Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-906/2020 17.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçilər – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Abdullazadə Səadət Seyfulla qızı, Məmmədova Yeganə Bayram qızı, Abbasov Taleh Valeh oğlu və “A.İ.M” Vəkil Bürosunun vəkili Talıbov Telman Məhəmməd oğlunun, Məhkumlar- Məhkum1 və Məhkum4 iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum1, Məhkum3 və Məhkum4 müdafiəçisi Bağırova Janna Mirzə qızı və Məhkum2 müdafiəçisi Talıbov Telman Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (F.A.Qəribovun sədrliyi ilə, M.M.Ağalarovdan və T.Q.Hüseynovdan ibarət tərkibdə) xx xxxxxx 1995-ci ildə Zəngilan rayonunda anadan ol muş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan6 ünvanında yaşamış, Məhkum1 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, CM-nin 215.2.1 və 215.2.8ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikas ının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, CM-nin 215.2.1 və 215.2.8ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 1996-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda yaşamış Məhkum3 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, CM-nin 215.2.1 və 215.2.8ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxxxx 1996-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Saatlı rayonun un Sarıcalar kəndində qeydiyyatda olan, Bakı şəhəri,ünvan 8 ünvanında yaşamış Məhkum4 Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə 03 (üç) il müddətə, CM-nin 215.2.1 və 215.2.8ci maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X3 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən verilmiş apellyasiya protesti və apellyasiya şikayətlərinə əsasən iş ə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Bayramov Əmir Novruz oğlu, hakimlər Qasımov Əflatun İbrahim oğlu və Məmmədov Namiq Eyyub oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 CM-nin 180.2.1, 180.2.2, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələri ilə, X1 CM-nin 307.1-ci maddəsi ilə məhkum olunmalarına dair xx xxxx 2019-cu il tarixli hökmü, məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 məhkum olunduqları Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi və “xeyli miqdar” ifadəsi həmin hökmdən xaric edilməklə verilmiş apelyasiya şikayətlərinə və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum1, Məhkum3 və Məhkum4 müdafiəçisi Bağırova Janna Mirzə qızı və Məhkum2 müdafiəçisi Talıbov Telman Məhəmməd oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmünə əsasən Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında girov götürülən şəxsin azad olunması şərti ilə vətəndaşı hər hansı bir hərəkət etməyə vadar etmək məqsədi və tamah niyyəti ilə zərərçəkmiş şəxsi girov götürmüş, bundan sonra xeyli miqdarda əmlak əldə etmək və təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq əməlini törətmişdir. Belə ki, Məhkum1 tanışları Məhkum2, Məhkum3 və Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə Qasımova Maya Şahin qızının xx xxxxxx 2018-ci il tarixdə saat 20.00 radələrində mobil telefon vasitəsi ilə ailə üzvlərinin evdə olmadığı və tək olması barədə danışıb aldadaraq girov götürmək məqsədi ilə əvvəlcədən kirayə götürdükləri ünvan 6 ünvanda yerləşən 7 saylı mənzilə qonaq çağırdığı Zərərçəkmiş şəxs1 üzərinə əvvəlcədən mənzilin yataq otağında gözləyən Məhkum2 və Məhkum3 ilə birlikdə hücum çəkib əl və ayaqlarını yapışqan lent və naqillərlə bağlayaraq onu girov götürməklə atası Zərərçəkmiş şəxs2 milli məzənnə ilə gah 119.007 (yüz on doqquz min manat yeddi qəpik) manat təşkil edən 70000 ABŞ dolları məbləğində pul vəsaitini, gah da milli məzənnə ilə 85.005 (səksən beş min manat beş qəpik) manat təşkil edən 50.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini tələb edəcəyini bildirməklə, bundan sonra cinayətkar fəaliyyətinə davam edərək Məhkum2, Məhkum3 və Məhkum4 ilə birlikdə təkrarən zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurub sonuncuya boyunun, alın nahiyəsinin, burun belinin, sağ əlin İV barmağının və sol milbilək oynağı nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəx1 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib üzərindəki xeyli miqdar təşkil edən 150 manat pul vəsaitini və 600 manat dəyərində olan “Xiaomi” markalı mobil telefonu açıq talayaraq s oyğunçuluq etmişdir. Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında girov götürülən şəxsin azad olunması şərti ilə vətəndaşı hər hansı bir hərəkət etməyə vadar etmək məqsədi və tamah niyyəti ilə zərərçəkmiş şəxsi girov götürmüş, bundan sonra xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq əməlini törətmişdir. Belə ki, Məhkum2 tanışları Məhkum1, Məhkum3 və Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə Məhkum4 xx xxxxxx 2018-ci il tarixdə saat 20.00 radələrində mobil telefon vasitəsi ilə ailə üzvlərinin evdə olmadığı və tək olması barədə danışıb aldadaraq girov götürmək məqsəd i ilə əvvəlcədən kirayə götürdükləri ünvan 7 ünvanda yerləşən 7 saylı mənzilə qonaq çağırdığı Zərərçəkmiş şəxs1 üzərinə əvvəlcədən mənzilin yataq otağında gözləyən Məhkum1 və Məhkum3 ilə birlikdə hücum çəkib əl və ayaqlarını yapışqan lent və naqillərlə bağlayaraq onu girov götürməklə atası Zərərçəkmiş şəxs2 milli məzənnə ilə gah 119.007 (yüz on doqquz min manat yeddi qəpik) manat təşkil edən 70000 ABŞ dolları məbləğində pul vəsaitini, gah da milli məzənnə ilə 85.005 (səksən beş min manat beş qəpik) manat təşkil edən 50.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini tələb edəcəyini bildirməklə, bundan sonra cinayətkar fəaliyyətinə davam edərək Məhkum1, Məhkum3 və Məhkum4 ilə birlikdə təkrarən zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurub sonuncuy a boyunun, alın nahiyəsinin, burun belinin, sağ əlin İV barmağının və sol milbilək oynağı nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib üzərindəki xeyli miqdar təşkil edən 150 manat pul vəsaitini və 600 manat dəyərində olan “Xiaomi” markalı mobil telefonu açıq talayaraq soyğunçuluq etmişdir. Məhkum3 qabaqcadan əlbir olan bir qrup şəxs halında girov götürülən şəxsin azad olunması şərti ilə vətəndaşı hər hansı bir hərəkət etməyə vadar etmək məqsədi və tamah niyyəti ilə zərərçəkmiş şəxsi girov götürmüş, bundan sonra xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq əməlini törətmişdir. Belə ki, Məhkum3 tanışları Məhkum1, Məhkum2 və Məhkum4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə Məhkum4 xx xxxxxx 2018-ci il tarixdə saat 20.00 radələrində mobil telefon vasitəsi ilə ailə üzvlərinin evdə olmadığı və tək olması barədə danışıb aldadaraq girov götürmək məqsədi ilə əvvəlcədən kirayə götürdükləri ünvan 7 ünvanda yerləşən 7 saylı mənzilə qonaq çağırdığı Zərərçəkmiş şəxs1 üzərinə əvvəlcədən mənzilin yataq otağında gözləyən Məhkum2 və Məhkum1 ilə birlikdə hücum çəkib əl və ayaqlarını yapışqan lent və naqillərlə bağlayaraq onu girov götürməklə atası Zərərçəkmiş şəxs2 milli məzənnə ilə gah 119.007 (yüz on doqquz min manat yeddi qəpik) manat təşkil edən 70000 ABŞ dolları məbləğində pul vəsaitini, gah da milli məzənnə ilə 85.005 (səksən beş min manat beş qəpik) manat təşkil edən 50.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini tələb edəcəyini bildirməklə, bundan sonra cinayətkar fəaliyyətinə davam edərək Məhkum2, Məhkum1 və Məhkum4 ilə birlikdə təkrarən zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurub sonuncuya boyunun, alın nahiyəsinin, burun belinin, sağ əlin İV barmağının və sol milbilək oynağı nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə zərərçəkmiş şəxs Məmmədov Muxtar Teymur oğluna həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib üzərindəki xe yli miqdar təşkil edən 150 manat pul vəsaitini və 600 manat dəyərində olan “Xiaomi” markalı mobil telefonu açıq talayaraq soyğunçuluq etmişdir. Məhkum4 qabaqcadan əlbir olan bir qrup şəxs halında girov götürülən şəxsin azad olunması şərti ilə vətəndaşı hər hansı bir hərəkət etməyə vadar etmək məqsədi və tamah niyyəti ilə zərərçəkmiş şəxsi girov götürmüş, bundan sonra xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq əməlini törətmişdir. Belə ki, Məhkum4 tanışları Məhkum1, Məhkum2 və Məhkum3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə külli miqdarda əmlak əldə etmək məqsədi ilə özünün xx xxxxxx 2018-ci il tarixdə saat 20.00 radələr ində mobil telefon vasitəsi ilə ailə üzvlərinin evdə olmadığı və tək olması barədə danışıb aldadaraq girov götürmək məqsədi ilə əvvəlcədən kirayə götürdükləri ünvan 7 ünvanda yerləşən 7 saylı mənzilə qonaq çağırdığı Zərərçəkmiş şəxs1 üzərinə əvvəlcədən mənzilin yataq otağında gözləyən Məhkum2 və Məhkum3 ilə birlikdə hücum çəkib əl və ayaqlarını yapışqan lent və naqillərlə bağlayaraq onu girov götürməklə atası Zərərçəkmiş şəxs2 milli məzənnə ilə gah 119.007 (yüz on doqquz min manat yeddi qəpik) manat təşkil edən 70000 ABŞ dolları məbləğində pul vəsaitini, gahda milli məzənnə ilə 85.005 (səksən beş min manat beş qəpik) manat təşkil edən 50.000 ABŞ dolları məbləğində külli miqdarda pul vəsaitini tələb edəcəyini bildirməklə, bundan sonra cinayətkar fəaliyyətinə davam edərək Məhkum2, Məhkum3 və Məhkum4 ilə birlikdə təkrarən zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə vurub sonuncuya boyunun, alın nahiyəsinin, burun belinin, sağ əlin İV barmağının və sol milbilək oynağı nahiyəsinin sıyrıqları xəsarətləri ilə müşayiət edilən sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs1 həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib üzərindəki xeyli miqdar təşkil edən 150 manat pul vəsaitini və 600 manat dəyərində olan “Xiaomi” markalı mobil telefonu açıq talayaraq soyğunçuluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum4 müdafiəçisi Bağırova Janna Mirzə qızı oxşar məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışdı r ki, Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətlərinə baxılan zaman məhkəmə, yalnız birinci instansiya məhkəməsində verilən ifadələrin məzmunu ilə kifayətlənmiş, apellyasiya şikayətlərinin dəlilləri araşdırılmamış, sübut kimi yalnız zərərçəkmiş şəxslərin ifadələri əsas götürülmüşdür. Halbuki, zərərçəkmiş şəxslərin ifadələri iş üzrə başqa heç bir sübutla öz təsdiqini tapmamış, əksinə işdə olan bir sıra ziddiyyətli hallar zərərçəkmiş şəxslərin ifadələrinə aydınlıq gətirilməsi zərurəti yaratmışdır.Belə ki, apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün müdafiə tərəfin təqdim etdiyi və mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız olaraq imtina etmiş, iş üçün xüsusi əhəmiyyət kəsb edən və aşağıda qeyd edilən hall arın araşdırılması üçün sübutların toplanması barədə vəsatətləri təmin etməmişdir. Məhkum4 öz ifadəsində instagram proqramında özü haqqında iş elanı yazmasını, Zərərçəkmiş şəxs1 onun üçün iş tapmaq bəhanəsi ilə ona zəng etməsini və onun yaşadığı evə gəlməsini göstərmişdir.Bu halın araşdırılması üçün Məhkum4 və Zərərçəkmiş şəxs1 telefonlarında olan zənglərin siyahısı götürülməli idi. Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi” markalı mobil telefonun ibtidai araşdırma orqanı tərəfindən aşkar edilməməsi və hətta, belə bir telefonun mövcud olub-olmamasının məhkəməyə məlum olmamasına baxmayaraq, məhkumlar həmin telefonu açıq talamağa görə, soyğunçuluq maddəsi ilə təqsirli bilinib məhkum edilmişlər.Bu halın araşdırılması üçün, Zərərçəkmiş şəxs1 məxsus olmuş “Xiaomi” markalı mobil telefonun İMEİ kodu va sitəsilə yeri müəyyənləşdirilməli idi. İstər məhkəmə iclasında, istərsə də, ibtidai araşdırma zamanı Məhkum3 ifadə verərək, xx xxxxxx 2018-ci il tarixdə axşam saatlarında yaşadığı mənzildə olmasını bildirmiş, Zərərçəkmiş şəxs1 isə, Məhkum3 da üzündə maska ilə onun girov götürülməsində iştirak etməsini göstərmişdir. Bu hala aydınlıq gətirilməsi - iş üçün xüsusi əhəmiyyət kəsb edən hal olduğuna görə, Məhkum3 məxsus mobil telefonun həmin vaxt hansı anten dairəsində olması müəyyən edilməli idi. Belə ki, Məhkum3 baş verən hadisəyə heç bir aidiyyəti olmasa da, onun həmin gün orada baş verən hadisələrdən məlumatı olmasa da, o, ağır cinayətlə - adamları girov götürmə və soyğunçuluq maddəsi ilə məhkum edilmiş, bunun üçün, yeganə sübut isə Zərərçəkmiş şəxs1 ifadəsi əsas götürülmüşdür. Zərərçəkmiş şə xs1 isə, öz ifadəsində xalçanın altında bıçağı görməsini, bıçağı götürüb bağlananı kəsməsini, orada olan həmin bıçağın elə həmin evdə də qalmasını göstərmişdir. Yəni, hadisələrin gedişatına görə, Zərərçəkmiş şəxs1 qonaq otağında bıçağı götürərək əlini açdıqdan sonra eyvana çıxmışdır. Bu zaman ya bıçaq onun əlində olmalı, ya da qonaq otağında qalmalı idi. Lakin, evə baxış zamanı, mətbəxdə olan bıçaqdan başqa heç bir bıçaq aşkar edilməmişdir. Beləliklə də, işin hallarından da görünür ki, Məhkum4 məhz, Zərərçəkmiş şəxs1 ona qarşı nalayiq hərəkətlərinin qarşısını almaq üçün, Məhkum1 yaşadığı mənzilə çağırmış, bütün hadisələr isə, bundan sonra başlamış, zərərçəkmiş şəxsin özünü idarə edə bilməməsi isə, Məhkum1 və Məhkum2 onu bağlamağa vadar etmiş, bütün bu proseslərdən isə, Məhkum3 xəbəri olmam ış, həmin vaxt Məhkum3 öz evində olmuşdur. Lakin, nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən halların araşdırılması üçün zəruri tədbirləri görməmiş, yalnız zərərçəkmiş şəxslərin ifadələrinə və ittiham tərəfindən irəli sürülən ittihamlara əsaslanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv etməklə, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini xahiş edir. Məhkum2 müdafiəçisi Talıbov Telman Məhəmməd oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli hökmünü və həmin hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il t arixli qərarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 215-ci maddəsi ilə verilmiş ittiham və cəza hissəsində əsassız və qeyri-obyektiv hesab edir. Belə ki, məhkəmə istintaqı zamanı Məhkum2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 215.2.1, 215.2.8-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri olmadığı halda, həmçinin bu maddələrlə təqsirli bilinməsinə dair kifayət qədər əsaslar olmadan onun barəsində CM-nin 215.2.1, 215.2.8-ci maddələri ilə ittiham hökmü çıxarılaraq cəzalandırılmışdır. Məhkum2 əməli obyektiv araşdırılsa məlum olar ki, onun və digər məhkumların əməlində bir qrup şəxs tərəfindən girov götürülən şəxsin azad olunması şərti ilə vətəndaşı hər hansı bir hərəkət etməyə vadar etmək məqsədi və tamah niyyəti ilə zərərçəkmiş şəxsi girov götürmə, bundan başqa xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə təkrarən özgənin əmlakını açıq talama məqsədi ilə zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq cinayətlərinin tərkib əlamətləri olmamışdır. Belə ki, işin hallarından və iş üzrə dindirilən zərərçəkmiş və şahid ifadələrindən də göründüyü kimi məhkumlar zərərçəkmiş Zərərçəkmiş şəxs1 ayaqlarını özünün getmiş olduğu mənzildə bağlayıb sonra isə oradan getmişlər, lakin zərərçəkmişin əl-ayağının bağlanmasında tamah niyyəti olmamış və kifayət qədər müddət keçməsinə baxmayaraq zərərçəkmiş şəxsin azad olunması üçün hər hansı bir üsulla onun valideynlərindən və qohumlarından pul istənilməmişdir. Sadəcə Zərərçəkmiş şəxs1 əl-qolunu bağlayarkən onun üzərində olan 150 manat nağd pulunu və 600 manat dəyərində “Xi aomi” markalı mobil telefonunu götürmüşlər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi burada Məhkum2 və digər məhkumların əməllərində adamları girov saxlama cinayəti deyil, adamları qanunsuz azadlıqdan məhrum etmə cinayətinin əlamətləri mövcuddur. Həmçinin, məhkumlarzərərçəkmiş şəxsi əl-ayağını bağlayaraq evdə saxlayıb onun üzərində olan 150 manat nağd pulunu və 600 manat dəyərində “Xiaomi” markalı mobil telefonunu açıq talamaqla götürmüşlər. Bu hissədə isə tamah niyyəti ilə bağlı hərəkətlər soyğunçuluq cinayəti ilə əhatə olunur. Beləliklə, məhkəmənin gəldiyi hüquqi nəticə işin fakti halları ilə qətiyyən uzlaşmır. Odur ki, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 215.2.1, 215.2.8-ci maddələri ilə məhkum olunmuş Məhkum2 barəsində olan B akı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli ittiham hökmünü və həmin hökmlə bağlı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını CM-nin 215.2.1, 215.2.8-ci maddələri ilə verilmiş ittiham hissəsində ləğv edib Məhkum2 CM-nin 215.2.1, 215.2.8-ci maddələri ilə verilmiş ittiham üzrə əməlini CM-nin 145.2.4-cü maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi T.V.Abbasov hüquqlarını müdafiə etdiyi Məhkum1 qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirib Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apelyasiya baxışına təyin olunmasını xahi etdi. Məhkum1 kassasiya məhkəmə baxışında çıxış e dərək müdafiəçisinin mövqeyi ilə razı olduğunu bildirib kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Daha sonra kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi Y.B.Məmmədova hüquqlarını müdafiə etdiyi Məhkum4 qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirib kassasiya şikayətinin təmin olunmasını və apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin yeni apelyasiya baxışına təyin olunmasını xahiş etdi. Məhkum4 kassasiya məhkəmə baxışında çıxış edərək müdafiəçinin mövqeyi ilə razı olduğunu bildirib kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Bundan başqa kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi S.S.Abdullazadə hüquqlarını müdafiə etdiyi Məhkum3 qarşı irəli sürülmüş ittihamla razı olmadığını bildirib apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayə t işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş etdi. Daha sonra kassasiya məhkəmə baxışında çıxış edən müdafiəçi T.M.Talıbov kassasiya şikayətinin dəlillərinə uyğun şəkildə çıxış edərək şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətlərinin dəlillərini təkzib etdiyini, şikayətlərin əsassız olduğunu, cinayət əməllərinin sübutlarla tam təsdiq olunduğunu bildirib, kassasiya şikayətlərinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdiril mədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirmə yə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum4 müdafiəçisi Bağırova Janna Mirzə qızı və Məhkum2 müdafiəçisi Talıbov Telman Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərində təqsirsiz olduqları halda məhkəmələr tərəfindən məhkumların barəsində qanunsuz və ədalətsiz qərar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hall arla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət ha disəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəh ətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumlar və onun müdafiəçilərinin kassasiya şikayətlərinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya məhkəməsini qərarı ilə Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum2 məhkum olunduğu Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 215.2.1 və 215.2.8ci maddələrinin dispozisiyası qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, tamah niyyəti ilə adamları girov götürmə kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum2 verilmiş qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, tamah niyyəti ilə adam ları girov götürmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmış, həmçinin belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi onların təqsirli bilinib məhkum olunduğu maddələr sırasında Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsini göstərməklə əsassız nəticəyə gəlmişdir. Bundan başqa, birinci instansiya məhkəməsinin mübah isələndirilən hökmlə Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 təqsirli bilib məhkum etdiyi ittihamın təsvirində “xeyli miqdarda” əlamətini saxlamaqla əsassız nəticəyə gəldiyini, odur ki, Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 mübahisələndirilən hökmlə təqsirli bilinib məhkum olunduqları Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi və “xeyli miqdarda” ifadəsinin hökmdən xaric edilməli olduğu barədə yekun nəticəyə gəlmişdir. Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edil mişdir. Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 apellyasiya məhkəməsi tərəfindən məhkum olunduqları cinayət əməllərini törətməsi kassasiya şikayətlərində iddia olunanın əksinə olaraq birinci apellyasiya məhkəməsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumlar və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Apellyasiya məhkəməsinin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və bir-birini tamamlayan sübutlar apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum4 müdafiəçisi Bağırova Janna Mirzə qızının verdiyi eyni məzmunlu kassasiya şikayətlərində cinayət işi üzrə məhkəmə baxışı zamanı məhkəmələr tərəfindən işin hallarının ətraflı araşdırılmadığı, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız olaraq imtina edildiyi, məhkəmələr tərəfindən CPM-nin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədiyi iddia edilir və bunun əsas dəlilləri kimi Məhkum4 və Zərərçəkmiş şəxs1 mobil telefonlarında olan zənglərin siyahının götürülməli olduğu, Zərərçəkmiş şəxs1 məxsus “Xiaomi” markalı mobil telefonun İMEİ kodu vasitəsilə yerinin müəyyən edilməsi, müvafiq təşkilatlara sorğu verilməli olmasına istinad edilir. Əvvəla qeyd edilənlərə əsasən müəyyən olunur ki, müdafiəçi kassasiya şikayətində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutlardan əlavə yeni sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cin ayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu norma larının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə oxşar məzmunda olan dəlillər həm məhkumlar, həm də müdafiəçilər tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi sübutlar və sübutetmə, eləcə də cinayətin epizodlarını təşkil edən faktiki halların, ağırlaşdırıcı əlamətin müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 hərəkətlərində Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələrində nəzərdə tut ulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin qərarında sübutlar, o cümlədən təqsirləndirilənin, zərərçəkmiş şəxsin ifadələri, şahidlərin müxtəlif məzmunda verdikləri məlumatlar, məhkəmə-tibbi ekspertizasının rəyi və s. materiallar təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə əsasən razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, key fiyyətini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin dəlilləri də buna əsas vermir. Məhkum2 müdafiəçisi Talıbov Telman Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum2 CM-nin 215.2.1, 215.2.8-ci maddələri ilə verilmiş ittiham üzrə əməlinin CM-nin 145.2.4-cü maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Kassasiya məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə əlaqədar olaraq qeyd edir ki, həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsində də irəli sürülmüş, apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onların törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən hallar (ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmalarını, gənc olma larını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, zərərçəkmiş şəxslərin onlardan şikayət və tələblərinin olmamasını), cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun təqsirli bilindiyi maddələrin saksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən məhkumlar Məhkum1, Məhkum2, Məhkum3 və Məhkum4 islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab ed ir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan məhkumlar Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılmalı, məhkumlar Məhkum1, Məhkum3 və Məhkum4 müdafiəçisi Bağırova Janna Mirzə qızı və Məhkum2 müdafiəçisi Talıbov Telman Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumlar Məhkum1, Məhkum3 və Məhkum4 müdafiəçisi Bağırova Janna Mirzə qızı və Məhkum2 müdafiəçisi Talıbov Telman Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4, 215.2.1 və 215.2.8-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı məhkumlar Məhkum1, Məhkum3 və Məhkum4 müdafiəçisi Bağırova Janna Mirzə qızı və Məhkum2 müdafiəçisi Talıbov Telman Məhəmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən, məhkumlar Məhkum1, Məhkum3, Məhkum4 və Məhkum2 münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-906/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-906/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver