Məhkəmə qərarları › İş №1(102)-907/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-907/2022

02.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-907/2022 02.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-10/2021 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətin ə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxxxx 1952-ci il tarixdə Zərdab rayonunun Sarıqaya kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda yaşamışdır. 2. 08 fevral 2020-ci il tarixli ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 120.2.3, 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə, saat 19 radələrində tanışları-X3, Şahid3, Şahid1, Şahid2 və Zərərçəkmiş şəxs ilə birlikdə Mingəçevir şəhəri, Borçalı bağ massivində yerləşən özünə məxsus bağ evini n həyətində yemək yeyib spirtli içki qəbul edərkən Zərərçəkmiş şəxs qeyri-rəsmi münasibətdə olduğu tanışı Şahid1 mobil telefon nömrəsini istəməsi səbəbindən aralarında baş vermiş mübahisənin gedişində Zərərçəkmiş şəxs döyərək ona yüngül dərəcəli bədən xəsarətləri yetirdiyindən Zərərçəkmiş şəxs qisas almaq və onu qəsdən öldürmək qərarına gəlmiş və bu məqsədlə qaçaraq həyətdən bir qədər kənarda yerləşən bir mərtəbəli fərdi yaşayış evinə daxil olub qanuni əsaslarla özünə məxsus 16 mm kalibrli, “TOZ-B” modelli, “X-5620” nömrəli, yivsiz odlu ov silahı olan qoşalüləli tüfəngini yataq otağında saxladığı yerdən götürüb tüfəngin patron yuvasına 02 (iki) ədəd patronu yerləşdirib çaxmağını çəkərək onu atəş üçün tam hazır vəziyyətə gətirməklə evin aynabəndinə çıxmış, həmin vaxt Akif İbrahimov, ardınca isə Zərərçəkmiş şəxs onun Zərərçəkmiş şəxs qəsdən öldürməkdən ibarət cinayətkar niyyətinin qarşısını almaq məqsədilə atəş açmasına mane olmaq üçün ona yaxınlaşıb silahın lülə və qundağ hissəsindən tutmaqla silahı əlindən almağa cəhd etmiş, o, isə cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə sağ əlinin şəhadət barmağı tətikdə olmaqla sağ əli ilə silahın qundağının alt hissəsindən, sol əli ilə də silahın lüləsinin alt hissəsindən möhkəm tutmaqla silahı verməmək və Zərərçəkmiş şəxs qəsdən öldürmək üçün onlara qarşı aktiv müqavimət göstərmiş, lakin Zərərçəkmiş şəxsla yanaşı Akif İbrahimovun da silahdan tutaraq onun atəş açmaq istəməsinə imkan verməmələri və mane olmaları səbəbindən Zərərçəkmiş şəxs öldürməkdən, yəni onu qəsdən həyatdan məhrum etməkdən ibarət cinayətkar niyyətini öz iradə sindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş və onun hərəkətlərinin qarşısını alan və Zülfüqar Rəhimovu öldürməkdə ona mane olan Akif İbrahimovu ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmək niyyətilə silahın tətiyini çəkərək 0,5 metrədək olan yaxın məsafədən bir dəfə atəş açıb sonuncuya sağlamlığa ağır zərər vurmaya aid olan döş qəfəsinin ön səthində sağ körpücük sümüyünün orta 1/3-i proyeksiyasında sağ 2-ci qabırğanı və ağ ciyəri zədələyən bir ədəd 02 (iki) sm diametrində toxuma deffekti olan deşilmiş yara xəsarətini yetirməklə sağ ağ ciyərin zədələnməsi ilə inkişaf edən kəskin daxili qanaxma nəticəsində ölümünə səbəb olan xəsarətlər yetirməklə onu qəsdən həyatdan məhrum etmiş və Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum edilməsinə yönəldilmiş cinayətkar niyyət ini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir.

3. Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 1(091)-45/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1 və 124.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, c əzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 26 iyun 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin digər məsələlər həllini tapmışdır.

4. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apelyasiya şikayəti verib, hökmün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə məhkum olunması hissəsində qanunsuz və əsassız olduğuna görə ləğv edilməsini, həmin maddə üzrə ona bəraət verilməsini xahiş etmişlər.

5. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün Akif İbrahimovun öldürülməsinə aid epizodunun Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsinə tövsif edildiyi hissədə qanunsuz və əsassız olduğundan, həmçinin cinayət qanunu normasının düzgün tətbiq edilməd iyindən ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.3 və 29,120.2.7-ci maddələri təqsirli bilinməklə cinayət qanunu normalarına müvafiq olaraq azadlıqdan məhrumetmə cəzasını təyin etməklə, yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci tarixli, 1(107)-10/2021 nömrəli hökmü ilə apellyasiya şikayətləri təmin edilməmiş, apellyasiya protesti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,120.2.7-ci maddəsindən həmin Məcəllənin 29,120.1-ci maddəsinə tövsif edilmiş, o, Azərbaycan Respublikası CM-nin 29,120.1 və 120.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməli ni törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan cəzalar qismən toplanaraq ona qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzaçəkmə müddətinin başlanğıcının 26 iyun 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-10/2021 nömrəli hökmündən məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etiraz

8. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin hökmü qanunsuz və əsassız olduğuna görə ləğv edilməli, əməlinin Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə tövsif edilməsinə, digər ittihamlar üzrə ona bəraət verilməsinə dair yeni hökm çıxarılmalıdır. İş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi əməlinin tövsifi barədə səhv nəticəyə gəlmiş, sübutları obyektiv qiymətləndirməmişdir. Məhkum Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-10/2021 nömrəli hökmünün ləğv edilməsi, əməlinin Azərbaycan Respublikası CM-nin 124.1-ci maddəsi ilə tövsif edilməsi, dig ər maddə ilə ona bəraət verilməsinə dair yeni hökm çıxarılmasını xahiş edir.

9. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxıl arkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün əsasları Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən hallardan (ən azından onlardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən onun törətdiyi cinayət əməlinin hüquqi tövsifində səhvə yol verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)10/2021 nömrəli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əl amətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, inayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə əda lətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı).

20. Baxılan işdə apellyasiya instansiyası məhkəməsi yuxarıda istinad edilən maddi və prosessual cinayət hüququ normalarını və mövcud məhkəmə praktikasını nəzərə almaqla toplanmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib hesab etmişdir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsindən həmin Məcəllənin 124-cü maddəsinə tövsif edərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, maddi hüquq normalarını öz gəl diyi nəticəyə uyğun şərh etməyə çalışaraq kobud səhvlərə yol verib Təqsirləndirilən şəxs əməlini əsassız olaraq CM-in 124.1-ci maddəsi ilə tövsif etmişdir. 21.Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə verilmiş ittiham əsaslı olmuş, lakin CM 29,120.2.7-ci maddəsi üzrə verilmiş ittiham işin faktiki hallarına uyğun olmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, Təqsirləndirilən şəxs hər iki şəxsi öldürməkdə vahid niyyəti olmamış, bu səbəbdən onun əməli Azərbaycan Respublikası CM-nin 29,120.2.7-ci maddəsindən, Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs ictimai təhlükəli nəticənin baş verməsinə şüurlu surətdə yol verməklə, hər şeydən əvvəl, Akif İbrahimovun ölməsi ilə bağlı nəticənin meydana gəlməsini arzu etməsə də, psixoloji baxımdan bu cür arzu etməmək onun həmin nəticə ilə daxilən razılaşması, eləcə də başqa cinayəti, yəni Zülfüqar Rəhimovu öldürmək məqsədinə çatması üçün nəticələri qəbul etməyə hazır olsa da, həmin nəticələrin baş verməsində maraqlı olmaması ilə xarakterizə edilməlidir. Bu da ki, birbaşa olaraq əməlin dolayı qəsd olduğuna ehtiva edir və onun əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.2.3-cü maddəsi ilə tövsif olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığınd an, kassasiya protestində isə apellyasiya məhkəməsinin qərarını təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsifi barədə qənaətini şübhə altına almaq üçün əsas görmür.

23. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, mübahisələndirilən hökm maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

24. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesi ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni hökm çıxarmışdır. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsas lara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-10/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2021-ci il tarixli, 1(107)-10/2021 nömrəli hökmü məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar