Məhkəmə qərarları › İş №1(102)-908/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-908/2019

21.08.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-908/2019 21.08.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 908/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "21" avqust 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Əliyev Müstəcəb Süleyman oğlu, Məhkum, Müdafiəçi – Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Həsənova Sevinc Eldar qızının iştirakları ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçisi S.E.Həsənova tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İsayev Elman Bəhruz oğlu) xx xxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələri i lə təqsirli bilinərək 02 il 04 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti təyin edilərək şərti məhkum edilmiş, ünvan 1 ünvanında Məhkum Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ibtidai istintaq zamanı 01 gün həbsdə saxlamanın müddəti CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla 11 ay 29 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsi nə əsasən şərti hesab edilməsi və 02 il sınaq müddətinin təyin edilməsi barədə şərti məhkum etmə ləğv edilmiş, həmin hökmlə təyin edilmiş cəza CM-nin 67-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək qəti olaraq, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, bankdan alınmış kreditlə əlaqədar cəmi 30.231 (otuz min iki yüz otuz bir) manat 22 (iyirmi iki) qəpik məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 17 (on yeddi) manat 80 (səksən) qəpik pulun “xxxx” Kommersiya Bankı QSC-nin xeyrinə tutulması barədə Bakı şəhəri Nəsi mi rayon Məhkəməsinin 23 may 2012-ci il tarixli, 2(006)-1458/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 iyul 2017-ci il tarixli, 3(006)-498/2017 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməsinə və ona icra üçün yeni müddət təyin olunmasına baxmayaraq hərəkətlərini davam etdirməklə qeyd olunan rayon məhkəməsinin qətnaməsini icra etməyərək kreditor borcunu ödəməkdən qəsdən yayınmaqla banka xeyli miqdarda ziyan vurmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsas ən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Abdulov Rəşad Məhərrəm oğlu, hakimlər Babayev Qədim Xalid oğlu və Rəhimov Elmar Eldar oğlundan ibarət tərkibdə) 18 yanvar 2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərarından Məhkum və onun müdafiəçisi S.E.Həsənova kassasiya şikayətləri verərək, apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum CM-nin 196.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növünün təyin edilməsi, CM-nin 67-ci maddəsinə əsasən cəza təyin edilməsi barədə müddəaların xaric edilərək, Bakı şəhəri Nəsi mi rayon Məhkəməsinin 01 dekabr 2016-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 ay 03 gün azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsinin müstəqil icra olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ: Məhkum kassasiya şikayətində barəsində olan apellyasiya məhkəməsinin 18 yanvar 2019-cu il tarixli qərarının tamamilə əsassız, qərəzli və qanunsuz olduğunu, onun kreditor borclarını ödəməkdən qərəzli formada yayınmadığını, kreditor borclarını ödəməkdən qərəzli surətdə yayınma dedikdə ilk növbədə borclunun faktiki imkanının olmalı olduğunu, digər tərəfdən borclunun krediti ödəmək niyyətinin olmaması faktının mövcud olmalı olduğunu, iş materiallarından da göründüyü kimi onun kreditor borclarını ödəməkdən qərə zli surətdə yayınmadığını, onun 2008-ci ildə götürdüyü 24.900 manat məbləğində kreditin 15.000 manata yaxın hissəsini ödədiyini, sonradan da qismən də olsa, ödənişlər etdiyini, onun banka borcun əvəzində atasına məxsus 6 sot torpaq sahəsini təklif etməsinin də kreditor borclarını ödəməkdən qərəzli surətdə yayınmaq niyyətinin olmadığını təsdiq etdiyini, onun qəsdən cinayət məsuliyyətinə cəlb olunduğunu, onun ittiham olunduğu əməlin tamamilə yanlış və əsassız olduğunu, onun fərdi işlərlə məşğul olub ayda 300 manat olmaqla banka kreditor borclarını ödəmək üçün ödənişlər həyata keçirdiyini, iş materiallarına əsasən də onun sonuncu dəfə ümumilikdə, 3.265 manat ödəniş həyata keçirdiyini, bundan əvvəl isə onun 2008-2012-ci illərdə ümumilikdə, 15.000 manata yaxın ödəniş etdiyini, onun təqsirli bil indiyi CM-nin 196.1-ci maddəsinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyini, lakin məhkəmənin həmin halı, eləcə də, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə almadan barəsində tətbiq olunmuş şərti məhkum etməni qərəzli şəkildə ləğv etdiyini qeyd edib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının barəsində olan 18 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən barəsində təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi S.E.Həsənova kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum tərəfindən götürülmüş kredit borcunu ödəmədən qəsdən yayınmamış, qətnamə üzrə borcundan 3.265 manat pul ödəmiş, qalan pulu üzrlü səbəblərdən- iş ləri ilə bağlı xeyli ziyana düşdüyündən, maddi imkanı olmadığından və ümumiyyətlə borcu ödəmək üçün əmlakı olmadığından, məhkəmənin qətnaməsini icra edə bilməmişdir. Bununla belə, Məhkum atasına məxsus torpaq sahəsini satıb borcunu ödəmək istəmiş, lakin atası qəflətən 16 may 2018-ci il tarixdə rəhmətə getmiş və torpaq sahəsi atasının adına olduğuna görə qüvvədə olan mülki qanunvericiliyə əsasən vərəsəlik qaydasinda əmlakın adına keçirilməsi üçün 6 ay müddət tələb olundğundan, həmçinin həmin əmlakın satilması üçün də sənədlərin qaydaya salınması üçün müəyyən vaxt tələb olunduğundan borcunu ödəmək ondan asılı olmayan səbəblərdən baş tutmamışdır. Apellyasiya məhkəməsi baxışı zamanı da borcun ödənilməsi istiqamətində qohumları tərəfindən bankla danışıqlar aparılmış, kredit ödənişi qismində Bak ı şəhəri, Türkan qəsəbəsində yerləşən 6 ar torpaq sahəsi təklif edilmiş, Azərbaycan Respublikası Əmanətlərin sığortalanması Fondu ilə şifahi razılıq əldə edilsə də sənədləşmənin aparılması üçün zəruri olan müddət məhkəmə kollegiyası tərəfindən verilməmiş, nəticədə banka olan borcun ödənilməməsi əsası ilə şikayət təmin edilməmişdir. Bundan başqa, şikayətdə qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanında qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qa rşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac verməsi nəzərə alınaraq, son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratması qeyd olunmuşdur. Həmçinin, Məhkum cəzasını ağırlaşdıran hal olmamasına, yalnız cəzasını yüngülləşdirən halların olmasına baxmayaraq məhkəmə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəza növü- azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmələr nəzərə al mamışlar ki, Məhkum müxtəlif xəstəliklərdən əziyyət çəkir, onun qapalı şəraitdə saxlanılması vəziyyətinin daha da ağırlaşmasına gətirib cıxaracaq, həmçinin atası rəhmətə getdiyindən, himayəsində yaşlı anası olmaqla, ailəni dolandıracaq yeganə şəxsdir, onun həbsdə saxlanması ailənin vəziyyətinin pisləşməsinə səbəb olacaq. Həmçinin, Məhkum həbsdə saxlanılması kredit borcunu ödəmək imkanından da məhrum edir. Məhkəmə Məhkum ağır cəza təyin etməklə yanaşı əsassız olaraq Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2016-ci il tarixli hökmü ilə barəsində CM-nin 70-ci maddəsi tətbiq etməklə həmin hökmlə təyin edilmiş 2 il 4 ay 3 gün azadlıqdan məhrum etmi cəzasını 02 il sınaq müddəti təyin etməklə şərti hesab edilməsi barədə müddəaları xaric edərək ona CM-nin 67-ci maddəsinə əsasən cəzalan qi smən birləşdirməklə cəza təyin etməsi də qanunsuz və əsassız olmuşdur. Belə ki, CM-nin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göründüyü kimi, Məhkum böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində təqsirli bilinir, bu halda məkhəmə şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələni həll edərkən heç bir əsas olmadan və gəldiyi nəticəni əsaslandərmadan əsassız olaraq şərti məhkum etmənin ləğv et məsi barədə qərar qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi apellyasiya məhkəməsinin qərarını dəyişdirməklə Məhkum CM-nin 196.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növünün təyin edilməsi, CMnin 67-ci maddəsinə əsasən cəza təyin edilməsi barədə müddəalarını xaric edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 01 dekabr 2016-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 04 ay 03 gün azadlıqdan məhrum etmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsinin müstəqil icra olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkum və müdafiəçinin kassasiya şikayətlərinin təmin edilməsi, döv lət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayətləri təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum təqsirli bilindiyi cinayət əməlləri iş üzrə şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Məhkum törətdiyi əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkumun təqsirli bilinməsi və əməlin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, şikayətlərdə də qərarın ləğv edilməsi xahiş edilmir. Kassasiya şikayətlərində Məhkum Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növünün təyin edilməsi və əvvəlki hökmlə tətbiq olunmuş şərti cəzanın müstəqil icra olunması barədə qərar qəbul edilməsi xahiş olunur və bunlarla əlaqədar bir sıra dəlillərə istinad edilir. Kassasiya şikayətlərinin bu dəlilləri ilə əlaqədar ilk növbədə qeyd edilməlidir ki, belə dəlillər apellyasiya şikayətində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəti cəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin qərarında apellyasiya şikayətinin həmin dəlilləri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “.....Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət ləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək Məhkum Azərbaycan Respublikası CM-in 196.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsi şəxsin qanundan və ya məhkəmə qərarından irəli gələn öhdəlikləri yerinə yetirməməsinə görə mülki- hüquqi vasitələrin kifayət etmədiyi halda cinayət məsuliyyətini nəzərdə tutur. Digər tərəfdən məhkəmə kollegiyiası qeyd edir ki, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsinə görə qəsdən yayınma dedikdə, təqsirləndirilən şəxsin məhkəmənin müvafiq qətnaməsi ilə üzərinə qoyulmuş öhdəlikləri icra etməmədə ifadə ol unan hərəkət və ya hərəkətsizliyi kimi təfsir olunmaqla, yayınmanın özü kreditor borcların və ya qiymətli kağızların qətnamədə göstərilmiş müddətdə ödənilməməsində, ödəmənin yönələcəyi əmlakın borclu tərəfindən özgəninkiləşdirilməsində, borcun ödənilməsini həyat keçirən orqanlara gəlməkdən boyun qaçırmada, ödəmənin icra edilməsinə maneələr yaratmada, kreditora qanunsuz təsir göstərmədə və s. ifadə oluna bilər. Hökmdən və cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində əməlini qismən etiraf edərək özünü ona verilmiş ittiham üzrə qismən təqsirli bilmişdir. Birinci instansiya məhkəməsində Məhkum dəlilləri ətraflı araşdırılmış və sonuncun Azərbaycan Respublikası CM-in 196.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsi m üvafiq icra vərəqəsinin icrası həvalə edilmiş və tərəflərindən zəruri icra tələbləri görülmüş icra məmurları şahidlər X4 və X1 dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)/2012 saylı, 23.05.2012-ci il tarixli icra sənədinə əsasən borclu Məhkum cəmi 30.231,22 manat kredit borcu və 17,80 manat dövlət rüsumu tutulub “xxxx” ASC-yə ödənilməli olmuş, icra sənədi üzrə Bakı şəhəri Nəsimi Rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinin icrası müddəti boyunca izahatlarında borcunu yaxın müddətdə ödəyəcəyini bildirsə də, icra məmurunun qanuni tələblərindən yayındığı və icra vərəqəsini üzrsüz səbəblərdən icra etmədiyi üçün barə sində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)- 806/2014 saylı, 08.12.2014-cü il tarixli qərarı ilə həmin vaxt qüvvədə olmuş AR İXM-in 313-1.1-ci maddəsi ilə təqsirli bilinərək, ona rəsmi xəbərdarlıq tənbeh tədbiri, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-498/2017 saylı, 21.07.2017-ci il tarixli qərarı ilə AR İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkum 07.08.2017-ci il tarixdə xəbərdarlıq təqdim edilərək icra sənədinin icrasını könüllü qaydada təmin etməsi, icra sənədinin icrası qeyd olunan müddət ərzində təmin olunmadıqda isə onun qanunla nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması barədə məlumatlandırılmış, lakin icra sənədinin icrası borclu tərəfindən təmin edilməmişdir. Gösətilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən dövlətin iqtisadi fəaliyyət sahəsinə qəsd olunmaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurulmuşdur. Məhkəmə kollegiyası həmçinin Məhkum apellyasiya şikayətində göstərdiyi borclu olduğu banka hissə-hissə olmaqla 3.265 manat ödəniş etməsi, eləcə də kreditin ödənişi qismində Bakı şəhəri, Türkan qəsəbəsində yerləşən 6 ar torpaq təklif etməsi barədə apellyasiya şikayətində göstərdiyi dəlillərə dair onu da qeyd etməyi zəruri hesab edir ki, oxşar vəsatətlər məhkum tərəfindən 16 oktyabr 2018-ci il tarixdə (səh. 280) və 29 oktyabr 2018-ci il tarixdə (səh 287) yəni məhkum barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədb iri ilə əvəz olunduqdan sonra birinci instansiya məhkəməsində də bir neçə dəfə verilməsinə baxmayaraq bunun həyata keçirilməsi ilə bağlı heç bir real addımlar atılmamışdır. Eyni zamanda zərərçəkmiş şəxsin nümayəndəsinin həm birinci instansiya məhkəməsində həmdə apellyasiya məhkəməsində vermiş olduğu izahatlarından və cinayət işinin materiallarında olan “Ləğv etmə prosesində olan xxxx” ASC-nin 23 iyul 2018ci il tarixli məktubundan məlum olur ki, borclu tərəfindən banka cəmi 1020 manat ödənilmiş edilmiş və Məhkum bankın ləğv edicisi olan Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu arasında hər hansı bir razılığın əldə olunmamış bu isə öz növbəsində məhkumun qeyd olunan dəlillərinin əsassız və həqiqətə uyğun olmadığına dəlalət edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci insta nsiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə Məhkum ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Eyni zamanda hökmdən görünür ki, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən, cəzanın təyin etmənin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddəsinin tələblərinə əməl etmiş və törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini onun şəxsiyyətini, həmçinin təyin edilər cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müzakirə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.1-ci maddəsinin sanksiyasında üç il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsindən vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddəti azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hökmdən görünür ki, məhkəmə məhkumun cəzasını ağırlaşdıran hal müəyyən etməmiş təqsirləndirilən şəxsin borcundan cəmi 1.020 manat pul vəsaitin ödəməsini cəzasını yüngülləşdirən halı kimi, Məhkum Bakı şəhəri Nəsimi Rayon Məhkəməsini 01.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.2-ci maddələrinə əsasən 02 il 04 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-ni 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti ilə şərti məhkum edilməsini sonuncunu şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə almış və ona təqsirli bilindiyi maddəni sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının hüdudları daxilində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, birinci instansiya məhkəməsi düzgü olaraq Azərbaycan Respublikası CM-nin 71.4-cü maddəsinə əsasən Məhkum Cal oğlunun ittiham olunduğu cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasır aid olsa da, onun əvvəllər ardıcıllıqla cinayət törətməsi nəzərə alaraq, şərti məhkum etmən ləğv edilməli olması qənaətinə gəlmiş və Məhkum Bakı şəhəri Nəsir Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tari xli hökmlə təyin edilmiş şərti məhkumetmə ləğv edilməklə həmin hökmdə müəyyən edilmiş cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə uyğun hökmlərin məcmusu üzrə təyin olunmuş cəza ilə birləşdirməklə, eləcədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən sonuncunun qəti olaraq azadlıqdan məhrum etmə növündə cəzaya məhkum etmişdir. Məhkəmə iclasında məhkumun cəzasının daha da yüngülləşdirilməsi üçün əlavə əsaslar müəyyən edilməmiş, təyin edilmiş cəzanın həddi, məhkumun şəxsiyyətinə, törətdiyi cinayət xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun hesab edilmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyə n edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirmiş, onlarla razılaşmadığının səbəblərini qərarda göstərmiş, onları faktiki olaraq qanunun tələblərinə uyğun qaydada cavablandırmış, gəldiyi nəticəni işin hallarına, qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin hallarına, törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, Məhkum şəxsiyyətinə, o cümlədən onun cəzasını yüngülləşdirən hallara, Azərbaycan Respublikası CM-nin 71.4-cü maddəsinin tələblərinə (şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir, məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir ) uyğun olduğuna görə məhkəmə kollegiyası da onunla razılaşır. Cəza təyini məsələsi ilə əlaqədar məhkəmə kollegiyası bir daha qeyd edir ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətd iyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən (o cümlədən kassasiya şikayətində də göstərilən) hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Kassasiya şikayətlərində cinayət və cinayət prosessual qanunun normalarına istinad edilsə də, bu normaların müddəaları göstərilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellya siya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-ci maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 196.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim i

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar