 120.2.11 və 234.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 noyabr 2023-cü il tarixli qərarı (13 dekabr 2023-cü il tarixli qərarla birlikdə) kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar