Məhkəmə qərarları › İş №1(102)-909/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-909/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-909/2023 25.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs və onun nümayəndəsi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Hüseynov Şaiq Yusif oğlunun, Müdafiəçi - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Məmmədov Vüqar Zirəddin oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs və nümayəndəsi – vəkil Hüseynov Şaiq Yusif oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli, 1(009)- 25/2021 nömrəli (hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi ilə) hökmü ilə xx xxxxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğ u olmayan, rəssamlıqla məşğul olan, "xxxx" MMC-nin rəhbəri, xxx-də qeydiyyatda olmaqla, ünvan 1-də yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Məhkum üzərinə hər gün saat 23:30dan növbəti gün saat 07:00-dək yaşayış yeri - ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmə müddətinin əvvəli Məhkum cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Hüseynov Şaiq Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Mursaqulov Vaqif Ənvər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 20 dekabr 2021-ci il tarixli, 1(103)-1622/2021 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum barəsində Azərbaycan Respublikası Milli Məclisinin “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərarının 9.1-ci bəndi tətbiq edilmiş və o, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından azad edilmişdir. Qərardan Məhkum müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Rəcəbov İlkin Əbülfəz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 30 iyun 2022-ci il tarixli, 1(102)-885/2022 nömrəli qərarı ilə kassasiya şikayə ti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Məhkum müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Hüseynov Şaiq Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abdulov Rəşad Məhərrəm oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 14 oktyabr 2022-ci il tarixli hökmü ilə Zərərçəkmiş şəxs və onun nümayəndəsi Hüseynov Şaiq Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi Məmmədov Vüqar Zirəddin oğlu tərəfindən v erilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum CM-in 127.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. Həmin hökmdən Zərərçəkmiş şəxs və nümayəndəsi – vəkil Hüseynov Şaiq Yusif oğlu tərəfindən birgə kassasiya şikayəti və dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Məhkum 03 iyun 2020-ci tarixdə, saat 11:30 radələrində, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsində Qafur Məmmədov adına parkda yerləşən “Bayıl bağı” çayxanasının yanında şəxsi münasibətlər zəminində, yəni aralarında əmlakla bağlı davam edən mülki məhkəmə çəkişmələri ilə əlaqədar baş vermiş mübahisə zamanı qardaşı Zərərçəkmiş şəxs sol sifət nahiyəsinə yumruqla vuraraq ona sağ gözaltı nahiyənin qançırı və qançır fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmaqla yerə yıxmış, yerdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə təpiklə vuraraq ona sağ kürək nahiyəsinin, sol dirsək oynağının arxa səthinin qançırları, sol əlin İİİ barmağının uc falanqasının dırnaq sədəfi altına qansızma, sağ diz oynağının bayır, sol baldırın orta aşağı 1/3-nin ön səthlərinin sıyrıqları ilə nəticələ nən sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və ayağı ilə Zərərçəkmiş şəxs sağ ayağını qəsdən tapdalayaraq sonuncuya İ barmağın dırnaq və orta falanqasının sınığı ilə müşayiət olunan sağ ayaq pəncəsinin İ barmağının şişkinliyi fonunda barmağın əsas falanqasının ayaqarxası səthinin və iç yarısının qançırı ilə nəticələnən sağlamlığının uzun müddətə pozulmasına səbəb olmuş xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmuşdur. KASSASİYA ŞİKAYƏTİNİN VƏ PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs və nümayəndəsi Hüseynov Şaiq Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması üçün heç bir əsas mövcud deyildir. Belə ki, məhkəm ə işdə olan kifayət qədər mötəbər sübutları qəbul edib həmin sübutlara istinad etməli olduğu halda, faktiki olaraq yalnız təqsirləndirilən şəxs Məhkum özünü müdafiə xarakterli ifadəsini əsas kimi qəbul edərək bəraət hökmü çıxarmışdır. Digər tərəfdən, cinayət işinin materiallarında olan çoxsaylı fotoşəkillər, ekspert rəyləri və digər sübutlar təqsirləndirilən şəxs Məhkum həmin cinayət əməlini törətməsini təsdiq etməklə yanaşı, təqsirləndirilən şəxs Məhkum barəsində olan analoji cinayət işləri üzrə qanuni qüvvəyə minmiş və icra olunmuş məhkəmə hökmləri onu xarakterizə edən hallardır. Odur ki, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli bəraət hökmünün ləğv edilməsini, CM-nin 127.1-ci maddəsi ilə Məhkum barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş d aha ağır cəza - iki il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsı barədə qərar çıxarılmasını xahiş edir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, bəraətin əsaslarına dair hissə əsaslı olmamışdır. Cinayət işi üzrə qəbul edilmiş 23 sentyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın qərar verdim hissəsinin 9-cu bəndindən, həmçinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs 03 iyun 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhri, Səbail rayonu, Mirzə Mustafayev küçəsində yerləşən Qafur Məmmədov adına parkda yerləşən “Bayıl bağı” çayxanasının yanında baş vermiş davadalaş zamanı zəruri müdafiə həddini aşmadanözünü müdafiə etmək üçün Şahid3 sağ ya naq-burun büküşü nahiyəsinin sol burun dəliyinin ucunun sıyrıqları, boyunun yuxarı 1/3nin sağ arxa-yan səthinin, sol mil-bilək oynağının və sol baldırın orta-yuxarı 1/3-nin ön səthlərinin qançırları, Məhkum isə sağ əl pəncəsinin ll-lll barmaqlarının əsas-orta flanqalararası oynaqlarının arxa səthinin cuzi şişkinlik fonunda sıyrıqları ilə nəticələnən sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətlərini yetirmiş, əməl zəruri müdafiə vəziyyətində törədildiyindən inzibati icraat başlanılmamışdır. 23 sentyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərarın qərar verdim hissəsinin 8-ci bəndindən, həmçinin məzmunundan görünür ki Şahid3 03 iyun 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsində yerləşən Qafur Məmmədov adına parkda yerləşən “Bayıl bağı" çayxanasının yanında baş vermiş dava-dalaş zamanı şəxsi münasibətlər zəminində, yəni Zərərçəkmiş şəxs söyüş söyməsi səbəbindən baş vermiş mübahisə zamanı sonuncunun sağ sifət nahiyyəsinə yumruqla bədənin müxtəlif nahiyələrinə təpiklə vuraraq Zərərçəkmiş şəxs alın nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı və boyunun sol yan səthinin aşağı 1/3-nin qançırı ilə nəticələnən sağlamlığa ağır zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə döymüşdür. Yuxarıda sadalanan sübutlardan görünür ki, 03 iyun 2020-ci il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Səbail rayonu, Mirzə Mustafayev küçəsində yerləşən Qafur Məmmədov adına parkda yerləşən “Bayıl bağı” çayxanasının yanında Zərərçəkmiş şəxs, Məhkum və Şahid3 a rasında dava-dalaş baş vermiş Nəsən və Dadaş bir tərəf olmaqla qarşı tərəf - Yalçına və qarşılıqlı olaraq Yalçın qarşı tərəfə müxtəlif xəsarətlər yetirmişdir. Yumşaq desək bu halda cinayət işi üzrə başqa bir nəticəyə gəlmək belə mümkünsüzdür. Lakin məhkəmə kollegiyası tərəflərin arasında mübahisənin, dava-dalaşın olmasını inkar etmədən, Məhkum həmin hadisədə yaxından iştirakını, Zərərçəkmiş şəxs qarşı düşmən münasibətində olmasını inkar etmədən ümumi mülahizələrlə Məhkum tərəfindən xəsarət yetirilmədiyi qənaətinə gəlmişdir. Bununla məhkəmə kollegiyası nəinki işin faktiki hallarına uyğun gəlməyən nəticələrə gəlmiş, həmçinin 23 sentyabr 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında olan qərarda göstərilən nəticələri şübhə altına almışdır. Məhkəmə kollegiyasının Şahid2 ifadələrini n hazırkı iş üzrə müstəsna əhəmiyyət daşıması barədə olan fikirlərini qəbul edirik, lakin hesab edirik ki, məhkəmə kollegiyası Şahid2 apellyasia məhkəməsində verdiyi ifadəsinə əsaslanarkən hansı səbəbdən ibtidai istintaq zamanı verilmiş ifadənin mötəbərliyini qəbul etmədiyini ağlabatan və kifayət qədər əsaslandırmalı idi. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çı xış edərək, Məhkum göstərilən maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaqda və birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı sübuta yetirildiyindən, habele protestdə göstərilən digər dəlillər nəzərə alınaraq verilmiş kassasiya protesti, zərərçəkmiş şəxs və onun nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayətinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxs Y.N.Məmədov və onun nümayəndəsi Ş.Y.Hüseynov ayrı-ayrılıqda çıxış edərək, verdikləri kassasiya şikayətini müdafiə etdiyiklərini bildirib verilmiş kassasiya şikayətini və kassasiya protestinin təmin edilməsin i və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli hökmünün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi V.Z.Məmmədov çıxış edərək, kassasiya şikayətini və kassasiya protestinin əsassız hesab etdiyini, cinayət işinin materiallarında Məhkum Nazim Məmmədovu vurmasıyla bağlı heç bir sübutun olmadığını bildirib, verilmiş kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli hökmünün qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahi yyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qey d edir: Dövlət ittihamçısı kassasiya protestində, zərərçəkmiş şəxs və nümayəndəsi isə kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, əsassız və qanunsuz olaraq bəraət hökmünü çıxardığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqind ən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxar ılır. Birinci instansiya məhkəməsi toplanmış və tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli olması mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyası hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orq anının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassız olmaqla, Məhkum Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Belə ki, hazırkı cinayət işi üzrə Məhkum verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs bütün izahat və ifadələrində hadisə yerində hərbi geyimli şəxslərin olduğunu və onları araladığını göstərmiş olsada göstərilən tarixdə, saatda və yerdə, yəni başqa sözlə desək hadisənin bilavasitə baş verdiyi zaman kəsiyində hadisə yerində olan şəxslərdən Məhkum, şahidlər Şahid3 və Şahid2 ifadələri ilə bu halın ümumiyyətlə təkzib edildiyi, o cümlədən həmin ərazi üzrə həmin gün xidmətdə olmuş polis əməkdaşları O.T.Əbülfəzov və E.Q.Kərimov da həmin gün Qafur Məmmədov adına parkda olmadıqlarını və dava-dalaşa müdaxilə etmədiklərini göstərmişlər. İş materiallarında olan Məhkum izahatdan görünür ki, o və vəkili Həsən avtomobili bağ istiqamətində saxladıqları üçün həmin istiqamətə getmək istədikdə Yalçınla Həsən arasında sözlə münaqişə olmuş, dava-dalaş yaranmış, Yalçınla Həsən bir-birini vurmağa başlamış, Yalçın Həsəni kərpiçlə vurmuş, davanın qarşısını almaq üçün müdaxilə etmiş, Yalçının hərəkətlərini telefona çəkmək istəmiş, Yalçın telefonunu vuraraq salmış, telefon sınmış, digər telefonla çəkiliş edən zaman qaynar çayı üzərinə atmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 iyun 2020-ci il tarixli 256 saylı ekspert rəyinə əsasən Şahid3 sağ yanaq-burun büküşü nahiyəsinin və sol burun dəliyinin ucunun sıyrıqları, boyunun yuxarı 1/3-nin sağ arxa-yan səthinin, sol milbilək oy nağının və sol baldırın orta-yuxarı 1/3-nin ön səthlərinin qançırları küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə qeyd olunan nahiyələrə yumruq, təpik və kərpiclə vurma nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının həmin tarixli 259 saylı ekspert rəyinə əsasən Məhkum üzərində - sağ əl pəncəsinin İİ-İİİ barmaqlarının əsas-orta flanqalararası oynaqlarının arxa səthinin cuzi şişkinlik formasında sıyrıqları küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əl pəncəsinin ayaqla tapdalanması nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan ifadələrə nəzər yetirdikdə, Zərərçəkmiş şəxs ifadələrinin həm özü özlüyündə, həmdə şahidlər Məhkum ifadələri ilə üst-üstə düşməməklə ziddiyyətli olduğundan, belə olan halda isə bu ifadələr arasındakı uyğunsuzluq və ziddiyyətlər həmin ifadələrin mötəbərliyini və sübuti əhəmiyyətini şübhə altına alınması üçün əsas yaradır. Həmçinin cinayət işinin materiallarında olan müxtəfil məhkəmə aktlarına nəzər yetirdikdə tərəflər arasında daha əvvəl yanamış mülki mübahisəyə əsasən biri-biri ilə barışmaz mövqeydə olduqları müəyyən olunduğundan, hazırkı cinayət işi üzrə dindirilmiş zərərçəkən Zərərçəkmiş şəxs, Məhkum vermiş olduğu ifadələri ilə bağlı yaranmış şübhələrin daha da güclənməsinə gətirib çıxarır. Belə ki, Bakı şəhəri Səbail RPİ-nin 8-ci Polis Bölməsinin 19 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs və Məhkum doğma qardaşdırlar, onlar arasında uzun zamandır ki, əmlakla bağlı gedən mülki çəkişmələri var, şəxsi münasibətləri çox pisdir, aralarında ədavətləri vardır. Bakı şəhəri Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçısının cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 may 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə Səbail rayon prokurorluğuna müraciət edərək qardaşı Məhkum onu döyərək xəsarət yetirdiyini, həyatının hal-hazırda təhlükədə olduğunu bildirmiş, araşdırma zamanı cinayət hadisəsi aşkar edilmədiyindən Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında topla nmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 04 iyun 2020-ci il tarixli 260 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın nahiyəsinin sol yarısının cüzi şişkinlik fonunda qançırı, sağ gözaltı nahiyənin qançırı və qançır fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına qansızma, sol qulaq seyvanının yuxarı 1/3-nin ön səthinin sıyrığı, arxa səthinin qançırı, boyunun sol yan səthinin aşağı 1/3nin, sağ kürək nahiyəsinin, sol dirsək oynağının arxa səthinin qançırları, sol əlin İİİ barmağının uc falanqasının dırnaq sədəfi altına qansızma, sağ diz oynağının bayır, sol baldırın orta-aşağı 1/3-nin ön səthlərinin sıyrıqları, sağ ayaq pəncəsinin İ barmağının şişkinliyi fonunda barmağın əsas falanqasının ayaqarxası səthinin və iç yarısının qançırı, küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni 03 iyun 2020-ci il tarixdə qeyd olunan nahiyələrə yumruq və təpiklə vurulması nəticəsində əmələ gələ bilərdilər. Dərəcəsinə görə sağ gözaltı nahiyənin qançırı və qançır fonunda sıyrığı, sağ gözün ağlı qişasının aşağı-bayır yarısına qansızma ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Digər xəsarətlər isə həm ayrılıqda, eləcə də, ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Lakin, hadisənin necə baş verməsi barədə digər mötəbər sübutlar olmadığından, yuxarıda göstərilmiş məhkəmə tibb ekspertizası nın rəyində sadalanan xəsarətlərin zərərçəkmiş şəxsə yetirilməsində həqiqətən Məhkum təqsirinin olmasına dəlalət edə bilməz. Beləliklə, apellyasiya instansiya məhkəməsi iş materiallarında olan ifadələrə, ekspert rəylərinə və digər sənədlərə münasibət bildirərək bunu yekun qərarında kifayət qədər əsaslandırmış və haqlı olaraq düzgün nəticəyə gəlmişdir. Deməli, hazırki halda Məhkum cinayətin törədilməsində təqsiri hər hansı digər növdən əlavə mötəbər sübutla təsdiqlənmir, yalnız ittiham tərəfinin təqdim etdiyi zərərçəkmiş şəxsin ifadəsi əsasında müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində xəsarətlərin hansı şəraitdə nə zaman və kim tərəfindən yetirilməsi mübahisə doğurmaqla yanaşı, verilmiş ittihamın əsasını ziddiyyətli ifadələr təşkil etmişdir. Belə ki, qeyd olunana xəsarətlərin Məhku m tərəfindən yetirilməsinə dair kifayət qədər sübutlar toplanılmamış, habelə əldə edilmiş sübutlar xəsarətin Məhkum tərəfindən yetirilməsini sual altında qoymaqla yanaşı, həmin sübutların məcmusu ilə Məhkum Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsinə əsas yaranmır. Göstərilənlərə, apellyasiya instansiya məhkəməsinin bəraət hökmündə ətraflı şəkildə sadalananlara əsasən, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Məhkum Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının və birinci instansiya məhkəməsinin gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassa siya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə bəraət verilməsi cinayət və cina yət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvaf iq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərli yi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Məcəllənin 353.3.3-cü maddəsi isə mə hkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində və kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübut un tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Eyni zamanda protestdə istinad olunan prosessual pozuntulara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan hökm yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. (CPM-i 399.3) Bundan əlavə dövlət ittihamçısı kassasiya protestində çox saylı ifadələrə istinad etməklə həmin ifadələrin müqayisəli təhlilini aparmaqla sanki kassasiya məhkəmə kollegiyasını həmin ifadələrə yenidən qiymət verməklə apellyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işini yenidən apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Eyni zamanda kassasiya protestindən və kassasiya şikayətindən görünür ki, bəraət almış şəxsin qeyd olunan cinayətdə təqsirliliyinin müəyyən edilməsi haqqında qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, dövlət ittihamçısı və zərərçəkmiş tərəf kassasi ya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib yenidən qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən ed ilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərinin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirilən faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən hökmün ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq apellyasiya məhkəmə kollegiyası tərəfindən baxılan iş üzrə ətraflı, hərtərəfli və obyektiv araşdırmalar aparıldığında n apellyasiya məhkəmə kollegiyasının hökmünü şübhə altına almaq üçün əsas görmür və belə nəticəyə gəlir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin hökmü əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və Zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş şəxs və nümayəndəsi – vəkil Hüseynov Şaiq Yusif oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 oktyabr 2022-ci il tarixli hökmü kassasiya şikayətinə və kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar