Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-91/2021 23.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il t arixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28,181.2.1, 28,181.2.3, 28,181.2.4 və 28,181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə (hakimlər: D.H.İmanov (sədrlik edən), Z.B.Qasımov və M.Ə.Bağırovdan ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, tutulanadək Ünvan1-də yaşamış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28,181.2.1, 28,181.2.3, 28,181.2.4 və 28,181.2.5-ci maddələri ilə təqsirli bil inərək 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejmli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz girməklə, silah qismində istifadə edilən əşyaları tətbiq edib zərər çəkmişin həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq və belə zorakılıq tətbiq etmək hədəsi ilə bağlı basqın edib özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə quldurluq cinayətinə hazırlıq etmişdir. Belə ki, o, tanışı X4 Ünvan2-da yaşayan xalası X5 evində 5000 manata yaxın pul və qızıl ziynət əşayalarının olması barədə İntiqam Rəhimovdan məlumat aldıqdan sonra həmin əmlakı quld urluq yolu ilə ələ keçirmək barədə sonuncu ilə razılaşıb əvvəlcədən cinayət əlaqəsinə girərək cinayətkar niyyətlərini həyata keçirmək məqsədi ilə X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək rezin əlcəklər, yapışdırıcı lent, tanınmamaları üçün istifadə etmək məqsədi ilə maskalar və silah qismində tətbiq etmək üçün nəzərdə tutulan dəmir çubuqlarla (armaturlar) silahlanıb xx.xx.2017-ci il tarixdə saat 00:10 radələrində Ünvan2-da yaşayan X2 və ailə üzvlərinə həyatı və sağlamlığı üçün təhlükəli olan zorakılıq və belə zorakılıq tətbiq etmək hədəfi ilə bağlı basqın edib evdə olan 5000 manata yaxın pul və qızıl ziynət əşaylarından ibarət, xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə evin hasarından atlanmaqla həyətə qanunsuz daxil olub içəri girmək üçün evin pəncərəsinə yaxın laşarkən əvvəlcədən onların bu cinayəti törətməyə hazırlaşmaları barədə məlumat alaraq cinayətin qarşısının alınması məqsədi ilə pusquda durmuş Gəncə şəhəri Kəpəz rayon polis idarəsinin əməkdaşları X12 və digərləri tərəfindən onların cinayətkar niyyətlərinin qarşısı alındığından iradəsindən asılı olmayan səbəbdən niyyətlərini başa çatdırmadan hadisə yerindən qaçmaq istəyərkən İntiqam Rəhimov tutulmuş, o, isə hadisə yerindən qaçmaqla quldurluq cinayətinə hazırlıq etmişdir. Hökmdən verilmiş apelyasiya şikayətlərinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ə.G.Abdullayev (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və E.İ.Xasməmmədov ibarət tərkibdə) xx xxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamı şdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hələ ibtidai istintaq zamanı zərərçəkmiş tərəfin, əməliyyat qrupunda iştirak edən polis əməkdaşlarının və onlarla uzun illər əməkdaşlıq edən şahidlərin ifadələri arasında kəskin ziddiyyətlər yaranmasına baxmayaraq məhkəmə icraatı zamanı bu kimi hallar araşdırılmamış, müqayisə edilmədən 1-ci instansiya məhkəməsinin çıxardığı hökmə əsaslX10aq qərar çıxarmışdır. Cinayət işinin araşdırılması üçün mühüm əhəmiyyət kəsb edən əsas şahidlərdən biri olan X7 1-ci instansiya məhkəməsində verdiyi ifadəsi 1-ci instansiya məhkəməsi tərəfindən qeydə alınmamışdır. Zərərçəkmiş tərəfin onla rı görməməsi, onlara qarşı heç bir zor tətbiq olunmadığı halda polis əməkdaşlarının öz kariyeralarını yüksəltmək üçün barələrində yalandan CMnin 181-ci maddəsi tətbiq olunmuşdur. Ona görə də qeyd olunanları nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarını ləğv edərək işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apel lyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində Məhkum göstərmişdir ki, hələ ibtidai istintaq zamanı zərərçəkmiş tərəfin, əməliyyat qrupunda iştirak edən polis əməkdaşlarının və onlarla uzun illər əməkdaşlıq edən şahidlərin ifadələri arasında kəskin ziddiyyətlər yaranmasına baxmayaraq məhkəmə icraatı zamanı bu kimi hallar araşdırılmamış, müqayisə edilmədən 1-ci instansiya məhkəməsinin çıxardığı hökmə əsaslX10aq qərar çıxarmışdır. Cinayət işinin araşdırılması üçün mühüm əhəmiyyət kəsb edən əsas şahidlərdən biri olan X7 1-ci instansiya məhkəməsində verdiyi ifadəsi 1-ci instansiya məhkəməsi t ərəfindən qeydə alınmamışdır. Cinayət işinin materiallarından müəyyən edilir ki, Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının məhkəmə iclasında təqsirləndirilən şəxslər Məhkum, X4 və şahid X7 həm birinci instansiya məhkəməsi iclasındakı, həm də ibtidai istintaqdakı ifadələri, X7 Gəncə Şəhər Kəpəz Rayon Polis İdarəsinə verdiyi cinayət barədə ərizəsi elan edilərək tədqiq edilmiş, ifadələrin yerində yoxlanması, üzləşdirmələr, digər istintaq hərkətlərinin protokolları, təqsirləndirilən şəxslərin etiraf ifadələrində göstərilən halları təsdiq edən şahid ifadələri tam, hərtərəfli və obyektiv tədqiq olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında sübutların tədqiqində yol verilmiş prosessual pozuntular aradan qaldırılmışdır. Şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri arasında hər hansı ziddiyyətlər qalmamışdır, toplanmış və apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə elan edilmiş ittihamın əsaslılığı sübut edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxs X6 ifadəsində göstərmişdir ki, o, Məhkum və X7 bir yerdə vaxt keçirmişlər. Söhbət zamanı onlar hər üçü pulsuzluqdan şikayətlənmiş və qərara gəlmişlər ki, oğurluq edib pul əldə etsinlər. Ona sual veriləndə ki, münasib bir yer bilirsənmi, o, cavabında bildirmişdir ki, xalası İradənin evində müəyyən qədər pul ola bilər. Çünki, xalasının əri TİR sürücü olduğundan onlarda təxminən, 5 (beş) min manata yaxın pul ola bilər demişdir. xx.xx.2017-ci il tarixdə saat 17 radələrində Məhkumin işlədiyi avtoyuma mənt əqəsində görüşmüş və gecə saatlarında evə basqına gedəcəklərini planlaşdırmışlar. Bu məqsədlə əvvəlcədən əlcək və yapışdırıcı almağı planlaşdırmışlar. Saat təxminən 22 radələrində razılaşdıqları yerdə görüşmüşlər. Oraya gələrkən Məhkum özü ilə üç cüt əlcək gətirmişdir. Yolda o da xatırlamadığı mağazadan bir ədəd yapışdırıcı almışdır. Xalasının evinə yaxınlaşdıqda yoldan iki ədəd dəmir parçası da götürmüşlər. Bundan sonra yol gələrkən Məhkumin köynəyini cıraraq sifətləri tanınmasın deyə özlərinə maska da düzəltmişlər. Evin yaxınlığına çatanda o, demişdir ki, evdə dörd nəfər adam olmalıdır, xalası, xalasının əri, xalasının oğlu və xalasının qızı. O, Məhkumlə X7ə bildirmişdir ki, əllərində olan dəmir parçası ilə xalası oğlu X10 onlara müqavimət göstərməsin deyə ona zərbələr vursunlar ki, onu zərərsizləşdirə bilsinlər. Onlar da razılaşmışlar. Bundan sonra evin hasarına yaxınlaşmışlar, birinci Məhkum, sonra isə o, evin hasarından həyətə düşmüşdür. Lakin, X7 bayırda qalmışdır. Həyətə düşdükdən sonra təxminən, beş-yeddi dəqiqə evin həyətində qalmışlar. Lakin X7 gəlmədiyi üçün o, şübhələnmış və bu zaman səs gəldiyindən Məhkumlə birlikdə həyətə düşdüyü yerdən deyil, evin darvazasının yanından çıxaraq evi tərk etmək istəmiş, həmin vaxt dəmir parçası, yapışdırıcı və Məhkumin maskası evin həyətində qalmışdır. Hasardan küçəyə çıxdıqdan sonra o, maskanı və əlcəklərini cibinə qoymuşdur. Həmin vaxt tanımadığı çoxlu sayda adamlar “dayanın, polisdir” deyə onlara əmr vermişlər. Bunu eşidib Məhkumlə o, qaçmağa başlamışdır. Məhkumqaça bilsədə, polislər onu tutub polis idarəsinə gətirmişlər. M əhkum və şahid X11 da apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında tədqiq olunmuş ibtidai istintaqda verdikləri eyni məzmunlu ifadələri ilə X4 ifadəsində göstərdikləri halları təsdiq etmişlər. Sabutların toplanması, apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasında tədqiqi və qiymətləndirilməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə tam əməl edilmişdir. Kassasiya şikayətində məhkum Məhkum təqsirliliyi barədə məhkəmə qərarlarını, o cümlədən Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının cinayət işi üzrə xx xxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını şübhə altına ala biləcək hər hansı əsaslı dəlil göstərilməmiş, hər hansı mötəbər sübuta istinad edilməmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, kassasi ya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Re spublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 28,181.2.1, 28,181.2.3, 28,181.2.4 və 28,181.2.5-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-91/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-91/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver