Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-907/2024 30.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs – X2, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili İsayev Elşad Nəsrəddin oğlunun iştirakları ilə, X3 Azərbay can Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(091)-17/2023 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1993-cü il tarixdə x şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan X2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əmə lini törətməkdə təqsirli bilinməsi və 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, həmçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətin cəzasına hesablanmaqla çıxılması və üzərində 4 (dörd) il 2 (iki) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin başlanğıcının xx.xx.2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və onun yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmiş, o cümlədən iş üzrə maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələlər də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs X2 müdafiəçisi İsayev Elşad Nəsrəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli 1(107)-115/2023 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən X2 təqsirliliyi sübuta yetirilmədiyinə görə ittiham olunduğu CM-in 234.4.3-cü maddəsi ilə ona bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmiş, X3 CPM-in 356.5ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmündən dövlət itt ihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən X5 2020-ci ilin dekabr ayında şəxsiyyəti istintaqa məlum olmayan Yevlax şəhər sakini X adlı şəxsdən 440 (dörd yüz qırx) manat pul müqabilində istintaqa məlum olmayan yerdə və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni 12 (on iki) qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Yevlax şəhəri ərazisində daşıdıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə qeyd olunan psixotrop maddənin istintaqa məlum olmayan miqdarını 6 yanvar 2021-ci il tarixdə 74 (yetmiş dörd) manat pul müqabilində və 1,747 (bir tam mində yeddi yüz qırx yeddi) qramını 15 yanvar 2021-ci il tarixdə 40 (qı rx) manat pul müqabilində Yevlax şəhəri, Avtovağzal dairəsi yaxınlığında Şahid1 sifarişi əsasında sonuncuya çatdırması məqsədilə Şahid6 satmış, 0,384 (sıfır tam mində üç yüz səksən dörd) qramını 33 (otuz üç) manat pul müqabilində Şahid6 satmaq barədə 17 yanvar 2021-ci il tarixdə sonuncu ilə razılaşdıqdan sonra yorğun və yuxusuz olması ilə əlaqədar həmin psixotrop maddəni Şahid6 çatdırması məqsədilə həmin gün saat 04:00 radələrində onunla əlbirliyi olmayan qonşusu Şahid7 vermiş, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 15 yanvar 2021-ci il tarixdə saat 20:30 radələrində Şamaxı şəhəri ərazisində, Şahid7 isə 17 yanvar 2021-ci il tarixdə saat 09 radələrində Yevlax şəhəri, Avtovağzal dairəsi yaxınlığında saxlanılıb Şamaxı R ayon Polis Şöbəsinə gətirilməklə üzərlərində şəxsi axtarış aparılarkən Şahid1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 1,747 (bir tam mində yeddi yüz qırx yeddi) qram, Şahid7 isə əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,384 (sıfır tam mində üç yüz səksən dörd) qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozu lması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq X3 əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin qərar qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Cinayət işi üzrə dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Yevlax rayonunun girişində dairənin yaxınlığında X-lə görüşmüş, X-dən narkotik vasitə olan metamfetamini 40 manat pulun müqabilində almışdır. O birinci instansiya məhkəməsin də məhkəmə baxışı zamanı verdiyi ifadəsində də qeyd olunanları təsdiq etmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il qərarında qeyd edilmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Ancaq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası hökm çıxararkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının tələblərini nəzərə almamış, orada təsbit edilən hüquqi yanaşmanın konkret olaraq icraatındakı işə tətbiq edilməli olmasına baxmayaraq, tamamilə əsassız olaraq təkcə təqsirləndirilən şəxsin ifadəsini, həmçinin digər təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən cüzi fərqlənən ifadələrini əsas tutaraq, bəraət hökmü çıxarmışdır. Belə ki, qeyd edilən cinayət əməlinin X5 tərəfindən törədilməsi iş materialları ilə sübut edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanılmış sübutlara heç bir əhəmiyyət vermədən, X2 özünümüdafiə xarakteri daşıyan, işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək X -in ittihamda göstərilən əməllərinin guya sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişlər. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi İsayev Elşad Nəsrəddin oğlu çıxış edərək, kassasiya protestinin əsassız olduğunu, təqsirləndir ilən şəxsin törədilən cinayətə aidiyyətinin sübuta yetirilmədiyini, iş üzrə xüsusi qərarın qəbul olunduğunu bildirib, verilmiş kassasiya protestinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X5 çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələl əri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya inst ansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X3 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən hökmün ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası q eyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadis əsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ape llyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab etmişdir ki, X2 qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib saxlamaqla daşıması ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab etmişdir ki, təqsirləndirilən şəxs X5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuş, həmçinin, X2 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilməmiş və gəlinən nəticə aşağıdakı sübutların məcmusu ilə əsaslandırılmışdır. Belə ki, ittiham aktına və birinci instansiya məhkəməsinin hökmünə əsasən X2 2020-ci ilin dekabr ayında şəxsiyyəti istintaqa məlum olmayan Yevlax şəhər sakini “X” adlı şəxsdən 440 manat pul müqabilində istintaqa məlu m olmayan yerdə və şəraitdə satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 12 qram psixotrop maddə olan metamfetamini əldə etməsi ilə bağlı qənaətə gəlindiyi görünsə də bununla bağlı heç bir mötəbər sübut əldə edilməmişdir. X5 ibtidai istintaqın ilkin dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi ilə göstərmişdir ki, “2020-ci ilin dekabr ayının axırlarında x rayonunun x kəndində könüllü olaraq x saylı Hərbi hissədə xidmətdə olarkən həmin ayın 27-i onu evə buraxmışlar və o, yaşadığı Yevlax rayonuna gedərək orada rayon sakini kimi tanıdığı X-lə görüşmüş və ona bildirmişdir ki, ona psixotrop maddə olan metamfetamin lazımdır. X isə ona bildirmişdir ki, «bəli evimdə var, nə vaxt pulunu düzəltsən sənə verərəm». 28 dekabr 2020-ci il tarixdə, saat 13 radələrində X-lə görüşüb ona 440 manat pul vermişdir ki, ona 12 (on iki) qram psixotrop maddə olan metamfetamin gətirsin. Dəqiq tarix yadında deyil, 2020-ci ilin dekabr ayının sonunda tanışı X ona 12 (on iki) qram psixotrop maddə olan metamfetamin gətirmişdir. Həmin vaxtdan sonra o, ara-sıra həmin psixotrop maddə olan metamfetamindən istifadə etmişdir.....”. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində X2 üzərindən, yaşadığı evdən narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmiş, “X” adlı şəxs müəyyən edilməmiş, bununla bağlı şahid ifadələri və ya digər sübutlar əldə edilməmişdir. Həmçinin cinayət işinin materiallarından aydın olur ki, “X” adlı şəxsin müəyyən edilməsi üçün 2 aprel 2021-ci il tarixdə əməliyyat tapşırığı verilməsinə baxmayaraq, istintaq dövründə həmin tapşırığa cava b alınaraq iş materiallarına əlavə edilməmişdir. (cild İİ, səh.42-43). Qeyd olunanlarla yanaşı, Şamaxı rayon prokurorluğundan Şəki Apellyasiya Məhkəməsinin sorğusuna verilmiş 11 oktyabr 2023-cü il tarixli məktuba nəzər yetirdikdə müəyyən olunur ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən olunması məqsədilə cinayət işindən ayrılmış materiallar əsasında Şamaxı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi x tərəfindən 24 iyul 2022-ci il tarixdə CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb X -in psixotrop maddəni konkret olaraq haradan əldə etməyini müəyyənləşdirmək məqsədilə X, Molla Muhuma adlı şəxslərin şəxsiyyətlərinin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi, Şahid6 əməlində cinayət tərki binin olub-olmamasına qiymət verilməsilə bağlı cinayət işindən ayrılmaqla toplanmış materiallar olmuşdur. X2 ibtidai istintaqın ilkin dövründə verdiyi ifadəsində göstərilən halların cinayət işi üzrə toplanılmış sübutlarla öz təsdiqini tapmamışdır. Hətta psixotrop maddənin satılması ilə bağlı cinayətin törədilməsi halları 5 oktyabr 2022-ci il tarixdə cinayət təqibinə CPM-in 39.1.1-ci maddəsinə əsasən xitam verilərək ibtidai araşdırma orqanı tərəfindən inkar edilmişdir. Bundan başqa X3 verilmiş ittihamda onun 6 yanvar 2021-ci il tarixdə psixotrop maddə olan metamfetamini 74 (yetmiş dörd) manat pul müqabilində Şahid1 sifarişi əsasında sonuncuya çatdırması məqsədilə Şahid6 satdığı göstərilsə də, Şahid1 verilmiş ittihamda onun psixotrop maddə olan metamfetamini 74 (yetmiş dörd) manat pul müqa bilində 15 yanvar 2021-ci il tarixdə saat 15.30 radələrində Yevlax şəhəri ərazisində tanışı X6 əldə etdiyi göstərilmişdir. Lakin, X3 verilmiş ittihamda psixotrop maddənin 1,747 qramını 15 yanvar 2021-ci il tarixdə 40 manat pul müqabilində Yevlax şəhəri, Avtovağzal dairəsi yaxınlığında Şahid1 sifarişi əsasında sonuncuya çatdırması məqsədilə Şahid6 satdığı göstərilmişdir. İş üzrə Şahid6 isə ümumiyyətlə ittiham verilmədiyi müəyyən olunmuşdur. X9 verilmiş ittihamda onun 6 yanvar 2021-ci il tarixdə psixotrop maddə olan metamfetaminin istintaqa məlum olmayan miqdarının 74 (yetmiş dörd) manat pul müqabilində Şahid6 verildiyi göstərilsə də, Şahid1 verilmiş ittihamda onun psixotrop maddə olan metamfetamini 74 (yetmiş dörd) manat pul müqabilində 1,747 qram çəkidə əldə etdiyi göstərilmişdir. X-in psi xotrop maddənin istintaqa məlum olmayan miqdarını 6 yanvar 2021-ci il tarixdə 74 (yetmiş dörd) manat pul müqabilində Şahid1 sifarişi əsasında sonuncuya çatdırması məqsədilə Şahid6 satması ilə bağlı isə Şahid1 ümumiyyətlə ittiham verilməmişdir. Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4 və X18 ifadələrində Yevlax şəhər sakini Şahid7 üzərinə baxış keçirilərkən iştirak etdiklərini göstərmişlər. İfadələrindən görünür ki, Şahid1 Şamaxı RPŞ-nə dəvət edilib, orada üzərinə baxış keçirilərkən əynindəki qara cins şalvarının sağ yan cibindən bir ədəd siqaret kağızına bükülmüş metamfetaminə oxşar kütlə aşkar olunduqdan sonra Şahid1 həmin psixotrop maddə olan metamfetamini haradan əldə olunmasını müəyyən etmək məqsədilə RPŞ-nin əməkdaşları tərəfindən bir-sıra əməliyyat-axtarış tədbirləri keçir ilərkən Şəhriyarın həmin psixotrop maddəni Yevlax şəhər sakini Şahid7 alması müəyyən edildiyindən sonuncu əməliyyataxtarış tədbirləri nəticəsində Yevlax şəhəri ərazisində saxlanılaraq Şamaxı RPŞ-nə gətirilmişdir. Odur ki, kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, X3 verilmiş ittiham ilə Şahid1 verilmiş ittiham arasında kəskin ziddiyyətlərin formalaşması, göstərilən faktlarda anlaşılmazlıqların yaranması və işin faktiki hallarının qeyri-müəyyən olması barədə apellyasiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Cinayət-prosessual qanunvericiliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində t əqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsasl andırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs X2 məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşımır, əksinə yuxarıda göstərilənlərə əsasən təsdiqini tapır və hadisələrin real ardıcıllığını özündə əks etdirir. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifadələrin obyektiv həqiqəti əks etdirməməsi və ona görə də mötəbər sübut növü kimi qəbul edilməməli olm ası, X2 məhkəmədə verdiyi ifadələrin isə əsl həqiqəti əks etdirməsi barədə nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin hökmünü, kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəti cələr kimi özünü göstərir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görü nür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə kollegiyası tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutla ra isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövl ət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 oktyabr 2023-cü il tarixli hökmü kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-907/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-907/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver