Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-909/2020 20.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Lerik Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1- ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Əhmədov Yasəf Mehman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Lerik Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim A.Q.Kiçibəyov) xx.xx.1971-cı ildə Lerik rayonu Livədirqə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, əvvəllər məhkum olunmamış, ailəli, himayəsində bir azyaşlı uşağı olan, Bank olmayan kredit təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsində işləyən, Lerik şəhəri, ünvan1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış Məhkum Azərbaycan R espublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş hüquqi şəxs Sahibkarlığın İnkişaf Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim E.İ.Əliyev, hakimlər E.Ə.Camalov və K.S.Bəşirovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Lerik Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, X42 Azərbaycan Respublikası CM-in 46.2-ci maddəsinə əsasən CM-in 308.1-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında, rəhbər və maddi məsul vəzifə tutma hüququndan məh rum edilmiş, CM-nin 66.4-cü maddəsinə əsasən təyin edilmiş əlavə cəza əsas cəza ilə tamamilə toplanılmaqla X17 01 (bir) il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və ya maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2000 (iki min manat) miqdarında cərimə cəzası təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Əhmədov Yasəf Mehman oğlu kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Lerik Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə X42 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, xx xxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 saylı Ərazi vergilər idarəsində qeydiyyata alınmış Bank olmayan kredit təşkilatı «x xxx» MMC-nın (VÖEN **********) idarə heyətinin sədri vəzifəsində işləyərkən həmin Cəmiyyətin nizamnaməsinə əsasən, təşkilatın cari fəaliyyətinə rəhbərlik etmək, ümumi yığıncağın iclaslarını çağırmaq, vəkalətnamə olmadan təşkilatın adından öz səlahiyyətləri çərçivəsində müqavilələr və sənədlər imzalamaq, onu istər ölkə daxilində istərsə də, xaricdə üçüncü tərəflər qarşısında təmsil etmək, banklarda istənilən növ hesablar açmaq, onlara dair sərəncam vermək və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və rəhbəri olduğu Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Cəmiyyət ilə “Azərbaycan Respublikası Zərərçəkmiş şəxs” publik şəxs (əvvəllər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu) arasınd a bağlanılmış xx xxxxx 2015-ci il tarixli fondun vəsaitlərinin istifadə edilməsi şərtləri haqqında müqavilə əsasında, xx xxxx 2015-ci il tarixdə 100.000 manat, xx xxxxxx 2015-ci il tarixdə 100.000 manat, xx xxxxxxxx 2015-ci il tarixdə 50.000 manat, xx xxxxx 2016-cı il tarixdə 50.000 manat olmaqla, cəmi 300.000 (üç yüz min) manat məbləğində pul vəsaitinin Fond tərəfindən Cəmiyyətin «xxxx» ASC-nin Səbail filialında olan AZ05A11B******************** nömrəli hesablaşma hesabına köçürülməsindən sonra, həmin vəsait hesabına xx.xx.2015-ci il tarixli kredit müqavilələri əsasında X33, X18, X19, X34, X1, X20, xx.xx.2015-ci il tarixli kredit müqavilələri əsasında X8, X5, X21, X6, X43, X22, X49, xx.xx.2015-ci il tarixli kredit müqavilələri əsasında X13, X35, X14, X54, X26, X23, X65, X36, X9, X2, X3, X 4, X24, X37, X15, X44 və X25, yəni cəmi 30 nəfərin hər birinə 5.000 manat məbləğində kredit verməklə, Fondla bağlanmış həmin müqavilənin 2.4.9-cu bəndinə əsasən, sahibkarlıq subyektlərinin vaxtından əvvəl (o cümlədən ay ərzində) ödədikləri faizlər və ya əsas borcu 3 (üç) bank günündən gec olmayaraq Fondun müvafiq hesabına köçürməli olmasına baxmayaraq, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd olunan kredit müqavilələri üzrə 2016-cı ildən 2019-cu ilin aprel ayına kimi olan müddət ərzində həmin kredit götürən şəxslər tərəfindən Cəmiyyətin Lerik şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən ofisində cinayətdən xəbərsiz olan xəzinədar Qasımov Samir Namik oğluna kredit ödənişi qismində verilən pul vəsaitlərinin Cəmiyyətin kassasına qəbul edilməsindən sonra, həmin pul vəsaitinin bir qismini ünvan 1 ünvanda yerləşən «xxxx» ASC-nın Lerik filialında Fondun «xxxx» ASC-də olan AZ82NABZ******************** nömrəli hesablaşma hesabına köçürüb, həmin fonda göndərdiyi rəsmi sənəd hesab olunmayan müxtəlif tarixli xx xxxx 2015-ci il tarixdən x xxxxx 2019-cu il tarixədək olan hesabat məktublarında kredit götürmüş pul vəsaitini ödəyən ayrı-ayrı kreditorların adından əskik, faktiki olaraq az məbləğdə ödəniş edən ayrı-ayrı kredit götürən şəxslərin adından isə artıq məbləğdə ödəniş edilməsinə dair məlumatlar göstərməklə, o cümlədən, X33 tərəfindən 5.000.0 manat pul vəsaiti ödənildiyi halda sonuncunun adından 3.361 manat köçürməklə 1.639 manat az, X18 tərəfindən 3.765,47 manat pul ödənildiyi halda sonuncunun adından 3.275 manat köçürməklə 490,47 manat az, X10 tərəfindən 2.587,48 manat pul ödənildiyi halda sonuncunun adından 2.501,12 manat köçürməklə 86,36 manat az, X5 tərəfindən 3.135,82 manat pul ödənildiyi halda sonuncunun adından 2.554 manat köçürməklə 581.82 manat az, X54 tərəfindən 2.536,08 manat pul ödənildiyi halda sonuncunun adından 2.399,8 manat köçürməklə 136,28 manat az, X26 tərəfindən 5.000 manat pul ödənildiyi halda sonuncunun adından 3.107 manat köçürməklə 1.893 manat az, X23 tərəfindən 5.000 manat pul ödənildiyi halda sonuncunun adından 2.400 manat köçürməklə 2.600 manat az, X65 tərəfindən 5.000 manat pul ödənildiyi halda sonuncunun adından 2.480 manat köçürməklə 2.520 manat az, X44 tərəfindən 4.534,03 manat pul ödənildiyi halda sonuncunun adından 1.982 manat köçürməklə 2.552,03 manat az, X36 tərəfindən 2.956.21 manat pul ödənildiyi halda sonuncunun adından 884 manat köçürməklə 2.072,21 manat az, X9 tərəfindən 4.051,75 manat pul ödənildiyi halda sonuncunun adından 712 manat köçürməklə 3.339,75 manat az, X2tərəfindən 3.460.93 manat pul ödənildiyi halda sonuncunun adından 2.434 manat köçürməklə 1.026,93 manat az, X3 tərəfindən 5.000 manat pul ödənildiyi halda sonuncunun adından 3.007,52 manat köçürməklə 1.992,48 manat az, X4 tərəfindən 1.070.47 manat pul ödənildiyi halda sonuncunun adından 620 manat köçürməklə 450,47 manat az, X24 tərəfindən 1.028,47 manat pul ödənildiyi halda sonuncunun adından 485 manat köçürməklə 543,47 manat az, X37 tərəfindən 1.144,65 manat pul ödənildiyi halda sonuncunun adından 288 manat köçürməklə 856.65 manat az, X15 tərəfindən 1.226,47 manat pul ödənildiyi halda sonuncunun adından 435 manat köçürməklə 791,47 manat az, ümumılikdə 17 nəfər tərəfindən ödənilmiş cəmi 56.497,83 manat pul vəsaitinin 32.925,44 manatını köçürməklə qalan 23.572,39 manat pul vəsaitindən istifadə edərək özü və rəhbərlik etdiyi Cəmiyyət üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni «Azərbaycan Respublikası Zərərçəkmiş şəxs» publik hüquqi şəxsin vəsaiti hesabına kredit götürən bütün şəxslər tərəfindən kreditlərin hər hansı ciddi gecikməyə yol verilmədən ödənilməsi, həmin Fondun qarşısında öhdəliklərini vaxtında, nöqsansız icra edən Cəmiyyət görüntüsü yaratmaq, bununla da gələcəkdə Cəmiyyətə daha çox kredit verilməsini təmin etmək və Fond qarşısında nüfuz qazanmaq məqsədilə az məbləğdə ödəniş edən ayrı-ayrı kreditorların adından artıq məbləğdə, o cümlədən, X19 tərəfindən 2.507,35 manat pul ödənildiyi halda sonuncunun adından 2.779 manat köçürməklə 271,65 manat artıq, X27 tərəfindən 110,85 manat pul ödənildiyi halda sonuncunun adından 2.779 manat köçürməklə 2.668.15 manat artıq, X38 tərəfindən 2.283.14 manat pul ödənildiyi halda sonuncunun adından 3.075 manat köçürməklə 791,86 manat artıq, X1 tərəfindən 1.594,61 manat pul ödənildiyi halda sonuncunun adından 2.780 manat köçürməklə 1.185,39 manat artıq, X28 tərəfindən 1.469,06 manat pul ödənildiyi halda sonuncunun adından 3.192 manat köçürməklə 1.722,94 manat artıq, X7 tərəfindən 4.465,79 manat pul ödənildiyi halda sonuncunun adından 4.507 manat köçürməklə 41,21 manat artıq, X43 tərəfindən 1,76 manat pul ödənildiyi halda sonuncunun adından 2.406,12 manat köçürməklə 2.404,36 manat artıq, X22 tərəfindən 2.174,37 manat pul ödənild iyi halda sonuncunun adından 2.710 manat köçürməklə 535,63 manat artıq, X49 tərəfindən 615,42 manat pul ödənildiyi halda sonuncunun adından 2.502 manat köçürməklə 1.886.58 manat artıq, X13 tərəfindən 1.002.47 manat pul ödənildiyi halda sonuncunun adından 2.873,51 manat köçürməklə 1.871,04 manat artıq, X35 tərəfindən 2.342,22 manat pul ödənildiyi halda sonuncunun adından 2.399,34 manat köçürməklə 57,12 manat artıq, X14 tərəfindən 1.212.38 manat pul ödənildiyi halda sonuncunun adından 3.008.17 manat köçürməklə 1.795,79 manat artıq, X50 tərəfindən 1.743.62 manat pul ödənildiyi halda sonuncunun adından 2.224 manat köçürməklə 480 38 manat artıq, ümumilikdə 13 nəfərin adına 15.712.1 manat pul vəsaitinin köçürülməsini bildirib, digər 17 nəfər kreditor tərəfindən ödənilmiş olan 7.860,29 manat (yed di min səkkiz yüz altmış manat iyirmi doqquz qəpik) pul vəsaitini isə Fondun qeyd edilən hesabına ödəməyib rəhbəri olduğu təşkilatın mənafeyinə uyğun sərf etməklə «Azərbaycan Respublikası Zərərçəkmiş şəxs» publik hüquqı şəxsin vəsaitinin qorunub-saxlanılması, kiçik və orta Zərərçəkmiş şəxsna dəstək fəaliyyəti üzrə həmin vəsaitdən istifadə edilməsi ilə əlaqədar əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Əhmədov Yasəf Mehman oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cəza təyini ilə bağlı cinayət qanununun tələbləri düzgün nəzərə alınmaqla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-eu il tarixli qərarı kassasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilərək, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidi. Belə ki, Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza olan cərimə cəzasının minimum həddinin təyin edilməsi həmin Məcəllənin ədalət prinsipinə zidd olmaqla yanaşı, cəzanın məqsədlərini və onun xəbərdaredici funksiyasının həyata keçirilməsini təmin edə bilməz. Həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi məhkumun “ailədə yeganə qazanc gətirən şəxs olmasını və ilk dəfə cinayət törətməsini'’ onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirə rək, bunu məhkuma ən yüngül cəzanın minimum həddində cəza təyin edilməsi üçün kifayət etdiyi nəticəsinə gəlmişlər. Hazırki halda isə Məhkum əməlindən peşiman olmamış, Zərərçəkmiş şəxsna vurduğu ziyanı ödəməmiş və barışığa cəhd göstərməmişdir. Belə olan halda isə ona sanksiyada nəzərdə tutulmuş daha yüngül cəza növünün təyin edilməsi cinayət qanunvericiliyinin tələblərinə, Ali Məhkəmə Plenumunun qərarlarına, analoji işlər üzrə cinayət cəzalarının təyin edilməsi haqqında məhkəmə təcrübəsinə uyğun deyildir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarını dəyişdirməklə, Məhkum Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddində cəza təyin ol unması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, məhkuma təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında törətdiyi əmələ və şəxsiyyətinə uyğun cəza təyin edildiyini, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddə sinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyin i kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası A li Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Təqdiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək m əqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə m əhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın yüngül olduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngüll əşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə t utulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Əhmədov Yasəf Mehman oğlu tərəfində n verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs nümayəndəsi Əhmədov Yasəf Mehman oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Lerik Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkə məsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş hüquqi şəxs nümayəndəsi Əhmədov Yasəf Mehman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-909/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-909/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver