Məhkəmə qərarları › İş №1(102)-906/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-906/2023

05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-906/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X5 Məhkum müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi4 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublika sı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə və Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Zeynal Qurban oğlu Agayevin sədrliyi ilə, hakimlər: X14 və X8 ibarət tərkibdə) 17 mart 2022-ci il tarixli hökmü ilə xx.xx.1953-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Babək prospekti ev 8 mənzil 74-də qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərd ə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə barəsində seçilmiş "həbs" qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzanın əvvəlinin 16 dekabr 2020-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X21 (sədrlik edən, məruzəçi hakim), X11 və X3 ibarət tərkibdə) 21 iyun 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilin ərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)161/2022 saylı, 17 mart 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmişdir. Həmin hökmlə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ilə endirilmişdir. Hökm məhkum edilmiş şəxs məhkum edilmiş şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən qalan hissədə dəyişdirilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən, o, tanışları il ə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər birgə biznes fəaliyyəti zamanı tanış olduğu Zərərçəkmiş şəxs özünün yüksək gəlir gətirən mərmər və qranit materiallarının alveri ilə məşğul olduğunu bildirib ona birgə biznes fəaliyyəti ilə məşğul olub İran İslam Respublikasından müxtəlif çeşiddə mərmər və qranit materiallarını Qazaxıstan Respublikası və Azərbaycan Respublikasına gətirib satmaqla əldə olunacaq gəlirdən bir hisəsini ona verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2016-cı ilin may ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 200.000 manat, 2016-cı ilin avqust ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 1.000.000 m anat, 2016-cı ilin noyabr ayında Bakı şəhəri Yasamal rayonu Seyfəddin Dağlı küçəsində 800.000 manat pul alıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.000.000 manat, yəni külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətində göstərilmişdir ki, məhkumun təqsiri ittiham istər ibtidai istintaq zamanı toplanmış, istərsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, məhkumun hüquqları kobud şəkildə pozulmuş, faktiki olaraq Məhkum ona istinad edilən cinayət əməlini törətmədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi verilməmiş, təqsirsizliyi açıq-aşkar sübuta yetirilməsinə baxmayaraq, məhkəmə h əmin dəlilləri iş materiallarına əlavə etsə də, nəzərə almamış, bu da onun barəsində qanunsuz və əsassız olaraq ittiham hökmünün çıxarılması ilə nəticələnmişdir. İstər ibtidai istintaqı zamanı dindirilərkən, istərsə də, məhkəmə istintaqı zamanı verdikləri sərbəst ifadələrində Məhkum, X15, və X22 onlara Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti üzrə özlərini təqsirli bilməmişlər. Hazırki iş ilə bağlı cinayət təqibi Xətai Rayon Məhkəməsində borcun faizlərinin hesablanmasına dair iddia ərizəsi üzrə baxılan məhkəmə prosesində çıxarılmış cinayət işinin başlanmasına dair qərardan sonra başlanmışdır. Cinayət işi 28 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin ağır cinayətlərin istintaqı şöbəsinin xüsusilə mü hüm işlər üzrə müstəntiqi, polis polkovnik-leytenantı Mikayıl Qüdrətov tərəfindən Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə başlanaraq istintaq aparılmışdır.16 dekabr 2020-ci ildə Məhkum Azərbaycan Respublikası CM-nin 150-ci maddəsi qaydasında tutulmuş, 17 dekabr 2020-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan olunaraq barəsində Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs «borc pulun ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Zərərçəkmiş şəxs iddia ərizəsində guya özünün ifadə etdiyi kimi təxminən 2016-cı ildə cavabdeh Məhkum 2 000 000 manat borc pul verdiyini göstərmişdir. Mül ki işin məhkəmə baxışı zamanı məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndə və vəkilləri Mərdan Heydərov və Müdafiəçi2 iştirak etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişlər. Xətai Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərardadında guya cavabdehlər Sahil Abuşov və Məhkum istinad etdiyi halları əsaslandıracaq, yəni pul vəsaitinin həqiqətən də xarici ölkəyə çıxarılması, xarici ölkələrin ərazisində hər hansı müqavilələrin bağlanması və tərəflərin arasında olan razılaşma üzrə hər hansı işin aparılması hallarının aşkar edilmədiyi göstərilmişdir. Təqsirləndirilən şəxs qismində cəib edilmiş Məhkum saxlanıldığı Bakı İstintaq Təcridxanasında konfidensial ünsiyyət zamanı 2016-cı ildə borc aldığı pul məbləğini zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs deyil, sonuncunun vasitəsilə tanış olduğu, həmin vaxt Bakı Metropoliteninin rəisi vəzifəsində çalışmış X7 şəxsən faizə götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum Bakı İstintaq Təcridxanasında konfidensial ünsiyyət zamanı 20 may 2016-cı il tarixdə saat 15 radələrində Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının binasında Tağı Əhmədovla görüşdüyünü, həmin görüşdə Zərərçəkmiş şəxs də itştirak etdiyini bildirmişdir. Daha sonra o, Tağı Əhmədova mərmər biznesi ilə məşğul olduğunu, bu səbəbdən borc pula ehtiyacının olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs onu əvvəllər tanıdığından ona Tağı Əhmədovun qarşısında qarant durmuşdur. Tağı Əhməov həmin gün ona şəxsən kabinetində olan seyfin içərisindən 200 000 manat götürüb vermişdir. Tağı Əhməov pulu ona əvvəlcə 1 %-ə, daha sonra isə artıraraq 2%-ə vermişdir. Məhkum Tağı Əhmədovdan pulu əvvəlcə 3 ayı 2%-ə, daha sonra aralarında olan razılaşmaya əsasən 1 200 000 manata görə ayda 20 000 manat, 2 000 000 manata qarşı isə ayda 35 000 manat ödəməli olduğunu bildirmişdir. O təxminən 8 ay ərzində borc götürdüyü 2.000 000 manat pulu 1.75 % ilə ödəmişdir. Zərərçəkmiş şəxs üzləşmə zamanı Məhkum borc olaraq aldığı 2 000 000 manat pula qarşı mütəmadi olaraq cəmi 142 000 manat, daha sonra isə ayrıca 19 000 manat, bir müddət sonra Novxanı qəsəbəsində 75 000 manat olaraq qiymətləndirdikləri torpaq sahəsini Tağı Əhmədova olan borcun faizi olaraq verildiyi ilə bağlı Məhkum göstərdiyi xüsusatı təsdiq etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Məhkum üzləşmə zamanı verdiyi ifadəsində sonradan istintaqa təqdim etdiyi 1 ədəd qiymətli daşı Tağı Əhmədova verdiyini, sonradan həmin qiymətli daşın X12 tərəfindən ona qaytarıldığını göstərmişdir. İstər ibtidai istintaq, istər, birinci instansiya məhkəməsində, istərsə də, Bakı Apellyasiya Məhkəməsində qismən aparılan məhkəmə istintaqı zamanı məhkəmədə tədqiq edilən bütün sübutlarda, ifadələrdə X9 adı keçdiyindən məhkəmə qarşısında göstərilən şəxsin məhkəmə istintaqına dəvət edilməsi haqqında tərəfindən vəsatət qaldırılmışdır. Lakin, hakim məhkəmə istintaqı zamanı bütün materiallarda pulun sahibi kimi adı keçən Tağı Əhmədovu dindirməkdən imtina edərək vəsatətinin əsassız olaraq rədd edilməsi haqqında qərar qəbul etmişdir. 02 may 2016-cı il və 26 avqust 2016-cı il tarixli, Qazaxıstan Respublikasında, Astana şəhərində bağlanmış müqavilələri, Sahil Abuşov və Qazaxıstan Respublikasındakı partnyor şirkətin əməkdaşı arasındakı qarşılaşdırma aktını, Qazaxıstan Respublikasına Kənan Əliyev adlı şəxsə nəqd və ya Western Union və Zolotoya Korona köçürmə sistemləri vasitəsilə göndərilmiş pul vəsaitlərinin Kənan Əliyevin imzası ilə qəbul edilməsi haqqında cədvəli, İran İslam Respublikasından Qazaxıstan Respublikasına göndərilmiş mərmər materialları və bu barədə Sahil Abuşov və Kənan Əliyev tərəfindən birgə tərtib edilmiş cədvəli, eləcə də müxtəlif vaxtlarda mərmər göndərilməsi ilə bağlı İnvoice sənədlərini məhkəmə istintaqına təqdim etməklə təqsirləndiriliən şəxs qismində cəlb edilmiş Məhkum iştirakı ilə tədqiq edilməsini tələb və xahiş edilməsi haqqında əsaslandırılmış vəsatətlə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəm əyə təqdim edilmiş həmin sənədlər təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərin həqiqətən də, İran İslam Respublikası, Qazaxıstan və Azərbaycan arasında mərmər işi ilə məşğul olduqlarını, Qazaxıstan Respublikasındakı partnyoru Kənan Əliyev ilə aralarında bağlanmış müqavilə əsasında İrandan Qazaxıstana mərmər göndərilməsi faktı öz təsdiqini tapmışdır. Həm Bakı Ağır Cinayətlər, həm də Bakı Apellyasiya Məhkəmələrində aparılan məhkəmə istintaqının gedişində iş üzrə obyektiv araşdırmanın aparılması, cinayət işinin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi, eləcə də, qanunsuz və əsassız olaraq məhkum edilmiş Məhkum müdafiə hüququnun təmin edilməsi üçün X9 məhkəməyə çağırılaraq şahid qismində dindirilməsi tələb edilsə də, müdafiə tərəfinin əsaslandırılmış vəsatəti hakim tərəfindən əsassız olaraq rədd edilmişdir. Lakin, 07 fevral 2022-ci il tarixdə Tağı Əhmədov « Qaynarinfo» xəbər saytına verdiyi müsahibədə həqiqətən də 2 milyon manat pulu bankdan çıxarıb aylıq 18 faiz əsasında borc verdiyini, həmin puldan ayda 30 000 manat faiz pulu aldığını, tanışı, Azərbaycan Respublikası Milli X2 və Mexanika İnstitutunun direktor müavini işləyən, professor Zərərçəkmiş şəxs aylıq 30 000 manat faiz məbləğinin üzərindən hər ay 2000 manat məbləğində pulu sonuncunun xahişi ona verdiyini göstərmişdir. Tağı Əhmədovun müsahibəsində göstərdiyi bu xüsusat təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslər Məhkum, Sahil Abuşov və Qulu Muxtarovun ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri təsdiq etməklə yanaşı, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şə xs ifadələri ilə kəskin ziddiyyət təşkil edir. Kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və hüquqlarını müdafiə etdiyi Məhkum əməlində cinayət tərkibi olmadığına görə barəsində cinayət işi üzrə icraata xitam verilməsi haqqındla qərar qəbul edilməsi xahiş olunmuşdur. Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavədə qeyd olunur ki, işin faktiki hallarının qarşılıqlı təhlilinə əsasən məhkumla zərərçəkmiş şəxs arasında işgüzar münasibətlər mövcud olmuş, onların birgə fəaliyyəti uğursuz kommersiya fəaliyyəti kimi səciyyələnir. Məhkumun zərərçəkən şəxsdən pul alınması zamanı etibardan sui-istifadə edərək talama niyyəti olmamış, əksinə zərərçəkən şəxs könüllü sürətdə və qazanc əldə etmək niyyəti ilə pul vəsaiti təqdim etmiş, beləliklə dələduzluq cinayəti üçün xarakterik olan cinayət tərkibinin əlamətləri ümumiyyətlə mövcud olmamışdır. Məhkumun talama ilə bağlı niyyəti nə istintaq dövründə, nə də məhkəmə baxışı zamanı sübuta yetirilməmişdir. Göstərilən səbəblərdən məhkəmələrin qərarı əsaslı, ədalətli və qanuni hesab edilə bilməz. Kassasiya şikayətinə əlavədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 1(103)-998/2022 nömrəli qərarının ləğv olunmasını, Məhkum bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunması barədə müdafiəçil ərin, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası mə hkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə məhkumun Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və əməlində cinayət tərkibinin olmaması mübahisələndirilir. Məhkəmə kollegiyası müdafiəçilərin kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022 -ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və süb uta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını v erməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin tə qsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Apell yasiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsinə dair göstərdiyi dəlilini müzakirə edərək hesab etmişdir ki, məhkum edilmiş şəxs Məhkum əməlində Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən onun cinayəti törətməsini qismən etiraf etməsi ilə bağlı ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunmuşdur. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı hesab edərə k aşağıdakıları qeyd etməyi zəruri hesab edir: CM-in 178.3.2-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nöm rəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyy ət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin ba ğlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Cinayət işi üzrə müəyyən edilmiş hallardan və sübutların müqayisəli təhlilindən görünür ki, hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs tərəfindən törədilən cinayət əməlinin mahiyyəti qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə əvvəllər birgə bi znes fəaliyyəti zamanı tanış olduğu Zərərçəkmiş şəxs özünün yüksək gəlir gətirən mərmər və qranit materiallarının alveri ilə məşğul olduğunu bildirib ona birgə biznes fəaliyyəti ilə məşğul olub İran İslam Respublikasından müxtəlif çeşiddə mərmər və qranit materiallarını Qazaxıstan Respublikası və Azərbaycan Respublikasına gətirib satmaqla əldə olunacaq gəlirdən bir hisəsini ona verəcəyini yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda əmlakını ələ keçirməkdən ibarət olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində və ona əlavədə məhkumun zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayət əməli törətməməsi, zərərçəkmiş şəxslə onun arasında mülki münasibətlərin mövcud olması qeyd edilsə də, müdafiə tərəfinin q eyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Kassasiya məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olmaqla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Məhkum ittiham olunaraq təqsirli bilindiyi əməli törətməs i ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi öz ifadələri, Zərərçəkmiş şəxs, digər təqsirləndirilən şəxslər X16 və X10 ifadələri, şahidlər X1, Şahid1, Şahid2 ifadələri və iş üzrə toplanmış digər sübutlarla, o cümlədən tədqiqata təqdim edilmiş 19,25 qram kütləli 96,25 karat ölçüdə həndəsi ölçüləri təxminən 25,12 mm x 11,63 mm x 35,10 mm olan damla formalı 1 ədəd yaşıl rəngli, şəffaf daşın korund olması, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələri nəzərə alınmaqla ekspertiza tədqiqatına təqdim edilmiş 19,25 qram kütləli 96,25 karat ölçüdə həndəsi ölçüləri təxminən 25,12 mm x 11,63 mm x 35,10 mm olan damla formalı 1 ədəd yaşıl rəngli, şəffaf daşın, korund daşının qiyməti barədə Respublikada ticarət şəbəkələrində, zərgərlik məlumatlarının satışı mağazalarında və eləc ə də mərkəzdə məlumat olmadığından məhkəmə-əmtəəşunas ekspertinin qarşısında qoyulmuş suaala cavab verməyin mümkün olmaması barədə kompleks məhkəmə kimyəvi- fiziki və əmktəəşunsalıq ekspertizasının 07 aprel 2021-ci il tarixli 6/856-9/1148 nömrəli rəyi ilə; qeyd olunan daşla bağlı Azərbaycan Respublikası Milli X4 və Geofizika İnstitutuna tədqiqat aparılması üçün təqdim olunması, institutdan verilən rəyə görə qeyd olunan daşın, süni şəkildə kristallaşmış mineral olmasının bildirilməsi; Zərərçəkmiş şəxs Məhkum və X17 qarşı "borc pulun ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə cavabdehlər Məhkum və X16 əməllərində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətlərinin aşkara çıxarılması ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroruna xəbər verilməsinin qərara alınması haqqında Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-2218/2020 saylı, 24 sentyabr 2020-ci il tarixli xüsusi qərardadı; Məhkum və X22 tərəfindən ölkəyə qranit və mərmər materialları idxal edilməməsi barədə Azərbaycan Respublikası Gömrük Komitəsinin məktubu və digər sübutlarla tam təsdiq olunur. Apellyasiya məhkəməsi Məhkum pulu Zərərçəkmiş şəxs deyil, başqa şəxsdən, Tağı Əhmədovdan borc olaraq götürməsi barədə mövqeyini və bununla bağlı kassasiya şikayətinini dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətlərinin dəlillərini özünü müdafiə məqsədi ilə ortaya atdığı fikirlər kimi qiymətləndirmiş və apellyasiya şikayətinin həmin dəlillərini haqlı olaraq əsassız hesab etmişdir. Apellyasiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, məhkum edilmiş şəxs Məhkum mərmər işi ilə bağlı Zərərçəkmiş şəxs pul istəyərkən onun özünün istədiyi məbləğdə pulunun olmadığını və həmin pulu yaxın tanışlarından alacağını əvvəlcədən bilmişdir. X13 da ibtidai istintaq zamanı verdiyi ifadəsində Məhkum tanımadığını, pulu mərmər alveri ilə məşğul olduğu üçün məhz dostu Zərərçəkmiş şəxs verdiyini göstərmişdir. Digər tərəfdən Məhkum bu mövqeyi onun Tağı Əhmədovun etibarını Zərərçəkmiş şəxs vasitəsi ilə qazanmasını öz sözləri ilə təsdiq etməsidir. Həm də ki, Tağı Əhmədovun əvvəldən tanımadığı Məhkum qeyd olunan məbləğdə pulu verməsi inandırıcı qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələri nin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs və şahidlərin ifadələri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkuma həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində və ona əlavədə iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış s übutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında Məhkum əməlinin tövsifi barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə düzgün olaraq təqsirli bilinmişdir. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş dəlillər isə yuxar ıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar