Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-912/2019 25.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM -nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim: S.Ə.Ağayev) xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1-eı mənzilində qeydiyyatda olan, ünvan 2 evdə yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.4-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yux arıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən), Q.X.Babayev və R.M.Abdulov) apellyasiya şikayəti təmin edilməmişdir, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkum 11 noyabr 2017-ci ildə yaşadığı evin alqı-satqisını sənədləşdirmək məqsədilə Zərərçəkmiş şəxs1 və onun qohumu X1 09 radələrində ünvan 1 ünvanında "Asan Xidmət" Mərkəzinə gəlmiş, Zərərçəkmiş şəxs1n şəxsiyyət vəsiqəsini avtomobildən götürmək üçün,X1un isə Zərərçəkmiş şəxs1n saxlamaq üçün ona verdiyi 7000 manatı Zərərçəkmiş şəxs1 3000 manatı isə qayınanası Zərərçə kmiş şəxs2 məxsus pulu, xidməti otağa dəvət olunması ilə əlaqədar masanın üstünə qoyub getmələrindən istifadə edib tamah niyyəti ilə gizli olaraq özgənin əmlakını talayıb qaçmaqla zərər çəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyli miqdarda, cəmi 10.000 manat ziyan vurub oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən işin hallarının tam hərtərəfli araşdırmadığını, iş üzrə zərərçəkmiş şəxs bir nəfər olduğu halda iki nəfər kimi təqdim olunduğunu göstərək, yüngülləşdirici halları, öhdəsində azyaşlı övladını., ailədə yeganə qazanc gətirən olmasını, törətdiyi cinayətdən səmimi peşman olmasını nəzərə alınmadığını göstərərək,cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyası kassasiya şikayəti nin dəlillərini araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçınının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Məhkum edilmiş şəxs Məhkum cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, qəbul ediləni qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, onun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, cəza təyinin ümumi prinsiplərin müəyyən edən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, maddələrinin tələblərinə riayət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi ş əraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza so sial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum barəsində cəza təyin olunarkən məhkəmələr tərəfindən cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi və işin digər obyektiv halları nəzərə alınmışdır. Həmçinin sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq hərtərəfli, tam və obyektiv tədqiq edilmişdir. Məhkəmələrin gəldiyi nəticə işin faktiki hallarına uyğundur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, şikayətin təmin edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində təsbit olunan hər hansı əsas mövcud olmadığından kassasiya şikayəti təmin edi lməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-912/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-912/2019
25.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver