Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-912/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Məhkum və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 may 2023-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə ) 8 may 2023-cü il tarixli hökmü ilə xx xxxxxx 1988-ci ildə X-ndə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, X-ndə qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə n əzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona CM-in 145.1 -ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 182.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.3- cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 25 iyun 2022-ci il il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi m üddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Əliyev Elşad İbiş oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə) 5 oktyabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs X2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, X2 Azərbaycan Respublikası CM-in 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-50/2023 saylı, 8 may 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum 2022-ci ilin may ayında Astara rayonu Artupa kəndində yaşayan tanışı Zərərçəkmiş şəxs həmin ilin mart ayında satdığı narkotik vasitə heroinə görə sonuncunun ona verməli olduğu 100 AZN məbləğində pulu hansı səbəbdən verməməsini aydınlaşdırmaq məqsədi ilə zəng edib özünün yaşadığı X-ndə yerləşən evinə çağırdıqdan sonra onu evin zirzəmisinə aparıb hər iki əlini biləyindən ip ilə zirzəminin taxtadan olan sütunlarına bağlayıb sərbəst hərəkət etmək və olduğu yeri tərk etmək imkanından məhrum edərək 30 dəqiqə müddətində iradəsinə zidd şəkildə zirzəmidə saxlamaqla adam oğurluğu ilə bağlı olmadan qanunsuz azadlıqdan məhrum etmiş, onun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə hədələyib 100 AZN pulu nə vaxt qaytaracağına dair vəd verməsi ilə bağlı mobil telefon vasitəsi ilə videoçəkiliş apararaq haqqında rüsvayedici məlumatları yaymaq la hədələyərək Zərərçəkmiş şəxs məxsus 100 AZN məbləğində əmlakı hesab olunan pulu onun şəxsiyyəti üzərində zor göstərmə və barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə tələb etmişdir. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- 2,853 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda- 2,263 qram psixotrop maddə metamfetamini və 01 ədəd 0,04 qram narkotik tərkibli metadon həbini qanunsuz olaraq əldə edib satış məqsədi ilə daşıyaraq üzərində və yaşadığı evdə saxlamışdır. 25 iyun 2022-ci il tarixdə saat 20:30-da Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Astara rayonu Şahağacı kəndində saxlanılaraq Astara Rayon Polis Şöbəsinə gətirilmiş və həmin gün saat 21:20-də üzərində aparılan axtarış zamanı əynin də olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 2,853 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 2,263 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 23:23-də yaşadığı X-ndə yerləşən evə baxış keçirilən zaman evin yataq otağındakı pəncərənin qarşısında olan taxta qutunun içərisindən təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram olan 1 ədəd narkotik tərkibli metadon həbi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd olunur kibarəsində hökm çıxarılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Bu pozuntulara isə Apellyasiya məhkəməsi tərəfindən heç bir hüquq i qiymət verilməmişdir. Məhkum Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasına daxil olarkən onun bədənində (üzərində) hər hansı xəsarətlərin aşkar olunub-olunmaması ilə bağlı ona rəsmi məlumat verilməsi üçün tərəfindən sorğu göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının 17/38 592 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Məhkum xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilmişdir. Bədəninin dəri səthinə baxış keçirilərkən sol sinə, sağ kürək və sağ qalça tini nahiyəsində bənövşəyi rəngli qançır müşahidə olunmuşdur. CPM-nin 91.5.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin etirazlar etmək və vəsatətlər vermək hüququ vardır. Lakin, hazır ki cinayət işi üzrə təqsirləndirilən şəxsin müstəntiqə və müdafiəçiyə etiraz etmək hüququ təmin edilməmişdir. Bu hallar isə ciddi prosessual pozuntudur. Ən əsası da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasıdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin arasında aparılmış üzləşmə protok0lu və təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokollar sübut kimi qəbul edilə bilməz. Məhkum Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulandək tam sağlam olmuş, sonradan bədənində aşkar edilmiş “sol sinə, sağ kürək və sağ qalça tini nahiyəsində bənövşəyi rəngli qançır” xəsarətləri Astara rayon Polis Şöbəsində alması təkzib edilməz sübutlarla təsdiq olunur. Bu hal isə Məhkum ibtidai istintaq zamanı ilkin izahatı alınarkən, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Bu səbəbdən də həmin ifadələr ona elan edilmiş ittihamı təsdiq edən sübutlar kimi qəbul edilə bilməz. İşin mübahisəsiz hallarından göründüyü kimi, Məhkum ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini inkar edir. İş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı- ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələrlə müşahidə olunur və bu şübhələri aradan qaldırmaq mümkün deyildir. Bu səbəbdən onların sübut kimi qəbul edilib bu sübutlara əsasən şəxsin mə hkum olunması Azərbaycan Respublikası CPM-nin 125-ci maddəsi baxımından yolverilməzdir. Müdafiə tərəfi olaraq hesab edir ki, ittiham orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə ittiham verilərkən onun həmin cinayətlərdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxanda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində Məhkum qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, həm birinci instansiya məhkəməsində həmdə apellyasiya insitansiya məhkəməsində həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki halları ndan da görünür ki, Məhkum qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilməsinə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə və onun dərhal məhkəmə iclas zalından həbsdən azad olunmasına dair qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin və məhkumun kassasiya şikayətinin təmin edilməsinə, dövlət i ttihamçısının kassasiya şikayətinin təmin edilməməsinə dair çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi b irinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbi q edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət işi üzrə təqsirləndirilən şəxsin əsassız məhkum edilməsi iddia edilərək mübahisələndirilən qərarın ləğv edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsi ndə çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulu nun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il ta rixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibi nin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsi X2 Azərbaycan Respublikası CM-nin 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməklə təqsirli bilinməsi barədə yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərar da tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin materiallarında olan və aşağı instansiya məhkəmələrində tədqiq edilmiş: 28 iyun 2022-ci il tarixli protokoldan və aparılmış videçəkilişdən görünür ki, təqsirləndirilən şəxs Məhkum ifadəsi yerində yoxlanılan zaman o, ona 100 manat borcu olan Saleh Yusibovu ev telefonuna zəng edərək evinə çağırdığını bildirməklə, onu evin zirzəmisinə apararaq əllərini zirzəmidə olan taxta dirəklərə bağlayaraq videoçəkiliş vasitəsi ilə ona olan borcunu 25 may 2022-ci il tarixə qədər verməyəcəyi təqdirdə çəkmiş olduğu videogörüntünü kənddə yayacağını bildirməklə onu söyüb təhqir etdiyi yeri və şəraiti yerində göstərmişdir; Zərərçəkmiş şəxs Astara Rayon Polis Şöbəçinə yazdığı 26 iyun 2022-ci il tar ixli ərizəsində göstərmişdir ki, Məhkum 2022-ci ilin mart-aprel aylarında 100 manat pul müqabilində bir neçə dəfə «kokos» almış və Cəsarətə borclu qalmışdır. Məhkum onu 2022-ci ilin may ayının axırlarında yaşadığı evə çağırarq ondan borclu olduğu 100 manat pulu istəmişdir. O isə pulunun olmadığını bildirdikdə ona güc tədbiq edərək yaşadığı evin zirzəmisinə salmış, ona qarşı zor tədbiq etməklə diz üstə çömbəlməyə məcbur etmiş, hər iki qollarını iplə dirəyə bağlayaraq təxminən yarım saata yaxın onu evin zirzəmisində saxlamışdır. Onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir; Mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Məhkum saxlanılarkən üzərindən götürüldüyü "Samsung” markalı mobil telefonun video olan qovluğunda Məhkum Təngərüd kəndində olan evinin zirzəmisində Astara rayonu, Artupa kəndində yaşayan Zərərçəkmiş şəxs hər iki əlini iplə taxtadan olan dirəyə bağlayaraq sonuncunu, nalayiq söyüşlərlə söyüb təhqir etməsi, sonuncudan hədəqorxu ilə pul tələb etməsi aşkar edilmişdir; 25 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və aparılmış videoçəkilişdən görünür ki, Məhkumun üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibində saxladığı 2 ədəd bükümü təqdim etmişdir. Həmin bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, onları Astara rayonunda tanımadığı şəxsdən aldığını bildirmişdir. Sonra qeyd edilən bükümlər qablaşdırılaraq götürülmüşdür. Məhkum 25 iyun 2022-ci il tarixli ərizəsində yaşadığı evdə polis əməkdaşları tərəfi ndən axtarış aparılmasına etirazının olmadığını bildirmişdir; 25 iyun 2022-ci il tarixli axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Məhkum yaşadığı, Astara rayonun Təngərüd kəndində olan evində həmin tarixdə saat 23:23-də axtarış keçirilən zaman yataq otağında olan pəncərənin qarşısında taxta qutusunun içərisindən bir ədəd narkotik vasitə olan metadona bənzər kütlə aşkar edilərək götürülmüş, bundan başqa axtarış zamanı evin eyvanında olan zibillərin arasından bir ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür; Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/736 nömrəli rəyindən görünür ki, Məhkum üzərindən aşkar olunmuş 2 ədəd bükümlərin birində t əmiz çəkisi-2,853 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi-2,263 qram olan ağ rəngli, kiristal şəkilli formada olan maddə metamfetamindir. Məhkum yaşadığı Astara rayon Təngərüd kəndində olan evində aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi;-2,255 qram olan ağ rəngli kristal şəkilli olan maddə metamfetamindir, bir ədəd qəhvəyi rəngli dairəvi formalı həb metadon dərmanıdır və həbin təsiredici maddəsinin ümumi miqdarı-0,04 qramdır.(bir həbdə 0,04qram); Tədqiqata təqdim edilmiş Məhkum üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş 2 büküm ümumi təmiz çəkisi -4,518 qram olan metamfetaminlər xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər; Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il ta rixli, 728 nömrəli rəyində göstərilmişdir ki, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui- isifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür; İbtidai araşdırma zamanı Məhkum müayinə olunması üçün 27 iyun 2022-ci il tarixli qərarla məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Məhkəmə- tibb ekspertizasının 28 iyun 2022-ci il tarixli rəyində göstərilmişdir ki, müayinə vaxtı Cəsarət Canıyevin bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Həmçinin həmir rəydə müayinə zamanı Cəsarət Canıyevin hər hansı şikayətinin olmaması göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur. Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qey ri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir. Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir. Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədəqorxu ilə tələ b etmənin bir neçə növü: 1) güc tətbiqi ilə hədələmə; 2) özgənin əmlakının tələf edilməsi ilə hədələmə; 3) zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvayedici məlumatlar, yaxud zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının hüquqlarına və qanuni maraqlarına əhəmiyyətli ziyan vura bilən məlumatları yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, istənilən hədə-qorxu real olmalı və zərərçəkmiş şəxs tərəfindən həyata keçirilə bilən hədə kimi qəbul edilməlidir. Hədə-qorxu ilə tələb etmə zamanı hədəqorxu əmlak və digər əmlak mənfəəti əldə etmək üçün vasitə qismində çıxış edir. Hədəqorxu zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayma və ya onların əmlakını tələf etmə formalarında ifadə olu na bilər. Hədə-qorxu şifahi və ya yazılı, açıq və ya gizli, şəxsən və ya vasitəçi ilə ifadə oluna bilər. Rüsvayedici məlumatları yayma zərərçəkmiş və onun yaxın qohumları üçün yayılması arzuolunmaz məlumatların üçüncü şəxslərə verilməsidir. Rüsvayedici məlumatlar həqiqət olub-olmamasından asılı olmayaraq zərərçəkmiş şəxs tərəfindən onun şərəf və ləyaqətini alçaldan məlumatlar hesab edilən istənilən məlumatlardır. Kassasiya şikayətində Məhkum Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmadan qanunsuz azadlıqdan məhrum etmə, narkotik vasitə satışından ona verməli olduğu 100 AZN məbləğində əmlakı hesab olunan pulu onun şəxsiyyəti üzərində zor göstərmə və barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə tələb etmə, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmədiyini göstərsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək, X4 Azərbaycan Respublikası CM-in 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Məhkum Zərərçəkmiş şəxs özünün yaşadığı X-ndə yerləşən evinə çağıraraq onu evin zirzəmisinə aparıb hər iki əlini biləyindən ip ilə zirzəminin taxtadan olan sütunlarına bağlayıb sərbəst hərəkət etmək və olduğu yeri tərk etmək imkanından məhrum edərək iradəsinə zidd şəkildə zirzəmidə saxlamaqla adam oğurluğu ilə bağlı olmadan qanunsuz azadlıqdan məhr um etməsi, narkotik vasitə satışından ona verməli olduğu 100 AZN məbləğində əmlakı hesab olunan pulu onun şəxsiyyəti üzərində zor göstərmə və barəsində rüsvayedici məlumatları yayma hədəsi ilə tələb etməsi, bundan başqa satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamini və 1 ədəd narkotik tərkibli metadon həbini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlaması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş və aşağı instansiya məhkəmələrinin bu barədə gəldiyi nəticə əsaslıdır. Məhkum edilmiş şəxs Cəsarət Canıyevin müdafiəçisi kassasiya şikayətində Cəsarət Canıyevin saxlanılarkən polis əməkdaşları tərəfindən döyülməsi, fiziki təzyiqlərə məruz qalması ilə bağlı dəlillər i də əsassız olmaqla öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin materiallarında olan 14 mart 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cəsarət Canıyevin polis əməkdaşları tərəfindən döyülməsi, fiziki təzyiqlərə məruz qalması faktı ilə bağlı araşdırma aparılmış, göstərilən faktar öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və hazırdla həmin qərar qüvvədədir. Beləliklə, kassasiya məhkəmə kollegiyası qeyd edir ki, X4 Azərbaycan Respublikası CM-in 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmi ş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, X5 istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPMin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri k onkret hüquqi əsasa söykənməyən formal mülahizə xarakterli dəlillər olmaqla, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək məhkum edilmiş şəxsə bəraət verilməsi üçün qanuni əsas kimi qəbul edilə bilməz. Məhkum edilmiş şəxs X8 barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Kassasiya şikayətinin məhkuma bəraət verilməsi barədə dəlilləri heç bir hüquqi əsasa söykənməyən əsassız dəlillərdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya insta nsiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan kassasiya şikayəti təmin olunmadan, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.1, 182.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 oktyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-912/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-912/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver