Məhkəmə qərarları › İş №1(102)-912/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-912/2020

01.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-912/2020 01.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, zərərçəkmiş Zərərçəkmiş şəxs, Məhkum müdafiəçisi Abdullayev Rəşad İlqar oğlunun iştiraklar ı ilə, Məhkum Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Bağırova Janna Mirzə qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Ağayev Elçin Zəkəriyə oğlu) Məhkum, xx xxxxxx 1993-cü il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə CM-nin 221. 3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarı ilə ona həmin hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 3 (üç) ilədək endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib CMnin 66.5-ci maddəsinə əsasən qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 7 (yeddi) ay 10 (on) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş, ÜNVAN 1 qeydiyyatda olan, CM-nin 221.3-cü madd əsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli hökmü əsasında təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 7 (yeddi) ay 10 (on) günün ona hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxxxx 2019-cu il tarixdə saat 16 radələrində metroda qatarda olarkən onunla eyni vaqonda üzbəüz oturacaqda oturmuş, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs i lə baxışlarının təsadüfən rastlaşmasından, sonuncunun ona baxmasından narazı qalıb bunu bəhanə edərək, onun təkidi ilə Zərərçəkmiş şəxslə birlikdə də Bakı şəhəri, Binəqədi rayonu XXX küçəsində XXX» metrostansiyasından çıxdıqdan sonra metrostansiyanın çıxış hissəsində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onunla kobud danışmasını bəhanə edərək ictimai yerdə, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək çoxsaylı şahidlərin gözü qarşısında, onlara qarşı laqeyidlik, etinasızlıq göstərmiş, gücünü nümayiş etdirərək əvvəlcə Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, sonra isə üzərində olan bıça ğı silah qismində istifadə edib tətbiq etməklə Zərərçəkmiş şəxs bir dəfə ayaq və bir dəfə kürək nahiyəsindən qəsdən vuraraq sonuncuya sağ baldır nahiyəsinin deşilmiş-kəsilmiş yarası, sağ kürək nahiyəsinin səthi kəsilmiş yarası, sol əlin arxa səthinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Hökmdən Məhkum müdafiəçisi Bağırova Janna Mirzə qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əhmədov Həsən Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Habil Çingiz oğlu və Murquzov İlqar Mustafa oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməm iş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və Məhkum əməlinin CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməsini, ona CM-nin 128-ci maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin xx xxxxxx 2019-cu il tarixdən həbsdə olması nəzərə alınaraq sonuncunun məhkəmə iclası zalından həbsdən azad edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkumla zərər çəkmiş şəxs arasında baş vermiş münaqişə hadisələrin təsadüfü axarı nəticəsində, zərərçəkmişin təşəbbüsü ilə başlamış və məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələrindən də görünür ki, məhz, zərərçəkmiş şəxs və onun yanında olan şəxslərlə təqsirləndirilən şəxs arasında qarşılıqlı dalaşma olmuşdur. Buna baxmayaraq, qarşılıqlı dalaşmada iştirak etmiş şəxslərdən biri zərər çəkmiş, digəri isə, təqsirləndirilən şəxs statusu almış, münaqişənin gedişində isə onlar bir-birindən intiqam almaq niyyətində olmuş və həmin vaxt Məhkum məqsədi ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olmamışdır ki, bu da toplanmış sübutlarla təsdiq edilir. Müdafiəçinin fikrincə, şəxsi münasibətlər zəmində baş vermiş münaqişə zamanı Məhkum zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmaya aid olan xəsarətlər yetirməsi əməlləri CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət in tərkibini yaratğından onun həmin əməlləri göstərilən maddə ilə tövsif edilməli və bu cinayət böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edildiyindən ona Xəzər Rayon Məhkəməsinin məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair xx xxxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmədən yalnız CM-nin 128-ci maddəsi ilə cəza edilməli, onun xx xxxxxx 2019-cu il tarixdən həbsdə saxlanılması nəzərə alınaraq isə, o, məhkəmə iclası zalından həbsdən azad edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419-c u maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiy ası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prose ssual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibət də üstünlüyünün müəyyən edilməsi başa düşülür. Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin CM-nin 128ci maddəsi ilə - qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməli olduğu halda, əsassız olaraq CM-nin 221.3-cü maddəsi ilə tövsif edildiyini, həmin maddə ilə ona həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, məhkumun əməlinin CM-nin 221.3-cü maddəsindən CM-nin 128-ci maddəsinə tövsif edilməsini, ona həmin maddə ilə həbsdə saxlanıldığı müddətdə cəza təyin edilməsini və dərhal həbsdən azad ediməsini xahiş etməklə faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi haqqın da kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüqu qlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. CPM-nin 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə, cinayət prosesini həyata k eçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə gör ə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi). “İnsan Hüquqlarının və X5 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərindən, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin mövqelərindən çıxış edərək məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxan kassasiya kollegiyasının üzərinə, qanunvericili yin tələb etdiyi kimi, törədilmiş ictimai təhlükəli əməlin bütün hallarının müəyyən edilməsinə əsasən bu əmələ maddi hüquq normasının düzgün tətbiq edilibedilməməsini yoxlamaq vəzifəsi düşür. İş materiallarından görünür ki, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə adı çəkilən məhkumun hökmdə təsvir edilən cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə Məhkum təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onlar ın kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayət əməllərini, yəni cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı xuliqanlıq cinayətini törətməsi, kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsində CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş və bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən olunmuşdur. Məhkum xuliqanlıq cin ayətini törətməsinun mübahisələndirilməsi üzrə dəlillər (təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında yaranmış anlaşılmamazlıqla onların arasında şəxsi zəmində münasibət yaranması və biri-birilərindən intiqam almaq hissləri onların arasında dalaşmaya səbəb olması, yəni, onların bir-birindən intiqam almaları, artıq təqsirləndirilən şəxsin niyyətinin ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməkdə deyil, sadəcə zərərçəkmişin cəzalandırılmasına yönəlməsi barədə dəlillər) məhkumun müdafiəçisi tərəfindən verilmiş eyni məzmunlu apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən də yoxlanılmış və məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) araşdırılmış sübutların məcmusu ilə, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, Zərərçəkmiş şəxs aldığı xəsarətlə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası gətirilən dəlilin ziddiyyətli olduğunu vurğulamaqla yanaşı onunla əlqədar həmçinin aşağıdakıları qeyd edir. Şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin P lenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Xuliqanlıq cinayətinin əsas tərkibini nəzərdə tutan CM-nin 221.1-ci maddəsində bu cinayət “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Qəsdən sağlamlığa yüngül zərər vurma CM-nin 128-ci maddəsinə əsasən “sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsi” kimi müəyyən edilmişdir. CM-nin 221.3-cü maddəsində isə xuliqanlığın silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsinə və bunun zərər çəkmiş şəxsə zor tətbiq olunması, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Görünüdüy kimi, xuliqanlıqla CM-nin 128-ci maddəsində göstərilən qəsdən sağlamlığa yüngül zərər vurmanın hallarını fərqləndirən obyektiv cəhətə aid zəruri əlamət ondan ibarərtdir ki, xuliqanlıq əməlləri ictimai qaydanı kobud surətdə pozulmasında, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ndə, şəxslər üzərində zor tətbiq olunmasında və ya belə zorun tətbiq etmə hədəsindən istifadə edilməsində özünü göstərirsə, qəsdən sağlamlığa yüngül zərər vurma əməlləri əsasən şəxsi münasibətlər zəminində, qisas almaq məqsədilə, ictimai qayda pozulmadan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilmədən törədilir. İş üzrə müəyyən olunmuş hallardan və onların əsasına qoyulmuş mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutlardan aydın olur ki, XXX hərəkətlərində qəsdən sağlamlığa yüngül zərər vurma deyil, məhz xuliqanlıq cinayətinin tərkibinin olduğunu göstərirlər. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr müdafiəçinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instans iya məhkəməsində CPM-nin tələblərinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum törətdiyi əməlin CM-nin 221.3cü maddəsi ilə tövsif edilməsini, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar hökmdə ətraflı təsvir edilib, müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkə mə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsini zəruri saymır. Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəza apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, şəxsiyyətini səciyyələndirən məlumatlardan, Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmaması, yaşayış yerindən müsbət xarakterizə olunması kimi cəzanı yüngülləşdirən hallardan, habelə onun əməlində CM-nin 61.1.1-ci maddəsində cəzanı ağırlaşdıran hal kimi nəzərdə tutulmuş cinayətin residivinin olmasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsin in həyat şəraitinə təsirindən çıxış edib, məhkumun hökmlə CM-nin 221.3-cü maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən etməsindən görünür ki, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, CM-nin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar olduqda cəzanın təyin edilməsinə dair CM-nin olaraq 59, 61.1.1, 58.3, maddələrinin tələblərinə əməl etmiş və ona CM-nin 8-ci maddəsində nəzərə tutulmuş ədalət prinsipinə, CM-nin 41.2-ci maddəsində göstərilən cəzanın məqsədlərinə cavab verən cəza təyin etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin nəzərə aldığı halları fərqli şəkildə qiymətləndirmək, onları məhkumun cəzasının daha da yüngülləşdirilməsini mümk ün edən hallar kimi səciyyələndirmək üçün əsas görmür. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları baxılan işdə kassasiya şikayəti ilə ehtiva olunan CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini göstərir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi R.İ.Abdullayevin, həmin şikayətin təmin edilməməsi barədə isə zərərçəkmiş Zərərçəkmiş şəxs və dövlət ittihamçısının çıxışlarını dinləyib, yuxarıda göstərilən əsaslara görə hesab edir ki, Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar