Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-910/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu, Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Elbrus qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi İbrahimov Nizami Hafiz oğlu ilə birlikdə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə (hakim F.H.Əliyev) xx.xx.1985-ci ildə Naxçıvan MR-nın Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilmək lə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin Təqsirləndirilən şəxs Elbrus qızının cəzaçəkmə müəssisəsinə daxil olduğu və orada qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası və təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinə çatdırılmasının Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs Elbrus qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), hakimlər Rəhimov Elman Gülbaba oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 23 dekabr 2021-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs Elbrus qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Elbrus qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 04 (dörd) il azadlıqdan məhrum etmə cəzası yungüləşdirilərək ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarından məhkum Təqsirl əndirilən şəxs Elbrus qızı müdafiəçisi ilə birgə kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmünə əsasən, Təqsirləndirilən şəxs Elbrus qızı barəsində ittiham hökmü çıxarmışdır, ona görə ki, o, 19 fevral 2021-ci il tarixdə saat 16 radələrində B kateqoriyalı BD001140 nömrəli sürücülük vəsiqəsi ilə 501615 nömrəli etibarnamə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı **MG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri Zülfi Hacıyev küçəsi ilə «Azpetrol» yanacaq doldurma məntəqəsi istiqamətində saatda 70 km surətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuşdur. Belə ki, avtomibili yaşayış məntəqəsində 60 km/saatdan artıq sü rətlə idarə edərək «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli halda bunlara riayət etməyərək, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək öz hərəkəti istiqamətində yolu sağdan sola keçən piyada 1936-cı il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin sağ yan güzgüsü ilə vurub ehtiyyatsızlıqdan sonuncuya başın küt travması, subdural hematoma, baş-beyinə və beyin kötüyünə qansızma, sol təpə-gicgah nahiyyəsinin dərialtı hematoması, sol qalca tini nahiyyəsinin, döş qəfəsinin sol yan səthinin sıyrıqları ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum Təqsirləndirilən şəxs Elbrus qızı müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə birinci instansiya məhkəməsi, nə də ki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası ona cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışdır. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmuşdur, himayəsində iki azyaşlı övladı vardır, hadisə ehtiyatsızlıqdan, hadisələrin təsadüfi axarı zəminində baş vermiş, hadisə baş verən zaman sərxoş olmamış, zərərçəkmiş şəxsi hadisə yerində qoy ub qaçmamış, xəstəxanaya çatdırmış və xəstəxanada vəfat etmiş, əməlindən isə peşmandır. Eyni zamanda özünə məxsus yaşayış evi və mənzili yoxdur, fərdi əməklə məşğul olan valideynlərinin evində iki azyaşlı övladı ilə birgə yaşayır. Eyni zamanda, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı Təqsirləndirilən şəxs Elbrus qızma Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təyin olunmuş 03 (üç) il 03 (üç ) ay müddətinə azadlıqdan məhrumetmə cəzası üç ay azaldılacağı təqdirdə onun amnistiyaya düşmək ehtimalı yüksəkdir. Odur ki, göstərilənləri nəzərə alaraq Sumqayıt Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, Təqsirləndirilən şəxs Elbrus qızına Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təyin olunmuş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi, CM-nin 62-ci maddəsinin tətbiq edilməsini və ya azadlıqdan məhrumetmə cəzasının 03 (üç) ay azaldılması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, törədilmiş əmələ uyğun tam adekvat cəzanını məhkəmə tərəfindən təyin olunduğunu bildirib, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublika sı Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun ol araq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum müdafiəçisi ilə birgə verdiyi kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, lakin barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs Elbrus qızına verilmiş avtomo bil idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Təqsirləndirilən şəxs Elbrus qızının əməllərinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi ni yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün apellyasiya məhkəməsi tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkumun müdafiəçisi ilə birgə verilmiş kassasiya şikayətində, ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və barəsində CM-nin 62-ci və ya 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüs usi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Azərbaycan Respublikası CM-nin 62.2-ci maddəsində göstərilmişdir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Birinci instansiya məhkəməsinin hökmünü və apellyasiya məhkəməsinin qərarını kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iş üzrə müstəsna hallar və ya məhkumun törətdiyi cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan digər hallar mövcud deyildir. Şikayətdə göstərilən hallar da Azərbaycan Respublikası CM-nin 62 -ci maddəsinin tətbiq olunmasına əsas vermir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcə sini nəzərə alaraq hesab edir ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq ona şikayətdə istinad edilən Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməmişdir. Kassasiya şikayətində göstərilən hallar da Təqsirləndirilən şəxs şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir tələb və ş ikayətinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını) və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasi ya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apelyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi ilə birgə verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kass asiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Təqsirləndirilən şəxs Elbrus qızının müdafiəçisi İbrahimov Nizami Hafiz oğlu ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 avqust 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Elbrus qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi ilə birlikdə verdiyi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-910/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-910/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver