Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-912/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, tərcüməçi X2 qızının, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, bəraət almış şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azər baycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı X13 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim İ.A.Məmmədov ) xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, məhəllə 29, ev 12, mənzil 12-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasit ələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə daxil olduğu vaxtdan hesablanması, iş üzrə 570 (beş yüz yetmiş) manat məbləğində məhkəmə xərcinin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməsi hökm edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2019-cu il tarixli hökmü ilə (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X18 və X3 ibarət tərkibdə) dövlət ittihamçısı X14 tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Lətifov Yusif Bəşir oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs müdafiəçisi X15 tərəf indən verilmiş apelyasiya şikayəti təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-383/2018 saylı, 07 noyabr 2018-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığdan bəraət verilmişdir. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisi Lətifov Yusif Bəşir oğlu tərəfindən verilmiş kassasiya şikayətinə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 dekabr 2019-cu il tarixli qərarı ilə (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X17 və X1 ibarət tərkibdə) kassasiya şikayəti və kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 avqust 2019-cu il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisi Lətifov Yusif Bəşir oğlunun kassasiya şikayətinə münasibətdə ləğv edilmiş və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: X19 (sədrlik edən və məruzəçi), X16 və X11 ibarət tərkibdə) dövlət ittihamçısı X14 tərəfindən verilmiş apelyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi Lətifov Yusif Bəşir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs müdafiəçisi X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Təqsirləndirilə n şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli hökmü ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əməlində cinayət tərkibi olmadığından bəraət verilmiş, iş üzrə 779 (yeddi yüz yetmiş doqquz) manat məbləğində ekspertiza xərcinin dövlət büdcəsinə aid edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs ittiham olunaraq ona görə məhkəməyə verilm işdir ki, o, 14 may 2018-ci il tarixdə saat 22:00 radələrində AF seriyalı 003038 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi ilə baş etibarnamə əsasında idarə etdiyi «Ford Edge» markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Quba yolunun 34-35-ci kilometrliyi ilə üzü Quba rayonuna doğru hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığı halda nəqliyyat vasitəsini sürətini tam dayanma həddinə qədər azaltmaq üçün texniki imkanı olduğu halda mümkün olan zəruri tədbirlər görməmiş, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyərək yolun əks istiqamətindən idarəetməni itirərək onun üzərinə doğru hərəkət edən və X7 idarə etdiyi “Hyundai Sonata” markalı, ** US *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan “Hyundai Sonata” markalı, ** US *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X7 ölümünə səbəb olan, başın küt travması, sağ gickah sümüyünün kəllə əsasına keçən sınığı, baş-beyinə qansızma, sağ budun orta 1/3-nin qapalı yerdəyişən sınığı, sağ gicgah nahiyəsinin, sağ gözətrafının dərialtı hematoması, üst çənədə 4 kəsici, 2 köpək dişin travmatik sınığı, sağ əlin arxa səthinin əhatə edən çoxsaylı, sol bazunun yuxarı 1/3-nin bayır səthində, sol bazunun aşağı 1/3-nin bayır səthində, sol saidin aşağı 1/3-nin arxa səthində, sağ sağrının aşağı iç və bayır kvadrantının səthi sıyrıqları ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, idarə etdiyi avtomobildə sərnişin olan Zərərç əkmiş şəxs isə sağ budun yuxarı 1/3-nin ön səhtinin, sağ baldırın yuxarı 1/3-nin ön iç səthinin, sağ saidin yuxarı 1/3-nin arxa səthinin, sol əlin İİ barmağının arxa səthinin qançırları ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, eyni zamanda X7 ehtiyatsızlıqdan mülkiyyətində olan “Hyundai Sonata” markalı, ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin yanması ilə əlaqədar olaraq tam yararsız vəziyyətə düşməsi ilə əlaqədar 11000 (on bir min) manat dəyərində maddi ziyan vurmasına səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı X13 tərəfindən verilmiş kassasiya protestində qeyd edilmişdir ki, məhkəmə kollegiyası tərəfindən hökm çıxarılarkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əsassız və qanunsuz bəraət verildiyindən həmin hökm ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Təqsirləndirilən şəxs apellyasiya instansiya məhkəməsində dindirilərkən ona CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində yol hərəkətinin iştirakçısı kimi baş vermiş yol-nəqliyyat hadisəsində təqsiri olduğunu dərk etməklə məqsədli şəkildə hadisənin baş verməsinin obyektiv hallarını məhkəmə baxışında öz xeyrinə təhrif etmişdir. Eyni sözlər zərərçəkmiş şəxs qismində tanınmış həyat yoldaşı Zərərçəkmiş şəxs aid edilməlidir. İşin faktiki hallarına uyğun olmayan və təkzib olunmaz sübutların məcmuyu ilə inkar ol unan Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli apellyasiya icraatında verdiyi ifadələri məhkəmə kollegiyası tərəfindən əsassız olaraq əsas sübut kimi qəbul edilmiş, ədalətsiz və qanunsuz bəraət hökmünün əsasını təşkil etmişdir. Məhkəmə tərəfindən iş materiallarında olan və birinci instansiya məhkəməsində məhkəmə istintaqı ilə tədqiq olunan şahid ifadələri, ekspert rəyləri və digər mötəbər sübutlar əsassız olaraq məhkəmə kollegiyası tərəfindən nəzərə alınmamışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra cinayət işinin materialları ilə müdafiəçinin və tərcüməçinin iştirakları ilə tanış edilmiş, heç bir etirazları və vəsatətlərinin olmaması barədə tərtib edilmiş 30 iyul 2018-ci il tarixli protokolları imzalamışlar. Cinayət işinin materiallarında olan ekspertiza rəyləri ilə də eyni qaydada tanış edilmişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında da ibtidai istintaqda tərcüməçinin olmaması barədə göstərməmişlər. Birinci instansiya məhkəməsi sübutları tədqiq edib hüquqi qiymət verdikdən və Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxardıqdan sonra Təqsirləndirilən şəxs və onun həyat yoldaşı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs əvvəlki ifadələrini dəyişmələrinin səbəblərinin onların göstərdiyi hallarla əlaqədar olmadığı təsdiq edildiyi halda, onların apellyasiya instansiya məhkəməsi iclasındakı ifadələri əsassız və həqiqətə uyğun olmayan hesab edilə bilərdi. Lakin apellyasiya instansiya məhkəməsi bu səbəblərin həqiqiliyini yoxlamamışdı r. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs və onun həyat yoldaşının apellyasiya məhkəməsində verdiyi ifadələrinə üstünlük vermiş, onların digər sübutlara uyğun gələn əvvəki ifadələrini isə nəzərə almamış, yeni hadisə sxemi qurmuş və keçirilmiş təkrar yol nəqliyyat ekspertizasının rəyini əsas götürərək bəraət hökmü çıxarmışlar. Sumqayıt Apellyasiya Məhkəməsində ifadə verən Təqsirləndirilən şəxs ibtidai istintaqda və birinci instansiya məhkəməsində verdiyi ifadəsindən fərqli ifadə verməsinin səbəbini guya müstəntiqin onu azərbaycan dilini bilməməsindən istifadə edib aldatması ilə əlaqələndirmiş, həmçinin ifadələrdə imzası olduğu halda tərcüməçinin ona təqdim edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ehtimal xarakterli mülahizələrinə tənqi di yanaşmamış, şəxsin məsuliyyətdən kənarda qalmaq üçün özünə sərf etməyən ifadələrindən imtina etdiyini nəzərə almamışdır. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində əvvəlki ifadələrini dəyişərək təhlükənin yaranma anı, toqquşma nöqtəsi və əhəmiyyət kəsb edən digər hallarla bağlı özünə uyğun olan yeni məlumatlar vermiş və həmin məlumatlar əsasında yenidən təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması aparılmış və hadisənin yeni baş vermə mexanizmi qurulmuşdur. Təqsirləndirilən şəxs apellyasiya məhkəməsində verdiyi ifadəsində toqquşma nöqtəsinin müstəntiqin göstərdiyi kimi heç də hərəkət zolağından sağda olan köməkçi zolağında, yolun sağ çiynində 6,6 metr məsafədə yerləşmədiyini bildirmiş, toqquşmanın onun hərəkət hissəsində, iki yolu ayıran xəttin yaxınlığında baş verdiyin i göstərmişdir. Bu yeri o, apellyasiya məhkəməsində ifadəsinin yerində yoxlanması zamanı da toqquşma yeri kimi göstərmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində aparılan istintaq zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs toqquşma yerini dəyişməklə məsuliyyətdən kənarda qalmağa çalışır. Halbuki, ibtidai istintaq zamanı müəyyən edilmiş toqquşma yeri Təqsirləndirilən şəxs ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələrinə uyğun olmuşdur. Çünki, qeyd olunduğu kimi o, ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, “Hundai Sonata” markalı, avtomobil üzərinə gələrkən öz avtomobilini köməkçi yola çəkmiş, həmin avtomobilin idarəetməni itirdiyini görüb avtomobilini yenə də sağ tərəfə çəkmişdir. Müstəntiq tərəfdən müəyyən edilmiş toqquşma yerinin yolun sağ kənarınd an 6.6 metr aralıda yerləşməsi təqsirləndirilən şəxsin həmin ifadəsi ilə uyğunluq təşkil etmişdir. İbtidai istintaq zamanı hadisə yerinin sxemi də həmin ifadədə göstərilənlərlə üst-üstə düşmüşdür. İşin hərtərəfli, tam və obyektiv araşdırılması üçün şərh olunan rəylər arasında olan ziddiyyəti aradan qaldırmaq məqsədi ilə iş üzrə təkrar komisyon məhkəmə yol-nəqliyyat ekspertizası təyin edilməsi haqqında məhkəmə kollegiyası qarşısında əsaslandırılmış vəsatət qaldırlsa da təssüf ki, vəsatət məhkəmə kollegiyası tərəfindən təmin edilməmişdir. Məhkəmə tərəfindən iş üzrə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi tərəfsiz və obyektiv ifadələri nəzərə alınmamış, məhkumun ziddiyyətli ifadələr verməsinin obyektiv səbəbi aydınlaşdırılmamış, toplanmış sübutlar tərəfsizlik nöqteyinəzər dən təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdirilməsi zamanı yalnız bir tərəfin maraqları prioritet götürülmüş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmiş, beləliklə, məhkəmələrin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmələr bir sübutun qəbul, ittihamın əsaslandırılması üçün göstərilmiş digər sübutların rədd edilməsinin motivlərini göstərmədən, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin verdiyi səmimi və etirafedici ifadəsinə, eləcə də şahidlərin verdikləri obyektiv ifadələrinə və birinci instansiya məhkəmə iclasında tədqiq edilmiş mötəbər subutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi ziddiyyətli sübutlara əsaslanaraq yekun qəra r qəbul etmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsə qarşı hər hansısa psixi və fiziki zor tətbiq edilmədiyi halda, onun məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərdiyi - özünü müdafiə etmək və cinayət məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə həqiqəti əks etdirməyən və məhkəmə istintaqı zamanı sübuta yetirilməyən xüsusatları məhkəmənin əsas götürməsi isə hökmün əsassızlığına dəlalət edir. Bundan başqa, məhkəmə kollegiyası qərar qəbul edərkən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 24 dekabr 2019-cu il tarixli qərarının tələbləri və tövsiyələrinə əməl etməmiş və nəticədə əsassız və qanunsuz bəraət hökmü çıxarmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən hökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən cinayət i şi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Təqsirləndirilən şəxs əsassız olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə bəraət verilmişdir. Kassasiya protestində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021 -ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edərə k, Zərərçəkmiş şəxs, bəraət almış şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin kassasiya protestinin təmin edilməməsinə, dövlət ittihamçının kassasiya protestinin təmin edilməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmi ş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə əsassız olaraq bəraət verilməsi mübahisələndirilir. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü mad dəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühak iməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayətprosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılma z hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... "Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin "Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin m övcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Adı çəkilən Plenum qərarında habelə göstərilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilməyərək, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir ki, onlar 14 may 2018-ci il tarixdə saat 20:30 radələrində Rusiya Federasiyasına getmək məqs ədi ilə evdən çıxmış, evdən çıxaraq Suraxanı rayonunda benzindoldurma məntəqəsinə avtomobili benzinlə doldurduqdan sonra yollarına davam etmişlər. "Sumqayıt Sənaye Parkı”nın yanından keçərkən görmüşdür ki, qarşıdan "Kamaz” markalı maşın gəlir. "Kamaz” markalı maşının arxasından anidən iki maşının onun yoluna çıxaraq üzərinə hərəkət etdiyini görmüşdür. Qaranlıq olduğundan maşınların işığından yoluna iki maşının çıxdığını və toqquşmanın qaçılmaz olduğunu dərhal başa düşüb, toqquşmadan yayınmaq üçün sərt tormozlama aparmaq məqsədi ilə dərhal ayağını tormoza ataraq, eyni zamanda sükanı sağa burmuş, lakin buna baxmayaraq qəzadan yayına bilməmiş, onun hərəkət zolağının sağ kənarında toqquşma baş vermişdir. O, toqquşma zamanı öz hərəkət zolağını tam tərk edə bilməmişdir. Toqquşmadan əvvəl o avtom aşını təxminən 60-70 km/saat sürətlə idarə etmişdir. Qabaqda 45 dərəcəlik döngə var idi. Hadisə bir anın içində baş verdi. İstintaq zamanı ona tərcüməçi verməmişlər. O, istintaq orqanının düzgün istintaq aparılacağına inandığından sənədlərə tərcüməçisiz imza etmişdir. Çünki onlar əmin idilər ki, heç bir qayda pozmamışlar. Ondan maşında olan video registratoru alıb, baxmışlar, orada olan videonu silmişlər. Hadisədən sonra həmin gecə müstəntiq onlardan videoregistratoru götürmüş, 2 ay sonra öz işlərini rahat görüb qurtarandan sonra qaytarmışdır. Məhkəmə ekspertiza Mərkəzinin “Yol-nəqliyyat hadisələri hallarının tədqiqi” şöbəsinin eksperti X21 apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bildirmişdir ki, yol-nəqliyyat hadisəsini qövsvari hərəkət zamanı yox, düz yolda müəyyən edərək, ona əsasən rəy vermişdir. Yolun qövsvari olması barədə qərarda məlumat olmamışdır. Qövsvari hərəkət zamanı bu hesablamanı aparmaq üşün vəsait və metod yoxdur. Avtomobil əvvəlki hərəkətindən sağa doğru istiqamətlənir və yerdəyişmə edir. Yəniki öz istiqamətindən toqquşma yerinə kimi yolun eni boyunca 5 metrə məsafədə qıraqda toqquşma baş vermişdir. Həmin məsafədə sükan sağa istiqamətlənir. Hesablama aparılarkən təkərin dönmə bucağı da götürülür, minik avtomobillərində manevr əmsalı 1.21-dir, avtomobilin markasının əhəmiyyəti yoxdur. Minik avtomobilləri eyni bucaqda dönür. Hesabatla minimum 70 km /saat. Düsturla hesablanır. Saatda 70 metrdən yaxın məsafədə 15 metr o tərəfə hərəkət edə bilməzdi. Məhkəmə ekspertiza Mərkəzinin “Yol-nəqliyyat hadisələri hallarının tədqiq i” şöbəsinin baş eksperti X24 apelyasiya məhkəməsində keçirilən məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, 21 iyun 20l9-cu il tarixdə yol nəqliyyat hadisəsi ekspertizası verdiyi Rəyi təsdiq edir. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, yəni Ford Edge markalı avtomobilin öz yolu ilə 70 km/saat sürətlə hərəkətdə olması, qarşıdan əks istiqamətdən hərəkətdə olan Hyundai Sonata markalı avtomobilin qarşı sol hərəkət hissəsinə çıxaraq təhlükə yaratması, təhlükə yaranan anda Ford Edge markalı avtomobin toqquşma yerindən 26 metrlik məsafədə olması və toqquşmanın Ford Edge markalı avtomobilin hərəkəti istiqamətində, hərəkət hissəsinin sağ kənarına çəkilmiş sarı xəttin üzərində Hyundai Sonata markalı avtomobilin sağ yan orta hissəsi ilə baş verməsi şəraitində Ford Edge markalı, ** SS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycar Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə tərəfindən təqdin olunmuş məlumatlara əsasən, Hyundai Sonata markalı ** US *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində «Yol hərəkəl haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklı hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə yerində Hyundai Sonata marka ** US *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus tormoz izi qalmadığından ekspertiza yolu ilə həmin avtomobilin hərəkət sürətini m üəyyən etmək mümkün deyildir. Cinayət işinin materiallarında olan 14 may 2018-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış qaranlıq havada Sumqayıt şəhərindən Quba rayonu istiqamətində keçirilmişdir. hadisə yeri Bakı-Quba yolunun 34-35-ci kilometrliyi təşkil edir. Yol örtüyünün eni 22 metr, hərəkət zolağı iki işlək hissədən olmaqla, işlək hissəsinin eni 12 metr təşkil edir.Yolda hərəkət 70 km/saat surətlə məhdudlaşdırılmışdır. Həmin yola baxış zamanı işıqlandırılmadığını müəyyən edilmişdir. "Ford Edge” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq sağda, köməkçi yolda "Hyundai Sonata” markalı avtomobil isə hərəkət hissədə kənarda qumsallıqda dayanmışdır. "Hyundai Sonata” markalı avtomobilin 21,8 metr şininin izi vardır. Baxış za manı sxem və fotoşəkilər çəkilmişdir. Baxış 22:30-da başlanıb, 23:30-dan başa çatmışdır. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi protokola əlavə edilmiş sxemdən görünür ki, ötmə qadağandır nişanı 70 km/saat göstərilmişdir. Bakı istiqaməti yolun eni 6,4 metr təşkil edir, ümumi eni 22 metrdir. Bakı istiqamətində gedən yolda xəttin üzərindən əks yola keçməklə uzanan protektor izi 21,8 metr göstərilmişdir. Hadisə baş verən yerdən 11,2 metr məsafədə "Ford Edge” markalı avtomobil süruşdürülmüş vəziyyətdə dayanmışdır. Avtomobillərin toqquşma yeri "Ford Edge” markalı avtomobilin hərəkət zolağından sağda olan köməkçi zolağında, yolun çağ çiynində 6,6 metr məsafədə yerləşir. "Hyundai Sonata” markalı avtomobil isə 16 metr məsafədə dayanmışdır. "Ford Edge” markalı avtomobil ilə "Hyundai Sonata” avtomobilin hadisədən sonra dayanmış məsafədə aralarında məsafə 13,6 metr təşkil edir. Cinayət işinin materiallarında şahid Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair 15 may 2018-ci il tarixli protokoldan görünür ki, o, Bakı-Quba yolunun 3435-ci kilometrliyinə gələrək bildirdi ki, xx.xx.2018-ci il tarixində saat 20:50 radələrində Rusiya Federasiyasının Rastov şəhərinə getmək üçün həyat yoldaşı Zərərçəkmiş şəxs Abdulaziznova ilə idarə etdiyi "Ford Edge” markalı, 90SS025 dövlət nömrə nişanlı avtomobillə yaşadığı evdən çıxmış, saat 22:00 radələrində Bakı-Quba yolunun 34-35-ci kilometrliyində getdiyi zaman qarşı yolla gələn yük maşının sol tərəfindən qəfildən iki minik avtomobili ötmə əməliyyatı etmiş, bu zaman o, avtomobili köməkçi yola çəkmiş, avtomo bili köməkçi yola çəkdiyi zaman ötmə əməliyyatı edən zaman avtomobillərdən biri, ağ rəngli "Hyundai Sonata” markalı, 10US210 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək onun üzərinə gəlmiş, o, avtomobili yenidən sağ tərəfə çəkmiş, bu zaman həmin "Hyundai Sonata” markalı, 10US210 dövlət nömrə nişanlı avtomobil onun idarə etdiyi avtomobilə çırpılmış, zərbənin təsirindən avtomobili fırlanaraq gəldiyi istiqamətə, "Hyundai Sonata” markalı, 10US210 dövlət nömrə nişanlı avtomobil isə yolun Quba istiqamətinə gedən hissəsinin sağ tərəfinə sürüşərək düşmüşdür. Saat 11:00-da ifadənin yerində yoxlanılması başlanılmış, saat 11:30-da ifadənin yerində yoxlanılması başa çatmışdır. İfadənin yerində yoxlanılması istintaq hərəkəti vaxtı, təbii işıq şəraitində açıq havada aparıldı. İfadənin yerində yo xlanılması zamanı "Samsung J5” markalı mobil telefon aparatının fotoşəkil çəkmə funksiyasından istifadə edilməklə fotoşəkillər çəkildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13641 saylı, 21 iyun 2019-cu il tarixli təkrar ekspert rəyi ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, yəni "Ford Edge” markalı avtomobilin öz yolu ilə 70km/saat sürətlə hərəkətdə olması, qarşıdan əks istiqamətdən hərəkətdə olan "Hyundai Sonata” markalı avtomobilin qarşı sol hərəkət hissəsinə çıxaraq təhlükə yaratması, təhlükə yaranan anda "Ford Edge” markalı avtomobin toqquşma yerindən 26 metrlik məsafədə olması və toqquşmanın "Ford Edge” markalı avtomobilin hərəkəti istiqamətində, hərəkət hissəsinin sağ kənarına çəkilmiş sarı xəttin üzərində "H yundai Sonata” markalı avtomobilin sağ yan orta hissəsi ilə baş verməsi şəraitində "Ford Edge” markalı, 90SS025 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Hyundai Sonata markalı 10US210 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə yerində "Hyundai Sonata” markalı 10US210 dövlət qeydiyyat ni şanlı avtomobilə məxsus tormoz izi qalmadığından ekspertiza yolu ilə həmin avtomobilin hərəkət surətini müəyyən etmək mümkün deyildir. Həmçinin rəyin tədqiqat hissəsində göstərilmişdir ki, hərəkət üçün təhlükə yarandığı anda Ford Edge markalı avtomobilin toqquşma yerindən olduğu məsafə (Sa=26 mert) avtomobilin dayanma yolundan (Sd=52,5 metr) kiçikdir. Bu isə onu izah edir ki, qeyd olunan vəziyyətdə sürücü Tahirovun təhlükə yarandığı andan toqquşmaya kimi idarə etdiyi Ford Edge markalı avtomobili dayandırmağa texniki imkanı olmamışdır. Apellyasiya baxışı zamanı hadisə yerinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs Quba istiqamətində əsas yol ilə hərəkət edərək, X7 idarə etdiyi "Hyundai Sonata” markalı avtomobil onun hərəkət zolağına daxil olarkən, o həmin hərəkət zolağının ortası ilə Quba şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkətdə olmuşdur. Onun idarə etdiyi avtomaşını əvvəl göstərdiyi nöqtədə olduğu zaman zərərçəkmiş şəxsin idarə etdiyi "Hyundai” markalı avtomaşının öz hərəkət hissəsinin zolağına daxil olması nöqtəsini göstərir. Ölçmə ilə müəyyən edilmişdir ki, onun göstərdiyi iki nöqtə arasındakı məsafə 65 metr təşkil edir. Təqsirləndirilən şəxs öz hərəkəti istiqamətində hərəkət hissəsinin sağ kənarı ilə sağ ehtiyat hissənin sərhədini təşkil edən sarı bütöv xətti göstərərək bildirir ki, onun özünün idarə etdiyi avtomaşının qarşı hissəsi ilə qarşıdan gələn avtomaşın hərəkət hissəsi ilə ehtiyat hissənin sərhədini təşkil edən həmin sarı xəttin üzərində toqquşmuşlar. Həmçinin Təqsirləndirilən şəxs bildirir ki, müstəntiq tərəfindən toqquşma nöqtəsi səhv göstərilmişdir. Hətta öz mövqeyini əsaslandırmaq üçün beton yolun üzərində çapıq yeri göstərir. Apellyasiya icraatı zamanı məhkum edilmiş şəxsin ifadəsinin yerində yoxlanılmasına dair istintaq hərəkəti apararaq Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmışdır. Hadisə yerində Təqsirləndirilən şəxs "Ford Edge” markalı avtomobili Sumqayıt-Quba istiqamətində idarə edərkən “Hyundai Sonata” markalı avtomobilin öz hərəkət (Quba-Sumqayıt) zolağından onun hərəkət etdiyi hərəkət zolağına çıxmasını görən zaman özünün idarə etdiyi avtomaşının olduğu nöqtəsi, avtomaşınların toqquşması nöqtəsi və “Hyundai Sonata” markalı avtomobilin öz hərəkət (Quba-Sumqayıt) zolağından onun hərəkət etdiyi hərəkət zolağına çıxması nöqtəsi göstərmişdir. Ölçmə zamanı müəyyən edilmişdir ki, təhlükə yarandığı an, yəni “Hyundai Sonat a” markalı avtomaşının öz hərəkət zolağından Təqsirləndirilən şəxs hərəkət etdiyi zolağa çıxması vaxtı Təqsirləndirilən şəxs olduğu nöqtədən toqquşma nöqtəsinə qədər 26 metr, toqquşma nöqtəsindən “Hyundai Sonata” markalı avtomobilin öz hərəkət zolağından “Ford Edge” markalı avtomaşının hərəkət zolağına çıxan nöqtəsinə qədər 39 metr məsafə təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 8/2604 saylı, 12 noyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, 90-100 km/saat sürətlə hərəkətdə olan “Hyundai Sonata” markalı 10 US210 dövlət qeydiyyat nişanlı avtomobilin 21,8 metr məsafəni tormozlanmış vəziyyətdə qət etməsi şəraitində həmin məsafənin qət edilməsinə sərf olunan vaxt 1,1-1,3 saniyəyə uyğundur. 90-100 km/saat sürətlə hərəkətdə olan “Hyundai S onata” markalı 10 US210 dövlət qeydiyyat nişanlı avtomobilin 21,8 metr məsafəni tormozlanmış vəziyyətdə qət etməsi şəraitində həmin məsafənin qət edilməsinə sərf olunan vaxt ərzində 60-70 km/saat sürətlə hərəkətdə olan “Ford Edge” markalı, 90SS025 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafə 18,3-21,7-21,4-25,3 metrə uyğundur. Ümumiyyətlə, yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının predmetini nəqliyyat vasitəsinin texniki vəziyyəti, yol-nəqliyyat hadisəsinin mexanizmi, hadisə yerində yol şəraiti və hadisə iştirakçılarının hərəkətləri, həmçinin ekspertin öz xüsusi biliyinə uyğun tədqiq edə biləcəyi hadisənin baş verməsinə zəmin yaradan şərait haqqında faktiki məlumatlar təşkil edir. Yol-nəqliyyat hadisəsi ekspertizasının təyini zamanı müəyyənləşdirilməli ola n məlumatlar yolnəqliyyat hadisəsinin növündən və ekspert qarşısında qoyulmuş sualların məzmunundan asılıdır və hadisənin növləri üzrə istintaq tərəfindən verilməli olan məlumatlar göstərilir. Piyadanın vurulma faktı üzrə keçirilən yol-nəqliyyat hadisəsi ekspertizası zamanı rəy verilməsi məqsədi ilə hərəkət üçün təhlükə yaranmazdan əvvəl piyada hərəkətdə olduğu halda onun hərəkət istiqaməti (yola paralel və ya perpendikulyar), təhlükə yaranan anda piyadanın hərəkət istiqaməti və piyadanın necə (düzünə, çəpinə, yola paralel) hərəkətdə olması, piyadanın hərəkət tempi (yavaş yeriş, sakit yeriş, iti yeriş, sakit qaçış, iti qaçış), təhlükə yaranan andan piyadanın vurulduğu yerə qədər qət etdiyi məsafə kimi məlumatlar, o cümlədən piyada vurulana qədər qət etdiyi məsafə ərzində hərəkət tempini də yişmişdirsə (qaçışdan yerişə, yerişdən qaçışa və s.), onda piyadanın hər bir tempə uyğun vurulduğu yerə qədər qət etdiyi məsafə, piyadanın hərəkət sürəti və yaxud təhlükə yaranan andan piyadanın nəqliyyat vasitəsi ilə vurulduğu ana qədər keçən vaxt kimi məlumatlar mühüm əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti nəzərdə tutulur. CM-in 263.1-ci maddəsində nəzərdə tutulan mənada yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci fəsli yol hərəkəti qaydalarına həsr olunmuşdur. Bu fəslin normaları yol hərəkəti iştirakçılarının hərəkətdə iştirakla bağlı vəzifələrini və yollarda hərəkətin müxtəlif qaydalarını müəyyən edir. Həmin qaydalar “yol” termini ilə əhatə olunan müxtəlif təyinatlı və kateqoriyalı yollarda, küçə, prospekt və meydanlarda hərəkətlə bağlı ictimai münasibətləri tənzimləyir və hərəkətin digər növlərinə (məsələn, dəmiryolu ilə, su yolu ilə hərəkət və s.) şamil olunmur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Yol hərəkəti və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə e dən şəxs yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirli olub-olmamasını müəyyən edilməsi üçün ilk növbədə baş vermiş yol nəqliyyat hadisəsinin düzgün mexanizmi müəyyən edilməli, həmin mexanizmə əsasən əldə edilmiş məlumatlara əsasən sürücünün hadisənin qarşısını almaq üçün texniki imkana malik olub olmadığı araşdırılmalıdır. Apellyasiya məhkəməsi haqlı olaraq iş üzrə sübutları araşdıraraq Təqsirləndirilən şəxs baş vermiş yol nəqliyyat hadisəsinin hadisənin baş vermə yeri “Ford Edge" markalı avtomobilinin hərəkət etdiyi yolun kənarından 6,6 metr məsafədə yardımçı yolda olmasını qəbul etmişdir. Apellyasiya Məhkəməsi cinayət işi üzrə müəyyən edilmiş faktiki hallara və keçirilən ekspertiza rəylərinə əsasən həmçinin müəyyən etmişdir ki, hadisə vaxtı 6070 km/saat sürətlə hərəkətdə olan “Ford Edge” markalı avtomobilin təhlükə yaranan andan hadisə yerinə qədər olan məsafəsi 18,3-21,7, 21,4-25,3 metr olmuşdur. Təqsirləndirilən şəxsin təhlükə yaranan anda avtomaşını öz hərəkət istiqamətində saxlamayıb, sağa doğru manevr edərək 6,6 metr məsafə qət edərək yol-hərəkət qaydalarını pozmasına əsasən məhkumun bu hərəkətləri ilə hadisənin baş verməsi arasında birbaşa səbəbli əlaqəsi olmamışdır. Apellyasiya Məhkəməsi Təqsirləndirilən şəxsin əməlinə son zərurət in stitutu baxımından da qiymət verərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs üçün təhlükə yaranan anda hadisədən yayınmağa texniki imkanı olmamış və son zərurət halında qarşısı alınması mümkün olunmayan qüvvədən yayınmaq üçün digər obyektə-yol-hərəkət qaydaları üzrə ictimai münasibətlərə zərər vurmuş, yol hərəkətəri qaydasını pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi Təqsirləndirilən şəxs təhlükə yarandığı andan toqquşmaya kimi idarə etdiyi Ford Edge markalı avtomobili dayandırmağa texniki imkanı olmadığı, hadisənin baş verməsində təqsirinin olmadığı barədə nəticəyə gələrkən ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə istintaq zamanı və məhkəmə istintaqında tədqiq olunan ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq bir-birilə müqayisəli şəkildə yoxlayıb qiymətləndirmiş, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsi üçün təqdim edilmiş işin hallarının iş materiallarında olan məlumatlara uyğun olmamasını nəzərə alaraq həmin halların yenidən yoxlanması, hadisə yerinə baxış keçirilməsi, şahidlərin yenidən dindirilməsi nəticəsində işin həqiqi hallarının müəyyən olunmasına, hadisənin həqiqətdə necə baş verməsi barədə məlumatlar toplanmasına nail olmuşdur. Ona görə də, yenidən işin halları, hadisənin baş vermə şəraiti, mexanizmi göstərilməklə əlavə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası keçirilmiş və ekspertiza tərəfindən müəyyən edilmişdir ki, hadisənin baş verdiyi şəraitdə s ürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ittiham olunduğu CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi olmadığından ona həmin maddə ilə verilmiş ittiham üzrə CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinin tələbinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi ü zrə icraata isə xitam verilməlidir). CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda cıxarılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut v ə digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 dekabr 2021-ci il tarixli bəraət hökmündə müəyyən olunan hallar əsasında gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlində cinayət tərkibi olmaması barədə düzgün nəticəyə gəlmişdir. Bəraət hökmünün qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq e dilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli bəraət hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, cinayət işi üzrə bəraət hökmü dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 dekabr 2021-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-912/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-912/2022
29.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver