Məhkəmə qərarları › İş №1(102)-908/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-908/2024

09.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-908/2024 09.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ akimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumun, onun müdafiəçisi Hüseynova Pərvanə Valeh qızının, məhkumun və onun müdafiəçisi Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(105)-342/2023 nömrəli qərarın dan apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 1(124)-291/2023 nömrəli hökmü ilə (hakimlər: F.Z.Hümbətov (sədrlik edən və məruzəçi), H.S.Əliyev və A.T.Rzayevdən ibarət tərkibdə) xx xxx 2002-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, məhkum olunmamış, x kəndində qeydiyyatda olan və yaşayan Məhkum2 və xxxx ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, məhkum olunmamış, x kəndində qeydiyyatda olan və yaşayan Məhkum1 hər bir Azərbaycan Respublikasını n Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər, Cinayət Məcəlləsinin 70- ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmışdır. Həmin hökmlə eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən olunmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(105)-342/2023 nömrəli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), E.G.Rəhimov və M.Ə.Rzayevdən ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin ha lları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum2 və Məhkum1 barəsində ittiham hökmü çıxarmışdır ona görə ki, onlar tanışları Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 11 iyul 2022-ci il tarixdə saat 21:30 radələrində özgə əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs onlara ailə üzvləri ilə birlikdə Qusar rayonunda olması barədə verdiyi məlumatdan sonra sonuncunun yaşadığı və atası Zərərçəkmiş şəxs məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən bir mərtəbəli fərdi yaşayış evinin yaxınlığına gəlmiş, aralarında əvvəlcədən əldə edilmiş razılaşmaya əsasən Məhkum2 kənar şəxslərin gəlməsini xəbər verməsindən ötrü yaxınlıqda dayanaraq ətrafa nəzarət etmiş, Məhkum1 isə həmin evin həyətinə dəmir hasarın açıq hissəsindən keçə rək oradan açıq pəncərədən qanunsuz içəri daxil olaraq birinci mərtəbədə yerləşən yataq otağındakı paltar şkafının üst gözündə olan ev sahibinə məxsus içərisində 125.030 manat milli valyuta, 17.527 manat ekvivalentində 10.310 ABŞ dollar pul, 54 manat ekvivalentində 2.000 Rusiya rublu, 7,455 manat ekvivalentində 350 Qırğızıstan somu, 6,792 manat ekvivalentində 15 Səudiyyə Ərəbistanı rialı və 8,3725 manat ekvivalentində 85 Türkiyə lirəsi olan 45 manat dəyərində dəmir seyfi gizli yolla talayaraq zərərçəkmiş şəxsə külli miqdarda, yəni ümumilikdə 142.678,6195 manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişlər. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi əsassız olaraq cəzanı yüngülləşdir ən halları (məhkumların zərərçəkmiş şəxslə barışmaları, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələri, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları, gənc olmaları, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, əməllərindən səmimi peşmançılıq çəkmələrini) müəyyən edib, onların Məhkum2 və Məhkum1 cəza çəkmədən islah oluna biləcəyinə inam yaradan hallar kimi qiymətləndirmiş, nəticədə Məhkum2 və Məhkum1 barəsində yüngüllüyünə görə onların şəxsiyyətinə, törətdikləri cinayətlərin xarakterinə, ictimai təhlükəlilik dərəcələrinə uyğun olmayan şərti məhkum etməni tətbiq etmiş, Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59, 70-ci maddələrinin tələblərini pozmuşdur. Bu nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir. Dövlət ittihamçısı k assasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhk əməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən Məhkum2 və Məhkum1 məsuliyyətini yüngülləşdirən halların düzgün nəzərə alınmadığını, nəticədə onların barəsində yüngüllüyünə görə onların şəxsiyyətinə, əməllərinə uyğun olmayan şərti məhkum etmənin tətbiq olunduğunu iddia edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini Cinayət-Prosessual Məcəllənin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından biri kimi nəzərdə tutulmuş halla əsaslandırmışdır. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırm anın nəticələri olaraq aşağıdakıları qeyd edir. Bilavasitə şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etməni təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş norma ları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların dairəsini isə Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 61.1-ci maddəsi müəyyən edir. Cinayət Məcəlləsinin 61.2-ci maddəsinə əsasən cəza təyin edilərkən CM-in 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.5-ci maddəsi cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran halları cinayət təqibi üzrə icraat zamanı sübutlara əsasən müəyyən edilməli olan məsələlərin sırasında göstərmişdir. Yəni, məhkəmə qərarlarında təqsirləndirilənin şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar barədə nəticələr də CPM-in 143-cü maddəsinə uyğun olaraq toplanmış, 144-cü maddəsinə müvafiq qaydada yoxlanılmış və 145, 146-cı maddələrinin tələblərinə əməl olunmaqla qiymətləndirilmiş sübutla r vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan (müvafiq sübutlardan irəli gəlməyən) mülahizə xarakteri daşımamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında da məhkəmələrə tövsiyə olunur ki, onlar CM-in 59-cu maddəsi ilə birbaşa nəzərdə tutulmayan bu və ya digər halı cəzanı yüngülləşdirən hal kimi nəzərə aldıqda onun cəzanı yüngülləşdirən hal olaraq qəbul edilməsini hökmdə əsaslandırsınlar. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda, cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər şəxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Qeyd olunan cinayət – hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərə n kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin əsassız olduğu müəyyən olunur. Belə ki, Məhkum2 və Məhkum1 təqsirli bilindikləri əməllərə görə cinayət qanununun 177.3.2-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum2 və Məhkum1 gənc olmaları, ilk dəfə cinayət törətmələri, zərərçəkmiş şəxslə barışmaları, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, əməllərindən səmimi peşmançılıq çəkmələrini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halları n olmamasına dair qənaətləri işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Qeyd olunan yüngülləşdirici hallardan “zərərçəkmiş şəxslə barışıq əldə edilməsi” və “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi” Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində birbaşa nəzərdə tutulmuş və bu üzdən məhkəmələr tərəfindən mütləq şəkildə qəbul edilməli və cəzanı ağırlaşdıran hallar olmadıqda isə həm də CM-in 60-cı maddəsinin tələbinə əməl edilməklə nəzərə alınmalı olan cəzanı yüngülləşdirən haldır. Həmçinin Cinayət Məcəlləsinin 59.2-ci maddəsi, artıq yuxarıda qeyd olunduğu kimi cəza təyin edilərkən CM-in 59.1.1-59.1.14-cu maddələrində birbaşa göstərilməyən halların da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmasına yol verir. Bu səbəbdən məhkəmələrin Məhkum2 və Məhkum1 gənc olmalarını, ilk dəfə cinayət törətmələrini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, əməllərindən səmimi peşmançılıq çəkmələrini onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə almaları Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbləri baxımından qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Bundan əlavə təqsirkar şəxslərin törətdikləri cinayəti etiraf edib, əməllərinə görə səmimi peşmançılıq hissi keçirmələrini bildirmələri, onların öz əməllərinə tənqidi münasibətini ifadə etməklə, həmçinin şəxsiyyətlərini müsbət xarakterizə edən hal kimi çıxı ş edir. Bu da öz növbəsində dövlət ittihamçısının Cinayət Məcəlləsinin 72-ci maddəsinin müddəalarına istinad etməklə məhkəmələr tərəfindən səmimi peşmançılığın əsassız olaraq cəzanı yüngülləşdirən hal qismində nəzərə alınması ilə bağlı iddialarının əsasız olmasına dəlalət edir. Belə ki, CM-in 72.1-ci maddəsində səmimi peşmançılığın bütün mümkün olan formaları sadalanmamaqla, yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən konkret hallara münasibətdə təzahür edən formada göstərilmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri törətmiş şəxslərə xas olan və başqa heç bir insanın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi hiss kimi qəbul edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsi n törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CM-in 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər. Odur ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin ardınca məhkəmə kollegiyası da o qənaətdədir ki, əməlin etiraf edilməsi, peşmançılığın ifadə olunması, cinayətə görə təəssüflənmək şəxsi belə davranış nümayiş etdirməyərək əməllərini inkar edən, peşman olmadığını bildirən, yəni törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən şəxslərdən fərqləndirmək üçün ciddi əsasdır və Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində birbaşa göstərilməsinə baxmayaraq, məhkəmələr tərəfindən həmin halın cəzanı yüngülləşdirən əsas qismində nəzərə alınması cinayət qanununun pozuntusu kimi şərh edilə bilməz. Cəzanı yüngülləşdirən digər hallar, o cümlədən təqsirkarların ilk dəfə məhkum olunmaları, yaşayış yerindən müsbət xarakterizə olunmaları, onların kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır və qeyd olunan halların cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınması cinayət qanununun tələblərinə də zidd deyil. Aşağı instansiya məhkəmələri eyni zamanda Məhkum2 cinayət törədərkən 19, Laçın Sərkərov isə 21 yaşda olmaqla onların həyat təcrübələrinin az olması, əldə etdikdən pulu aralarında bölüşdürmədən öz ehtiyaclarına xərcləmədikləri, zərərçəkmiş şəxsə bərpa edilməsi mümkün olmayan ziyan vurmadıqları, talanmış pulun külli miqdarda olmasına baxmayaraq hadisədən sonra götürüldüyü şəkildə zərərçəkmiş şəxsə qaytarılması kimi mühüm halları nəzərə alaraq, sadalanmış halları törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun törədilmə üsulu (faktiki olaraq zərərçəkmiş şəxsin oğlunun təşəbbüsü gerçəkləşmiş) ilə birlikdə dəyərləndirib, cinayət qanunvericiliyin təməl prinsiplərindən olan humanizm və ədalət prinsipi arasında dəqiq sərhəd müəyyən edərək, düzgün olaraq hər iki gəncə ən azı bir dəfə şans verməklə təhsil almalarına, işlə təmin olunmalarına (hazırda məhkumlar Quba rayonunda işə obyektində ofisant və qabyuyan kimi çalışırlar), cəmiyyətə və dövlətə faydalı vətəndaş ola bilmələrini sübut etmələrinə fürsət tanımışlar. Yuxarıda sadalanmış yüngülləşdirici halların məcmusu fonunda, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Məhkum2 və Məhkum1 cinayət nəticəsində vurduqları maddi zərəri könüllü olaraq ödəyib zərərçəkmiş şəxslə barışıq əldə etmələri törədilmiş cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, məhkumların gerçəkdən də törətdikləri cinayətə tənqidi münasibət bəslədiklərini, həmin əməlin ictimai təhlükəliliyini düzgün dəyərləndirdiklərini əks etdirir və məhkumların şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən digər hallar və cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürüldükdə onların cəza çəkmədən islah oluna bilmələrinə dəlalət edən tutarlı əsas kimi çıxış edir. Göründüyü kimi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayan apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanmış halları Cinayət Məcəlləsinin 58.3 və 70.2-ci maddələrinin tələblə rini gözləməklə, şərti məhkum etmənin tətbiq edilməsində əhəmiyyətli olan digər əsaslarla, o cümlədən Məhkum2 və Məhkum1 törətmiş olduqları cinayətin xarakteri və ictimai təhlükəliliyi birlikdə götürməklə nəzərə almışdır. Şərti məhkum etmənin tətbiqini mümkün edən faktiki əsaslar qismində nəzərə alınmış Məhkum2 və Məhkum1 şəxsiyyətini səciyyələndirən və onların cəzalarını yüngülləşdirən hallar CPM-in 139.0.5-ci maddəsi tələb etdiyi kimi yolverilənliyi təkzib edilməyən, uyğun və mötəbər sübutlar əsasında müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Ci nayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədtlmiş cinayətlərdə təqsirli şəxsləri n rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarın 25-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması ilə bağlı aşağıdakı məsələlər araşdırılmalıdır: 1.məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü; 2.törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi; 3.məhkumun şəxsiyyəti; 4.cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar. Göründüyü kimi, həm qanunverici, həm də Ali Məhkəmənin Plenumu şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiqi üçün əsas meyar kimi onu nəzərdə tutmuşlar ki, məhkum olunmuş şəxsin ona təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq hesab edilməsin və həmin şəxsin təyin edilmiş cəzanı çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya protestinin dəlil və əsaslarını qarşılıqlı şəkildə təhlil və tədqiq edərək, eləcə də cinayət qanunvericiliyini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında əksini tapmış izah və tövsiyələrini nəzərə alaraq belə qənaətə gəlir ki, hazırki iş üzrə məhkumlar Məhkum2 və Məhkum1 onlara təyin olunmuş cəzanı real çəkmədən, cəmiyyətdən təcrid edilmədən islah olunmalarını istisna edən, onlara münasibətdə qeyd güzəştli institutun tətbiq edilməsi mümkünsüz edən hallar yoxdur, əksinə həyatının böyük bir hissəsi qarşıda olan şəxslərin real olaraq cəzalarını cəzaçəkmə müəssisəsində çəkmələri sonuncuların ailəsindən və cəmiyyətdən məhrum edilməsinə gətirib çıxarar və gələcəkdə cəmiyyət üçün yararlı şəxs ola bilməsi ehtimallarının azalmasına xidmət edər. Qeyd olunan səbəblərdən dövlət ittihamçısının Məhkum2 və Məhkum1 azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilməsinin həddindən artıq yüngül tədbir olması və CM-in 8, 41.2, 58.3, 70-ci maddələrinin tələblərinə cavab verməməsi (məhkəmələrin Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsi) barədə iddiası da əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməməsi barədə məhkumların və müdafiəçilərin, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 18 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 və Məhkum1 barəsində olan 18 oktyabr 2023-cü il tarixli, 1(105)-342/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar