Məhkəmə qərarları › İş №1(102)-909/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-909/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-909/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Dadaşov İlqar Ağababaş oğlundan ibarət tərkibdə; Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, məhkum Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs2, nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs1 və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Su mqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin (sədrlik edən hakim X4) 03 may 2021-ci il tarixli hökmü ilə, xx.xx.1980-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Hal kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Re spublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, xx.xx.2021-ci il tarixdə 01 gün tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə məlumat vermədən saat 00:00 -dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia tam təmin olunması, cinayət əməli nəticəsində 2700 manat və Zərərçəkmiş şəxs2 tərəfindən çəkilmiş məhkəmə xərcləri ümumilikdə 301,90 manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddianın tam təmin olunması, cinayət əməli nəticəsində 2700 manat və Zərərçəkmiş şəxs1 tərəfindən çəkilmiş məhkəmə xərcləri ümumilikdə 301,90 manat pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə) 13 yanvar 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsi nin 03 may 2021-ci il tarixli, 1(060)-26/2021 saylı hökmü dəyişdirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(060)-26/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarına əsasən 01 (bir) il azaldılmış, onun üzərində qəti olaraq, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarından su i istifadə edib 2018-ci ilin oktyabr ayın ortalarında sonunculara Sumqayıt şəhərində "Mərkəzi Univermaq” adlı ticarət mərkəzində satdığı 1 (bir) ədəd sarı rəngli metaldan üzərində "925” əyar damğası həkk olunmuş, metalı 925 əyarlı gümüşə uyğun, 12,90 qram çəkidə 77 (yetmiş yeddi) manat dəyərində boyunbağını, 1 (bir) ədəd sarı rəngli metaldan qolbaq - metalı əlvan metal (mis əsaslı) ərinistisdən hazırlanmış, çəkisi 7,34 qram 8 (səkkiz) manat dəyərində bijuteriyanı, 1 (bir) ədəd sarı rəngli metaldan, ürək formalı elementi üzərində "Tiffany” yazısı olan-üzərində "925” əyar damğası həkk olnmuş, metalı 925 əyarlı gümüşə uyğun, 9,66 qram çəkidə, 58 (əlli səkkiz) manat dəyərində sırğa cütü və üzük dəstini, 1 (bir) ədəd sarı rəngli metaldan sırğa cütü-metalı əlvan metal(mis əsaslı) ərintisindən ha zırlanmış, çəkisi 9,21 qram olan, 15 (on beş) manat dəyərində bijuteryanı, 1 (bir) cüt sarı rəngli metaldan, 1 ədədinin ucunda delfin formalı elementi olan sırğa-metalı dəmir əsaslı ərintindən hazırlanmış, 0,69 qram çəkidə 7 (yeddi) manat dəyərində bijuteryanı qızıl ziynət əşyası olması barədə yalan məlumat verib aldadaraq Zərərçəkmiş şəxs1 750 (yeddi yüz əlli) manat və Zərərçəkmiş şəxs2 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışları Zərərçəkmiş şəxs1 və onunla birlikdə şərik işləyən Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib 2019-ci ilin sentyabr ayın əvvəllərində sonunculara Sumqayıt şəhərində "Mərkəzi Univermaq” adlı ticarət mərkəzində satdığı 1 (bir) ədəd s arı rəngli metaldan, üzərində dairə, gül formalı elementləri və ağ şəfaf qaşları olan boyunbağı - metalı əlvan metal (mis əsaslı) ərintisindən hazırlanmış, qaşları qiymətli qaşlara aid olmayan, 6,56 qram çəkidə 15 (on beş) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində dairə, gül romb formalı elementləri və gümüşü rəngli hissələri olan qolbaq-metalı dəmir əsaslı ərintidən hazırlanmış, 11,11 qram çəkidə 12 (on iki) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, üzərində tor formalı hörgüsü olan qolbaq - metalı dəmir və əlvan metal ərintisindən hazırlanmış 13,41 qram çəkidə 5 (beş) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, ilan formalı, üzərində ağ şəffaf qaşları olan qolbaq və üzük dəsti-metalı dəmir əsaslı ərintidən hazırla nmış, 15,17 qram çəkidə 25 (iyirmi beş) manat dəyərində olan bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, kibrit formalı üzərində qırmızı rəngli qaşlar olan sırğa cütü - metalı əlvan metal (mis əsaslı) ərintisindən hazırlanmış, 5,21 qram çəkidə 15 (on beş) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı-gümüşü rəngli metaldan üzük-metalı əlvan metal (mis əsaslı) ərintisindən hazırlanmış, 8,47 qram çəkidə 15 (on beş) manat dəyərində bijuteryanı, 1 (bir) ədəd sarı rəngli metaldan, kitab formalı kulon- metalı əlvan metal (mis əsaslı) ərintisindən hazırlanmış, 12,08 qram çəkidə, 10 (on) manat dəyərində bijuteryanı qızıl ziynət əşayları kimi təqdim etməklə aldadıb satmaqla bijuteryanı qızıl ziynət əşaysı kimi təqdim etməklə aldadıb satmaqla ümumilikdə 3900 (üç min doqquz yüz) manat pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 1950 (bir min doqquz yüz əlli) manat məbləğində və Zərərçəkmiş şəxs2 1950 (bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurub dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zamanı qızıl-zinət əşyalarının məhz Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə verilib verilməməsi müəyyən edilməmişdir. Belə ki, guya saxta çıxmış əşyalarla polis İdarəsinin saxlanc anbarına verilən və maddi sübut kimi tanınan predmetlər arasında uyğunsuzluqlar vardır. Bu xüsusatlar birinci instansiya məhkəməsi zamanı araşdırılmamış və göstərilən hallara hüquqi qiymət verilməmiş, Apellyasiya məhkəməsi də qeyd edilən xüsusatları araşdırmamışdır. Şahid qismində dindirilən Şahid1 ifadəsi təhrif edilmiş, ifadə hökmdə olduğu kimi yazılmamışdır. Belə ki, o, ibtidai istinntaq zamanı və məhkəmə istintaqı zamanı fərqli ifadələr vermiş, lakin onun ifadəsi təhrif olunmuşdur. Belə ki, o məhkəmə istintaqı zamanı (birinci instansiya) verdiyi ifadəsində bildirmişdir ki 2016-ci il tarixdən Sumqayıt şəhəri, “Ömər” lombardda işləmiş, işlədiyi müddətdə işi müştərilər tərəfindən gətirilən qızılları şəkilərini əyarlarını əsil qiymətli metal olub olmamasını xüsusi vasitələrlə yoxlayıb təhvil almaqdan ibarət olmuşdur. Həmin müştərilər tərəfindən girov qoyularkən qızıl-zinət əşyaları yoxlandıqdan sonra girov müqaviləsi tərtib edilərək əşyaların çəkisi, xüsusiyyəti, forması və s. parametrləri göstərilir. Qeyd olunan tarixdə 2018-ci oktyabr ayında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onun işl ədiyi lombarda gələrək, qızıl zinət əşyaları təqdim etmişdir, onları tanıdığı üçün və tələbat olduğundan əşyaları yağdaş etmədən qəbul etmiş və əvəzində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müəyyən məbləğdə pul vermişdir. Bundan sonra lombardın müdiri Zeynal Rüstəmov həmin qızılları xüsusi qaydada qablaşdıraraq saxlanca verilməsi üçün banka təhvil vermişdir. Daha sonra, yəni təxminən 9 aydan sonra lombard qızılları (qanunvericiliyin tələblərinə zidd olaraq) satışa çıxarmaq qərarına gəlmiş, guya öz mülahizəsinə uyğun olaraq Sumqayıt şəhərinə Mərkəzi univermağında satışa çıxarmış və bu zaman məlum olmuşdur ki, qızıllar saxtalaşdırılmışdır. Apellyasiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq göstərmişdir ki, bu hadisədən sonr a zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 onlara qızıl qoyub pul götürməmişlər. Ümumi qayda belədir ki, hər hansı müştərinin qızılı batırsa, saxta çıxırsa və ya başqa problem olursa, heç vaxt həmin müştəridən qızıl götürmürlər. Vüsalə xanımla univermaqda işlədiyi üçün əyani olaraq tanıyır, amma heç bir tanışlığı yoxdur. Saxta qızıllara görə Vüsalə adlı qadınla danışığı olmamış, qadınların kimə zəng etdiyini bilməmişdir. Telefonla danışmış, amma həmin vaxt danışdığı şəxsin adını bilməmişdir. Qızılı əyarına baxdıqdan sonra yağdaş edib götürürlər. Məhkəmə şahidlərin ifadələrini düzgün qiymətləndirməyərək doğru olmayan nəticəyə gəlmişdir. Tərəflər arasında qızıl-zinət əşyalarının dövriyyəsi minlərlə ölçülür. İş materiallarında olan kompleks-məhkəmə fiziki-kimyəvi və əmtəəşün as ekspertizasının xx.xx.2020-ci il tarixli 3863/3864 saylı rəyindən görünür ki, saxta olması hesab olunan qızıl-zinət əşyalarının ümumi dəyəri cəmi 39 manatdır. Həmin məbləğ mülki mühakimə icraatının predmetidir. Zərərçəkmiş şəxslər məhkəmədə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarına malikdirlər. Məhkəmə hökm çıxararkən bu xüsusatlara da fikir verməmişdir. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən zərərçəkmiş şəxslərin vəkilləri nümayəndə qismində onları müşayət etsə də təqsirləndirilən şəxsin müdafiəçisi olmamış, üzləşmə istintaq hərəkəti vəkilin iştirakı olmadan keçirilmişdir. Bundan başqa polisə birbaşa yazılı müraciət edən şəxs Lombardın sahibi Rüstəmov Zeynal tərəfindən qızı l-zinət əşyalarının hansı formada qəbul olunması, sənədləşmənin olubolmaması, qızılların harada necə saxlanılması, saxlanca verilərkən qaimə, müqavilə və s. tərtib olunub olunmaması məsələsini aydınlaşdırmaq zəruri olsa da o məhkəməyə dəvət olunmamış və dindirilməmişdir. Tərəflər arasında üzləşmə istintaq hərəkəti keçirilərkən Təqsirləndirilən şəxs saxta olması ehtimal olunan qızılların ona məxsus olmamasını bildirir, bununla bağlı müstəntiq istintaq hərəkəti keçirir. Qızılların həqiqətən də Təqsirləndirilən şəxs satdığı qızıllar olub olmaması məsələsi aydınlaşdırılmamışdır. 9 aya yaxın qızıllar lombardda qalmış, hansı formada saxlanılması, saxlancda olan zaman qızılların dəyişdirilmək, qızıl olmayan predmetlərlə əvəz olunmaq ehtimalının olması məsələsinə məhkəmə hüquqi qiymət verməmişdir. Tərəflər arasında uzun müddət alqı-satqı olmuşdur, əgər qızıllar saxta olmuşdursa belə ondan təqsirləndirilən şəxsin xəbəri olmaya da bilər. Təqsirləndirilən şəxs ifadəsində qızılları hər dəfə yoxlayıb çəkisini müəyyən etdikdən sonra zərərçəkmişlərə verdiyi barədə ifadə vermiş və onun ifadəsini şahidlər də təsdiq etmişlər. Tərəflər arasında olan münasibət mülki hüquq münasibətləridir və mübahisə mülki qaydada həll olunmalıdır. Məhkəmələr işə baxılan zaman həmin xüsusatlar məhkəmə istintaqı zamanı araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Müdafiəçi kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarının bəraətverici əsaslarla ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiə tərəfinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxslərin və onların nümayəndələrinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kas sasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının qanuniliyini müdafiəçinin kassasiya şikayətinin məhkumun əməlində cinayət tərkibinin olmamasına dair dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Pl enumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılark ən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdir ilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarı) CM-in 178.2.2 -ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar törədilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan suiistifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti ə mlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmə k üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, d ələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış et ibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsi nə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, CM-in 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan sui-istifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və müəyyən olunmuş işin faktiki hallarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib, Zərərçəkmiş şəxs1 və Zərərçəkmi ş şəxs2 maddi ziyan vurmaqla dələduzluq cinayətini törətməsi barədə aşağı instansiya məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyləri, aşağı instansiya məhkəmələrində elan edilib araşdırılmış ilkin təhqiqat və istintaq hərəkətlərinin protokolları, bu əməllərin onun tərəfindən törədilməsini təsdiq edən tədqiq olunmuş digər mötəbər sübutlarda öz əksini tapmışdır. Müdafiəçinin kassasiya şikayətində məhkumla zərərçəkmiş şəxslər arasında münasibətlərin mülki xarakterli olması bağlı qeyd edilən hallar əsassız olmaqla hər hansı sübutla öz təsdiqi tapmır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən ol unan hallar əsasında Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olması barədə gəldikləri nəticə ilə razılaşmaqla qeyd edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün olaraq təqsirli bilmiş, müdafiəçinin kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 143.1-ci maddəsinə sasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutla r toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu qanunların mənasına görə sübutlar həm ibtidai araşdırma və həm də məhkəmə baxışı zamanı toplanır və toplanmış bütün sübutlar məhkəmə iclasında təhlil edilməli, bir-biri ilə müqayisə edilməli, onların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməli və bu qaydada sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlillərinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə bəraət verilməsi üçün cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1 bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin başverməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2 bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3 bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4 bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. Məhkəmə kollegiyası ibtidai istintaq zamanı toplanmış, məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlara və yuxarıda şərh olunun işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, məhkuma ona qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi üçün qanuni əsaslar mövcud deyil və kassasiya şikayətinin tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli münasibətlərdən doğan mübahisə olması barədə dəlilləri tam əsassızdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosess ual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkum Təqsirləndirilən şəxs ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər ma teriallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Təqsirləndirilən şəxs müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişd ir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum Təqsirl əndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar