Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-911/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Əfqan Hacıyev (sədrlik edən və məruzəçi), Əli Məmmədov və Telman Hüseynov) 1(101)-794/2021 nömrəli 06 aprel 2021ci il tarixli hökmü ilə 21 fevral 2002-ci ildə Qusar rayonunun Qılah-oba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qusar rayonunun Qılahoba kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinə rək 10 (on il) 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 29 oktyabr 2020ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 28 oktyabr 2020-ci il tarixdə, günorta saatlarından sonra özlərinə məxsus bağ sahəsini sulamaq üçün gedib orada təxminən 0,5 litrə yaxın spirtli içki olan araq içmiş, təxminən saat 18 radələrində Qusar rayonunun Nəcəfkənd-oba kənd sakini olan tanışı Zərərçəkmiş şəxs ona olan 100 manat borcunu qaytarması üçün sonuncunun mobil telefonuna zəng etmiş, Zərərçəkmiş şəxs onun zənglərinə cavab vermədiyi üçün sonuncunun mobil telefon nömrəsinə nalayiq sözl ər yazılmış mesaj göndərmiş, Zərərçəkmiş şəxs da ona zəng etdikdən sonra nalayiq söyüşlər söyməsi səbəbindən aralarında mübahisə yaranmış, aralarındakı mübahisəni aydınlaşdırmaq üçün Qılah-oba kəndində yerləşən qəbiristanlığın kənarında görüşmək barədə razılaşdıqdan sonra Təqsirləndirilən şəxs həmin gün, təxminən saat 19 radələrində yaşadığı evin həyətində yerləşən tövlədə saxladığı özünə məxsus açılıb-qatlanan cib bıçağını Zərərçəkmiş şəxs vurmaq məqsədi ilə əvvəlcədən özü ilə götürərək vədələşdikləri qəbiristanlığın kənarına getmiş, orada görüşən kimi heç bir söz demədən əlində olan bıçaqla onunla üzbəüz gələn Zərərçəkmiş şəxs əvvəlcə qarın və sinə nahiyələrinə qəsdən bir neçə dəfə vurmuş, bu zaman aldığı zərbələrin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmasına baxmayaraq onu öldürmək məq sədi ilə sonuncunun bədəninin həyat üçün təhlükəli olan döş qəfəsinin sol tərəfinə, həmçinin digər nahiyələrinə bıçaqla ardarda zərbələr vurmaqda davam etmiş, hadisə baş verərkən orada olan Qusar rayonunun Nəcəfkənd-oba sakini Şahid1 və rayonun Qılah-oba kənd sakini Şahid2 ona mane olmağa çalışsalar da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək məqsədi ilə bıçaqla vurmaqda davam etmiş, lakin Şahid1 Təqsirləndirilən şəxs tutub kənara çəkərək Zərərçəkmiş şəxs uzaqlaşdırmış, həmin vaxt Zərərçəkmiş şəxs ayağa qalxaraq qaçmasına baxmayaraq Təqsirləndirilən şəxs yenə də sonuncunu vuraraq qəsdən öldürmək niyyətini başa çatdırmaq üçün əlində olan bıçaqla onun arxasınca qaçaraq ona çatıb bıçaqla onun arxa tərəfinə qəsdən bir neçə dəfə də vuraraq öldürmək məqsədi ilə Zərərçəkmiş şəxs ümumilikd ə “döş qəfəsinin sol yan səthinin döş boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası” ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid, “döş qəfəsinin sol-ön səthinin döş və qarın boşluğuna nüfüz etməyən kəsilmiş-deşilmiş yarası, döş qəfəsinin Ön tərəfinin yuxarı hissəsinin, arxa qoltuqaltı xətti üzrə 4-5-ci qabırğa arasının, sol orta kürək xətti üzrə 7-ci qabırğa nahiyəsinin, sol kürək xətti üzrə, sol bazunun yuxarı 1/3-nin arxa səthin, arxa tərəfdə belin aşağı nahiyəsinin daxilə keçməyən deşilmiş-kəsilmiş yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, lakin Şahid1 onun Zərərçəkmiş şəxs vurmasına mane olmaq üçün onun qarşısını kəsib oradan uzaqlaşdırıb əlindəki bıçağı alara q ətrafda olan kolluq əraziyə atmasına görə Qocayev X3 Ramiz Xeyirbəyoviçi qəsdən öldürmək niyyəti ilə onun bədəninin müxtəlif nahiyələrinə qəsdən 8 bədən xəsarəti yetirməsinə baxmayaraq, öz iradəsindən asılı olmayan səbəblərə görə sonuncunu qəsdən öldürməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini başa çatdıra bilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Məhəmmədəli Rzayev (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Ruhiyyə Əsgərova) 1(105)389/2021 nömrəli, 31 avqust 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmişdir. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafi əçi kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarının dəyişdirilməsi və ona daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və Təqsirləndirilən şəxs ağır cəza təyin etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə tibb ekspertizasının 01 dekabr 2020-ci il tarixli 595 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlərin bir qismi ağır zərər vurmaya, bir qismi isə yüngül zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı məhkum Təqsirləndirilən şəxs göstərmişdir ki, spirtli içki qəbul etmiş və içkinin təsiri altında olmuş, Zər ərçəkmiş şəxs isə öldürmək niyyəti olmamışdır. Hazırda Zərərçəkmiş şəxsla barışmışdır, sonuncunun ona qarşı heç bir şikayəti tələbi yoxdur. Zərərçəkmiş şəxs hökmdən verdiyi apelyasiya şikayətində də hökmlə razı olmadığını, məhkəmənin cinayət qanunu normasını düzgün tətbiq etmədiyini, Təqsirləndirilən şəxs ağır cəza təyin edildiyini, Təqsirləndirilən şəxs onu öldürmək niyyətində olmadığını, hazırda Təqsirləndirilən şəxslə barışdığını, müalicəsinə sərf etdiyi xərclərin Amilin qohumları tərəfindən ödənildiyini, Amilə qarşı heç bir şikayətinin və tələbinin olmadığını göstərmiş, Təqsirləndirilən şəxs əməlini CM-in 29,120.1-ci maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif olunmasını və ona yüngül cəza təyin olunmasını istəmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini CM-in 126.1-ci maddəsi ilə töv sif etməli olduğu halda etməmiş, ona ağır cəza təyin etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olduğu halda onun Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi qanunsuz və əsassız olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi üçün həmin əməl nəticəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan bədən xəsarəti yetirilməlidir. Şəxsin əməli o halda Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə tövsif edilir ki, şəxs bilavasitə qəsdən adam öldürməyə, yəni digər şəxsi həyatdan məhrum etməyə yönəldilmiş qəsdən edilən hərəkətlər törədir, lakin onun iradəsindən asılı olmayan səbəblərə görə o, istədiyinə nail ola bilmir və zərərçəkmiş şəxsin ölümü baş tutmur. Qeyd edilməlidir ki, adam öldürməyə cəhd zamanı zərərçəkmişin sağlamlığına ağır zərər vuruld uğu halda həmin cinayət əməlinin obyektiv cəhəti Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti ilə üstüstünə düşür. Belə olan halda əməlin tövsifi həmin əməl törədənin qəsdi üzrə, yəni cinayət tərkibinin subyektiv cəhəti üzrə ixtisaslaşdırılır. Qəsdən adam öldürməyə cəhddə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlməlidir. Azərbaycan Respublikası CPM-in 139.0.3 və 139.0.4-cü maddələrinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İşin materiallarından görünür ki, birinci instansiyası məhkəməsi biri digərini tamamlayan, mümkün və mötəb ər sübutları hərtərəfli, tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq zərbələri məhz sonuncunu öldürmək məqsədi ilə endirilmiş, lakin Şahid1 və Şahid2 ona mane olması ilə əlaqədar buna nail ola bilməmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlara – təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələrinə, şahidlərin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə və digər sübutlara nəzər salaraq hesab edir ki, məhkəmələr məhkumun əməlinin tövsifi ilə əlaqədar düzgün nəticəyə gəlmişlər. Belə ki, həmin sübutlarla müəyyən edilmişdir ki, məhkum zərərçəkmiş şəxslə telefonda mübahisə etdikdən sonra so nuncu ilə münasibətləri aydınlaşdırmaq üçün vədləşdirilmiş yerə gələrkən özü ilə bıçaq götürmüş və hadisə yerinə gələn kimi zərərçəkmişə ardıcıl olaraq dayanmadan çoxsaylı bıçaq zərbələri endirməyə başlanmış və yalnız digər şəxslərin ona mane olması nəticəsində öz hərəkətləri davam edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sübutlar əsasında müəyyən edilmiş işin bu halları məhkumun zərərçəkmiş şəxsi öldürmək niyyətini kifayət qədər təsdiq edir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olması və onun qanunsuz olaraq CM-in 29,120.1-ci maddəsi ilə məhkum edilməsinə dair dəlili ilə razılaşmır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai is tintaq, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. Məhkəmə kollegiyası cinayət və cinayət-prosessual qanunları normalarına riayət edilməsini yoxlayaraq qeyd edir ki, məhkəmələ r iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün say ır. Kassasiya şikayətinin dəlili əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, habelə apelyasiya instansiyası məhkəməsinin həmin cəzanı ədalətli hesab edilməsi mövqeyini qanuna uyğun və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə q arşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olma yan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-in 120.1-ci maddənin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Qanun bu normalarında görünür ki, Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə 9 ildən 10 il 6 ayadək müddətdə cəza təyin oluna bilər və təyin edilə biləcək cəzanın yuxarı həddi 10 il 6 ay təşkil edir. Birinci instansiya məhkəməsi məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini və zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən hallar qismində, cinayətin hərbi vəziyyətdə törətməsini isə cəzanı ağırlaşdıran hal qismində nəzərə almışdır. Beləliklə birinci instansiya məhkəməsi məhkumun cəzasını yüngülləşdirən hallar müəyyən etsə də, ona qanunla nəzərdə tutulmuş ən yüksək həddə azadlıqdan məhrum etmə cəzası təyin etmiş, apelyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən yuxarıda göstərilən halları hökmdə qeyd etsə də, faktiki olaraq məhkuma cəza təyin edərkən onları nəzərə almamış və ona qanunla qeyd olunmuş yuxarı həddə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələr məhkum Təqsirləndirilən şəxs cəzasını yü ngülləşdirən halları nəzərə almadan ona təyin ediləcək cəza müddətini müəyyən edərkən Cinayət Məcəlləsinin yuxarıda qeyd edilmiş normasını düzgün tətbiq etməmişlər. Bu baxımdan da məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi ap elyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs daha aşağı həddə cəza təyin edilməklə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 avqust 2021-ci il tarixli qərarı dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərb aycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilsin. Qərar qalan hissədə dəyişdirilməsin.
Məhkəmə qərarları › İş №1(102)-911/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-911/2022
13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver