Məhkəmə qərarları › İş №1(102)-906/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-906/2024

03.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-906/2024 03.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X3 və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi “XXX15” Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏ YYƏNETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim B.M.Məmmədov, hakimlər N.N.Mirzəyev və X.M.Məmmədovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1971-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan3ndə qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci mаddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 29 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tari xli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X.H.Səmədov, hakimlər A.M.Eyvazov və İ.H.Şükürovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 7 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum 28 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Ucar rayonu, Küçəkənd kəndi ərazisində həmkəndlisi, xx xxxx 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona toyda həddən artıq spirtli içki içdiyinə görə irad bildirməsindən sonra şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun onu nalay iq ifadələrlə təhqir etməsindən əsəbiləşərək sərxoş vəziyyətdə qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs öldürmək qərarına gəlib həmin gün saat 18.30 radələrində öz evindən 1 ədəd cib bıçağı əldə edərək sonuncunun yaşadığı Ucar rayonu, Küçəkənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə gəlib həmin bıçaqla Zərərçəkmiş şəxs bir dəfə zərbə endirərək sonuncuya qarnın ön divarının daxilə keçən, yoğun bağırsağı və dalağı zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən, dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurduqdan sonra Zərərçəkmiş şəxs növbəti zərbədən yayınmaq istədikdə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə ikinci dəfə sol kürəkaltı nahiyənin daxilə keçməyən deşilmiş-kəsilmiş yarası olan, sağlamlığa qəsdən yüngül zərər vuran xəsa rət yetirdikdən sonra zərərçəkmiş şəxsin oğlu Şahid1 və arvadı Şahid2 həmin yerə gəlib onları ayıraraq hərəkətlərinin qarşısını aldıqlarından, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini konkret pozuntular barədə dəlillər gətirmədən onunla əsaslandırmışdır ki, o, özünü CM-in 29,120.1-ci maddələri ilə irəli sürülmüş ittiham üzrə ancaq qismən (birinci və apelyasiya instansiyası məhkəmələrində müdafiə olunmuş mövqeyə görə - CM-in 126.1-ci maddəsi ilə) təqsirli bildiyi halda, birinci instansiya məhkəməsi onun mövqeyini nəzərə almayaraq barəsində ədalətsiz hökm çıxarmış, apelyasiy a instansiyası məhkəməsi isə hökmü dəyşdirilmədən saxlamaqla eyni pozuntulara yol vermiş, ədaləti bərpa etməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyinin və əsaslılığının yoxlanılmasını, onun barəsində ədalətli qərarın çıxarılmasın xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində əməli qəsdən sağlamlığa ağır zərər vurma kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, düzgün olmayaraq qəsdən adam öldürməyə cəhd kimi Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə tövsif olunduğunu və həmin maddələrlə ədalətli olmayan cəzaya məruz qaldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunması və onun həmin maddəyə uyğun olaraq cəzalandırılması barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərin ə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlər inin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nə ticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Kasssiya şikayətinin müəllifi hesab edir ki, onun əməlinə şamil edilməli olan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin norması qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutan 126.1-ci maddəsidir. Kassasiya şikayətində bu iddianın əsaslandırılması üçün konkret dəlillər gətirilməsə də, birinci və apelyasiya instansiyası məhkəmələrində müdafiə olunmuş mövqedən aydın olur ki, məhkum hərəkətlərində qəsdən adam öldürməyə cəhd cinayətinin tərkibinin olmaması barədə fikrini zərərçəkmiş Zərərçəkmiş şəxsu öldürmək niyyətinin olmaması ilə izah etmişdir. Lakin, məhkumun qeyd olunan iddiası işin həqiqi hallarına əsaslanmır. Belə ki, iş üzrə müəyyən olunmuş faktiki hallardan görünür ki, Məhkum 28 sentyabr 2022-ci ildə onunla həmkəndlisi Zərə rçəkmiş şəxs arasında ünvan6 ərazisində baş vermiş mübahisədən sonra təxminən saat 18.30 radələrində sərxoş halda öz evindən cib bıçağını götürərək qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs evinə getmiş və həyətə daxil olduqdan sonra orada olan Zərərçəkmiş şəxs bədəninin həyati-əhəmiyyətli orqanların yerləşdiyi qarın və sol kürəkaltı nahiyələrinə bıçaqla ümumilikdə iki zərbə endirmiş, birinci zərbədə bıçaq daxilə nüfuz etməklə onun dalağının və yoğun bağısağının yaralanması – sağlamlığına həyat üçün təhlükəli olan ağır zərərin vurulması ilə nəticələnmiş, ikinci zərbədə isə bıçaq daxilə nüfuz etməyərək Zərərçəkmiş şəxs sağlamlığına sol kürəkaltı nahiyənin deşilmiş-kəsilmiş yarası şəklində yüngül zərərin vurulmasına səbəb olmuş, Zərərçəkmiş şəxs aktiv müqavimət göstərdiyi və hadisə yerində ol an oğlu Şahid1 güc tətbiq etməklə Məhkum zərərçəkmiş şəxsdən kənarlaşdırdığı üçün Məhkum hərəkətlərini davam etdirə bilməyib hadisə yerindən getmiş, zərərçəkmiş şəxs isə kürəkəni tərəfindən xəstəxanaya çatdırılaraq ona vaxtında tibbi yardım göstərilməsi təmin edilmişdir. Məhkəmələr qeyd olunan faktları Məhkum zərərçəkən Zərərçəkmiş şəxs vurduğu bir bıçaq zərbəsi və bunun nəticəsi (sağlamlığa zərər vurma) ilə kifayətlənmək istəmədiyini; zərərçəkənin özünün və digər şəxsin müqavimətinə baxmayaraq, bıçaqla Zərərçəkmiş şəxs vurmağa davam etmək niyyətində qətiyyətli və israrlı olduğunu, yəni niyyətinin Zərərçəkmiş şəxs məhz həyatdan məhrum edilməsinə yönəldiyini, lakin zərərçəkən şəxsin müqavimətini və onun oğlu Şahid1 zərərçəkmişi qurtarmaqdan ötrü hadisəyə aktiv müdaxiləsini dəf edə bilmədiyi üçün - öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini həyata keçirə, Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməyərək bu cinayətə cəhd etdiyini göstərən (əməlin Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə tövsifini şərtləndirən) xüsusatlar kimi qiymətləndirilmişlər. Məhkəmələrin həmin faktlara məhz bu cür qiymət vermələri kassasiya şikayətində iddia olunanların əksinə olaraq, cinayət-prosessual qanunun sübutlar və sübutetməyə dair normalarına, o cümlədən CPM-in 143-146-cı maddələrinin müddəalarına uyğun olaraq tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilmiş sübutların məcmusuna (onların həqiqi məzmunlarına) əsaslanır (sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir olunub həm hökmdə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında şərh edildiyin dən, kollegiya hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Məhkəmələrin qiymətləndirməsi Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin dispoziyası və cinayətə cəhd etməni nəzərdə tutan CM-in 29-cu maddəsi ilə də uzlaşır. Belə ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin nəzərdə tutduğu cinayət bu maddənin dispozisiyasında qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi təsbit edilmişdir. Cinayət Məcəlləsinin 29-cu maddəsinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 deka br 2002-ci il tarixli 3 saylı qərarında izah olunur ki, “qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər” (qərarın 2-ci bənd). Birbaşa qəsdin tərifini təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə görə “şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur”. Məhkum isə birbaşa qəsdlə (həyatdan məhrum etməyi arzu edərək), Zərərçəkmiş şəxs bıçaqla iki zərbə vurduğundan, lakin iradəsindən asılı olmayan səbəblərdən Zərərçəkmiş şəxs öldürmək məqsədinə çata bilməyib, cinayətkar hərəkə tini başa çatdırmadığından, onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,121-ci maddələri ilə tövsif edilmişdir. Bu səbəbdən Məhkum əməlinə Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin şamil edilməsi və ona CM-in 126.1-ci maddəsinin sanksiyasına uyğun olaraq cəzanın təyin edilməsi barədə kassasiya tələbi də əsaslı sayıla bilməz. Cəzanın dəyişdirilməsi üçün əsasların olmaması haqqında nəticəyə gələrkən məhkəmə kollegiyası həm də onu nəzərə alır ki, Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsasların a, cəzanın məqsədlərinə, cinayətə cəhdə görə və CM-in 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda, cəzanı ağırlaşdıran hallar isə olmadıqda cəzanın təyin edilməsinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3, 41.2, 63.3 və 60-cı maddələrinin tələblərinə əməl edilmiş, o cümlədən Məhkum yaşayış yeri üzrə müsbət xarakterizə olunması, oğlu Həsrət Xəlilovun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməsi, zərərçəkmiş şəxslə barışıq əldə edilməklə sonuncunun təqsirkardan şikayət və tələbinin olmaması kimi cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması cinayətin xarakteri, ictimai-təhlükəlili k dərəcəsi və Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər məsələlər üzrə müəyyən edilmiş hallarla, cəzanın məqsədləri ilə birlikdə götürülməklə (tarazlaşdırılmış şəkildə) nəzərə alınmış, Məhkum Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipinin tələblərinə cavab verən cəza təyin edilmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmasına dair birinci instansiya məhkəməsinin hökmü, bu hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslıdır, məhkəmələr tərəfindən həmin aktların ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək pozuntulara, o cümlədən kass asiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 5 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar