Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-911/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli, 1(103)-2606/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (X8) 2024-cü il 10 oktyabr tarixli, 1(008)534/2024 nömrəli hökmü ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 1 (bir) il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq ona 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Məhkum qəti olaraq 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum xx.x x.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində qəti olaraq 2 il 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təyin olunmuş cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 2.1.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə) 2024-cü il 3 dekabr tarixli, 1(103)-2606/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum tamah niyyətilə 30 dekabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə hasardan aşma yolu qanunsuz daxil olub saxlanc yeri sayılan evin həyətindən dəyəri 750 manat olan su çənini, 1500 manat dəyərində markası məlum olmayan kombi aparatını, yaşayış evinin pəncərə üzərində olan dəmir barmaqlığını sındırıb pəncərəni açma yolu ilə yaşayış evinə daxil olaraq yaşayış evindən ümumi dəyəri 400 manat olan 4 ədəd radiatoru, dəyəri 500 manat olan qadın gəlinlik paltarını, 50 manat dəyərində 3 ədəd qapı dəstəyinin, ümumi dəyəri 30 manat olan hamam su kranını, bir ədəd 300 manat dəyərində boz rəngli 48x72 sm ölçülü çantanı, bir ədəd 200 manat dəyərində qara rəngli 42x60 sm ölçülü çantanı, bir ədəd 200 manat dəyərində göy rəngli 33x41 sm ölçülü çantanı, bir ədəd 100 manat dəyərində "GFTGS” markalı çantanı, ümumi dəyəri 350 manat olan bir ədəd "LG” markalı LX-D2350 modelli musiqi mərkəzini, 1 dəst (4 ədəd) "Editer” markalı səs gücləndiricini və bir ədəd 30 manat dəyərində "Crown” markalı sərinkeşi gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 4410 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq yivli odlu silah hesab edilən bir ədəd nömrəsi silinmiş keçmiş Rusiya dövlətində zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan Kalaşnikov konstruksiyalı 5,45 mm kalibrli AK-74 modelli avtomatı, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan bir ədəd texniki cəhətdən saz olan istifadəyə yararlı darağı və döyüş sürs atı hesab olunan atəş üçün yararlı olan 27 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş patronları əldə edib gəzdirib daşıyaraq saxlamaqla Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhic bağlarında sahibsiz torpaq sahəsində hasarın kənarında torpağı qazaraq altında gizlətmiş, bu barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən 2 yanvar 2024-cü il tarixdə saat 16:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri Nardaran qəsəbəsində Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən saxlanılıb onun iştirakı ilə Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi Ləhic bağlarında sahibsiz torpaq sahəsində hasarın kənarında olan torpağa qazılaraq baxış keçirilərkən torpaq altında gizlədilmiş a ğ rəngli sellofan torbanın içərisindən Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaqla gizlətdiyi bir ədəd zavod üsulu ilə keçmiş Rusiya dövlətində istehsal olunmuş texniki cəhətdən saz və atəş üçün yararlı olan, yivli odlu döyüş silahı hesab olunan nömrəsi silinmiş Kalaşnikov konstruksiyalı 5,45 mm kalibrli AK-74 modelli avtomat, Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olan bir ədəd texniki cəhətdən saz olan istifadəyə yararlı darağı və döyüş sursatı hesab olunan atəş üçün yararlı olan 27 ədəd 5,45x39 mm kalibrli Kalaşnikov avtomatlarında atəş açmaq üçün nəzərdə tutulmuş patronlar aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq q eyd etmişdir ki, Məhkum törətdiyi CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli kifayət qədər aktual cinayətdir. Belə ki, ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti odlu silah tətbiq edilməklə törədilir. Azərbaycan Respublikasının Dövlət Statistik Komitəsinin rəsmi statistik məlumatlarına əsasən 2020-ci il ərzində Azərbaycanda odlu silahın tətbiqi ilə 56 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 14-ü qəsdən adam öldürmə hadisəsində tətbiq edilmişdir. Cinayət Məcəlləsinin 228-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 dekabr 2003-cü il tarixli qərarında göstərilmişdir ki, odlu silah soyuq silahdan təkcə hazırlanma, təyinat və istifadə edilmə qaydası ilə deyil, həm də cəmiyyət üçün son dərəcədə təhlük əliliyi ilə fərqlənir. Daha sonra Məhkum törətdiyi CM-nin 177.2.3-ci maddəsində nəzərdə tutulan cinayətin obyekti mülkiyyət münasibətləridir. Mülkiyyət - vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi-iqtisadi münasibətdir. Mülkiyyət iqtisadi və hüquqi kateqoriya olub, özündə mülkiyyətçinin əldə etdiyi və ona məxsus maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusunu təşkil edir. Hüquq normaları ilə tənzimlənərkən bu münasibətlər hüquqi forma alır və hüquqi qaydada mülkiyyətçinin, ona məxsus daşınar və daşınmaz əmlaka malik olmaq, istifadə etmək və sərəncam vermək kimi hüquqlarla ifadə olunur. Dövlət ittihamçısı bildirmişdir ki, Məhkum əməlinin və şəxsiyyətinin yüksək ictimai təhlükəli olmasına, onun kriminal meyllərin təsirindən hələ də azad edilməməsinə, ictimaitəhlükəli vərdişlərinin davamlı olmasına, əvvəlki cəzanın islahedici təsirinin yetərli olmamasına dəlalət edən hallardır və bu da onun barəsində həm CM-nin 177.2.3-cü, həm də CM-nin 228.1-ci maddəsi ilə daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiqini zəruri edir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli, 1(103)-2606/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin edilməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3 dekabr 2024-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apell yasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilmə məsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma təyin eidlmiş cəzanın yüngüllüyünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənə vi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktlar ın müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, dövlət ittihamçısı kassasiya protestində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum barəsinə qanuni, əsaslı və ədalətli cəza təyin edilmişdir. Dövlət ittihamçısı kassasiya protestində məhkuma daha ağır hədlərdə cəza təyin edilməli olmasını israr e tsə də, lakin öz mövqeyini əsaslandıra bilməmiş, hansı səbəbdən məhkumun, ona daha sərt cəza təyin edilməsi yolu ilə islah edilə bilməsinə məhkəmə kollegiyasını inandıra bilməmişdir. Halbuki cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in 177.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. CM-in 177.2.3-cü maddəsi ilə onun tərəfindən zərərçəkmiş şəxsə 4410 manat məbləğində maddi ziyan vurulmuş və həmin maddi ziyan zərərçəkmiş şəxsə ödənilmiş və zərərçəkmiş şəxs məhkumla barışmışdır. Məhkumun təqsirli bilindiyi hər iki maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzana münasibətdə daha yüngül alternativ cəzalar nəzərdə tutulmuşdur. Hazırki işin hallarından da görünür ki, məhkuma təqsirli bilindiyi maddələrlə real azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi üçün hər hansı qanuni əsas tapa bilmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 10 oktyabr tarixli, 1(008)534/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum b arəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 3 dekabr tarixli, 1(103)2606/2024 nömrəli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-911/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-911/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver