Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-906/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(107)-439/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İş in halları
1. Məhkum Təqsirləndirilən şəxs3 xx xxxxxxxx 1962-ci il tarixdə İsmayıllı rayonunun Tircan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum edilməmiş, işsiz, İsmayıllı şəhəri, V.Osmanov küçəsi, ev 1, mənzil 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 14 noyabr 2020-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 188.1, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Təqsirləndirilən şəxs3 qonşusu Təqsirləndirilən şəxs1 2018-ci ilin oktyabr ayında dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən meşəlik sahədə aşkar etdiyi yabanı halda bitmiş çətənə bitkisinin üzərindən topladığı tərkibində narkotik maddələr olan çətənə bitkilərininin toxumlarını kultivasiya etmək məqsədi ilə 2020-ci ilin may ayının ortalarında, dəqiq tarixi istintaqla müəyyən edilməyən gündə qonşusu Təqsirləndirilən şəxs1 və sonuncunun atası Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən o, çətənə bitkilərinin əkilibbecərilməsi üçün yer taparaq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məlumat verib həmin yeri göstərmiş, bundan sonra o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında İsmayıllı rayonu Diyallı bələdiyyə sinə aid, İsmayıllı rayonunun Diyallı kəndi ərazisində yerləşən qeyri kənd təsərrüfatı təyinatlı, 9 metr enində 11 metr uzunluğunda olan 99 kvadrat metr torpaq sahəsini becərmək məqsədi ilə kol-kosdan təmizləyərək və şumlayaraq əkin üçün yararlı vəziyyətə gətirmiş, həmin vaxtdan təxminən 2-3 gün sonra Təqsirləndirilən şəxs1 əvvəlcədən aralarında olan rol bölgüsünə əsasən qanunsuz olaraq çətənə bitkisinin toxumlarından 372 (üç yüz yetmiş iki) ədədini şumladıqları torpaqda, qalan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin toxumlarını isə həmin yerə gətirdiyi ağ rəngli dibçəklərdə əkmiş, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 çətənə bitkilərinin şitillərinə mütəmadi nəzarət edib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək torpaqda bitmiş 372 ədəd çətənə b itkisinin şitillərini 8 santimetrdən 15 santimetrədək hündürlüyə çatdırmaqla, habelə dibçəklərdə yetişmiş 109 ədəd çətənə bitkisinin şitillərini 3 santimetrdən 5 santimetrədək hündürlüyə çatdırmaqla ümumilikdə 481 ədəd, külli miqdar təşkil edən çətənə bitkilərinin şitillərini kultivasiya etmiş, 31 may 2020-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, çətənə bitkisinin şitillərinə su verən zaman həmin yerdə saxlanılaraq hadisə yerinə baxış keçirilərkən onun Təqsirləndirilən şəxs1lə və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi 8 santimetrdən 15 santimetrədək təmiz çəkisi 111,23 qram olan 372 (üç yüz yetmiş iki) əd əd çətənə bitkisinin şitilləri, həmçinin dibçəklərdə kultivasiya etdikləri 3 santimetrdən 5 santimetrədək ümumi təmiz çəkisi 17,71 qram olan 109 (yüz doqquz) ədəd çətənə bitkisinin şitilləri, yəni ümumilikdə külli miqdar təşkil edən 481 (dörd yüz səksən bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür.
4. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 1(091)-59/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 237.2.1 və 237.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməsi, cəzasının ümumi rejimli cə zaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu və həbsə alındığı 31 may 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
5. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilinərək məhkum edilmişlər.
6. Hökmdən Təqsirləndirilən şəxs3 apellyasiya şikayəti verərək hökmünün ləğv edilməsini, barəsində düzgün və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
7. Hökmdən həmçinin Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(107)-439/2021 nömrəli qərarı ilə verilmiş ap ellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. X2 Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(107)439/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Məhkum Təqsirləndirilən şəxs3 verdiyi kassasiya şikayətində məhkəmələr tərəfindən bir sıra vəziyyətini yüngülləşdirən halların nəzərə alınmadığını qeyd edərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərin ə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum Təqsirləndirilən şəxs3 verdiyi kassasiya şikayətində məhkəmələr tərəfi ndən bir sıra yüngülləşdirici halların nəzərə alınmadığını qeyd edərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir, kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(107)-439/2021 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət qanunvericiliyinə ə sasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrini n səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
19. Azərbaycan Respublika sı CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
20. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
21. Cəzanın məqsəd ini təsvir edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. İstinad edilən maddi cinayət hüquq normalarının məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir i lə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
23. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi hüquq normalarına uyğundur. Belə ki, məhkəmələr məhkum Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hal kimi yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən ədalətli cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün olan imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanıl arkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(107)-439/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 dekabr 2021-ci il tarixli, 1(107)-439/2021 nömrəli qərarı məhkum Təqsirləndirilən şəxs3 münasibətdə dəyişdirilmədən saxlanılsın.