Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-907/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və ona CM-nin 186.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Məhkum tərəfindən verilmiş kassasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Rəşid oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Elməddin Mirpaşa oğlu) Məhkum, xx xxx 1992-ci il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsil li, subay, əvvəllər Qazax Rayon Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli hökmü ilə CM-nin 234.2ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Qazax Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək ona həmin hökmlə təyin edilmiş azadlğın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış, Qazax Rayon Məhkəməsinin 19 dekabr 2011-ci il tarixli hökmü ilə yaranmış məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə, CM-nin 69.3-cü maddəsinə əsasən 11 fevral 2021-ci il tarixdən 13 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 11 (on bir) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesa bı ilə hesablanmaqla 02 (iki) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə CM-nin 186.1-ci maddəsi ilə bəraət verilmiş və o, həmin maddə üzrə Azərbaycan Respublikası adından təqsirsiz hesab edilmişdir. Bundan başqa, göstərilən hökmlə Məhkum qarşı irəli sürülmüş ittihamdan onun 27 noyabr 2020-ci il tarixdə saat 18:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 750 mana t dəyərində “İphone X” markalı mobil telefonu oğurluq yolu ilə ələ keçirməsinə, habelə 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 20 saylı binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus maddi dəyərlərin yerləşdirilməsi uçun nəzərdə tutulmuş emalatxananaya girməklə sonuncuya məxsus 01 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlini gizli olaraq talamasına dair epizodlar xaric edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X9 Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə istintaq apararkən prosessual hüquq normalarının pozulmasına yol verdiyindən onun barəsi ndə 12 aprel 2022-ci il tarixli xüsusi qərar çıxarılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı CM-nin 177.2.2, 177.2.3 və 186.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə, o, anbara, binaya və başqa saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanın qarşısında yerləşən, avtomobillərin dayanacağı üçün nəzərdə tutulmuş yerdə olarkən Zərərçəkmiş şəxs3 özünə məxsus “Nissan Juke” markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili dayanacaqdan çıxarmasında çətinlik çəkdiyini görüb guya köməklik etmək məqsədilə Zərərçəkmiş şəxs3 müraciət edib razılığını aldıqdan sonra qeyd olunan avtomobilin sükanı arxasına keçib Zərərçəkmiş şəxs3 fikrinin yayınıq olmasından istifadə edərək sonuncunun onu görmədiyinə tam əmin olduqdan sonra avtomobilin qabaq sərnişin oturacağının üzərindən 01 ədəd 750 manat dəyərində “İphone X” markalı mobil telefonu gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 28 yanvar 2021-ci il tarixdə saat 03 radələrində vətəndaşların azad girib-çıxa biləcəyi ünvan 2inin eyvanında maddi nemətlərin talanmaqdan qorunması üçün quraşdırılmış dəmir seyfin qapısının qıfılını özündə olan istintaqa məlum olmayan alətlə sındıraraq oraya qanunsuz daxil olub se yfin içərisindən Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd 40 manat dəyərində üzərində “Kzubr ЗУШМ 125-900” sözləri yazılmış 01 ədəd dəmirkəsən aparatı, üzərində “ИHTEPCKOЛ Д-350ЭP 350Bт” sözləri yazılmış 01 ədəd drel aparatı, 01 ədəd 25 manat dəyərində santexnik ütüsünü və 01 ədəd 50 manat dəyərində su qızdırıcını gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 145 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 20 saylı binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus maddi dəyərlərin yerləşdirilməsi uçun nəzərdə tutulmuş emalatxananın dəmir barmaqlıqlarının arasından keçməklə oraya qanunsuz daxil olub emalatxanan ın içərisindən Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 5000 manat dəyərində “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlini gizli olaraq taladıqdan sonra dəmir barmaqlığı içəri hissədən özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındırıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 29 yanvar 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi 20 saylı binanın zirzəmisində yerləşən, maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş emalatxananın içərisində Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 10000 manat dəyərində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş gips və plastilindən hazırlanmış ço x fiqurlu abidəni, 01 ədəd 10000 manat dəyərində Nizami Gəncəvinin gipsdən hazırlanmış, 1 metr hündürlüyündə heykəlini, 01 ədəd 3000 manat dəyərində 1 metr hündürlüyündə 01 ədəd qadın portret heykəlini, 01 ədəd 1000 manat dəyərində yarımçıq hazırlanmış kişi portret heykəlini, 01 ədəd 2000 manat dəyərində gipsdən hazırlanmış, 60 sm hündürlüyündə dekorativ qadın fiqurunu, 01 ədəd 5000 manat dəyərində gips və metaldan hazırlanmış «Tərksilah» abidəni, 01 ədəd 500 manat dəyərində Mayestro Niyazinin gipsdən hazırlanmış heykəlini yerə atıb sındırmaqla və emalatxanın içərisində olan 01 ədəd 100 manat dəyərində su nasosunu yerindən çıxarıb yararsız hala salmaqla qəsdən məhv edib Zərərçəkmiş şəxs1 ümumilikdə 26600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgən in əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2021-ci il tarixdə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən maddi nemətlərin saxlanılması üçün xüsusi olaraq təchiz edilmiş anbarın giriş qapısının üzərində olan qıfılı özündə olan istintaqa məlum olmayan dəmir alətlə sındırıb oraya qanunsuz daxil olaraq anbarın içərisindən Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 350 manat dəyərində “Vilano Mauntain” markalı 29 ölçülü velosipedi, 01 ədəd 50 manat dəyərində üzərində “Einhell 230V-50Hz" yazısı olan dəmir kəsən laqonda aparatını, 01 ədəd 20 manat dəyərində dreli, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 60 manat dəyərində kəsici alətləri itiləmək üçün istifadə olunan dəzgahı və 01 ədəd 100 manat dəyərində 2 metr hündürlükdə alüminium materialdan olan nərdivanı gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 580 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Cinayət işinə birinci instansiya məhkəməsində baxılması nəticəsində Məhkum barəsində yuxarıda göstərilən hökm çıxarılmışdır. Hökmdən dövlət ittihamçısı Mustafayev Azər Həmid oğlu tərəfindən verilmiş apellyasiya protestinə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rəhimov Elmar Eldar oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə) 05 oktyabr 2022-ci il tarixli qərarı ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 apellyasiya şikayətindən imtina etdiyindən, həmin apellyasiya şikayətinin baxılmasına xitam verilmiş, apellyasiya protesti qismən təmin edilmiş, Məhkum CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsinə dair Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü dəyişdirilmiş, ona Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə (Qazax Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla) təyin edilmiş 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 28 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin cəza CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 apre l 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona 02 (iki) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkumun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından cəkdiyi 01 (bir) ay 15 (on beş) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etməyə bərabər olmaq hesabı ilə (22 gün) çıxılmış və Məhkum üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə isə dəyişdirilməmişdir. B akı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli hökmündən Dövlət ittihamçısı3 kassasiya protesti verərək həmin qərarın ləğv olunmasını və işin yeni apellyasiya baxına təyin edilməsi barədə qərar qəbul edilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə kassasiya şikayəti verərək ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Əsasən ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, həmin ittiham üzrə üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutlara, Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına, CM-nin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) bir sıra maddələrinə istinad edərək işin faktiki hallarını mübahisələndirən Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş və əsassız olaraq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq araşdırılmış sübutlarla təsdiq edilmiş bir sıra halları nəzərə almamışdır. Belə ki, məhkəmə kollegiyası zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus telefonun oğurlanması ilə bağlı epizodun ittihamdan xaric olunması, yəni həmin cinayətin Məhkum tərəfindən törədilməsinin təkzib olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticənin əsaslı olmasına dair qənaətə gələrkən Zərərçəkmiş şəxs3 məhkəmə istintaqından fərqli olaraq, ibtidai istintaq dövründə sərb əst şəkildə tanınmaya təqdim olunmuş şəxslərdən Məhkum işarə edib, onu telefonunu oğurlayan şəxsə oxşatdığını bildirməsini, həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum tanınmasını məhdudlaşdıran vəziyyətdə və şəraitdə, yəni pandemiya qaydalarından irəli gələn tələblə bağlı qoruyucu vasitə olan maska ilə təchiz olunmasının müəyyən edilməsini, digər tərəfdən bu epizodla bağlı məhkumun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrini nəzərə almamış və məhkumun heç vaxt avtomobilinin olmaması və bu səbəbdən də Zərərçəkmiş şəxs3 maşınının avtodayanacaqdan çıxarılmasına köməklik edə bilməməsi, ona məxsus telefonu oğurlamaması barədə özünü müdafiə xarakterli ifadələrinə üstünlük vermişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən yekun qəra rında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Rəşid oğluna məxsus “Səttar Bəhlulzadənin” misdən hazırlanmış heykəlinin oğurlanması epizodunun ittihamdan xaric edilməsi, eləcə ona məxsus 26600 manat məbləğində əmlakın qəsdən məhv edilməsi epizodu üzrə Məhkum təqsirliliyinin sübuta yetirilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərkən Zərərçəkmiş şəxs1 qarşı törədilmiş cinayət əməli üzrə təqsirləndirilən şəxsin özünü müdafiəsi üçün gətirdiyi “dəlillər”i ittihamı təkzib edən sübut kimi qiymətləndirmişdir. Halbuki, məhkəmələr istər hökmdə, istərsə də, apellyasiya instansiyası mübahisələndirilən yekun qərarında digər epizodlar üzrə Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məxsus əşyaların bir qismini oğurlamamasını göstərməsi ilə bağlı i fadələrinə tənqidi yanaşaraq, həmin epizodlar üzrə onun tam təqsirli olması qənaətinə gəlmələrinə baxmayaraq, həmin şəxslərə nisbətdə hüquqi yanaşmaya zidd mövqedən çıxış edib, Məhkum Zərərçəkmiş şəxs1 məxsus saxlanc yerinə girməsi təsdiq olunsa da, təqsirləndirilən şəxsin yalnız həmin yerdə olan dəmir qırıntılarını götürməsi, oğurluq etməməsi barədə dediklərini əsas götürərək onun Zərərçəkmiş şəxs1 qarşı cinayət törətmədiyi qənaətinə gəlməkloə haqlı olmamışlar. İş materiallarından göründüyü kimi, Məhkum istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə iclasında, eləcə də ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilərkən emalatxanaya daxil olduğunu bildirməklə yanaşı, video görüntüyə baxış zamanı da həmin şəxsin özü olduğunu inkar etməmiş, hətta həmin ünvanda yerdən dəmir qır ıntıları götürərək çıxıb getdiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən təqdim olunmuş mövcud və mötəbər sübut olan Məhkum oğurluq baş verən emalatxanaya daxil olmasını əks etdirən video görüntünü, şəxsin özünün də həmin ünvana daxil olaraq dəmir qırıntıları götürdüyünü bildirməsini nəzərə almayaraq Zərərçəkmiş şəxs1 ümumi ifadələrlə səsləndirdiyi “guya ona ibtidi istintaq dövründə həmin şəxsin emalataxnasına bir neçə nəfər şəxsin daxil olmasını əks etdirən video görüntünün nümayiş etdirildiyini” deməsini əsas götürərək, mövcud olmayan müdafiə “sübutu”na əsaslanıb həmin şəxslərin müəyyən olunmalı olduğu, Məhkum həmin emalatxanadan oğuruq etmədiyi, oradakı əşyaları qəsdən məhv etmədiyi qənaətinə gəlmişdir. Həmçinin kassasiya protestinin müəllifi qeyd e tmişdir ki, məhkəmə kollegiyası mübahisələndirilən yekun qərarında cinayət qanunu normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021- ci il tarixli hökmü ilə (Qazax Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı nəzərə alınmaqla) Məhkum təyin edilmiş 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasını CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki gününü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablamaqla 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutmuş və həmin cəzanı CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli hökmü üzrə təyin edilmiş 02 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaql a ona 02 il 07 ay 22 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, məhkumun Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 01 ay 15 gün müddəti CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından iki gün azadlığın məhdudlaşdırılmasının bir gün azadlıqdan məhrum etməyə bərabər olmaq hesabı ilə (22 gün) çıxaraq üzərində qəti olaraq 2 il 7 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Lakin məhkəmə kollegiyası CM-nin 66.5-ci maddəsində nəzərdə tutulmuş qəti cəzanın təyin edilməsi qaydalarını gözləməyərək Məhkum şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddəti cinayətlərin məcmusu üzrə qəti cəzadan çıxmaq əvəzinə, səhvən özünün baxdığı iş üzrə təyin e tdiyi cəzadan çıxmaqla cinayət qanununun tətbiqində səhvə yol vermişdir. Dövlət ittihamçısı3 bütün qeyd olunanları nəzərə alaraq kassasiya protestinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 kassasiya şikayətində yalnız Məhkum barəsində cinayət təqibinin aparılması və cinayət işinə məhkəmələrdə baxlması hallarını təsvir edərək həmin şikayətini belə əsaslandırmışdır ki, Məhkum ona məxsus emlatxanadan oğurluq törədilməsi və oradakı əmlakın məhv edilməsi ilə bağlı epizodlar üzrə əsassız olaraq bəraət verilmiş, bununla da məhkəmələr əlalətsiz qərar qəbul etmişlər. Qeyd olunanlara əsaslanaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 onun kassasiya şikayətinin təmin edilm əsini xahiş edir. Kassasiya protestinə və kassasiya şikayətinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısının bununla bağlı rəyini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə və kassasiya şikayətinə Məhkum və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsas larla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı3 kassasiya protestinin və zərər çəkmiş şəxsin kassasiya şikayətinin məzmununlarından göründüyü kimi, hər iki kassasiya müraciətlərinin əsas dəlilləri ondan ibarətdir ki, Məhkum CM-nin 186.1-ci maddəsi ilə bəraət verilməsi, həmçinin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Rəşid oğluna qarşı törədilmiş oğurluq cinayətlərinə dair epizodların ittihamdan xaric edilməsi haqqında nəticəyə gələn məhkəmə iş üçün əhəmiyyət kəsb edən sübutlara düzgün qiymət verməmiş və iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir. Bununla da kassasiya protestinin və kassasiya şikayətinin müəlliflərii apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış hökmün ləğv edilməli olması haqqında tələblərini CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Bundan başqa, dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum qəti cəzanın təyin edilməsi zamanı cinayət qanunu normalarının tələblərinin, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izahlarının nəzərə alınmamasını, bununla da məhkəmə təcrübəsinin vahidliyinin pozulmasını da iddia edir və yuxarıda göstərilənlərlə yanaşı apellyasiya instansi yası məhkəməsinin qərarının ləğv edilməli olması barədə tələbini həm də CPM-nin 416.1.22 və 416.2-ci maddələrində göstərilən hallarla əlaqələndirir. CPM-nin 416.1.2, 416.1.1.3, 416.1.22 və 416.2-ci maddələrinin tələblərinə əsasən isə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. 416.1.22. məhkəmə bu Məcəllənin 416.2-ci maddəsində nəzərdə tutulmuş hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasına yol verdikdə; CPM-nin 416.2-ci maddəsinə görə isə, hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması hökm və ya digər qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə yalnız o halda əsas olur ki, həmin hökm və ya digər qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın. Odur ki, məhkəmə kollegiyası Dövlət ittihamçısı3 kassasiya protestini və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 kassasiya şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını və həmin iş üzrə çıxa rılmış yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, əvvəlki qərarlarında olduğu kimi, yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya i nstansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşd ırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhk əməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istin taq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiyanın (bundan sonra mətndə Konstitusiyanın) aşağıda göstərilən müddəalarına, ədalətli məhkəmə araşdırılması hüququ təsbit edilmiş “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının və ya Konvensiyanın) 6-cı maddəsinə, cinayət və cinayət-prosessual qanunvericiliklərinin tələblərinə, bir sıra məsələlər üzrə Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin hüquqi mövqeyinə və Ali Məhkəmənin Plenumunun izaşlarına və tövsiyələrinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericiliyin tələb etdiyi kimi, məhkəmələr tərəfindən sübutların toplanılmasına, sübutetməyə və digər məsələlərə dair qanunvericiliyin tələblərinə əməl olunub-olunmamasını, habelə törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu hallara münasibətdə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini yoxlamaq vəzifəsi düşür. Bununla əlaqədar məhkəmə kollegiyası onu vurğulamağı lazım bilir ki, Konstitusiyanın 12-ci maddəsinin I hissəsi insan və vətəndaş hüquqlarını n və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin II hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətini cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzli yini də nəzərdə tutur. Konstitusiyanın 63-cü maddəsinin tələbinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiyanın) 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanu n əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik maraqları naminə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Cinayət məsuliy yətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddələsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunçuluq prinsipi təsbit olunmuş CPM-nin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM -nin 10.2-ci maddəsinin tələblərindən görünür ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. CPM-nin 10.5-ci maddəsində müəyyən edilmişdir ki, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), ş əxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi belə təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci ma ddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onları n kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bil inməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. b u Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında da əksini tapmışdır. Həmin Qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi əda lət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olma yaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliy in tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). Göründüyü kimi, qanunvericiliyin normalarının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərinin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclaslarında mümkün olan bütün sübutları araşdırmalı, onlara qanuna müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. Bu vəzifənin yerinə yetirlməməsi və ya natamam yerinə yetirilməsi nəticəsində məhkəmənin iş üzrə çıxardığı yekun məhkəmə aktı əsaslı və qanuni hesab edilə bilməz. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, cinayət-prosessual qanunvericiliyinin və beynəlxalq müqavilələrin yuxarıda şərh edilən normalarının tələbləri, habelə Kons titusiya Məhkəməsinin hüquqi mövqeyi ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin hökmünü yoxladıqda həmin yekun məhkəmə aktının bu tələblərə və hüquqi mövqeyə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı CM-nin 177.2.2, 177.2.3 və 186.1-ci maddələri ilə irəli sürülmüş ittihama görə o, həm anbara, binaya və başqa saxlanc yerlərin ə qanunsuz daxil olaraq, həm də avtomaşından özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş və özgənin əmlakını qəsdən məhv edərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuşdur. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, işə baxan birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə Məhkum qarşı CM-nin 186.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, həmçinin sonuncunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 750 manat maddi ziyan vurmaqla oğurluq etməsi, bundan başqa zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 5000 manat maddi ziyan vurmaqla təkrarən oğurluq etm əsi epizodlarının həmin ittihamdan xaric edilməsi barədə nəticəyə gəlmiş, araşdırılmış sübutların isə Məhkum məhz Zərərçəkmiş şəxs4 145 manat dəyərində və Zərərçəkmiş şəxs2 580 manat dəyərəində əmlakını oğurladığına görə CM-nin 177.2.2 və 177.2.3.-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün həmin sübutların kifayət etməsini hesab etmiş, apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin iş üzrə gəldikləri yekun nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 məxsus əmla klarını gizli yolla talaması, yəni onların əmlaklarını oğurlaması ilə bağlə iki epizod üzrə törətdiyi cinayət əməllərini törətməsi məhkumun özünün qismən etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, bir sıra istintaq hərəkətlərinin aparılması haqqındla protokollarla, məhkəmə-əmtəəşunaslıq ekspertizasının 16 aprel 2021-ci il tarixli 9/1002 saylı rəyi ilə, maddi sübutlarla tam təsdiq edilir və məhkəmələr həmin sübutların araşdırılmasına və onların hər birisinin ayrıayrılıqda və məcmu şəklində mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməsinə əsaslanmaqla onun bu əməllərini CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif etmişlər. Məhkəmə kollegiyası məhkəmələrin gəldikləri bu nəticə ilə razılaşır və qeyd edir ki, göstərilən epizodlar üzrə Məhkum təqsi rliliyi və onun əməllərinin hüquqi tövsifi kimi məsələlər istər sonuncunun özü, istərsə də dövlət ittihamçısı tərəfindən də mübahisələndirilmədiyindən həmin epizodlar üzrə hər hansı təhlil apaılmasına zərurət yoxdur. Kassasiya protestinin zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 Rəşid oğluna qarşı törədilmiş oğurluq cinayətlərinə dair epizodların əsassız olaraq ittihamdan xaric edilməsinə, eləcə də Məhkum CM-nin 186.1-ci maddəsi ilə düzgün olmayaraq bəraət verilməsinə dair dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası vurğulayır ki, işin müəyyən edilmiş faktiki hallarından və bu halların arxasında duran sübutlardan, o cümlədən məhkum edilmiş şəxsin, zərər çəkmiş şəxslərin ifadələrindən görünür ki, Məhkum həmin epizodlar üzrə oğurluq əməllərini törətməsi, eləcə də z ərər çəkmiş şəxsə məxsus əmlakın onun tərəfindən məhv edilməsi və zədələnməsi həmin sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün bu sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri bilir. Belə ki, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında 28 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 məxsus və 31 yanvar 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 məxsus əmlakları oğurlamasını qismən etiraf edərək həmin oğurluqların halları barədə ona bu cinayətlərlə bağlı elan olunmuş ittihama qismən uyğun ifadələr vermiş və həmçinin göstərmişdir ki,ibtidai araşdhırma zamanı verdiyi ifadəsindən belə aydın olur ki, guya o, Zərərçəkmiş şəxs3 məxsus telefonun oğurlandığı gün avtomobil dayanacağında gözətçi işləmiş və sonuncu nun müraciətinə əsasən ona məxsus avtomaşını dayanacaqdan çıxardarkən avtomaşının qabaq sağ oturacağının üstündə olan “İphone” markalı telefonu öz telefonu ilə səhv salaraq götürmüş, sonradan isə həmin telefonu aparıb avtodayanacaqda qoymuşdur. Lakin o, heç vaxt avtodayanacaqda işləməmiş, 27 noyabr 2020-ci il tarixdə ittihamda göstərilən avtodayanacaqda olmamış, ümumiyyətlə avtomobil idarə edə bilmir, Zərərçəkmiş şəxs3 məxsus telefon aparatını da oğurlamamışdır. Bu epizodla bağlı toplanmış sübutların təhlili göstərir ki, kassasiya protestində göstərildiyi kimi, Məhkum Zərərçəkmiş şəxs3 məxsus telefon aparatını özünün telefon aparatı bilib onu səhvən götürməsini bildlirməsi barədə ifadələri mötəbər sübut kimi qəbul edilsə belə, bu ifadələrin ona həmin epizod üzrə oğurluq cinayətini törətməs i barədə nəticəyə gəlmək üçün heç bir əsas verməmişdir, çünki əvvəla Məhkum qəsdinin özgənin əmlakını gizli olaraq talamasına yönəlməsi bu ifadələrdən görünmür, digr tərəfdən ibtidai araşdırma orqanı tərəfindən bu ifadələr də yoxlanılmamış, sözügedən avtodayanacaqda işləyən və ya onu idarə edən, yaxud da 27 noyabr 2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs3 ona məxsus avtomaşını avtodayanacaqdan çıxararkən bunu görə bilən şəxslər müəyyən edilməyərk dindirilməmiş, məhkəmə iclaslarında da bu halların (Məhkum guya verdiyi etirafedici ifadələrində göstərdiyi) tam və hərtərəfli araşdırılması üçün dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi heç bir təşəbbüs göstərməmiş, digər tərəfdən məhkumun özünün həqiqətən “İphone” markalı telefon aparatının olub-olmaması da yoxlanılmamış, belə telefon aparatı onun üzərindən aşkar edilməmiş və götürülməmişdir. Eyni zamanda təhlil edilən epizod üzrə məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, hazırki iş üzrə zərər çəkmiş şəxs qismində tanınmış və məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 göstərmişdir ki, o, Məhkum əvvəllər tanımamış və görməmiş, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. 27 noyabr 2020-ci il tarixdə saat təxminən 18:00 radələrində o, L.Tolstoy küçəsində yerləşən avtodayanacaqda saxladığı “Nissan Juke” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomaşının ordana çıxarıb getmək istəyərkən digər atomaşınlar sıx saxlandığı üçün bunu etməkdə çətinlik çəkmişdir. Bu zaman 30 yaşında balaca boylu, arıq bədən quruluşlu bir kişi cinsindən olan şəxs ona yaxınlaşaraq kömək etməyi təklif etmiş, o da həmin şəxsin təklifi ilə razılaşdıqdan sonra sonuncu avtomobilə əyləşmiş, lakin o, da avtomobili avtodayanacaqdan çıxara bilmədiyindən avtomobildən düşüb getmişdir. Bundan sonra o, çətinliklə də olsa özü avtomaşını idarə edib avtodayanacaqdan çıxmış və yaşadığı ev istiqamətində hərəkətdə olarkən qabaq yan oturacağın üzərinə qoyduğu, özünə məxsus 2.208 manat dəyərində “İphone X” markalı mobil telefonun orada olmadığını müəyyən etdikdə telefonunun oğurlndığını bilmişdir. O, Məhkum heç vaxt görməmiş və tanımamış, oğurluq törədilərkən sonuncu avtodayanacaqda olan şəxsə oxşamır. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, ibtidai istintaq zamanı təqdim olunmuş fotoşəkillərə baxan zaman həmin şəxsi qismən tanıdığını bildirm əsi onunla bağlı olmuşdur ki, hadisə yerində olan şəxslə ona təqdim olunan fotoşəkildəki şəxs qismən biri birinə oxşamış, çünki hər iksi arıq, balaca boylu, saqqalı şəxs olmuşdur. Lakin dəqiq həmin şəxs olmasını nə o zaman deməmiş, hal-hazırda da məhkəmə iclasında yalandan həmin şəxs olduğunu deyə bilməz. Həmin şəxs hazırda saqqallı deyildir, oğurluq edən şəxsin Məhkum olmasını qətiyyən inkar edir. Zərərçəkmiş şəxs3 məxsus “İphone X” markalı telefon aparatının oğurlanmasına görə Məhkum ittihamın elan olunmasına əsas olan sübutlar kimi ibtidai aradırma orqanı tərəfindən məhkəməyə yuxarıda təsvir edilmiş ifadələrlə yanaşı şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında 16 sentyabr 2021-ci il tarixli protokol və ifadələrin yerində yoxlanılması haqqında 17 sentyabr 2021-ci il tarix li protokollar təqdim olunmuşdur. Bu sübutların təhlili göstərir ki, qeyd olunan istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması ilə aparılmış və CPM-nin 125.2.3 və 125.2.7-ci maddələrinə əsasən belə hallarda onların sübut kimi qəbul edilməsi yolverilməz olmuşdur. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli qərarı ilə başqa yerə getməmək haqqında qətimkan tədbirinin şərtələrini pozduğuna görə 28 avqust 2021-ci il tarixdə tutulmuş Məhkum barəsində həbs qətimkan tədbiri seçilmiş və o, tutulduğu vaxtdan Nəsimi Rayon Pois İdarəsinin İstintaq şöbəsinin sərəncamında olmuş, lakin buna baxmayaraq 16 sentyabr 2021-ci il tarixdə o, özü deyil, onun fotoşəkili Zərərçəkmiş şəxs3 təqdim olunmuş, məhz bu istintaq hərəkətinin, yəni cinayət törətmiş şəxsin fotoşəkil üzrə tanınmaya təqdim olunması zəruriliyi müstəntiq tərəfindən heç cür əsaslandırılmamış və hətta həmin istintaq hərəkətinin aparılması zamanı onun qanunvericilikdə nəzərdə tutulmuş aparılması qaydalarının, eyni zamanda təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsin müdafiə hüququnun pozulmasına yol verilmişdir Belə ki, CPM-nin 239.1-239.2, 239.5, 239.8 və 239.9-cu maddələrinin tələblərinə görə, hər hansı şəxsi şahidə, zərər çəkmiş, şübhəli və təqsirləndirilən şəxsə tanınma üçün təqdim etmə zərurəti yarandıqda müstəntiq əvvəlcədən onları həmin şəxsin xarici görkəmi və əlamətləri barədə, habelə tanıyanın tanınanı gördüyü hallar barədə dindirir və bu barədə müvafiq protokol tərtib edilir. Müstəntiq təqs irləndirilən və ya şübhəli şəxsin tanınmasında həmçinin onun müdafiəçisinin iştirakını əvvəlcədən təmin etməlidir. Tanınmalı olan şəxs tanıyana azı 3 (üç) nəfər eyni cinsdən olan və tanınmalı olan şəxsdən xarici görkəmi və geyimi ilə kəskin fərqlənməyən digər şəxslərlə birlikdə təqdim edilir. Tanıyan qeyri-müəyyənliyinə görə tanınanın şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərmədikdə tanınma aparıla, aparılmış tanınma isə əsaslı hesab edilə bilməz. Şəxsin eyni şəxs tərəfindən və eyni əlamətlər üzrə təkrar tanınması aparıla bilməz. Zərurət olduqda tanınma xarici görkəminə və geyiminə görə kəskin fərqlənməyən müxtəlif şəxslərin fotoşəkilləri üzrə də aparıla bilər. “Fotoşəkil üzrə şəxsin tanınması haqqında” 16 sentyabr 2021-ci il tarixli protokoldan göründüyü kimi, zər ər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ona təqdim olunmuş fotocədvəldə olan şəxslərdən birini, yəni Məhkum göstərərək sonuncunun avtomobilindən mobil telefonunu oğurlayan şəxsə təxminən, qismən oxşar olduğunu (20% oxşar) bildirmişdir. Lakin, bundan əvvəl Zərərçəkmiş şəxs3 tanınan şəxsin, yəni Məhkum konkret əlamətlərini müəyyən etmək üçün dindirməli olduğu halda, bunu etməmiş, sonuncu isə yalnız 01 fevral 2021-ci il tarixdə zərər çəkmiş şəxs qismində dindirilərkən və bundan əvvəl 26 dekabr 2020-ci il tarixdə izahat verərkən göstərmişdir ki, tanımadığı 30 yaşlarında, balaca boylu, arıq bədən quruluşlu bir kişi cinsindən olan şəxs ona yaxınlaşarq avtomaşının avtodayanacaqdan çıxartmağa kömək etməsini təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Zərərçəkmiş həmçinin onu da qeyd etmişdir ki, həmin zaman avtodayanacaqda başqa kişi cinsindən olan, təxminən 25 yaşı olan, saqqallı, balacaboy şəxs də avtomobilin yaxınlığında olmuşdur. Bu izahat və ifadələr alınarkən Zərərçəkmiş şəxs3 onun avtomobilindən oğurluq edən şəxsin şəxsiyyətinin eyniləşdirilməsi üçün kifayət edən əlamətləri göstərməsi barədə suallar verilməmiş və dəqiqləşdirmə aparılmamışdır, həmin şəxsin həm xarici görünüşü, həm də digər əlamətləri tam dəqiqləşdirilməmiş, tanınma aparılmazdan əvvəl isə zərərçəkmiş, qanunun tələb etdiyi kimi, bu xüsusat üzrə ümumiyyətlə dindirilməmişdir. Bundan əlavə, 16 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilmişdir ki, həmin dövrdə Məhkum hüquqlarını müdafiə etmiş vəkil X13 bu istintaq hərəkətinin aparılmasında iştirak etməmiş, müstəntiq ona hətta məlumat belə verməmiş, protokola əla və edilmiş fotocədvəldən isə görünür ki, Zərərçəkmiş şəxs3 tanınma üçün 3 nəfər saqqalı olan şəxsin onlardan biri Məhkum) və 1 nəfər saqqalsız şəxsin, yəni ən azından xarici görünüşlərinə görə biri-birindən kəskin fərqlənən şəxslərin fotoşəkilləri təqdim olunmuş, bununla da CPM-nin 239.2 və 239.5-ci maddələrinin tələblərinin pozulmasına yol verilmişdir. Bununla yanaşı, cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 27 noyabr 2020-ci il tarixli protokolda hadisə yerinin Bakı şəhəri, Nəsimi rayonu, Tolstoy küçəsində yerləşən “Argentina” adlı kafenin yanında olması göstərilmiş və həmin yerin fotoşəkili protokola əlavə edilmişdir. Bu şəkildən müəyyən edilir ki, şəkild eyvanlarının məhəccərləri sarı rəngdə olmaqla, fasad divarı, yəni 1-6-cı, həmçinin sonuncu mərt əbəsi sarı, 7-15-ci mərtəbələri qəhvəyi rəngdə olan 16 mərtəbəli yaşayış binası təsvir olunur, binanın qarşısında heykəl, keçid və müxtəlif lövhələr, lövhələrin qarşısında isə avtomobillərin dayanması görünür. “Təqsirləndirilən şəxsin ifadəsinin yoxlanılması haqqında” 17 sentyabr 2021-ci il tarixli protokola əlavə edilmiş fotoşəkildən isə (həmin fotoşəkildə Məhkum əli ilə Zərər çəkmiş şəxs 2ya məxsus avtomaşının dayandığı yeri göstərir) Məhkum göstərdiyi yer iki yaşayış binasının kəsişməsində yerləşir, hadisə yeri isə binalardan birinin 1-ci mərtəbəsinin fasadının rəngi çəhrayı olan binanın qarşısıdır. Həmin yaşayış binalarından digərinin fasad rəngi sarı olsa da, mənzillərin eyvanlarında olan məhəccərlər qara rəngdə, dəmir materialından olması vizual görünür. Göründüyü kimi, hadisə yerini n müayinə edilməsi haqqınla 27 noyabr 2020-ci il tarixli protokola və ifadələrin yerində yoxlanılması haqqında 17 sentyabr 2021-ci tarixli protokola əlavə edilmiş fotocədvəllərdə, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə, Zərərçəkmiş şəxs3 avtomaşının saxlanıldığı yer təsvir olunmuş, lakin şəkillərdə təsvir olunmuş yerlər biri-birindən kəski fərqlənir. Hərçənd, hər iki protokol və ona əlavə edilmiş fotoşəkillər ibidai araşdırma orqanı tərəfindən sübut kimi qiymətləndirilərək araşdırılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş ziddiyyətlərin aradan qaldırılmasını mümkün bilməyən, bu zaman ibtidai araşdırma orqanı tərəfindən qanun pozuntularına yol verilməsini müəyyən edən məhkəmələr tamamilə haqlı olaraq qeyd olunan istintaq hərəkətlər inin aparılması haqqında protokollarda və onlara əlavə edilmiş şəkillərdə müəyyən edilmiş ziddiyətləri (şübhələri) CPM-nin 21.2-ci maddəsinin tələb etdiyi kimi Məhkum xeyrinə həll edərək həmin istintaq hərəkətlərini və onları əks etdirən 27 noyabr 2020-ci il, 16 və 17 sentyabr 2021-ci il tarixli prtokolları (fotoşəkillərlə birlikdə), habelə təhlil edilən epizod üzrə həm sonuncunun, həm də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 cinayət təqibinin müxtəlif mərhələlərində verdikləri ifadələri CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada qiymətləndirməklə onları Məhkum 27 noyabr 2020-ci il tarixdə oğurluğ cinayətini törətməkdə təqsirli bilinməsi üçün sübut kimi qəbul etməkdən imtina etmiş, bu nəticəyə gəlmək üçün isə kifayət edən sübutlar əldə etməmiş, ittiham tərəfi də belə sübutla rı məhkəmələrə təqdim etməmişdir. Halbuki, CPM-nin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında daha sonra göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 məxsus emalatxanaya açıq olan qapıdan daxil olsa da, oradan heykəl oğurlamamış və orada olan heykəlləri qəsdən məhv etməmiş və zədələməmişdir. Həmin vaxt o, dəmir tullantıları yığmaq məqsədilə həmin emalatxananın yanından keçərkən oranın qapısının açıq olduğunu görmüş və oraya daxil olmuşdur. Emalatxanay a daxil olan zaman artıq içərinin giriş qapısının kilidinin qırıldığını görmüş və belə məlum olmuşdur ki, ondan əvvəl emalatxanaya digər şəxslər də daxil olmuşlar. Emalatxananın girişində o, soyuducu və yerə tökülmüş dəmir qırıntılarının olduğunu görüb həmin qırıntıları götürərək oranı tərk etmiş, emlatxanadan başqa hər hansı bir əmlak, o cümlədən itihamda göstəilən heykəli oğurlamamış, həmçinin heç bir əşyanı istər ehtiyatsızlıqdan, istərsə də qəsdən məhv etməmiş və zədələməmişdir. Kamera görüntülərindən də aydın görünür ki, ondan əvvəl emlatxanaya təxminən 10-15 nəfər adam daxil olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Rəşid oğlunun ifadələrindən görünür ki, o, Məhkum əvvəllər tanımamış və görməmiş, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədav əti yoxdur. O, memarlıq fəaliyyəti ilə məşğul olur, heykəltəraşdır, onun yaratdığı əsərlərin maddi və mənəvi dəyəri çox yüksəkdir, həmin əsərlərin dəyəri və hazırlanması böyük zəhmət hesabına başa gəlir. Oğurluq hadisəsini aşkar etdiyi gün, yəni 2021-ci il fevralın 1-də, axşam tərəfi saat təxminən 6 radələrində o, emalatxanaya gedib içəri daxil olmaq istəyərkən qapının açıq vəziyyətdə olduğunu müşahidə etmişdir. Belə ki, emalatxananın ümumi giriş qapısı və bir də aşağı hissədə üzərində qıfıl olan bağlı vəziyyətdə seyf qapı olmuşdur. Giriş qapısının yan tərəfindən 30 sm aralıda bir yer olmuş və oğurluq edən şəxslər həmin yerdən daxil olaraq, dəmir seyf qapını dəmir alətlə sındırıb içəri daxil olmuşlar. O, içəri daxil olan zaman emalatxananın dağınıq vəziyyətdə olduğunu, bəzi heykəllərin o ğurlandığını, digərlərinin isə sındırılaraq dağıdıldığının şahidi olmuşdur. Emalatxana demək olar ki, su içində olmuş, işıqlar söndürülmüşdür. Onun emalatxanada quraşdırdığı su nasosunun naqili kəsilmiş, lakin su nasosunu oğurlayıb apara bilməmişlər. Qaranlıq olduğu üçün o, fənərdən istifadə edərək içərini gəzmiş və əlləri ilə zədələnmiş, dağıdılmış heykəllərə nəzər salan zaman, onun emalatxanasına daxil olan şəxslərin məqsədyönlü kimlərsə tərəfindən göndərildiyi aydın olmuşdur. Çünki bəzi heykəllərin üzərində olan plastilinlər soyularaq aparılmışdır. Həmin heykəllərin üzərində olan plastilinlər spesifik maddədən hazırlandığından, yalnız onunla rəqabət aparan şəxslərə lazım olduğu və bazarda satılmadığı üçün belə hesab edir ki, onun düzəltdiyi heykəllər qərəzli olaraq məhv edilmiş, bunun n əticəsində də ona ümumilikdə 26600 manat miqdarında, misdən hazırlanmış Səttar Bəhlulzadənin heykəlinin oğurlanması nəticəsində isə 5000 manat miqdarında ziyan vurulmuşdur. İbtidai araşdırma zamanı 5 dəqiqəlik video görüntü təqdim olunmuş, həmin görüntüdə emalatxanaya bir neçə nəfərin daxil olması, onların əynində isə mənzil-kommunal idarəsi işçilərinin istifadə etdikləri paltarlara bənzəyən sarı zolaqlı geyimin olduğu müşahidə olunur. Kollegiya tərəfindən cinayət işi öyrənilərkən həm Məhkum, həm də zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadələrində istinad etdikləri videogörüntü iş matieriallarında aşkar edilməmiş, işə isə yalnız bir ədəd, 1 dəqiqə 12 saniyə davam edən videogörüntü yazılmış CD disk əlavə olunmuşdur ki, həmin videogörüntüdə də sifəti görünməyən və əynində zərərçəkmişin qeyd etdiyi yaşıl rəngli jiletdə olan şəxsin əvvəl emlatxanının dəmir qəfəsinin yanında olan zibil qutusundan bir ədəd sellofan torbanı götürməsi, sonra dəmir qəfəsin açq qapısından qəfəsliyə daxil olması görünür, həmin şəxsin emlatxanaya daxil olması və oradan hər hansı əşyanı götürüb oradan çıxması isə müəyyən edilmir. Kassasiya protestində ibtidai araşdırma zamanı Məhkumun həmin videogörüntüdəki şəxsin özü olmasını bildirməsinə istinad olunsa da, protest müəllifi nəzərə almamışdır ki, bunu təhlil edilən videogörüntüdən dəqiq müəyyən etmək mümkün deyil. Qeyd olunmalıdır, Zərərçəkmiş şəxs1 məxsus emalatxanının yaşayış binasının zirzəmi hissəsində yerləşməsinin müəyyən olunmasına baxmayaraq, həmin emalatxananın giriş qapısının kilidinin sındırılması, oraya naməlum şəxslərin girib-çıxması ilə bağlı ib tidai araşdırma zamanı binada yaşayan sakinlərin, habelə yaxınlıqda yerləşən ticarət və digər obyektlərdə işləyən şəxslərin aşkar edilib dindirilmələri, digər istintaq hərəkətlərin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi təmin edilməmiş, bu istiqamətdə heç bir sübut əldə olunmamış və ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı göstərilən emlatxanadan Zərərçəkmiş şəxs1 məxsus olan əmlakı oğurlamasına və orada olan əmlakı qəsdən məhv etməsinə görə ittiham irəli sürülərkən yalnız təqsirləndirilən şəxsin heç bir başqa sübutla təsdiq olunmayan və eyni zamanda ziddiyyətli ifadələrinə istinad olunmuşdur. Yalnız ibtidai araşdırma zamanı Məhkum verdiyi həmin ifadələrindən isə görünür ki, o, 2021-ci ilin yanvar ayının sonlarında dəmir məmulatı axtararkən qeyd olunan emlatxanaya on un açıq qapısından girərək oradan bir ədəd heykəl tapıb götürmüş və bu zaman təsadüfən emalatxanada olan, gipsdən hazırlanmış heykəllərə toxunması nəticəsində həmin heykəllər yerə düşüb sınmışdır. Göründüyü kimi, bu ifadələrində də Məhkum Zərərçəkmiş şəxs1 məxsus əmlakı qəsdən məhv etməsini bildirməmiş, onun R.Behbudov küçəsi, 20 saylı binanın zirzəmisində yerləşən, Zərərçəkmiş şəxs1 məxsus emalatxanaya daxil olması müəyyən edilsə də, məhkum olunmuş şqəxsin həqiqətən də həmin emalatxanadan 1 ədəd dəyəri 5000 manat olan “Səttar Bəhlulzadə”-nin heykəlini oğurlaması öz təsdiqini tapmamışdır Halbuki, özgənin əmlakını yalnız qəsdən məhvə etməyə və ya zədələməyə görə CM-nin 186.1-ci maddəsində, özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etməyə v ə ya zədələməyə görə isə (hər iki halda xeyli ziyan vurmaqla) CM-nin 187.1-ci maddəsində cinayət məsuliyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, Məhkum əldə etdiyi heykəli sonradan dəmir yığmaqla məşğul olan, lakin tanımadığı şəxsə 50 manata satmasını göstərsə də, ibtidai araşdırma zamanı həmin şəxs də müəyyən edilməmiş və bunun üçün istintaq orqanı tərəfindən heç bir zəruri tədbir görülməmişdir. Məhkəmə kollegiyası daha bir əhəmiyyətli hala diqqət yetirməyi zəruri bilir ki, Zərərçəkmiş şəxs1 məxsus emalatxanadan oğurluq etməsi və oradakı əmlakı ehtiyatsızlıqdan sındırması ilə bağlı ilk dəfə 18 sentyabr 2021-ci il tarixdə dindirildikdən sonra, onun ifadələrinin yerində yoxlanılmasına dair istintaq hərəkəti aparılmış, bu haqda müvafiq protokol tərtib edilmiş və həmin protokola fotoşəkil əla və edilmişdir. Həmin fotoşəkilin bundan bir gün əvvəl Zərərçəkmiş şəxs3 məxsus telefon aparatının oğurlanması ilə bağlı verdiyi ifadələrinin yerində yoxlanılması haqqında 17 sentyabr 2021-ci il tarixli protokola əlavə edilmiş fotoşəkillə müqayisəsi nəticəsində müəyyən edilir ki, 17 sentyabr 2021-ci il tarixdə çəkilmiş fotoşəkildə Məhkum keçəl və saqqalsız olduğu təqdirdə, bir gün sonra çəkilmiş fotoşəkildə isə o, saçlı və saqqallı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan hallar həmin istintaq hərəkətlərinin protokollarda göstərilən tarixlərdə deyil, biri-birindən daha çox zaman fərqi ilə aparılmasına, bununla da işə əlavə edilərək sübut kimi qiymətləndirilmiş prosessual sənədlərin həqiqətə uyğun olmamasına, yəni yenə də istintaq hərəkətlərinin aparılması zamanı qanun pozunt ularına yol verilməsinə, nəticə etibarı ilə isə əldə edilmiş sübutların yolverilməz olmasına dəlalət edir. Lakin, məlum olmayan səbəblərdən bu mühüm hala dövlət ittihamçıları diqqət yetirməmiş və məhkəmələrin ifadələrin yerində yoxlanılması haqqında 17 və 18 sentyabr 2021-ci il tarixlərdə keçirilmiş istintaq hərəkələrinin və bu hərəkətləri əks etdirən prosessual sənədlərin yolverilməz olması barədə gəldikləri nəticənin təkzib edilməsi üçün istər hökmdən verilmiş apellyasiya protestində, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya protestində heç bir tutarlı dəlil irəli sürməmişlər. Bütün qeyd olunanlar isə yaranmış şübhələrin Məhkum xeyrinə həll edilməsinə, ona CM-nin 186.1-ci maddəsi ilə bəraət verilməsinə və ona qarşı irəli sürülmüş ittihamdan Zərərçəkm iş şəxs3 və Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanmasına dair epizodların xaric edilməsinə əsas yaratmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələrin hazırki iş üzrə bu haqda gəldikləri nəticə və qəbul etdikləri yekun məhkəmə aktları təqsirsizlik prezumpsiyası nəzərdə tutulmuş Konstitusiyanın 63-cü maddəsinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsinin, digər beynəlxalq müqavilələrin tələbləri ilə yanaşı həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri ilə də tam uzlaşır. Bu haqda qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normalara təkrarən istinad edilməsinə zərurət görməyən məhkəmə kollegiyası eyn i zamanda qeyd edir ki, CPM-nin 139.0.2-ci və 139.0.4-cü maddələrinə görə, cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Mhkəməsi Plenumun 15 fevral 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, CPM-nin müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülə n dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi t övsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2010-cu il tarixli Qərarında vurğulanmışdır ki, hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsin in təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cin ayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur. CPM-nin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 42.2.4-cü maddəsinin tələblərindən görünür ki, bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. CPM-nin 55.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə baxışı zamanı təqsiri sübuta yetir ilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. CPM-nin 318.1-ci maddəsinin ikinci cümləsində müəyyən edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 38-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsə qarşı cinayət qanununun müxtəlif maddələri ilə nəzərdə tutulmuş bir neçə cinayəti törətməsi barədə ittiham irəli sürülmüşsə və məhkəmə baxışında bu cinayətlərdən bəzilərinə görə ittiham sübuta yetirilmirsə, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin müəyyən cinayətləri törətməkdə təqsirli hesab olunmasına, başqa cinayətlərə görə irəli sürülmüş ittiham üzrə ona bəraət verilməli olmasına dair qənaətinin motivlərini göstərir, hökmün nəticəvi hissəsində isə təqsirləndirilən şəxsin cinayət qanunun müvafiq maddələri ilə təqsirli bilinməsi, digər maddələr üzrə ona bəraət verilməsi göstərilir. Həmin Qərarın 57-ci bəndindən görünür ki, CPM-nin 42.1-ci maddəsində bəraət hökmünün hansı əsaslarla çıxarılmalı olmasının qəti siyahısı verilmişdir: cinayət hadisəsi olmadıqda; təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda; təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda, onun təqsirliliyi sübuta yetirilmədikdə. Bu əsaslardan hər hansı biri üzrə bəraət verilən şəxs təqsirsiz hesab olunur. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən onun 02 (iki) gün təşkil edən şübhəili şəxs qismində tutulması müddətinin sonuncu hökm çıxarılarkən deyil, CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza təyin edildikdən sonra çıxılmalı olması barədə kassasiya protestinin dəlili ilə bağlı məhkəmə kollegiyası yenə də həm cinayət işinin materiallarına, həm də cinayət qanununun müvafiq normalarına və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına müraciət edərək ilk növbədə qeyd edir ki, cinayət işində olan materiallara əsasən, Məhkum hazırki iş üzrə 11 fevral 2021- ci il tarixdə bir sıra oğurluq cinayətlərini törətdiyinə görə şübhəli şəxs qismində tutulmuş, 13 fevral 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Nəsimi Rayon Məhkəməsinə vəsatət və təqdimat verilmiş, lakin məhkəmənin 13 fevral 2021-ci il tarixli qərarı ilə ibtidai araşdırma orqanının müraciətləri təmin olunmayaraq Məhkum barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edildiyinə görə onun haqqında başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, bununla da şübhəli şəxsin tutulma müddəti cəmisi 02 (iki) gün davam etmişdir. Bu halı nəzərə alan birinci instansiya məhkəməsi 12 aprel 2022-ci il tarixli hökmlə Məhkum CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilib ilk növbədə ona həmin maddələr əsasında 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyn etmiş, bundan sonra CM-nin 69.3-cü maddəsinə əsasən onun 11 fevral 2021-ci il tarixdən 13 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddəti ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxaraq üzərində 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamış, daha sonra isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 11 (on bir) gün hissəsini özünün çıxarıdığı hökmlə təyin etdiyi cəza ilə qismən toplayaraq sonuncuya qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Hökmdən veri lmiş apellyasiya protestində dövlət ittihamçısı digər məsələlərlə yanaşı həmçinin məhkəmə tərəfindən CM-nin 66.5-ci maddəsinin düzgün tətbiq edilməməsi barədə dəlillərinə əsaslanaraq cəza təyini ilə bağlı yalnız bu məsələni mübahisələndirmiş, məhkəmənin özünün baxdığı iş üzrə təyin etdiyi cəzadan Məhkum şübhəli şəxs qismində tutulması müddətinin çıxılması ilə faktiki olaraq razılaşmış və bu hissədə, yəni CM-nin 69.3-cü maddəsinin tətbiq edilməsinə dair məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq bununla əlaqədar hər hansı dəlil və tələb irəli sürməmişdir. Bakı Apellysiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin məhkəmə tərəfindən apellyasiya protesti qismən təmin edilərək dövlət ittihamçısının Məhkum barəsində CM-nin 66.5-ci maddəsinin tə tbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin yol verdiyi pozuntu aradan qaldırılmış, CM-nin 69.3-cü maddəsinin tətbiqi zamanı hər hansı pozuntuya yol verilməsi isə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya protestinin Məhkum cəza təyin etmə zamanı CM-nin 69.3-cü maddəsinin tələblərinəin pozulması barədə dəlillərini isə qəbul edilməz sayaraq qeyd edir ki, bununla bağlı istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində heç bir səhvə yol verməmiş və məhkəmə təcrübəsinin vahidliyini pozmamışlar. Belə ki, 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. CM-nin 69.3-cü maddəsinin tələblərinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun bu normasının və CPM-nin 148-ci maddəsinin tələblərinə və mənasına görə, şəxsin şübhəli şəxs qismində tutulması da onun həbsdə saxlanılmasına bərabər tutulur və buna görə şəx sə cəza təyin edilərkən onun tutulması müddətinin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesabı ilə hesablanaraq, zəruri halllarda həmin müddət təyin edilmiş cəza müddətindən çıxılır. Məhkəmə kollegiyası hesab edir ki, bu haqda qanunvericilikdə (CM-nin 66.5 və 69.3-cü maddələrində) birbaşa göstəriş olmadığından təqsirkara CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq sonuncu hökmlə və əvvəlki hökmlə təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə tam və ya qismən toplamaq yolu ilə cəza təyin edilərkən onun baxılan iş üzrə tutulması və ya həbsdə saxlanılması müddətlərinin istər bundan sonra, istərsə də bundan əvvəl nəzərə alınaraq ya sonuncu hökmlə təyin olunmuş cəzadan, ya da qəti cəzadan çıxılmasının heç bir əhəmiyyəti yoxdur, bu qaydalardan hər hansı biri tətbiq edilə rkən məhkum olunmuş şəxsin vəziyyəti ağırlaşmır, kassasiya protestində də bunu inkar edən hər hansı normativ və qeyri-normativ akta istinad olunmamışdır. Qanunvericiliyin əsas tələbi, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun izah və tövsiyələri isə şəxsin məhkəməyədək icraat dövründə tutulması və həbsdə saxlanılması müddətlərinin cəza təyini zamanı mütləq nəzərə alınmasından ibarətdir ki, birinci instansiya məhkəməsi də həmin tələb, izah və tövsiyələrə əməl etmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı oldaraq həmin məhkəmənin mövqeyi ilə razılaşmışdır.. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 17-ci bəndinin üçüncü abzasında məhkəmələrə izah edilm işdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Həmin Qərarın 20-ci bəndində isə göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Məhkəmə kollegiyası kassasiya protestinin təhlil edilən məsələ ilə bağlı dəlillərini qəbul edilməz sayark ən eyni zamanda onu da nəzərə alır ki, iş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən Dövlət ittihamçısı3, birinci instansiya məhkəməsində olduğu kimi, Məhkum onun təqsirli bilindiyi CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə cəza təyin edildikdən sonra təqsirləndirilən şəxsin tutulma müddətinin həmin cəzadan çıxılmasına heç bir irad bildirməyərək bununla bağlı hər hansı təklif irəli sürməmişdir, halbuki CPM-nin 409.9-cu maddəinə əsasən apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı onun məhkəmə tərəfindən nəzərə alınmamış nəticə və təkliflərinə dair hissəsindən kassasiya protesti vermək hüququna malikdir. Bundan başqa, məhkəmə kollegiyası yuxarıda təsv ir olunanlara istinadən Məhkum CM-nin 186.1-ci maddəsi ilə bəraət verilməsini, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məxsus əmlakların oğurlanmasına dair epizodların ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməsini əsaslı sayaraq bu haqda məhkəmələrinin qəbul etdikləri yekun məhkəmə aktlarının qanunsuz və ədalətsiz hesab edilməsini mümkün bilmir və buna görə də belə qənaətə gəlir ki, kassasiya protesti ilə yanaşı həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs1 da kassasiya şikayətinin dəlilləri qəbul edilməz sayılmalıdır. Həmin dəlillərə isə hazırki qərarın “Hüquqi məsələlər” hissəsində ətraflı cavab verilmişdir. Beləliklə, məhkəmə kollegiyası istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldikləri nəticə ilə bağlı toplanmış sübutları tədqiq etdiklərini, onları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirmələrini, iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında CPM-nin 125.2-ci maddəsində göstərilən pozuntularla əldə edilmiş yolverilməz sübutlardan istifadə etmədiklərini, əksinə, belə sübutları qəbul etməkdən imtina etmələrini, məhkəmə təcrübəsinin vahidliyini pozmadıqlarını, ümumi şəkildə isə apellysiya instansiyası məhkəməsi tərəfindən CPM-nin həm 416.1, həm də 416.2-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək Məhkum CM-nin 186.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsini, həmçinin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq cinayətlərinə dair epizodların ibtidai araşdırma orqanı tərəfindən elan ol unmuş ittihamdan xaric edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Dövlət ittihamçısı3 kassasiya protestinin və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 kassasiya şikayətinin bütün dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətin təmin edilməsi üçün əsaslar görmür. Buna görə, məhkəmə kollegiyası kassasiya protestinin və zərər çəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməsi haqda dövlət ittihamçı H.B.İmranovun çıxışını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli və Məhkum CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D I: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 oktyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və Zərərçəkmiş şəxs1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-907/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-907/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver