Məhkəmə qərarları › İş №1(102)-910/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-910/2025

21.05.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-910/2025 21.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Nurlan Sahib oğlu Əliyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X12 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli 1(103)-1388/2024 n ömrəli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Azər Paşayev, hakimlər Əhməd Quliyev və İradə Həsənzadədən ibarət tərkibdə) 1(101)-80/2022 nömrəli, 04 fevral 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1966-cı ildə Ermənistan Respublikasının Gorus şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" ASCnin təsisçisi və Müşahidə Şurasının sədri vəzifəsində işləmiş, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, H.Seyidbəyli küçəsi ev 20, mənzil 31-də pasport qeydiyyatında olan və həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib, CM-i n 178.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 179.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 ( iki ) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3 və 64-cü maddələ rinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Hökmlə həmçinin Məhkum məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 1 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi, Bakı şəhəri,Nəsimi rayonu, ünvan 2vanda yerləşən qeyri-yaşayış sahəsi, Bakı şəhəri,Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri yaşayış sahəsi, X3 m əxsus ünvan 4 ünvanında yerləşən mənzil, X5 adına ünvan 5i ərazisində yerləşən 0,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi, “Jeep Wrangler” markalı, **-EF-*** dövlət qeydiyyat nömrəli, “Mersedes Benz S500” markalı, **-KP-*** dövlət qeydiyyat nömrəli, “Bentley Continental” markalı, **UL-*** dövlət qeydiyyat nömrəli və “Mersedes Benz G63 AMG” markalı, 90-VC009 dövlət qeydiyyat nömrəli avtomobillər xüsusi müsadirə edilməklə cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilmişdir. İşin halları: Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əmə lləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirzəli Abbasov (sədrlik edən və məruzəçi), Ramin Qaraqurbanlı və Habil Məmmədov) 16 yanvar 2023-cü il tarixli 1(103)-32/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 1(101)-80/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmlə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə təyin olunmuş 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ilə endirilmiş, CM-in 179.3.2-ci maddəsi ilə CM-in 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) 6 (altı) aya endirilmiş, Məhkum hazırkı qərarla CM-in 178.3.2 və 179.3.2-ci maddələri ilə təyin olunan və hökmlə CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş əsas və əlavə cəzaları CM-in 66.3 və 64-cü maddələrinə əsasən qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, maraqları şəxslər X4, X14, X9, məhkum olunmuş şəxsin müdafiə çisi X15 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası (hakimlər Şahin Yusifov (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Rəşad Abdulov) 09 aprel 2024cü il tarixli, 1(102)-4/2024 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 yanvar 2023-cü il tarixli qərarı B.G.İsmayılovaya məxsus əmlakın - Bakı şəhəri, H.Seyidbəyli küçəsi, 31 saylı evin 20 saylı mənzilin xüsusi müsadirəsinə dair hissədə ləğv edilmiş və həmin hissəyə dair məsələyə yenidən baxılması üçün cinayət işi təkrar apellyasiya baxışına təyin olunmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı E.A.Mirzəyevin kassasiya protesti və maraqlı şəxslər Ü.Məhkumnın və A.Məhkumnın kassasiy a şikayətləri təmin edilməmiş, Müdafiəçi4 və maraqlı şəxs B.G.İsmayılovanın kassasiya şikayətləri qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zaur Hüseynov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimlidən və Əfqan Ələkbərovdan ibarət tərkibdə) 31 iyul 2024-cü il tarixli 1(103)-1388/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(101)-80/2022 nömrəli hökmü dəyişdirilmiş, hökmün məzmunundan X3 məxsus ünvan 9ənzil 20 ünvanında yerləşən mənzilin xüsusi müsadirə edilməsinə dair müddəalar xaric edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 5(001)-620/2020 nömrəli qərarına əsasən ünvan 9ənzil 20 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbs götürülmüş və həmin əmlak qanuni sahibin ə qaytarılmışdır. Dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarı ünvan 7 ünvanındakı mənzilin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından imtina olunmasına dair hissədə ləğv edilməsi və cinayət işi həmin hissədə yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin xüsusi müsadirənin tətbiqindən imtina etməsi ilə əlaqədar gəldiyi nəticələr əsassız olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən çıxarılmış qərarda məhkəmənin gəldiyi qənaət əsaslandırılmamışdır. Bakı Apellyasiya Məhkəməsi öz qərarında həlledici şəkildə Ali Məhkəmənin 09 aprel 2024-cü il tarixli qərarına istinad etmiş, həmin qərarda əks olunmuş müddəaları öz qərarında qeyd etməklə kifayətlənmişdir. Halbuki, həmin qərardan xüsusi müsadirənin əsasız və qanunsuz olaraq tətbiq edilməsi kimi nəticə irəli gəlmir, qərar xüsusi müsadirə üzrə araşdırmanın natamamlığını ehtiva etməklə bu məsələ üzrə təkrar - CPM-nin tələblərinə müvafiq surətdə ətraflı və keyfiyyətli araşdırmanın aparılmasını və həmin araşdırmanın nəticələrinə görə qanuni qərarın qəbul edilməsini nəzərdə tuturdu. Məhkəmə nəzərə almamışdır ki, xüsusi müsadirənin cinayətin subyekti olmayan, lakin cinayət fəaliyyətindən başqa yolla gəlir əldə etmiş şəxslərə tətbiq edilməsi mümkündür. Xüsusi müsadirə təkcə cinayətin törədilməsindən b ilavasitə əldə edilmiş əmlak və gəlirlər hesabına deyil, həm də qanunsuz əldə edilmiş vəsaitlər hesabına da aparıla bilər. Bu, cinayətin obyekti gizlədildikdə, xərcləndikdə və ya itkin düşdükdə belə onu bərpa etməyə imkan verir. Xüsusi müsadirə nəzərdə tutur ki, pul, qiymətli əşyalar və digər əmlak tam və ya qismən başqa əmlaka çevrilibsə, tam və ya qismən dəyişdirilmiş əmlak xüsusi müsadirə edilir. Pulun, qiymətli əşyaların və digər əmlakın onların istifadəsi və ya qanuni yolla əldə edilmiş əmlakdan ayrılmasının mümkünsüzlüyü və ya özgəninkiləşdirilməsi nəticəsində və ya başqa səbəblərdən müsadirə edilməsi mümkün olmadıqda, məhkəmə belə əmlakın dəyərinə müvafiq pul məbləğinin müsadirə edilməsi haqqında qərar çıxara bilər. Müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Müsadirənin əvəzsizliyi isə o deməkdir ki, götürülən əmlak kompensasiya olunmur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli qərarı yuxarıda qeyd olunan maddi və prosessual cinayət-hüquqi normaların tələbləri ilə müqayisəli şəkildə təhlil edildikdə müəyyən edilir ki, məhkəmənin qeyd olunan əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından imtina olunması barədə yekun nəticəsi cinayət mühakimə icraatının prinsiplərindən irəli gələn yoxlanılmış və qiymətləndirilmiş sübutlarla əsaslandırılmamışdır. Bu isə öz növbəsində qəbul edilmiş həmin qərarın qanuni və əsaslandırılmış olmasını zəruri edə n qanunçuluq prinsipi ilə uzlaşan qərar kimi qiymətləndirilməsini istisna edir. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət icraatında həyata keçirilən müsadirə tədbiri cəmiyyətin ümumi mənafeyinə uyğundur ona görə ki, qanunsuz fəaliyyətlə birbaşa əldə edilmiş pul və ya əmlakın, yaxud cinayətkar fəaliyyətin nəticəsi olan vəsaitlərin ödənilməsi hesabına əldə edilmiş əmlakın müsadirə edilməsi cinayət əməllərinə qarşı zəruri və səmərəli mübarizə vasitəsidir. Müsadirə tədbirləri təkcə cinayət yolu ilə əldə edilmiş birbaşa gəlirlərə deyil, həm də belə gəlirlərin başqa əmlaka çevrilməsi, o cümlədən, onların qanuni yolla əldə edilmiş sərvətlərlə qarışdırılması nəticəsində əldə edilmiş gəlir və ya dolayı faydaya münasibətdə tə tbiq edilə bilər. Bu zaman müsadirə tədbirləri təkcə bilavasitə cinayət törətməkdə şübhəli bilinən şəxslərə deyil, həm də belə gəlirlərin cinayət yolu ilə əldə olunmasının gizlədilməsində iştirak etmiş, mülkiyyət hüququna malik olan hər hansı üçüncü şəxslərə də tətbiq edilə bilər. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, xüsusi müsadirə cinayət hüquqi xarakterli tədbirinin obyekti qismində cinayət törətmiş deyil, digər şəxslərin mülkiyyətində olan əmlaklar çıxış edə bilərlər. Avropa Parlamentinin 2014\42\EU saylı xx.xx.2014-cü il tarixli Direktivində də xüsusi vurğulanır ki, təqsirkar şəxslər tərəfindən müsadirə tədbirlərindən yaxa qurtarmaq məqsədilə əmlakın cinayət yolu ilə əldə edildiyini bilən şəxslərin mülkiyyətinə keçirilməsi adi təcrübədir və getdikcə daha çox rast gəlinir. Eyni za manda nəzərə alınmalıdır ki, xüsusi müsadirə təkcə cinayətin törədilməsindən bilavasitə əldə edilmiş əmlak və gəlirlər hesabına deyil, həm də qanunsuz əldə edilmiş vəsaitlər hesabına əldə edilmiş əmlaklarla bağlı da tətbiq edilə bilər və müsadirənin məcburiliyi məhkəmənin yekun qərarı ilə müəyyən əmlakın cinayət törətmiş şəxsin və onun ailə üzvlərinin iradəsindən asılı olmayaraq götürülməsində ifadə olunur. Apellyasiya məhkəməsi tərəfindən yekun qərarla qeyd olunan mənzilin xüsusi müsadirə cinayət- hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasından imtina olunmasına dair mövqeyinə münasibətdə qeyd olunmalıdır ki, həmin əmlak hətda hazırkı cinayət işi üzrə cinayətin törədilməsinən əvvəl əldə edilmiş əmlak olsa belə, CM-in 99-2-ci maddəsinin tələblərinə əsasən, Məhkum məxsus olan digər əmlak qiymətləndirilməli və xüsusi müsadirə edilməli olduğu halda, məhkəmə tətbiq edilməli olan cinayət qanunu normasını tətbiq etməyərək düzgün olmayan hüquqi nəticəyə gəlmişdir ki, həmin nəticə mübahisələndirilən qərarın həmin hissədə qanuniliyi və əsaslılığı ilə bağlı yekun qənaətə gəlinməsini istisna edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021- ci il tarixli qərarının 77-ci bəndində göstərilmişdir ki, CM-in 99-2-ci maddəsində təsbit edilmiş əmlakın dəyərinə görə xüsusi müsadirəyə dair müddəaya da CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya sair səbəbdən dövlət nəfinə alına bilinmədiyi hər bir halda həmin əmlakın dəyərinə bərabər dəyərdə təqsirləndirilən şəxsə məxsus başqa, yəni baxılan cinayətlə əlaqəsi olmayan əmlakın alınmasını tələb edən norma kimi baxılmalıdır. Dövlət nəfinə alına bilinməyən əmlakın əvəzinə təqsirləndirilən şəxsə məxsus digər əmlak barəsində xüsusi müsadirənin tətbiq edilməsi vəzifəsi BMT-nin 2004-cü il 27 fevral tarixli “Korrupsiya əleyhinə” Konvensiyasının, "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə və müsadirəsinə dair” Avropa Şurasının 8 noyabr 1990-cı il tarixli Konvensiyasının, "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurasının 2005-ci il 16 may tarixli Konvensiyasının (bundan sonra - 2005-ci il Varşava Konvensiyası) müddəalarından da irəli gəlir. Cinayət işi üz rə elan edilmiş ittihamlardan görünür ki, Məhkum dələduzluq və mənimsəmə yolu ilə cəmisi 77.503.213,37 manat məbləğində pulu ələ keçirmiş (72.328.213,37 manat "xxxx" ASC-nə, 5.000.000 manat Zərərçəkmiş şəxs1, 30.000 manat Zərərçəkmiş şəxs3 və 145.000 manat Zərərçəkmiş şəxs4 məxsus olan), vəzifədən suiistifadə etməsi nəticəsində isə həmin Cəmiyyətə 31.041.813,11 manat məbləğində ziyan vurmuş, həmin vəsaiti öz ehtiyaclarına sərf etdiyi üçün bu məbləğdə pul onda aşkar edilməmiş və cinayət yolu ilə əldə olunması nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş zərər tam ödənilmədiyi və dövlət nəfinə alına bilinmədiyi üçün ibtidai araşdırma zamanı Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 03 iyul 2020-ci il tarixli qərarı ilə digər əmlaklarla yanaşı Bakı şəhəri, H.Seyidbəyli küçəsi, 31 saylı evin 20 s aylı mənzilin üzərinə də həbs qoyulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, Məhkum vəzifəsindən sui-istifadə etməklə cinayətlər törətməsi, törətdiyi həmin cinayətlər nəticəsində əmlaklar əldə etməsi onun barəsində cinayət-hüquqi tədbir kimi xüsusi müsadirənin tətbiq edilməsini mütləq addıma çevirirdi. Məhz qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq CM-in 991.1.2 və 99-2-ci maddələrinə əsasən Məhkum barəsində xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbirin tətbiq olunması ilə bağlı yekun qənaətə gələrək həmin əmlakın xüsusi müsadirə edilməklə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsini hökm etmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələb lərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CinayətProsessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya protestinin təmin edilməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun norm alarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiyası məhkəməsi tərəfindən ünvan 7 ünvanındadakı mənzilin xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz ola raq dövlət nəfinə alınmasından imtina olunmasının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinin tələblərindən görünür ki, məhkəmənin qərarı qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası CPM-in 349.4-cü maddəsinə əsasən məhkəmənin yekun qərarı Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikası cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin qərarı əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konsti tusiyanın 29-cü maddəsində qeyd edilmişdir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət Məcəlləsinin 99-1-ci maddəsində xüsusi müsadirə cinayət-hüquqi tədbir qismində əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması kimi müəyyən edilmişdir. Həmin maddəyə uyğun olaraq, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr, cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər, cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu çoxsaylı qərarlarında vurğulamışdır ki, mülkiyyət hüququna müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, xüsusi müsadirənin tətbiqini tənzimləyən Azərbaycan Respublikası CM-in XV-İ Fəslinə daxil olmuş maddələrin normalarından da görünür ki, müsadirə məsələsi həll olunarkən ilk növbədə əmlakın qanuni sahiblərinin hüquqlarına riayət edilməlidir. Azərbaycan Respublikası CM-in 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə olunur. Azərbaycan Respublikası CM-in 99-2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Hazırki işdən görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Binəq ədi Rayon Məhkəməsinin 03 iyul 2020-ci il tarixli, 5(001)-620/2020 nömrəli qərarından görünür ki, Məhkum məxsus – ünvan 8 ünvanda və ünvan 9ənzil 20 ünvanda yerləşən mənzillərin, eləcə də X6 məxsus - “Jeep Wrangler” markalı, 90EF-009 dövlət qeydiyyat nömrəli, “Mersedes Benz S500” markalı, **-KP-*** dövlət qeydiyyat nömrəli, “Bentley Continental” markalı, 90UL-009 dövlət qeydiyyat nömrəli və “Mersedes Benz G63 AMG” markalı, **-VC-*** dövlət qeydiyyat nömrəli avtomobillərin üzərinə həbs qoyulmuşdur. Apellyasiya baxışı zamanı sorğu verilərək əldə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 11 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 9ənzil 20 saylı mənzi l 21 sentyabr 1993-cü il tarixdə X1 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 41 saylı DNK-nın 05 yanvar 1998-ci il tarixli 2V/02 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən X7 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 29 saylı DNK-nın 3MA-3-635 reyestr nömrəli 29 may 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 21 saylı DNK-nın 3-M-A-454 reyestr nömrəli 15 iyul 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2 adına qeydiyyatdan keçmişdir. Sorğuya cavab məktubunda qeyd edilən alqı-satqı müqavilələri məktuba qoşma şəklində əlavə edilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş və apellyasiya baxışı zamanı tədqiq edilmiş MH seriyalı, 167302 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Həsən Seyidbəyli küçəsindəki 31 nömrəli evin 20 nömrəli 3 otaqdan ibarət mənzili X2 xüsusi mülkiyyətindədir və onun mülkiyyət hüququ 18 avqust 1998-ci il tarixdə reyestrdə qeydə alınmışdır. Cinayət işi üzrə müəyyən edilmiş işin faktiki hallarına əsasən isə Məhkum Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 22 aprel 2005-ci il tarixli lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" ASC-nin payçılarının 5 mart 2004-cü il tarixli ümumi yığıncağının 13/03 saylı protokolu ilə rəsmiləşdirilmiş iclasında bankın Müşahidə şurasının sədri vəzifəsinə seçilmiş və həmin tarixdən 22 iyul 2016-cı il tarixədək həmin vəzifədə fəaliyyət göstərərək təqsirli bilindiyi cinayətləri törətmişdir. Göründüyü kimi, məhkəmə iclasında tədqiq edilmiş sübutlar la müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsinin hökmü ilə xüsusi müsadirə edilmiş Bakı şəhəri, H.Seyidbəyli küçəsi, 31 saylı evin 20 saylı mənzili 1998-ci ildə maraqlı şəxs Bənövşə İsmayılova tərəfindən alqı-satqı yolu ilə əldə edilmiş, Məhkum isə ona isnad edilən cinayət əməllərini 05 mart 2004-cü il tarixdən 22 iyul 2016-cı il tarixədək bankın müşahidə şurasının sədri vəzifəsində işlədiyi dövrdə törətmişdir. İşin bu halları Bənövşə İsmayılovanın adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmış mənzilin Məhkum tərəfindən cinayət yolu ilə və ya cinayət yolu ilə əldə edilmiş vəsaitlərin hesabında əldə edilməsini istisna edir. Digər tərəfdən isə X13 İsmayılovun təqsirli bilindiyi cinayətlərin törədilməsində hər hansı qisimdə iştirakı müəyyən edilməmişdir. Belə olan halda Bənövşə İsma yılovaya məxsus mənzilin xüsusi müsadirə edilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyasının qənaətinə görə işə apellyasiya məhkəməsi ünvan 7 ünvanındadakı mənzil barəsində xüsusi müsadirənin tətbiq edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. İş materiallarından da göründüyü kimi apellyasiya instansiyası məhkəməsi müsadirə məsələsinə baxarkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, qərar qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət vermişdir. Yuxarıda qeyd edilən hall arı nəzərə alaraq məhkəmə kollegiyası Məhkum barəsində kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli 1(103)1388/2024 nömrəli Məhkum haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 iyul 2024-cü il tarixli 1(103)-1388/2024 nömrəli qərarı kassasiya protesti münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar