Məhkəmə qərarları › İş №1(102)-909/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-909/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-909/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 1(099)-86/2020 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 76.6.3 və 67.1-ci maddəsinə əsasən 14 (on dörd) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 1(099)-86/2020 saylı qərarı ilə (Hakim: İlk in Abdullayev) Məhkum apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatəti rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarı ilə (hakimlər hakimlər X4 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilməsindən ötrü prosessual müddətin bərpasına dair vəsatət təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Məhkum kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmələr tərəfindən qanunsuz və ədalətsiz qərar qəbul edilmiş, apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməklə onun prosessual hüquqları pozulmuşdur. Belə ki, 2020-ci ildə dünyanı əhatə edən “Covid 19” pandemiyası səbəbindən bütün məhkəmə və digər iş yerləri öz fəaliyyətini dayandırmış. Bununla yanaşı ölkədə İİ Qarabağa müharibəsi başlamış və bütün diqqətlər ora cəmlənmişdir. Məhkum qeyd olunan halların fövqəladə vəziyyət kimi qiymətləndirilməsini və apellyasiya şikayəti vermə müddətinin özündən asılı olmayan səbəblərdən buraxıldığını nəzərə alaraq vəsatətinin təmin edilmısini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hes ab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti, onu vermək hüququna malik olan şəxslər tərəfindən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından-onların çıxarıldığı, 18 (on səkkiz) ay müddətində verilir (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada) Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protest i vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikd irlər. Həmin Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıldıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir və həmçinin kassasiya şikayətində də apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasına əsas ola biləcək bir dəlil yoxdur. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. İş materiallarından görünür ki, Lənkəran Ağır Cinayətl ər Məhkəməsinin hökmü 27 yanvar 2020-ci il tarixdə elan olunmuş və təqsirləndirilən şəxs Məhkum hökmdən hansı müddətdə və necə apelyasiya şikayəti vermək hüququnun olması izah olunmuşdur. İşdə olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli 1(099)-86/2020 saylı hökmün surəti məhkəmə qəbzini imza etməklə Məhkum 10 fevral 2020-ci ildə təqdim olunmuşdur. Həmin hökmdən qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi tərəfindən apelyasiya şikayəti verilməmişdir. Təqsirləndirilən şəxs Məhkum barəsində olan hökmdən apelyasiya şikayəti verilmə müddəti 02 mart 2020-ci il tarixdə bitmiş və həmin müddətədək hökmdən apelyasiya şikayəti verilməmişdir. Qeyd olunan hökm 03 mart 2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Ape lyasiya şikayəti verilməsi müddəti bitəndən 7 ay sonra, yəni 14 sentyabr 2020-ci il tarixdə Məhkum barəsində olan 27 yanvar 2020-ci il tarixli hökmdən apelyasiya şikayəti, eləcə də həmin tarixdə apelyasiya şikayəti verilməsi müddətinin bərpasına dair vəsatət vermişdir. İş materiallarından görünür ki sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatət Məhkum tərəfindən əsaslandırılmamışdır. O, vəsatətdə vaxtında apellyasiya şikayəti verə bilməməsini göstərsə də, şikayəti vaxtında, yəni hökmün elan olunduğu andan 20 gün müddətində verə bilməməsini və bunun üzrlü səbəbdən baş verməsini təsdiq edən hər hansı bir sübutu vəsatətə əlavə etməmiş, nə də ki, məhkəmələrə təqdim etməmişdir. Məhkum apellyasiya şikayətinin verilmə müddətini ötürməsini kassasiya şikayətində ölkədə fövqəladə vəziyyətin olması səbəbi ilə əsaslandırmışdır. Lakin məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilini əsaslı hesab etmir. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsində haqqındakı cinayət işinə baxılarkən Məhkum müdafiəçi ilə təmin edilmiş və ona hüquqları, o cümlədən barəsində çıxarılan hökmdən narazı qaldığı halda, ondan apellyasiya şikayəti vermək qaydası və müddəti izah edilmişdir. Eləcə də məhkuma təqdim olunmuş barəsindəki hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Məhkum X5 apellyasiya şikayəti tərtib edə bilmədiyi halda, onun hüquqlarını müdafiə edən müdafiəçinin hüquqi yardımından istifadə edə bilərdi. Bundan əlav ə məhkəmə kollegiyası qeyd etmək istəyir ki, qeyd olunan hökmdən apelyasiya şikayəti verilmə müddəti 02 mart 2020-ci il tarixədək olmuşdur. Hökmün qəbul edildiyi 27 yanvar 2020-ci il tarixdən 02 mart 2020-ci il tarixədək ölkə ərazisində hər hansı bir fövqəladə vəziyyət olmamış, məhkəmələrin, habelə dövlət qurumlarının iş rejimi normal qaydada olmuş, apellyasiya şikayəti verə bilməmək üçün hər hansı bir çətinlik olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması müəyyən olunmadığından apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətinin dəlilləri əsassızdır və ona görə də rədd edilməlidir. Həmin müddət yalnız üzrlü səbəbdən buraxıld ıqda bərpa edilməsi mümkündür. Lakin iş materiallarında müddətin üzrlü səbəbdən buraxılmasını əks etdirən hər hansı bir sənəd mövcud deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesi nin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpasına dair vəsatətin rədd edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar