Məhkəmə qərarları › İş №1(102)-907/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-907/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-907/2020 08.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə,, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum və onun müdafiəçisi Abdıyev Rəşad İlqar oğlunun iştirakları ilə, Məhkum Bakı Ağır Cina yətlər Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi Bağırova Janna Mirzə qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəmənin xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər Mahmudov İlham Ağa oğlu (sədrlik edən və məruzəçi), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1988-ci il tarixdə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam r ayonu Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbində tar müəllimi işləmiş, Ağdam rayonu Xındırıstan kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan1 yaşamış, CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin X7 da CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum və X7 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatları yaymaq hədəsi ilə onun xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmişlər. Belə ki, Məhkum ta mah niyyəti ilə Ağdam rayonu ünvan 1 də qarmon müəllimi işləyən qrup yoldaş X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxx 2019-cu il tarixdə saat 14 radələrində Ağdam rayonu Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Zərərçəkmiş şəxs özlərində olan sonuncuya məxsus səs yazılarını yayıb müxtəlif instansiyalara, o cümlədən hüquq-mühafizə orqanlarına göndərib rüsvay edəcəkləri ilə hədələyib Zərərçəkmiş şəxs 25 000 manat xeyli miqdarda pulunu Yasamal rayonuünvan 1 yerləşən «xxxx» ASC-nin inzibati binasının qarşısında hədə-qorxu ilə tələb etmişlər. Hökmdən Məhkum müdafiəçisi Bağırova Janna Mirzə qızı və məhkum müdafiəçisi Bayramov Bəhruz Front oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayə t Kollegiyasının hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, hökm isə aşağıdakı qaydada dəyişdirilmişdir:

1. Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək;

2. X3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti isə 5 (beş) ilədək endirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarından Məhkum müdafiəçisi J.M.Bağırova kassasiya şikayəti verərək hüquqların müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şika yətində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarındakı hüquqi mövqeyə istinad edən və işin faktiki hallarını mübahisələrindən müdafiəçi J.M.Bağırova həmin şikayətini belə əsaslandırmışdır ki, Məhkum və məhkum1 elan edilmiş ittihamda onun X4 özlərində olan sonuncuya məxsus səs yazılarını yayıb müxtəlif instansiyalara, o cümlədən, hüquqmühafizə orqanlarına göndərib rüsvay edəcəkləri ilə hədələməsi göstərilmişdir. Lakin, məhkəmə nəzərə almamışdır ki, Məhkum onda olan səs yazılarının müxtəlif orqanlara göndərəcəyini bildirməsi əslində hədəqorxu olmamış, Məhkum real olaraq Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərindən müxtəlif orqanlara şikayətlər etmiş və həmin ş ikayətlərində göstərilənlərin təsdiqi kimi şikayət ərizələrinə özündə olan səs yazıları olan elektron məlumat daşıyıcılarını qoşmuş, onun bu şikayətləri ilə əlaqədar isə müxtəlif orqanlar tərəfindən, o cümlədən X43 İdarəsində araşdırmalar aparılmış, buna qədər isə o, heç vaxt Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməmiş və onun belə bir niyyəti də olmamışdır. Kassasiya şikayətinin müəllifi qeyd etmişdir ki, zərər çəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs özü Məhkum müxtəlif orqanlara şikayət etməsinin qarşısını almaq niyyəti ilə ona pul təklif etmiş, təqsirləndirilən şəxs onun təklifini qəbul etmiş, zərərçəkmiş şəxs isə, bundan istifadə edərək, təqsirləndirilən şəxsin ondan pul tələb etməsi barədə Yasamal RPİ-yə şikayət etmişdir. Müdafiəçi həmçinin onu da mübahisələndirmişdir ki, CM-nin 182.1-ci maddəsinin tələblərinə, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, göstərilən Qərarda “rüsvayedici məlumatların üçüncü şəxslərə vermə dedikdə” üçüncü şəxs kimi hüquq-mühafizə orqanları başa düşülə bilməz və belə məlumatların hüquqmühafizə orqanlarına verilməsindən imtina etmə, hətta bu maddi maraq naminə edilsə belə, əməl hədəqorxu ilə tələb etmə deyil, bilə-bilə cinayəti gizlətmə kimi qiymətləndirilməlidir. Cinayət işi üzrə sübutların tam və hərtərəfli araşdırılmamasını, buna görə də məhkəmələrin gəldikləri nəticələrin düzgün olmamasını, Məhkum ona ittiham olunmuş cinayəti törətmədiyini iddia edən müdafiəçi Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarının Məhkum aid olan hissədə ləğv edilməsini və ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçiriləcəyi yer və vaxt barədə qanuna müvafiq məlumatlandırılmış zərərçəkmiş Zərərçəkmiş şəxs naməlum səbəbdən məhkəmə iclasına gəlmədiyinə və bunun səbəbi barədə məlumat vermədiyinə görə, məhkəmə kolegyiası CPM-nin 419.4-cü kassasiya şikayətinə zərər çəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələbəlrindən görünür ki, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq cinayət və cinayət-prosessua l qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü yoxlaır. Odur ki, məhkum A.Məhkum müdafiəçisinin kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığ ını yoxlayarkən məhkəmə kollegiyası işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş faktiki halları rəhbər tutacaqdır. İşə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar isə ondan ibarətdir ki, Məhkum tamah niyyəti ilə Ağdam rayonu Güllücə kənd Uşaq Musiqi Məktəbində qarmon müəllimi işləyən qrup yoldaş N.Ş.Baxşalıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx xxx 2019-cu il tarixdə saat 14 radələrində Ağdam rayonu Cabbar Qaryağdıoğlu adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin direk toru Zərərçəkmiş şəxs özlərində olan sonuncuya məxsus səs yazılarını yayıb müxtəlif instansiyalara, o cümlədən hüquq-mühafizə orqanlarına göndərib rüsvay edəcəkləri ilə hədələyib Zərərçəkmiş şəxs 25 000 manat xeyli miqdarda pulunu Yasamal rayonu, Moskva prospekti, 67 ünvanında yerləşən «xxxx» ASC-nin inzibati binasının qarşısında hədə-qorxu ilə tələb etmişlər. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə Məhkum, zərər çəkmiş şəxsin, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə t utulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma oranı tərəfindən A.Məhkum əməlinin CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq belə bir nəticənin düzgün olub-olmamasını yoxlayarkəraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və az adlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinay ət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işi üzrə Qərarında qeyd edilmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xey rinə həll edilməlidir. Bundan əlavə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Hədə-qorxu ilə tələbə etməyə görə cinayət məsuliyyəti müəyyən edilmiş CM-nin 182.1-ci maddəsində həmin cinayətin obyektiv cəhəti belə təsbit edilmişdir: “Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə”. CM-nin 182.2.1 və 182.2.4-cü maddələrində isə göstərilən əməllərin müvafiq olaraq qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən və xeyli miqdarda (beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə) əmlakı əldə etmək məqsədilə törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Əvvəla məhkəmə kolegiyası qeyd edir ki, CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş “rüsvayedici məlumatlar dedikdə” zərər çəkmiş şəxsin və ya onun yaxınlarının şərəf və ləyaqətini alçaldan, onların nüfuzuna xələl gətirən, barələrində hər hansı inzibati və ya cinayət-hüquqi xarakterli tədbirin görülməsinə səbəb ola bilən və digər həm həqiqətə uyğun olan, həm də olmayan məlumatlar başa düşülür. Məhz bu məlumatların üçüncü şəxslərə, o cümlədən hüquq mühafizə orqanlarına ötürülməsi, kütl əvi informasiya vasitələrində yayılması, zərər çəkmiş şəxsin qohumları da daxil olmaqla başqa şəxslərə verilməsi və bu kimi başqa üsullardan istifadə etməklə yayılması hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu tələb etmə isə hədə qorxu ilə tələb etmə kimi başa düşülür və qiymətləndirilir. Təhlil göstərir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2011-ci il tarixli Qərarında məhz bu mövqedən çıxış etmişdir. Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, müdafiəçinin irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs özü Məhkum müxtəlif orqanlara şikayət etməsinin qarşısını almaq niyyəti ilə ona pul təklif etmiş, təqsirləndirilən şəxs onun təklifini qəbul etmiş, Zərərçəkmiş şəxs isə, bundan istifadə edərək, təqsirləndirilən şəxsin ondan pul tələb etməsi barədə Yasamal RPİ-yə şikayət vermişdir. Lakin məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum cinayət niyyəti yaranana qədər müxtəlif orqanlara etdiyi şikayətlər əsasında Zərərçəkmiş şəxs fəaliyyəti yoxlanılaraq onun fəaliyyətində heç bir qansuzluq aşkar edilmədikdən sonra, Məhkum onda Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərini əks etdirən səs yazılarının olmasının M1 vasitəsilə ona bildirməsi, bu yazıların müxtəlif orqanlara göndərməməsi üçün zərərçəkmişdən yenə də M1 vasitəsilə əvvəl 30.000 manat tələb etməsi, Zərərçəkmiş şəxs bu məbləğdə pulu olmamasını və yalnız 25.000 manat məbləğində pul verə biləcəyini bildirdikdə bununla razılaşması, hətta bu pulun müqabi lində onda olan səs yazıları əks etdirilmiş elektron məlumat daşıyıcısını Zərərçəkmiş şəxs verməsini vəd etməsi barədə qəbz yazması müəyyən edilmiş və bu hallar X2 ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlər X28, X23, X9, X19, X29, X34, X15, X16 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, pulun alınmasına dair qəbzlə, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunur. xx xxx 2019-cu il tarixli ifadələrin yerində yoxlanılması protokolundan görünür ki, Məhkum ifadəsi yerində yoxlanılarkən, o Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 67 ünvanında Zərərçəkmiş şəxs avtomobilində əyləşərək onunla görüyüşdüyünü və həmin ünvanda sonuncunun gətirdiyi 25000 manat pulu Namiq Baxşalıyevlə götürmək istədi klərini bildirmişdir. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, göstərilən sübutlarla müəyyən edilmiş hallar Məhkum 1 qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə ondan həmin miqdarda, yəni 25.000 manat məbləğində pulu hədə qorxu ilə tələb etmələrinə, yəni bu cinayətin obyektiv cəhətini icra etməsinə dəlalət edir. Bu baxımdan məhkəmə kollegiyası Məhkum bu əməllərinin CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif edilməsi barədə məhkəmələrin gəldikləri ilə razılaşaraq eyni zamanda vurğulayır ki, həmin nəticə təkcə şahid ifadələrinə və məhkəmə ekspertizasının rəyinə deyil, iş üzrə məhz məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusuna, habelə qanun normalarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Azər baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarlarında əksini tapmış hüquqi mövqeyə və Ali Məhkəmənin tövsiyələrinə əsaslanmışdır. “X10rşı iş üzrə” xx xxxxxx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişd ir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlillər heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xi dmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-nin 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və ya dəyişdirilməsini tələb edən CPM-nin 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum onun təqsirli bilindiyi maddələrlə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbiri seçərkən iş üzrə müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkuma təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib müdafiəçisinin kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək və həmin şikayətin təmin edilməsi barədə Məhkum və onun müdafiəçisi R.İ.Abdıyevin və kassasiya şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, müdafiəçi J.M.Bağırovanın kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı isə Məhkum aid hissədə və onun barəsində verilmiş kassasiya şikayətinə münasi bətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum aid hissədə və onun barəsində müdafiəçisi J.M.Bağırova tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar