Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-908/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs3, bəraət almış şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər Abduİİayeva Gülnaz Süleyman qızı və Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə1 tərəfindən birgə verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Eldar İsmayılov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Samir Əliyev) 1(101)-108/2019 nömrəli 19 fevral 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1967-ci ildə Ermənistan Respublikasının Sisyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunm amış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 9 (doqquz) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2017-ci il tarixdən hesablanmış, xx xxxxxxx 1977-ci ildə Rusiya Federasiyasının Pskov şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum ol unmamış, ünvan 2 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 11 (n bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2017-ci il tarixdən hesablanmışdır. Zərərçəkmiş şəxs Muradlı (Muradov) Elxan Rafiq oğlunun mülki iddiası qismən təmin edilmiş, Təqsirləndirilən şəxs1 563.549 manat və ödənilmiş dövlət rüsumuna görə 15 manat, ümumilikdə 563.564 (beş yüz altmış üç min beş yüz altmış dörd) manat, Təqsirləndirilən şəxs2 46.750 manat və dövlət rüsumuna görə 15 manat, ümumilikdə 46.765 (qırx altı min yeddi yüz altmış beş) manat tutularaq zərərçəkmiş şəxs Muradlı (Muradov) Elxan Rafiq oğluna ödənilməsi barədə hökm edilmişdir. Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılmış və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2018-ci il tarixli qərarına əsasən, üzərinə həbs qoyulmuş Təqsirlən dirilən şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq Ələsgər küçəsi, 12 saylı fərdi yaşayış evinin "xxxx" Bank ASC tərəfindən ipoteka ilə yüklü edilməsi və Abşeron rayon məhkəməsinin 09 oktyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, tutmanın ipoteka predmetinə yönəldilməsi nəzərə alınması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs1 etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə qohumu Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib neft kompressorları biznesi ilə məşğul olub qazanc verəcəyi adı ilə ona yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2015- ci ilin mart-aprel aylarında Zərərçəkmiş şəxs4 yaşadığı ünvan 3 ünvanının yaxınlığında özü və oğlu Şahid12 v asitəsilə bir neçə dəfəyə ümumilikdə həmin dövrün məzənnəsi ilə 29.503,6 manat təşkil edən 28.000 ABŞ dolları pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda, yəni 29.503,6 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib neft kompressorları biznesi ilə məşğul olub qazanc verəcəyi adı ilə ona yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 09 aprel 2015-ci il tarixdə yaşadığı ünvan 4 ünvanının yaxınlığında həmin dövrün məzənnəsi ilə 12.618 manat təşkil edən 12.000 ABŞ dolları, 02 oktyabr 2015-ci il tarixdə eyni ünvanda həmin dövrün məzənnəsi ilə 13.627,9 manat təşkil edə n 13.000 ABŞ dolları pulunu alıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs3 xeyli miqdarda, yəni 26.245,9 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə qardaşı oğlu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib şərikli neft kompressorları biznesi ilə məşğul olaraq gəlir əldə edəcəklərinə dair ona yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə 2015-ci il iyun ayının əvvəlində Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən "Nur Telecom” mağazasında həmin dövrün məzənnəsi ilə 20.992 manat təşkil edən 20.000 ABŞ dolları və şərikli bizneslə məşğul olduqları sifariş verdiyi neft kompressorlarını gö mrükdən çıxarıb satdıqdan sonra pulunu qaytaracağına dair yalan vəd verib aldadaraq, 2015-ci ilin iyun ayının sonunda eyni ünvanda həmin dövrün məzənnəsi ilə 31.488 manat təşkil edən 30.000 ABŞ dolları pulunu alıb ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs1 külli miqdarda, yəni 52.480 manat ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi və tamah niyyəti ilə qohumu Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Muradlı (Muradov) Elxan Rafiq oğlunun etibarından sui-istifadə edib Rusiya Fedasiyasında olan mənbələrdən müxtəlif kompressor avadanlıqları, azot çənləri və digər oksigen istehsalı təyinatlı avadanlıqları alaraq İran İsl am Respublikasında olan naməlum şəxslərə satıb gəlir əldə edəcəklərinə dair yalandan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 5 ünvanında yerləşən "Caspian Plaza" biznes mərkəzində 22 dekabr 2014-cü il tarixdə həmin dövrün məzənnəsi ilə 78.440 manat təşkil edən 100.000 ABŞ dolları, 10 yanvar 2015-ci il tarixdə həmin dövrün məzənnəsi ilə 94.128 manat təşkil edən 120.000 ABŞ dolları, 03 iyun 2015-ci il tarixdə Təqsirləndirilən şəxs2 vasitəsilə həmin dövrün məzənnəsi ilə 83.872 manat təşkil edən 80 ABŞ dolları, 10 iyun 2015-ci il tarixdə oğlu Şahid12 vasitəsilə həmin dövrün məzənnəsi ilə 52.390 manat təşkil edən 50.000 ABŞ dolları, 22 iyun 2015-ci il tarixdə ünvan 1 ünvanında həmin dövrün məzənnəsi ilə 157.095 manat təşkil edən 150.000 ABŞ dolları, həmçinin qısa müddət ə rzində qaytaracağına dair yalandan vəd verib aldadaraq, 20 avqust 2015-ci il tarixdə ünvan 5 ünvanında yerləşən "Caspian Plaza" biznes mərkəzində həmin dövrün məzənnəsi ilə 94.374 manat təşkil edən 90.000 ABŞ dolları, 30 dekabr 2015-ci il tarixdə ünvan 6 ünvanında yerləşən 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında 40.000 manat, 11 yanvar 2016-cı il tarixdə ünvan 7 ünvanında yerləşən "Nəsimi bazarı"nın yaxınlığında oğlu Şahid12 vasitəsilə 10.000 manat pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 (Muradova) külli miqdarda, yəni 610.299 manat ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Namiq Məmmədov (sədrlik edən və məruzəçi), Əmir Bayramov və Əflatun Qasımov) 1(103)-587/2019 saylı, 31 may 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətl ər Məhkəməsinin 1(101)-108/2019 nömrəli 19 fevral 2019-cu il tarixli hökm dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi3 və Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının (hakimlər Ə.C.Seyidov (sədrlik edən və məruzəçi), T.L.Kazımov və İ.S.Qılıcov) 1(102)-154/2021 nömrəli 10 fevral 2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-587/2019 saylı, 31 may 2019-cu il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Vaqif Mursaqulov (sədrli k edən və məruzəçi), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 1(103)-659/2021 saylı, 14 dekabr 2021-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)108/2019 nömrəli 19 fevral 2019-cu il tarixli hökm ləğv edilmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə bəraət verilmiş, Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı vurulmuş maddi ziyana görə mülki iddiası baxılmamış saxlanılmış. Zərərçəkmiş şəxs1 mülki iddiası baxılmamış saxlanılmış və vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanla b ağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilmişdir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi3 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətləri təmin edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi (vəkili) Nümayəndə1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmünü n ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs4 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs3 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, Zərərçəkmiş şəxs3 epizodu üzrə apelyasiya instansiyası məhkəməsində formal olaraq istintaq aparmış və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında olan ziddiyyətlərdən heç birisi aradan qaldırmadan, audiodiskin yararsız vəziyyətdə olduğu üçün heç bir ekspertiza təyin edilmədən həmin epizod üzrə sübutların kifayət qədər olmadığı qənaətinə gəlinmişdir. Apelyasiya instansiyası məhkəməsində Təqsirləndirilən şəxs1 cinayət əməlini istisna edən, həmçinin ittihamı təkzib edən heç bir sübutlar əldə edilmədən həmin epizod üzrə Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlinmişdir. Bundan başqa, Ali Məhkəmənin qərarında göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı, Təqsirləndirilən şəxs1la üzləşdirmə zamanı və məhkəmə iclasında verdiyi ifadələr arasında ziddiyyətlər mövcud olduğunu qeyd etmiş lakin qər arında Zərərçəkmiş şəxs4 ifadələri arasında ziddiyyətlərin nədən ibarət olması göstərilməmişdir. Qeyd olunan epizod üzrə apelyasiya instansiyası məhkəməsi yenə də formal olaraq istintaq aparılmış və Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı, eləcə də birinci instansiyası məhkəməsində aparılmış istintaq zamanı vermiş olduğu ifadələri bir daha təsdiq etmişdir. Apelyasiya instansiyası məhkəməsi ümumi sözlərlə “Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsi, Təqsirləndirilən şəxs1la üzləşdirmə zamanı verdiyi İfadəsi və məhkəmə iclasında verdiyi ifadəsinə nəzər yetirdikdə hər üç ifadənin fərqli olması, ifadələr arasında ziddiyyətin olması müşahidə edilir və həmin ifadələrdə obyektiv həqiqət əks olunmamışdır. Birinci instansiya məhkəməsi bu epizod üzrə yalnız zərərçəkmiş şəxsin ifadəs inə əsaslanaraq ittiham hökmü çıxarmışdır” göstərməklə ittihamı təkzib edən heç bir sübutlar əldə edilmədən həmin epizod üzrə Təqsirləndirilən şəxs1 təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlinmişdir. Bununla yanaşı, Ali Məhkəmənin qeyd edilən qərarında heç bir konkret ifadəyə istinad etmədən göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 ilə bağlı epizod üzrə Zərərçəkmiş şəxs1 əmisi Təqsirləndirilən şəxs1 nə qədər pul verməsi və həmin pulu kimlərin iştirakı ilə verməsinə dair şahid ifadələri arasında ziddiyyətlər mövcuddur, eyni zamanda Zərərçəkmiş şəxs1 pulu borc kimi və ya hansısa bir iş görmək üçün Təqsirləndirilən şəxs1 verilməsi müəyyən edilməmişdir. Burada qeyd edilməlidir ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaqın ilkin mərhələsində, eləcə də, məhkəmələrdə aparılmış istintaq zamanı bü tün ifadərində göstərmişdir ki, onun obyekt almaq fikrində olduğunu bilən Təqsirləndirilən şəxs1 pulu ona verilməsini xahiş etmiş, həmin pulu öz biznesinə sərf etməklə gəlir eldə edəcəyi və həmin gəlirin bir hissəsini ona verəcəyini vəd vermişdir. Lakin, apelyasiya instansiyası məhkəməsində bu epizod üzrə yenə də formal olaraq istintaq aparılmış, tərəflərdən eyni məzmunlu ifadələr alınmış və heç bir əsaslandırma aparılmadan Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarından həmin epizoda dair yazılmış iki abzasın mətni olduğu kimi köçürülməklə qeyri aydın əsaslandırma aparılmaqla həmin epizodun mülki xarakterli olmasına dair qənaətə gəlinmişdir. Hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə formal şəkildə istintaq aparılsa belə, faktiki ibtidai istintaq, eləcə də birinci instansiya məhkəməsində aparılan istintaq zamanı əldə edilmiş materiallara istinadən birinci instansiya və Bakı Apelyasiya Məhkəməsinin Namiq Məmmədovun sədrliyi ilə cinayət kollegiyası tərəfindən (31 may 2019-cu il tarixli qərarı) gəlinmiş nəticədən fərqli nəticəyə gəlinmiş, həmin nəticəyə dair isə heç bir əsaslandırma aparılmamışdır. Zərərçəkmiş şəxs Abduİİayeva Gülnaz Süleyman qızı kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, məhkəmənin təqsirləndirilən şəxslərə bəraət verilməsi barədə mövqeyi tam əsassızdır, belə ki, o, istər istintaq zamanı, istərsə də apelyasiya məhkəməsində dindirilən zaman eyni məzmunlu ifadələr vermiş və bu Təqsirləndirilən şəxs1 onu aldadaraq onun etibarından sui-istifadə etməsi və ona böyük məbləğdə maddi ziyan vurması iş materi alları ilə və sübutlarla öz təsdiqini tapmışdır. Apelyasiya məhkəməsi istintaq yolu ilə əldə edilmiş bütün sübutların üstündən xətt çəkərək aldatma yolu ilə bir çox şəxslərin pulunu əlindən alaraq onları ağır duruma salmış bir cinayətkara haqq qazandırmışdır. Nəticədə ona və onun kimi digər zərərçəkmişlərə qanuni hüquq və mənafeyi kobud surətdə pozulmuş, məhkəmə bu şəxsə layiq olduğu cəzanı vermək əvəzinə, onun əməllərinə haqq qazandıran məhkəmə tamamilə ədalətsiz bir hökm çıxarmışdır. Məhkəmə işdə olan bütün sübutlara subyektiv yanaşma sərgiləmiş, nədənsə bir neçə şəxsi aldadan bu şəxsin yalan sözlərini daha inandırıcı qəbul etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini tam icra etməmiş və işin istintaqla araşdırılması barədə qərar qəbul etsə də heç bir araşdırma aparmamı ş, yalnız təqsirləndirilən şəxsin ifadəsini əsas götürməklə bu məsələyə qiymət vermişdir, nəticədə cəzalanmalı olan şəxs məsuliyyətdən kənarda qalmışdır. Zərərçəkmiş şəxs4 kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin bəraət hökmü tam əsassızdır. Belə ki, o, istər istintaq zamanı, istərsə də apelyasiya məhkəməsində dindirilən zaman eyni məzmunlu ifadələr vermiş və bu şəxsin onu aldadaraq onun etibarından suiistifadə etməsi və ona böyük məbləğdə maddi ziyan vurması iş materialları ilə və sübutlarla öz təsdiqini tapmışdır. Apelyasiya məhkəməsi istintaq yolu ilə əldə edilmiş bütün sübutların üstündən xətt çəkərək aldatma yolu ilə bir çox şəxslərin pulunu əlindən alaraq onları ağır duruma salmış bir cinayətkara haqq qazandırmışdır. Nəticədə onun və onun kimi digər zərərçəkmişlərin qanuni hüquq və mənafeyi kobud surətdə pozulmuş, məhkəmə bu şəxsə layiq olduğu cəzanı vermək əvəzinə, onun əməllərinə haqq qazandıran məhkəmə tamamilə ədalətsiz bir hökm çıxarmışdır. Məhkəmə işdə olan bütün sübutlara subyektiv, yanaşma sərgiləmiş, nədənsə bir neçə şəxsi aldadan bu şəxsin yalan sözlərini daha inandırıcı qəbul etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərişlərini tam icra etməmiş və işin istintaqla araşdırılması barədə qərar qəbul etsə də heç bir araşdırma aparmamış, yalnız təqsirləndirilən şəxsin ifadəsini əsas götürməklə bu məsələyə qiymət vermişdir, nəticədə cəzalanmalı olan şəxs məsuliyyətdən kənarda qalmışdır. Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə1 kassasiya şikayətini onunla əsaslandırırmışlar ki, apelyasiya i nstansiyası məhkəməsinin hökmü tamamilə qanunsuz və əsassızdır. Məhkəmə məlum olmayan hala sübut kimi qiymət verməsi şəxsi mülahizə olmaqla yanaşı, kobud qanun pozuntusudur. Təqsirləndirilən şəxs1 özü konkret olaraq hansı bizneslə harada, nə zaman məşğul olması və hansı məbləğdə mənfəət əldə etməsini göstərə bilmir. Bundan başqa, iş materialında da belə bir müəyyən edilmiş sübut mövcud deyildir. Belə olan halda, məhkəmənin gəldiyi nəticənin mülahizədən başqa bir hal deyildir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 hökmdə göstərilən məbləği ifadəsində göstərdiyi kimi, hissə-hissə almışdır. O. Zərərçəkmiş şəxs2 daha çox pul vəsaitini dələduzluqla ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 aldığı pul vəsaitinin kiçik bir hissəsini ona qazanc adı ilə verməklə onu aldadaraq küllü miqdarda v əsaiti ələ keçirmişdir ki, bu da dələduzluq əməlidir. Qeyd edilən hallar müəyyən edilmədiyi halda, məhkəmənin belə bir nəticəyə gəlməsi kobud qanun pozuntusudur. Həm istintaq zamanı, həmdə məhkəmə araşdırması zamanı cinayətkar qrupun ifşa edilməməsi məqsədi ilə həqiqəti qəsdən gizlətmişdir. Cinayətkar qrupun əvvəlcədən hansı qaydada plan tərtib etdikləri və dələduzluqla əldə edilmiş xüsusilə əldə edilmiş pul vəsaitinin hansı qaydada öz aralarında böldüklərini və hazırda ələ keçirdikləri pul vəsaitinin kimlərin sərəncamında olmasını bildiyi halda, dəstə üzvlərinin məsuliyyətdən yayındırmaq məqsədi ilə həmin halları gizlətmişdir. Göstərilən hallar sübut edir ki, hökm tamamilə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətlə rinin dəlillərini araşdırıb, dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin və bəraət almış şəxslərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasınd a hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protesti və kassasiya şikayətlərinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 1 iyun 2015-ci il 7 №-li qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində izah edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlak ın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Bununla yanaşı qərarda qeyd edilmişdir ki, “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu baxımdan əmlakın qaytarılm aması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar olmuşdursa, kreditor və borclunun qarşılıqlı münasibətləri mülki qanunvericilik əsasında tənzimlənməlidir. Məhkəmələrə izah edilmişdir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli olmalarını təsdiq etmək üçün məhkəməyə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərin protokolları və işə əlavə edilmiş digər sənədlər təqdim etmişdir. Apelyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutlarını tədqiq edərək belə nəticəyə gəlmişdir ki, həmin sübutlarla Təqsi rləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi apelyasiya instansiyası məhkəməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən onların ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə və işin digər materiallarına və qanun normalarına istinad etmişlər. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 kommersiya fəaliyyəti ilə məşğul olmuş – Rusiya Federasiyasında kompressorlar, onların hissələri və digər avadanlıqları alıb Azərbaycan Respublikası və ya İran İslam Respublikası ərazisinə gətirərək satmışdır. İşin bu halları həm Təqsirləndirilən şəxs1 özünün, həm də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə, habelə cinayət işinə əlavə edilmiş istintaq hərəkətlərinin protokolları, gömrük yük bəyannamələrinin, müqavilələrin və digər sənədlərin sürətləri ilə təsdiq olunur. Təqsirləndirilən şəxs1 həm cinayət işi üzrə ibtidai istintaq zamanı, həm məhkəmə iclaslarında verdiyi ifadələrində göstərmişdir ki, zərərçəkmiş şəxslər Elxan Muradovdan, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 pul kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün faizlə almış və həmin pulu öz biznesində istifadə edərək əldə edilmiş gəlirdən həmin şəxslərə müəyyən məbləğlərdə faizləri ödəmişdir. Həmçinin əldə edilmiş gəlirdən o, Təqsirləndirilən şəxs2 də pul ödəmiş, çünki Na zim onu Elxan Muradovla tanış etmiş və ona biznesdə köməklik etmişdir. Lakin kompressorların satışında durğunluğun əmələ gəlməsi və onun Qazaxıstan Respublikasında dəmir yolu relslərinin alqı-satqısı ilə bağlı əqdin baş tutması və bununla əlaqədar 200.000 ABŞ dolları məbləğində ziyana düşməsi ilə əlaqədar həmin şəxslər qarşısında öhdəliklərin davam etdirməsi və borc götürmüş pulların tam ödəməsi onun imkanı olmamışdır. Elxan Muradovun borcunun qaytarılmasına zəmanət kimi o, artıq alınmış və hələ də satılmamış 11 ədəd kompressoru Elxan Muradova vermiş və bu aktla resmiləşdirilmişdir. Zərərçəkmiş şəxs1 olan borcunu tam bağlamaq üçün o, Abşeron rayonunun ərazisində yerləşən özünə məxsus torpaq sahəsi alqı-satqı müqavilə əsasında Zərərçəkmiş şəxs1 adına keçirmişdir. Zərərçəkmiş Zərərçəkmiş ş əxs4 o ümumiyyətlə pul almamış, Zərərçəkmiş şəxs4 digər zərərçəkmiş şəxslərin qohumu olduğundan ona böhtan atır. Məhkəmə kollegiyası cinayət işinin materialları nəzərdən keçirib nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ifadəsi cinayət işi üzrə toplanmış sübutlarla təkzib olunmur, həmin sübutlar əsasında müəyyən edilmiş işin halları ilə uyğunluq təşkil edir. Belə ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 (Muradov), Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 öz ifadəsində göstərmişlər ki, Təqsirləndirilən şəxs1 kompressorların, onların hissələrinin və digər avadanlıqların satışı ilə məşğul olmuş və məhz həmin bizneslə əlaqədar onlardan borc pul almış və borc verdiyi pulun müqabilində onlara əlavə xeyir verəcəyini vəd etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmi ş şəxs1 və Zərərçəkmiş şəxs3 ifadələrindən də görünür ki, Təqsirləndirilən şəxs1 borc verilmiş pulların qaytarılmasında problemlər məhz sonuncunun Qazaxıstan Respublikasına getməsi ərəfəsində yaranmışdır. Zərərçəkmiş şəxs2 (Muradov) ifadəsindən isə görünür ki, Təqsirləndirilən şəxs1 Qazaxıstan Respublikasına gedənədək ondan götürülmüş pullarla bağlı vədləşdirilmiş xeyirlə əlaqədar ona pul məbləğləri ödəmişdir. Zərərçəkmiş şəxs3 da cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi öz ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəl də ondan bir neçə dəfə 3000-4000 ABŞ dolları məbləğində borc pul almış və həmin pul qaytaranda üstündə də xeyir vermişdir. Təqsirləndirilən şəxs1 kompressor ticarəti ilə əlaqədar ondan birinci dəfə 12.000 ABŞ dolları borc almış və buna görə ona iki ay hər ay 1000 ABŞ dolları məbləğində xeyir olaraq pul vermiş, sonra isə heç bir pul ödəməmişdir. Bir müddətdən sonra o, İlhamın Qazaxıstana geydiyini öyrənmişdir. Qazaxıstana getməmişdən əvvəl eyni məqsədlə ondan ikinci dəfə 13.000 ABŞ dolları məbləğində pul almışdır. 2016-cı ilin dekabr ayında İlham borcdan ona 4000 ABŞ dolları qaytarmışdır. Bəraət almış şəxs Təqsirləndirilən şəxs2, habelə cinayət işi üzrə şahid qismində dindirilmiş X5 və X3 öz ifadəsində 2015-ci ilin payız aylarında Təqsirləndirilən şəxs1 demiryolu relslərinin alveri ilə əlaqədar Qazaxıstana getməsini və relslərin alqı-satqısının baş tutmaması ilə əlaqədar Təqsirləndirilən şəxs1 külli miqdarda ziyana düşməsini göstərmişlər. Apelyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları qiymətləndirib, işin hallarını nə zərə alaraq nəticəyə gəlmişdir ki, həmin sübutlarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsi, habelə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus pulların dələduzluq yolu ələ keçirməsi təsdiq olunmamış, Təqsirləndirilən şəxs1 həmin zərərçəkmiş şəxslərdən pul borc almış və bununla əlaqədar onların arasında münasibətlər mülki-hüquq xarakteri daşıyır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 28.000 ABŞ dolları pulun alması mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, yuxarıda qeyd olunduğu kimi Təqsirləndirilən şəxs1 ifadəsində Zərərçəkmiş şəxs4 hər hansı məbləğdə pulun almamasını göstərmişdir. Eyni zaman da Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 xalasıdır, Elxan tərəfindən öyrənilmiş şəxsdir və ona böhtan atır. Cinayət işinin materiallarından görünür ki, həmin epizod üzrə ittiham yalnız Zərərçəkmiş şəxs4 və onun oğlu Şahid11 ifadələri üzərində qurulmuşdur. Hazırki cinayət işi üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs4 ibtidai istintaq və məhkəmədə verdiyi ifadələr bir birindən fərqli və ziddiyyətlidir. Apelyasiya instansiyası məhkəməsi işə baxaraq Zərərçəkmiş şəxs4 ifadələrinin ziddiyyətli olması ilə əlaqədar, həmin ifadələr mötəbər sübut kimi qəbul etməmişdir. Kassasiya protestində qeyd edilmişdir ki, nə Ali Məhkəmənin qərarında, nə apely asiya instansiyası məhkəməsinin hökmündə Zərərçəkmiş şəxs4 ifadələrinin ziddiyyətli olması göstərilsə də ziddiyyətlər nədən ibarət olması göstərilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası Zərərçəkmiş şəxs4 cinayət işi üzrə verdiyi ifadəyə nəzər salmağı zəruri sayır. Cinayət işi üzrə 25 may 2018-ci il tarixdə şahid qismində ifadə verərkən Zərərçəkmiş şəxs4 göstərmişdir ki, “mən 2015-ci ilin mart-aprel aylarında yaşadığım ünvan 3, mənzil 30-da əvvəlcə İlhamın özünə sonra onun oğlu Samirə, daha sonra yenə də bir neçə dəfə həm İlhama həm də oğlu Samirə hazırda yadımda qalmadığı miqdarlarda pullar verməklə İlhama ümumilikdə 28.000 ABŞ dolları pul verdim. Mən bu pulu 1 ay müddətinə İlhama yalnız onun və mənim, yaxud da mənim və Samirin iştirakı ilə vermişəm”. Həmçinin Zərərçəkmiş şəxs4 ifad əsində bildirmişdir ki, 2014-2015-ci illərdə o İlhama iki dəfə 40005000 ABŞ dolları vermiş, o da həmin pulu vaxtında geri qaytarmış və bu pulların üstündə az miqdarda ona hörmət etmişdir. Birinci instansiya məhkəməsində dindirilərkən Zərərçəkmiş şəxs4 göstərmişdir ki, “mən İlhamın şirin təklifinə aldanıb bir həftə içində üç dəfəyə İlhama 28.000 ABŞ dolları pul verdim. Pulu üç dəfəyə verdim, lakin hər dəfəyə nə qədər pul verdiyimi xatırlamıram.” Cinayət prosesinin iştirakçılarının suallarına cavab olaraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, "İlham mənim oğlumdan da pul götürüb, ümumiyyətlə İlhama üç dəfə pul verilib.” “mən İlhama əvvəl 4000-5000 ABŞ dolları pul verməmişəm və verdiyim pulun üstündə İlham mənə əlavə pul verməyib” Apelyasiya instansiyası məhkəməsində dindirilərkən Zərərçəkmiş şə xs4 göstərmişdir ki, “Təqsirləndirilən şəxs1 qohum olduğundan kompressorlarla bağlı işə görə ona 28.000 ABŞ dolları pul vermişdir ki, Rusiya Federasiyasından kompressor alacaq, burda satacaq, mənə də borcumu və pulumu ödəyəcək” “Pulu iki dəfəyə vermişəm. Bir dəfə özü, bir dəfə də oğlu gəlib götürüb.” Göründüyü kimi Zərərçəkmiş şəxs4 işin mühüm halı – pulun Təqsirləndirilən şəxs1 verilməsi barədə hər dəfə fərgli və hətta biri-birinə zidd ifadələr vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq Zərərçəkmiş şəxs4 ifadəsi mötəbər olmayan və şübhə doğuran sübut kimi qiymətləndirmişdir. Həmin epizodla bağlı digər sübut zərərçəkmiş şəxsin oğlu Şahid11 ifadəsinə gəldikdə, apelyasiya məhkəməsi qeyd etmişdir ki, Şahid11 anası tərəfindən T əqsirləndirilən şəxs1 pulun verilməsinin şahidi olmamış, bu barədə ona anasının sözlərindən məlum olmuşdur. Belə olan halda Azərbaycan Respublikası CPM-in 126.3-cü maddəsinin tələblərinə əsasən Şahid11 ifadəsi sübut kimi çıxış edə bilməz. Azərbaycan Respublikası CPM-in 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Həmin Məcəllənin 126.2-ci maddəsinin tələblərinə görə yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. CPM-in 126.3-cü maddəsinə görə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən Şahid11 ifadəsinə verilmiş qiymət cinayət-prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərinə uyğun gəlir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərba ycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs2 epizodu üzrə iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, istintaq orqanın həm Təqsi rləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 əməllərində dələduzluq cinayətinin tərkibinin olmasına dair gəldiyi nəticə işin halları ilə ziddiyyət təşkil edir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Elxan Muradov ilk öncə şifahi razılığa gəlməklə, daha sonra yazılı razılıqla “birgə fəaliyyət haqqında tərəfdaşlıq” müqaviləsi bağlamışlar. Təqsirləndirilən şəxs1 öhdəliklərini qismən yerinə yetirmiş, birgə biznesdən əldə olunmuş mənfəəti Zərərçəkmiş şəxs2 ilə bölmüşdür. Daha sonra baş vermiş maliyyə və iqtisadi fəallığın azalması, habelə uğursuz kommersiya fəaliyyəti səbəblərindən Təqsirləndirilən şəxs1 öhdəliyi tam yerinə yetirməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hallar mülki öhdəçiliklə bağlı məsələlər olduğundan İlham Xırıdovun əməlində dələduzluq ə lamətlərinin olmadığını göstərir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2n əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin tərkib əlamətləri olmamışdır. Məhkəmə kollegiyası iş hallarını nəzərə alaraq qeyd edir ki, bəraət almış şəxslərin və zərərçəkmiş şəxslərin ifadələrində Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş şəxslərdən alınmış və sonradan onlara qaytarılmış pulların məbləğlərinin fərqli göstərilməsi hazırki cinayət işinin düzgün həlli və bəraət almış şəxslərin əməlində cinayət tərkibinin olub-olmamasına dair nəticəyə gəlməs i üçün əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasınd a yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsindəki bəraət hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apelyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protesti və kassasiya şikayətlərində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq protestin və şıkayətlərin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət k ollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-908/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-908/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver