Məhkəmə qərarları › İş №1(102)-908/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-908/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-908/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər X6 oğlu və X8 oğlundan ibarət tərkibdə) 29 sentyabr 2021-ci il tarixli hökmü ilə xx.xx.1993-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkum olunmamış, Bərdə şəhəri, Nüşabə küçəsi ev 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük savxozunda fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olumuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 27 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən sa xlanılması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə) 4 may 2022-ci il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti və məhkum edilmiş şəxsin müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3, 240.3.2-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi 1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 7 iyun 2023-cü il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək müdafiəçisi Müdafiəçi1 və Məhkum ayrı-ayrılıqda ərizə ilə müraciət edərək kassasiya şikayətini geri götürdüklərini bildirmişlər. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 4 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar