Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-91/2022 09.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təq sirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Biləsuvar Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli (sədrlik edən hakim X8) hökmü ilə xx xxxx 1976-cı il tarixdə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Biləsuvar rayonu M.Piriyev adına Əliabad kənd tam orta məktəbində coğrafiya müəllimi işləyən, məhkum olunmamış, Biləsuvar rayonunun Əliabad kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması müəyyən edilmiş, üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Biləsuvar rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuş, Məhkum üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nə zarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilmiş, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Həmin hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarı ilə (hakimlər: R.M.Cəfərov (sədrlik edən), M.Ə.Bağırov və K.S.Bəşirovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 18 iyun 2020-ci il tarixdə saat 21 radələrində Biləsuvar rayonunun Əliabad kəndində yerləşən fərdi yaşayış evinin həyətində arvadı X11 ilə ailə münasibətləri zəminində, yəni Əminə Quliyevanın ona pay verilən bir ədəd cücəni itirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etmiş, üzərinə hücum edərək, yumruqla bir neçə dəfə başından vurub ona sağ gözündə görmə qabiliyyətinin kəskin pozulması – “sağ gözün epirentinal membran periferik monorential distrofiya” ilə nəticələnən ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (30%) səbəb olan xəsarət yetirərək, qəsdən zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegi yasının 30 iyun 2021-ci il tarixli qərarından Məhkum və müdafiəçisi Müdafiəçi birgə kassasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini vurğulamışdır. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi cinayət işi üzrə birtərəfli qeyri obyektiv araşdırma aparmış, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qanunsuzluq davam etdirilmişdir. Ekspert rəyi şübhəli və ziddiyyətli olmuşdur. Məhkum CM-nin 127.1-ci maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər ü zrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası m əhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həl li üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs X11 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Əliabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Məhkum həm keçmiş əridir, həm də əmisi oğludur. Məhkumlə 2003-cü ildə ailə qurmuş, birgə evliliklərindən iki qız övladı – 20.08.2005-ci il təvəllüdlü X5 və 19.05.2008-ci il təvəllüdlü X9 olmuşdur. Məhkumlə əvvəllər münasibətləri yaxşı olsa da, sonradan Əhlimanla münasibəti pisləşmişdir. Buna səbəb isə Əhlimanın tez-tez spirtli içki qəbul edərək, sərxoş vəziyyətdə evdə söz-söhbət salması və onu döyməsi olmuşdur. İki qız övladı olduğu üçün birlikdə yaşamış və şikayət etməmişdir. 2020-ci ilin iyun ayında əri Əhlimana kənar şəxs bir ədəd cücə pay vermiş, amma kimin pay verməsini bilməmişdir. O, həmin cücəni özünə məxsus olan toyuq-cücələrlə birlikdə saxlamışdır. 18 iyun 2020-ci il tarixdə saat 21 radələrində öz toyuq-cücələrinə baxdığı üçün əri Əhlimana pay verilən həmin cücə itmiş, cücəni axt arsa da, tapa bilməmişdir. Həyətdə cücə axtardığı vaxt Əhliman onu görüb nə axtardığını soruşmuş, o da pay verilən cücəni itirdiyi üçün axtardığını bildirmişdir. Məhkum pay verilən cücənin itməsini bilən kimi onu nalayiq ifadələrlə söyüb-təhqir etmişdir. O da Əhlimanın bu hərəkətinə görə qızları ilə birlikdə yaxınlıqda yaşayan atasının evinə getmək istəmiş, bu zaman Məhkum onun evdən getməsini bilən kimi üzərinə hücum edib başından və göz nahiyəsindən bir neçə dəfə yumruq zərbələri vurmuş, daha sonra ayaqlarından da təpiklə bir neçə dəfə vurub onu döymüşdür. Əhliman onun başından yumruqla vurduğu üçün zərbənin təsirindən sağ gözündən xəsarət almışdır. Azyaşlı qızları Vahidə və Aysun Quliyevalar onu Əhlimanın əlindən almışlar. O, daha sonra qızları ilə birlikdə evdən çıxıb atası evinə getmi şdir. Əhlimanın onu döyməsi nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarət alması ilə bərabər, həm də sağ gözü şişib qızarmış və həmin gözdə görmə qabiliyyəti tamam pozulmuşdur. Lakin ailənin dağılmaması üçün Əhliman tərəfindən döyülməsi barədə şikayət etməmişdir. Həmçinin gözünün sağalmasını fikirləşib xəstəxanaya da tibbi yardıma müraciət etməmişdir. Məhkum səhvini başa düşərək, ondan üzr istəyəcəyini və barışacağını düşünmüş, buna baxmayaraq Əhliman onunla barışmaq üçün hər hansı hərəkət etməmişdir. Məhkum öz hərəkətlərindən nəticə çıxarmadığı üçün 14 sentyabr 2020-ci il tarixdə döyülməsi ilə bağlı Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, həmçinin bir gün sonra Biləsuvar rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Məhkum əsassız olaraq onun 6-7 il bundan əvvəl atasının yaşadığı evdə pilləkəndən yıxılarkən gözündən xəsarət almasını bildirmiş, lakin özünü müdafiə etmək üçün belə bir məzmunlu ifadə vermişdir. 18 iyun 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı evin həyətində Məhkum tərəfindən döyülməsini qızları Aysu və Vahidə Quliyevalar görmüş, mübahisə təxminən 5-10 dəqiqəyə yaxın vaxt davam etmişdir. İş materiallarında olan, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Təhsil Nazirliyi Biləsuvar rayon Təhsil Şöbəsinin Metodkabinetinin müdiri X1 iştirakı ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Əliabad kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Məhkum atası, X11 isə anasıdır. Son vaxtlarda atasının anasına qarşı münasibəti yaxşı olmamışdır. 2020-ci ilin iyun ayında atası Əhlimana kimsə bir cücə pay vermiş, anası Əminə həmin cücəni öz toyuq-cücələri ilə bir yerdə saxlamışdır. 18 iyun 2020-ci il tarixdə saat 21 radələrində həmin cücə itmiş, birlikdə axtarsalar da, tapa bilməmişlər. Atası həmin cücənin itdiyini bilib anası Əminəni nalayiq ifadələrlə söyüb-təhqir etməyə başlamış, bu səbəbdən də anası onu və bacısı Aysunu da götürüb babasının evinə aparmaq istəmişdir. Lakin atası Əhliman bunu biləndən sonra daha da əsəbiləşərək, anasının üstünə hücum edərək başından, kürəyindən bir neçə dəfə yumruqla, həmçinin ayaqlarından bir neçə dəfə təpiklə vuraraq, onu döymüşdür. O, bacısı Aysu ilə birlikdə Əminəni atasının əlindən almışdır. Bundan sonra anası onları da götürüb eyni kənddə yerləşən babasının evinə aparmışdır. Həmin vaxtdan da babasının evində yaşayırlar. X21 atası Məhkum tər əfindən döyülməsi nəticəsində sağ gözündən xəsarət almış, buna görə də sağ gözündə görmə qabiliyyəti pozulmuşdur. Atası Əhliman anası Əminəni döyməsini kənar şəxslərdən heç kim görməmişdir. Birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Təhsil Nazirliyi Biləsuvar rayon Təhsil Şöbəsinin Metodkabinetinin müdiri X1 iştirakı ilə şahid qisrriində dindirilən X9 şahid X3 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonu Əliabad kəndində yaşayır. X11 onun bacısıdır, Məhkum isə Əminənin əridir. Əminə Quliyeva ilə Məhkum 2003-cü ildə evlənmişlər, bu nikahlarından iki qız uşaqları Vahidə və Aysu Quliyevalar doğulmuşdur. Məhkum bacısı Əminə Quliyeva ilə əvvəllər normal münasibət də yaşasalar da, son bir neçə il ərzində münasibətləri pisləşmiş, aralarında nəfələrlə mübahisə və münaqişə yaranmış, lakin Əminə hər dəfə Əhlimanın hərəkətlərinə dözərək, onun barəsində şikayət etməmişdir. 18 iyun 2020-ci il tarixdə saat 21:30 -adələrində bacısı Əminə Quliyeva onun evinə getmişdir. Həmin vaxt Əminə Quliyeva ağladığı üçün nə baş verdiyi soruşmuş, Əminə isə əri Məhkum bir ədəd cücəni:ırməsi səbəbindən nalayiq ifadələrlə söyüb təhqir etməsini, yumruqla başından, təpiklə ayaqlarından vuraraq döyməsini, azyaşlı qızlarının Əhlimanın əlindən çətinliklə almasını bildirmişdir. Həmin vaxtdan Əminə Quliyeva ona məxsus olan evdə yaşamış və əri Əhlimanın evinə qayıtmamışdır. Əminə onun evinə getdikdən iki gün sonra Əhlimanın Əminənin başından yumruqla vuraraq döyməsi nəticəsində sağ gözündən xəsarət aldığı və gözünün normal görməməsini bildirmişdir. O, Əminəni xəstəxanaya həkimə aparmaq istəsə də, Əminə döyülməsini gizlətmək istədiyinə görə xəstəxanaya getməkdən imtina etmişdir. X13 barışacağını fikirləşdikləri üçün Əminə döyülməsi barədə şikayət etməmişdir. Buna baxmayaraq, Məhkum Əminə və azyaşlı qızları ilə -araqlanmadığı və barışmaq üçün heç bir təşəbbüs göstərmədiyinə görə Əminə də 14 sentyabr 2020-ci il tarixdə Məhkum tərəfindən döyülməsi barədə şikayət etmişdir. Əminə Quliyeva 6-7 il bundan əvvəl pilləkəndən yıxılması nəticəsində deyil, əri Məhkum tərəfindən döyülməsi nəticəsində xəsarət almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyinin 14.10.2020-ci il tarixli 511 nömrəli ekspertiza rəyindən görünür ki, X6 bədəni üzərində 3şkar edilmiş sağ gözündə görmə qabiliyyətinin kəskin pozulması-epiretinal membran periferik monoretinal distrofiya xəstəlik halı müəyyən olunmuşdur. OD=0,05, OS=1,0 (vahid). Zərərçəkənin anamnezində göz nahiyəsinə vurulmamışdan əvvəl görmə qabiliyyətinin normal və pozulmasına səbəb olacaq xəstəliklərinin olmaması, oftalmoloqa müraciət etməməsi belə nəticəyə gəlməyə əsas verir ki, sağ gözdə görmə qabiliyyətinin kəskin pozulması aldığı travma ilə səbəbli əlaqədə olmasına dəlalət edir. Göstərilən ağırlaşma bərk küt əşyanın təsirindən əllə vurulma nəticəsində əmələ gələ bilər, əmələ gəlmə müddəti 18.06.2020-ci il tarixə uyğun gəlir və ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (10%-dən 3 3%-ə qədərinin) səbəb olmuşdur ki, bu da sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTbbi Ekspertiza və X7” X22 16.11.2020-ci il tarixli T312/2020 nömrəli ekspertiza rəyindən görünür ki, X6 istər ilkin, istərsə də təkrar məhkəmə-tibbi müayinələri zamanı bədən səthidə hər hansı bir xəsarət və onların izi aşkar olunmadı. Lakin, Ə.T.Quliyeva 12.10.2020-ci il tarixdə Akademik Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinə olunarkən sağ gözündə görmə itiliyi 0,05 (yüzdə beş), sol gözdə isə 1,0 olmuş, ona “sağ gözün epirentinal membran periferik monorentinal distrofiya” diaqnozu qoyulmuşdur. Ə.T.Quliyeva göz xəstəlikləri ilə əlaqədar tibb müəssisəsinə müraciət etməməsini, sol gözdə görmə itiliyinin 1,0 olmasını, hadisənin qərarda göstərilən şəraitini, yəni onun baş və sifət nahiyəsindən vurulmasını nəzərə alaraq qeyd etmək lazımdır ki, sağ gözdə görmə qabiliyyətinin kəskin pozulmasının aldığı travma ilə səbəbli əlaqəsi vardır. Odur ki, göstərilən ağırlaşma bərk küt əşyanın təsirindən 6-7 il əvvəl pilləkəndən yıxılması zamanı başının divara dəyməsi nəticəsində deyil (bu haqda hər hansı bir sənəd təqdim edilmədiyindən) qərarda göstərilən şəraitdə və vaxtda, yəni 18.06.2020-ci il tarixdə əllə (yumruqla) vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (30%) səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən, mə hkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildi yi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması ha lları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən sax
Məhkəmə qərarları › İş №1(102)-91/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-91/2022
09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver