Məhkəmə qərarları › İş №1(102)-912/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-912/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-912/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1, Məhkum müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X3 (sədrlik edən), X6 və X5 ibarət tərkibdə) 29 sentyabr 2022-ci il tarixli hökmü ilə xx xxxxx 1987-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində 3 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, "Azəristiliktəchizat” ASCnin 10 saylı istilik sistemləri istismar sahəsində əməliyyatçı işləmiş, Ağdam rayonu, Kəngərli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ü nvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 126.2.3-ci maddəsilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 127.2.1 və 127.2.2-ci maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qət imkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi və məruzəsi ilə,X4 və X2 ibarət tərkibdə) 29 noyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli, 1(101)-1395/2022 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsi ilə təyin edilmiş 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ilə, CM-nin 127.2.1 və 127.2.2-ci maddələri ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il müddətə endirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökm məhkum edilmiş şəxsin müdafiəçisinin apellyasiya şikayətinə münasibətdə qalan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum 04 mart 2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi "Qobu Park 1” yaşayış kompleksi, ev 3, mənzil 50-də aralarında ailə münaqişəsi zəminində baş vermiş mübahisə zamanı mətbəxdən götürdüyü zavod üsulu ilə hazırlanmış təsərüfat-məişət təyinatlı mətbəx bıçağı ilə arvadı Zərərçəkmiş şəxs1 xəsarət yetirmək istəyərkən, Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirərək Məhkum saxlamaq istəyən zaman Məhkum xüsu si amansızlıqla Zərərçəkmiş şəxs1 gözü qarışısında anası Zərərçəkmiş şəxs2 qəsdən sol qolundan tutaraq onu kənara itələyərək, yerə yıxmış, daha sonra isə əlində olan həmin bıçaqla xüsusi amansızlıqa anası Zərərçəkmiş şəxs2 gözü qarşısında Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə bir dəfə qəsdən vurub, daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə qəsdən təpiklə vuraraq Zərərçəkmiş şəxs1 daxili və xarici qanaxma, 3-4-cü dərəcli hemorragik şok ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin zədələnməsi (nazik bağırsağın rezeksiyası), böyük piyliyin zədələnməsi, köndələn qənbər bağrısağın zədələnməsi, qarınüstü nahiyənin arteriya və venasının zədələnməsi ilə daxilə nüfuz edən bir ədəd kəsilmiş-deşilmiş yarası, sağ gözaltı nahiyənin qançırı və boy unun sol yan səthinin sıyrığından ibarət ümumilikdə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və Zərərçəkmiş şəxs2 sol mil sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, qarın nahiyəsinin, sağ budun və sağ baldırın qançırlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, məhkəmə tərəfindən istintaq zamanı edilən qanunsuzluqlar nəzərə alınmadan və məhkəmə istintaqı zamanı da hüquqlarını müdafiə etdiyi şəxsin göstərilən maddələrdə təqsirsizliyini sübuta yetirən heç bir hal araşdırılmadan bu nəticəyə gəlinmişdir. Məhkum məhkəmə iclasında həqiqəti söyləsə də məhkəmə onun ifadəsinə tənqidi yanaşmışdır. Hüquqlarını müdaf iə etdiyi Məhkum cinayət işi üzrə təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar olsa da, istintaq orqanı süni ittiham yaradaraq Məhkum əsassız Azərbaycan Respublikası CM-in 126.2.3, 127.2.1 və 127.2.2-ci maddəsi ilə ittiham etmişdir. Nəzərə almaq lazımdır ki, Məhkum təqsirsizliyini sübut etməyə borclu deyildir. Ancaq istintaq orqanı ittihamı sübut etmək üçün saxta sübutlardan istifadə etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, "Həmin günü saat 18:30 radələrində Elzamin evə gəlmiş və anası Zülfiyyəni evdən qovmaq istəmişdir: Aralarında mübahisə baş vermiş və Elzamin mətbəxdən bıçağı götürərək qonaq otağına keçmişdir. Həmin vaxtı Elzamin onu itələmiş və bıçaqla onun qarın nahiyəsinə vuraraq xəsarət yetirmişdin ” Artıq Məhkum bir bıçaq zərbəsi yetirmiş və Z ərərçəkmiş şəxs1 da ağır xəsarət almış, cinayət başa çatmış və burada xüsusi amansızlıq görünmür. Digər xəsarətlərin də dərəcəsi təyin edilmir. Məhkum xüsusi amansızlıq göstərmiş olsa idi, zərərçəkmiş şəxsə dəfələrlə bıçaq zərbəsi vurmuş olardı. Belə olan halda onun əməli Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə düzgün töfsüf edilməmişdir. Zərərçəkmiş şəxs daha sonra göstərir ki, Elzamin bıçaqla ona xəsarət yetirdikdən sonra bıçağı boğazına dayamış və o, Elzaminə yalvarmışdır. Bu barədə deyilənlər əsassızdır. Əgər Elzamin bıçağı zərərçəkmiş şəxsin boğazına dayamışdırsa bıçaq izi ekspert rəyi ilə müəyyən oluna bilərdi. Əgər bıçaq dayanmış olsa idi, boğazda dərəcəsi təyin olunmayan xəsarətlər aşkar olunardı. İş materiallarında belə bir sübutlar yoxdur. Məhkəmə bu barədə nəticəyə yalnız zərərçəkmiş şəxslərin ifadələrinə əsasən gəlmişdir. Bu da təqsirləndirilən şəxsin hüquqlarının pozulmasıdır. Zərərçəkmiş şəxs1 münasibətdə Məhkum əməli Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinə töfsüf olunmalıdır. Zərərçəkmiş şəxs2 ifadəsində göstərir ki, “ Minayəyə görə qorxduğu üçün Elzaminə elədirsə qızı ilə birlikdə bu evdən çıxacağını bildirmişdir. Elə bu anda Elzamin onu itələmiş və o da qonaq otağında olan divanın qarşısına döşəmənin üstünə yıxılmışdır: Nəticədə çanaq hisəsindən xəsarət almış və ayağa qalxa bilməmişdir Zərərçəkmİş şəxsin ifadəsindən görünür ki, o Elzamin ilə Minayə arasında hər hansı bir dava olmamışdan əvvəl az ağır xəsarət almışdır. Ekspert rəyindən də bu görünür. Göründüyü kimi Zərərçəkmiş şəxs2 hər hansı bir ictimai borcunu yerinə yetirmədiyi halda, yalnzı Elzaminlə onun aralarında yaranmış mübahisə zamanı Elzamin tərəfindən itələndikdən sonra yerə yıxılmış və xəsarət almışdır. Belə olan halda onun barəsində ağır ittiham irəli sürülmüşdür. Məhkum hərəkətləri düzgün tövsif edilməmişdir. Elzamin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıq göstərməmiş, ona ağır iztirab verməmişdir. Eyni zamanda onun köməksiz vəziyyətindən istifadə etməmişdir. Zərərçəkmiş özü də qeyd edir ki, Elzamin mübahisə zamanı zərərçəkmiş şəxsi itələmiş və o da xəsarət almışdır. Belə olan halda Elzamin yuxarıda göstərilən maddələrlə əsassız ittiham olunduğu açıq aşkar görünür. Onun əməli Zərərçəkmiş şəxs2 münasibətdə Azərbaycan Respublikası CM-in 127.2.1 və 127.2.2-ci maddələrindən Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsinə tövsif olunmalıdır. Müdafiəçi kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2022-ci il tarixli qərarını ləğv edərək, Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələrindən həmin Məcəlləninn 126.1 və 127.1-ci maddələrinə tövsif edilməsi və ona həmin maddələrdə göstərilən cəzaların qismən toplanması yolu ilə ən aşağı həddə cəza təyin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhk əmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsini n şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yara dır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi mübahisələndirilməklə cinayət əməlinin CM-in 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələrindən həmin Məcəllənin 126.1 və 127.1-ci maddələrinə tövsif edilməli olduğu iddia edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirli bilinməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticəni əsaslı sayarkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işində olan və aşağı instansiya məhkəmələrində tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 19:45-da 15 saylı X13 Stansiyasından həkim Mirəliyev məlumat vermişdir ki, Qaradağ rayonu, "Qobu Park 1”, bina 3, mənzil 60-da yaşayan 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 qarının ön tərəfinin kəsilmiş-deşilmiş yarası ilə müraciət etmişdir; xx.xx.2022-ci il tarixli götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 əri xx.xx.1987-ci il təvəllüdlü Məhkum könüllü gəlib təslim olmuş və cinayəti törətdiyi aləti 31 sm uzunluğu olan qəhvəyi rəngli taxta materialdan qulpu olan, tiyəsinin uzunluğu 18 sm olan və qulpunda "Buğa" şəkli əks olunmuş bıçağı könüllü olaraq təhvil vermişdir; İfadələrin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yerinə çıxarılmış Məhkum Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu park 1” yaşayış kompleksində yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən ev 3, mənzil 50 ünvanını göstərərək bildirmişdir ki, 04 mart 2022-ci il tarixdə axşam saatlarında məhz həmin mənzildə arvadı Zərərçəkmiş şəxs1 və qaynanası Zərərçəkmiş şəxs2 ilə aralarında mübahisə baş vermiş, yaranmış münaqişə zamanı mətbəxdən götürdüyü bıçaqla mənzilin qonaq otağında bir dəfə Zərərçəkmiş şəxs1 qarın nahiyəsindən vuraraq ona x əsarət yetirmişdir. İfadənin yerində yoxlanılması zamanı mənzilin qonaq otağına girişdən üzbəüz hissədə, otağın sol hissəssində döşəmənin üzərində qanabənzər ləkələr aşkar edilmiş, Məhkum həmin yerdə Zərərçəkmiş şəxs1 xəsarət yetirərkən yerə yıxıldığını, ləkələrin sonuncunun qan izləri olduğunu təsdiq etmişdir; Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 154 nömrəli rəyinin nəticə hissəsindən görünür ki:

1. Vət. Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol mil sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, qarın nahiyəsinin, sağ budun və sağ baldırın qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ g ələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir.

2. Zərərçəkmiş şəxs2 adlmış olduğu xəsarətlərin xarakteri və lokalziasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər əl çatan nahiyədə olsa belə şəxsin özü tərəfindən yetirilməsi eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi az inandırıcıdır; Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022- ci il tarixli, 159 nömrəli rəyinin nəticə hissəsindən görünür ki: Vət.Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər - daxili və xarici qanxama, 3-4-cü dərəcəli hemorragik şok ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin zədələnməsi (nazik bağırsağın rezeksiyası), böyük piyliyin zəd ələnməsi, köndələnçənbər bağırsağın zədələnməsi, qarınüstü nahiyənin arteriya və venasının zədələnməsi ilə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ gözaltı nahiyənin qançırı və boynun sol yan səthinin sıyrığı. Göstərilən xəsarətlərdən daxili və xarici qanxama, 3-4-cü dərəcəli hemorragik şok ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin zədələnməsi (nazik bağırsağın rezeksiyası), böyük piyliyin zədələnməsi, köndələn-çənbər bağrısağın zədələnməsi, qarınüstü nahiyənin arteriya və venasının zədələnməsi ilə daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alət (əşya), ola bilsin bıçaq təsirindən, sağ gözaltı nahiyənin qançırı bərk küt əşya təsirindən, boyunun sol yan səthinin sıyrığı isə iti kənara və ya iti uca malik əşya (alət) (hə r hansı küt əşyanın iti kənarı ilə) təsirindən müayinədən 6-8 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X12 müraciət etdiyi xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və dərəcəsinə görə daxili və xarici qanxama, 3-4-cü dərəcəli hemorragik şok ilə müşayiət olunan nazik bağırsaq və nazik bağırsaq müsariqəsinin zədələnməsi (nazik bağırsağın rezeksiyası), böyük piyliyin zədələnməsi, köndələn-çənbər bağrısağın zədələnməsi, qarınüstü nahiyənin arteriya və venasının zədələnməsi ilə daxilə nüuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sağ gözaltı nahiyənin qançırı və boyunun sol yan səthinin sıyrığı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Ap ellyasiya məhkəməsi sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Zərərçəkmiş şəxs1 sağlamlığına insan həyatı üçün təhlükəli olan xüsusi amansızlıqla qəsdən ağır zərər vurması və Zərərçəkmiş şəxs2 sağlamlğına ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar olaraq, xüsusi amansızlıqla qəsdən az ağır zərər vurması kifayət qədər sübuta yetirilmiş, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2ci maddələri ilə düzgün tövsif olunmuşdur. Birinci instansiya məhkəməsi Məhkum təqsirli olması və əməlinin tövsifi məsələsi üzrə gəldiyi nəticəni işin hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmış, işin faktiki hallarını tam, hərtərəfli və obyekt iv araşdıraraq həmin hallara düzgün hüquqi qiymət vermiş, məhkəmə hökmü Məhkum özünü qismən təqsirli bilinməsi və törətdiyi cinayət əməlinin hüquqi tövsifinə dair hissədə cinayət işinin materiallarına tam uyğundur. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qeyd edilən mövqeyini əsaslı sayaraq qeyd edir ki, cinayət işi üzrə aşağı instansiya məhkəmələrində tədqiq edilmiş sübutlara əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə cinayət törətməsinin sübuta yetirildiyi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqa nın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurmanın xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur; Həmin Məcəllənin 127.2.1 və 127.2.2-ci maddələrində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəl i olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmanın zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı Qərarının 7 -ci və 8-cı bəndlərində məhkəmələrə tövsiyə edir ki, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ictimai borcunu yerinə yetirməsi ilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayət karı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda x əsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin əməlinin tövsifi ilə bağlı ilk növbədə qeyd edir ki, işin hallarından və məhkəmə istintaqında araşdırılan sübutlardan göründüyü kimi Məhkum hərəkətləri Zərərçəkmiş şəxs1 və ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 məhz xüsusi amansızlıqla xəsarət yetirməyə yönəldilməsi öz təsdiqini tapmış, onun belə bir niyyəti olması istintaq orqanı tərəfindən mötəbər sübutlarla müəyyən edilmişdir. Belə ki, Məhkum zərərçəkmiş şəxslərə xəsarət yetirməyə yönələn hərəkətlərində xüsusi amansızlığın əlamətləri -zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, Zərərçəkmiş şəxs2 gözü qarşısında əlində olan bıçaqla anası Zərərçəkmiş şəxs1 qarın nahiyəsinə bir dəfə qəsdən vurub, daha sonra Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə qəsdən təpiklə vuraraq bununla əlaqədar çoxsaylı xəsarətlərin yetirilməsi müəyyən olunur. Məhkəmə kollegiyası cinayətin törədilmə üsulu və şəraiti, hadisənin baş vermə mexanizmini nəzərə alaraq hesab edir ki, Apellyasiya məhkəməsi Məhkum CM-in 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirli hesab edərkən CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırıb hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzr ə obyektiv qiymətləndirmiş, məhkum edilmiş şəxsin əməlinin Cinayət Məcəlləsinin göstərilən maddələri ilə, yəni zərərçəkmş şəxslərə xüsusi amansızlıqla, həmçinin ictimai borcunu yerinə yetirən şəxsə az ağır və ağır bədən xəsarətləri yetirməsi kimi düzgün hüquqi nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Əməlin hüquqi tövsifi barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum edilmiş şəxs Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.1 və 127.1-ci maddələrinə tövsif olunması üçün əsaslar müəyyən edilmir. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cinayət əməlin in tövsifi barədə mövqeyi ilə razılaşaraq, qeyd edir ki, Məhkum zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar ona qarşı xüsusi amansızlıqla Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini və xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməllərini törətməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır. Bu baxımdan, kassasiya məhkəmə kollegiyası hüquqi məsələlər üzrə cinayət qanununun və cinayət prosessual qanunveriliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq bu nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələrində n əzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə olan halda, kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi əməlin hüquqi tövsifində səhvə yol vermədiyi qənaətinə gələrək qeyd edir ki, Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi ilə bağlı kassasiya şikayətində irəli sürülən və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlar əsasında obyektiv hüquqi qiymət verilmiş və tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq gəldiyi nəticələri Məhkumnın törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinə münasibətdə Azərbaycan Respublikası CM-in 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə nəzərdə tutulan ittihamın əsası kimi qəbul etməkdə haqlı olmuş və məhkəmənin ittiham hökmü ilə məhkum edilmiş şəxsin təqsirliliyi, məhkəmə istintaqı zamanı tədqiq edilmiş və biri-digərinə uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq edilmişdir. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2-ci maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxslər, şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər süb utların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə o lunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirl əndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununl a da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasə n cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əməl ə verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Kassasiya məhkəmə kollegiyası Məhkumnın törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 126.2.3-cü maddəsindən CM-in 126.1-ci maddəsinə, CMnin 127.2.1 və 127.2.2-ci maddələrindən CM-nin 127.1-ci maddəsinə tövsif edilmək lə ona həmin maddələrin sanksiyasında cəza təyin edilməsi haqqında kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən cəza növü təyin edilsə də, Məhkum cəza təyin edilərkən, cinayət qanunvericiliyində təsbit olunmuş tələblərə riayət edilməmiş, Məhkum 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması düzgün müəyyənləşdirilsə də, cəza təyini zamanı həmin halları kifayət qədər qədər nəzərə almamış və nəticə etibarilə təyin olunmuş cəza törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyətinə uyğun olmamaqla ədalətli hesab olunmur. Bu səbəbdən göstərilən məhkəmə tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin hökmü cəzanın təyin edilməsi hissədə dəyişdirilmiş və məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın həddi aşağı endirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallar ını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 127.2.1 və 127.2.2ci maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Bakı Ap ellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar