Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-907/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi X3 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum 01 sentyabr 2000-ci i lədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə (hakimlər: Hacıyev Asim Hacımirzə oğlu (sədrlik edən), Əliyev Elşad İbiş oğlu və Abdullayev Mehdixan Ədil oğlundan ibarət tərkibdə) xx.xx.1974-cü il tarixdə Masallı rayonu Tatyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Rusiya Federasiyası Arxangelsk vilayəti Ustyansk rayon məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmü ilə Rusiya Federasiy ası CM-nin 105-ci maddəsinin 1-ci hissəsi, 74-cü maddəsinin 2-ci hissəsi və 70-ci maddəsi ilə qəti olaraq 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 22 dekabr 2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Masallı rayonunun Tatyanoba kəndində qeydiyyatda olan Məhkum 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərərk ona 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Məhkum Rusiya Federasiyası Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkdiyi 12 (on iki) il 11 (on bir) ay azadlıqdan məhrum etmə cəzas ı qəti cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 1(bir) il 7(yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 dekabr 2017-ci ildən hesablanması hökm edilmişdir. Hökmdən müdafiəçi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Əliyev Şaiq tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Camalov Etibar Əli oğlu (sədrlik edən, məruzəçi hakim), Novruzov Ələsgər Əli İskəndər oğlu və Cəfərov Rafiq Musa oğlundan ibarət tərkibdə) 12 fevral 2019-cu il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, iş üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2018-ci il tarixli hökmü ilə Məhkum 01 sentyabr 2000ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə təyin olunmuş 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.3 və 66.5-cü maddələrinə əsasən Məhkum Rusiya Federasiyası Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilmiş 12 (on iki) il 11 (on bir) ay azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş və Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilmiş 12 (on iki) il 11 (on bir) ay azadlıqdan məhrum etmə cəzası qəti cəza müddətinə hesablanmaqla həmin cəzadan cıxılmış və Məhkum üzərində 1 (bir) il 10 (on) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, hökm apelyasiya şikayəti və apelyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum 01.09.2000- ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı bəndi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 03 noyabr 1997-ci ildə, saat təxminin 09 radələrində Masalı rayonundakı Yeyənkənd meşəbəyliyinin 10-cu dolayının 46-cı kvartalının 13-15-ci bölmələrinin ərazisində əvvəllər yaxın münasibətdə olduğu X6 ilə birlikdə olarkən axırıncı ondan aralarındakı münasibəti nigaha çevirmək və birlikdə yaşamaq barədə tələb irəli sürdüyü, o isə bu niyyətdə olmadığı üçün müxtəlif bəhanələr gərtirərək X2nı aldadıb özündən kənarlaşdırmağa çalışmış, lakin sonuncunun təkid etdiyini görüb ondan yaxa qurtarmağın çıxış yolu kimi X2nı boyun fəqərəsini sındırmaqla öldürmək qərarına gəlmiş və bu niyyətlə əlverişli məqam gözləməyə başlamış, X2 onun yanında əyləşərək başını sağ tərəfə çevirdikdə isə o, dərhal sol əli ilə sonuncunun çənə, sağ əli ilə isə başının təpə nahiyəsindən tutub zorla özünə tərəf çevirməyə başlamış və bu zaman X2 həyatını xilas etmək üçün başını olduğu kimi saxlamağa çalışaraq, sol əli ilə də onun sağ ayağının bud nahiyəsindən tutub sıxmaqla müqavimət göstərdiyini görüb bununla X2ya xüsusi ağrı yetirməklə müstəsna dərəcədə iztirab verdiyini dərk etsə də, buna məhəl qoymayıb, öz əməllərini davam etdirərək X2nın boynunu sındıraraq onu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum edib ağırlaşdırıcı halda qəsdən adam öldürmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən cinayət qanununun və cina yət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən əsassız olaraq Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona Rusiya Federasiyası Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13.04.2005-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkdiyi 12 il 11 ay cəzanı hazırki hökmlə təyin olunmuş qəti cəza müddətinə hesablamaqla səhv nəticəyə gəlmiş, apellyasiya instansiya məhkəməsi isə qanunsuz olaraq birinci instansiya məhkəməsinin bu mülahizəsini əsaslı saymışdır. Məhkəmələr qeyd olunan nəticəyə gələrkən ilk olaraq Məhkum barəsində olan Rusiya Federasiyası Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmadığını, Azərbaycan Respub likasında qüvvədə olmadığını və həmin hökmün Məhkum cəza təyin edərkən hər hansı bir hüquqi nəticəyə səbəb olmadığını nəzərə almamışlar Hazırki iş üzrə təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində əvvəllər məhkum olunmamış, hazırkı əməli Azərbaycan Respublikası ərazisində törətmiş, o, əvvəllər Rusiya Federasiyasında məhkum olunaraq, cəzasını orda çəkmiş, Rusiya Federasiyasında onun barəsində çıxarılmış hökm qanunvericiliyə əsasən müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında tanınmamış, hökm üzrə cəza çəkmək üçün Azərbaycan Respublikasına verilməmiş, həmin hökmün icraya qəbul edilməsi barədə Azərbaycan Respublikasında məhkəmə qərarı qəbul edilməmiş, o, Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkməmişdir. Belə olduğu halda isə iş üzrə Rusiya Federasiyası Arx angelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13.04.2005-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə toplanması qanuni və əsaslı hesab edilə bilməz Dövlət ittihamçısı qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi yeni apelyasiya baxışına qaytarılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış b irinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Kassasiya protestində göstərilmişdir ki, qərar qəbul edilərkən cinayət qanununun və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar Məhkum cəza təyininə dair hissədə əsassız olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Aşağıdakı əsaslara görə məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-nin 521-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digə r yekun qərarlarının icrası məsələlərinə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına müvafiq olaraq baxırlar. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyanın 111-ci maddəsinə əsasən hökmün tanınması və icra edilməsi haqqında vəsatət sorğu alan Razılığa gələn Tərəfin səlahiyyətli məhkəməsi tərəfindən onun öz daxili qanunvericiliyinə uyğun olaraq baxılır. Həmin konvensiyada da mülki işlər üzrə də qərarların tanınması proseduru nəzərdə tutulmuş, yalnız müəyyən qərar növlərinin qanunla müəyyən edilmiş prosedur çərçivəsində tanınması nəzərə alınmışdır. Həmin qərarlar qanunla müəyyən edilmiş qaydada tanınmadığı halda onların heç bir hüquqi qüvvəsinin olmaması nəzərə alınmışdır. Konvensiyanın 51 və 54-cü maddələrinə əsasən hətta cinayət işləri üzrə ziyanın ödənilməsi haqqında məhkəmə qərarı Razılaşmış tərəfin məhkəmələrində baxılıb tanınmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən daxil olmuş 10 may 2018-ci il tarixli 17/6-6485 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə fəaliyyət göstərən "Mərkəzi məlumat bazasında" Məhkum Rusiya Federasiyasında məhkum olunması və Azərbaycan Respublikasında hökmün tanınıb-tanınmaması barədə məlumat qeydiyyatdan keçmir. Azərbaycan Respublikası CPM-nin 399.1.2 və 399.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və cinayət qanunu normasının düzgün tətbiq edilməməsi məhkəmənin hökmünün ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən tətbiq edilməli olumuan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının süzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Kollegiya qeyd edir ki, məhkəmələr Məhkum barəsində olan Rusiya Federasiyası Arxangelsk vilayəti, Ustyansk rayon məhkəməsinin 13 aprel 2005-ci il tarixli hökmünün Azərbaycan Respublikası ərazisində tanınmadığını, Azərbaycan Respublikasında qüvvədə olmadığını və həmin hökmün Məhkum cəza təyin edərkən hər hansı bir hüquqi nəticəyə səbəb olmadığını nəzərə almamışlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-907/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-907/2019
09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver