Məhkəmə qərarları › İş №1(102)-913/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-913/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-913/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, məhkumlar Məhkum1 və Məhkum2 iştirakları ilə, Quba rayon məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı T6 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba rayon Məhkəməsinin 16 oktyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.C.Tahirov) Məhkum1 -26.03.2018-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, ******************************* ünvanında qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı 6 ay 11 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 il 5 ay 19 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində 3 il sınaq müddəti tətbiq edilməklə cəza şərti hesab edilmişdir. Məhkum2-06.09.11980-cı ildə Xaçmaz rayonunun ********** kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonunun Qaradağlı kəndində qeydiyyatda olan Azərbaycan Respublikası CM-nin 244.2.1 və 244.2.2-ci maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həbsdə saxlandığı 8 ay 10 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində 3 il 3 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmış, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə barəsində 3 il sınaq müddəti tətbiq edilməklə cəza şərti h esab edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxslə fahişəliklə məşğul olmaq üçün təkrarən əxlaqsız yuvaları təşkil etmiş və saxlamışdır. Belə ki, Məhkum1 qanunsuz yolla qazanc əldə etmək məqsədilə tanışları Məhkum2, Şahid1, Şahid2 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlamaq məqsədilə 2017-ci ilin aprel ayında X3 məxsus olan Quba-Bakı avtomobil yolunun Quba rayonunun ********* kəndi ərazisindən keçən hissəsində, yolun sağ tərəfində yerləşən “Araz” adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürərək, fahişəliklə məşğul olmaq üçün oradakı otaqları çarpayılarla təchiz etməklə yararlı vəziyyətə gətirərək, əxlaqsız yuvalar təşkil etmiş, Məhkum2, Şahid1, Şahid2 və X9 ilə birlikdə oranı idarə etməklə, 2 dekabr 2017-ci il tarixədək əxlaqsız yuva kimi saxlamış, əxlaqsız yuvasının fəaliyyət göstərdiyi müddətdə Şahid3, X4, Şahid7, Şahid6 və istintaqa məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə X5, Şahid1 xidmətçi işlədiyi və nəzarəti həyata keçirdiyi bar otağında tanış olduqdan sonra xüsusi ayrılmış və çarpayılarla təchiz olunmuş yataq otaqlarında gündəlik və mütəmadi olaraq, hər 20 dəqiqəsi 25 manat pul müqabilində cinsi əlaqəyə girib fahişəliklə məşğul olmuş, Şahid2 cinsi aktın razılaşdırılmış vaxt ərzində başa çatmasına nəzarət edərək, otağın boşaldılaraq səliqəyə salınmasını təmin etmiş, cinsi akt başa çatdıqdan sonra fahişəliklə məşğul olan q adınlar hər bir cinsi akt üçün müştərilərdən aldıqları pulun 10 manatını xüsusi yaradılmış şəraitə görə bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan Məhkum2 vermiş, sonuncu isə əxlaqsız yuvasının xəzinəsinin “qara mühasibatlığı”nı apararaq, qanunsuz yolla əldə etdikləri pulları əxlaqsız yuvanın fəaliyyətinə bilavasitə rəhbərlik edən Məhkum1 təhvil verdikdən sonra sonuncu əldə etdyi gəlirin bir hissəsini gördükləri işə görə əmək haqqı kimi Məhkum2, Şahid1, Şahid2 və X7 verib, qalan hissəsini özünə götürməklə,qabaqcadan əlbir olan bir qrup şəxs halında əxlaqsızlıq yuvası təşkil edərək, saxlamışlar. 02 dekabr 2017-ci il tarixdə “Araz” kafesi Quba rayon sakini X8 tərəfindən qəsdən yandırıldıqdan sonra əxlaqsızlıq yuvası fəaliyyətini dayandırmışdır. Bundan başqa o, qanunsuz yolla qazanc əld ə etmək məqsədilə tanışları Məhkum2, Şahid1, Şahid2 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlamaq məqsədilə 7 dekabr 2017-ci il tarixdə X6 məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində, yolun sol tərəfində yerləşən altı otaqlı, birmərtəbəli binadan ibarət “Bakı” adlanan kafeni mülkiyyətçi ilə Məhkum2 arasında bağlanmış müqaviləyə əsasən 7 dekabr 2018-ci il tarixədək icarəyə götürərək, fahişəliklə məşğul olmaq üçün oradakı üç otağın hər birini bir çarpayı, bir otağı isə iki çarpayı, bütün çarpayıların üstünü döşəklərlə təchiz etməklə yararlı vəziyyətə gətirərək, əxlaqsız yuvalar təşkil etmiş, Məhkum2, Şahid1, Şahid2 və X9 ilə birlikdə oranı idarə etməklə, 4 fevral 2018 -ci il tarixədək əxlaqsız yuva kimi saxlamış, əxlaqsız yuvasının fəaliyyət göstərdiyi müddətdə Şahid3, X10, X4, Şahid4, Şahid7, Şahid6 və istintaqa məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə X5 xidmətçi işlədiyi və nəzarəti həyata keçirdiyi bar otağında tanış olduqdan sonra barın giriş qapısı ilə üzbəüz yerləşən xüsusi ayrılmış və çarpayılarla təchiz olunan yataq otaqlarında gündəlik və mütəmadi olaraq, hər 20 dəqiqəsi 25 manat pul müqabilində cinsi əlaqəyə girib, fahişəliklə məşğul olmuş, Şahid2 cinsi aktın razılaşdırılmış vaxt ərzində başa çatmasına nəzarət edərək, otağın boşaldılaraq səliqəyə salınmasını təmin etmiş, cinsi akt başa çatdıqdan sonra fahişəliklə məşğul olan qadınlar hər bir cinsi akt üçün müştərilərdən aldıqları pulun 10 manatını xüsusi yarad ılmış şəraitə görə bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan Məhkum2 və Şahid1 vermiş, sonuncular isə əxlaqsız yuvasının xəzinəsinin “qara mühasibatlığı”nı apararaq qanunsuz yolla əldə etdikləri pulları əxlaqsız yuvanın fəaliyyətinə bilavasitə rəhbərlik edən Məhkum1 təhvil verdikdən sonra sonuncu əldə etdyi gəlirin bir hissəsini gördükləri işə görə əmək haqqı kimi Məhkum2, Şahid1, Şahid2 və X7 verib qalan hissəsini özünə götürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən əxlaqsızlıq yuvası təşkil edərək saxlamışlar. 04 fevral 2018-ci ildə X2 rayonunun Qəçrəş kəndi ərazisində yerləşən «Dostluq» kafesində intihar etdikdən sonra aparılmış istintaq tədbirləri nəticəsində əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılmışdır. Məhkəmənini hökmünə əsasən Məhkum2 ona görə məhkum e dilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxslə fahişəliklə məşğul olmaq üçün təkrarən əxlaqsız yuvalar təşkil etmiş və saxlamışdır. Belə ki, o, qanunsuz yolla qazanc əldə etmək məqsədilə tanışları Məhkum1, Şahid1, Şahid2 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlamaq məqsədilə 2017-ci ilin aprel ayında X3 məxsus olan Quba-Bakı avtomobil yolunun Quba rayonunun ******** kəndi ərazisindən keçən hissəsində, yolun sağ tərəfində yerləşən “Araz” adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürərək, fahişəliklə məşğul olmaq üçün oradakı otaqları çarpayılarla təchiz etməklə yararlı vəziyyətə gətirərək əxlaqsız yuvalar təşkil etmiş, Məhkum1, Şahid1, Şahid2 və X9 ilə birlikdə oranı ida rə etməklə, 2 dekabr 2017-ci il tarixədək əxlaqsız yuva kimi saxlamış, əxlaqsız yuvasının fəaliyyət göstərdiyi müddətdə Şahid3, X4, Şahid7, Şahid6 və istintaqa məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə X5, Şahid1 xidmətçi işlədiyi və nəzarəti həyata keçirdiyi bar otağında tanış olduqdan sonra xüsusi ayrılmış və çarpayılarla təchiz olunan yataq otaqlarında gündəlik və mütəmadi olaraq, hər 20 dəqiqəsi 25 manat pul müqabilində cinsi əlaqəyə girib fahişəliklə məşğul olmuş, Şahid2 cinsi aktın razılaşdırılmış vaxt ərzində başa çatmasına nəzarət edərək, otağın boşaldılaraq səliqəyə salınmasını təmin etmiş, cinsi akt başa çatdıqdan sonra fahişəliklə məşğul olan qadınlar hər bir cinsi akt üçün müştərilərdən aldıqları pulun 10 manatını xüsusi yaradılmış şəraitə görə b ar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan Məhkum2 vermiş, sonuncu isə əxlaqsız yuvasının xəzinəsinin “qara mühasibatlığı”nı apararaq qanunsuz yolla əldə etdikləri pulları əxlaqsız yuvanın fəaliyyətinə bilavasitə rəhbərlik edən Məhkum1 təhvil verdikdən sonra sonuncu əldə etdyi gəlirin bir hissəsini gördükləri işə görə əmək haqqı kimi Məhkum2, Şahid1, Şahid2 və X7 verib qalan hissəsini özünə götürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında əxlaqsızlıq yuvası təşkil edərək saxlamışlar. 02 dekabr 2017-ci il tarixdə “Araz” kafesi Quba rayonu sakini X8 tərəfindən qəsdən yandırıldıqdan sonra əxlaqsızlıq yuvası fəaliyyətini dayandırmışdır. Bundan başqa o, qanunsuz yolla qazanc əldə etmək məqsədilə tanışları Məhkum1, Şahid1, Şahid2 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs kimi fah işəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə və saxlamaq məqsədilə 7 dekabr 2017-ci il tarixdə X6 məxsus, QubaBakı avtomobil yolunun Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində, yolun sol tərəfində yerləşən altı otaqlı, birmərtəbəli binadan ibarət “Bakı” adlanan kafeni mülkiyyətçi ilə Məhkum2 arasında bağlanmış müqaviləyə əsasən 7 dekabr 2018-ci il tarixədək icarəyə götürərək, fahişəliklə məşğul olmaq üçün oradakı üç otağın hər birini bir çarpayı, bir otağı isə iki çarpayı, bütün çarpayıların üstünü döşəklərlə təchiz etməklə yararlı vəziyyətə gətirərək, əxlaqsız yuvalar təşkil etmiş, Məhkum1, Şahid1, Şahid2 və X9 ilə birlikdə oranı idarə etməklə, 4 fevral 2018-ci il tarixədək əxlaqsız yuva kimi saxlamış, əxlaqsız yuvasının fəaliyyət göstərdiyi müddətdə Şahid3, X10, X4, Şahid4, Şahid7, Şahid6 və istintaqa məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə X5 xidmətçi işlədiyi və nəzarəti həyata keçirdiyi bar otağında tanış olduqdan sonra barın giriş qapısı ilə üzbəüz yerləşən xüsusi ayrılmış və çarpayılarla təchiz olunan yataq otaqlarında gündəlik və mütəmadi olaraq, hər 20 dəqiqəsi 25 manat pul müqabilində cinsi əlaqəyə girib fahişəliklə məşğul olmuş, Şahid2 cinsi aktın razılaşdırılmış vaxt ərzində başa çatmasına nəzarət edərək, otağın boşaldılaraq səliqəyə salınmasını təmin etmiş, cinsi akt başa çatdıqdan sonra fahişəliklə məşğul olan qadınlar hər bir cinsi akt üçün müştərilərdən aldıqları pulun 10 manatını xüsusi yaradılmış şəraitə görə bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan Məhkum2 və Şahid1 vermiş, sonuncular isə əxlaqsız yuvasının xəzinəsinin “qara mühasibatlığı”nı apararaq, qanunsuz yolla əldə etdikləri pulları əxlaqsız yuvanın fəaliyyətinə bilavasitə rəhbərlik edən Məhkum1 təhvil verdikdən sonra sonuncu əldə etdyi gəlirin bir hissəsini gördükləri işə görə əmək haqqı kimi Məhkum2, Şahid1, Şahid2 və X7 verib, qalan hissəsini özünə götürməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən əxlaqsızlıq yuvası təşkil edərək saxlamışlar. 04 fevral 2018-ci ildə X2 rayonunun ******** kəndi ərazisində yerləşən «Dostluq» kafesində intihar etdikdən sonra aparılmış istintaq tədbirləri nəticəsində əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılmışdır. Hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.M.Əhmədov (sədrlik edən və məruzəçi), M.Ə.Rzayev və R.O.Əsgərovadan ibarət tərkibdə) 24 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarından dövlət ittihamçısı T6 kassasiya protesti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı T6 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr cəza təyin edərkən məhkumlar tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin göstəricisi olan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini nəzərə almamışdır. Azərbaycan Respublikası CM- nin 334.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. CM-nin 70.2-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hər iki məhkuma cəza təyin edərkən onların cinayət əməllərini etiraf edib həmin əməllərindən səmimi peşimançılıq çəkmələrini, ilk dəfə az ağır cinayət törətmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. CM-nin 72.1-ci maddəsinə əsasən şəxsin səmimi peşiamn olması böyük ictimai təhlü kə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Bu hərkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükıliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşimançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Lakin, cinayət işinin materiallarından görünür ki, Məhkum1 və Məhkum2 hərkətlərində belə hallar olmamışdır. Onların təşkil etdiyi əxlaqsız yuvasınİn fəaliyyəti öz təşəbbüsləri ilə deyil, birinci epizod üzrə Quba rayon sakini T6 tərəfindən “Araz” kafesi yandırıldıqdan sonra, ikinci epizod üzrə isə onlarla qabaqcad an əlbir olan Kamal Xanmədovun 04 fevral 2018-ci il tarixdə Quba rayonunun Qəçrəş kəndi ərazisində yerləşən “Dostluq” kafesində intihar etdikdən sonra və aparılmış istintaq tədbirləri nəticəsində dayandırılmışdır. Məhkumların əməllərindən səmimi peşiman olmaları yalnız sözdə ifadə olunan, lakin konkret hərəkətlərdə ifadə olunmayan hallardır və cəzanı yüngülləşdirən hal kimi qəbul edilməməlidir. Məhkəmə məhumların ilk dəfə az ağır cinayət törətmələrini də onların cəazasını yüngüllşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəazanı yüngüllşdirən hal kimi nəzərə alınır. Lakin təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup ş əxs halında fahişəliklə məşğul olmaq üçün təkrarən əxlaqsız yuvaları təşkil etmiş və saxlamışlar. Göstərilənlərə əsasən hesab edir ki, məhkəmələr cəzanı yüngüllşdirən halları kifayət qədər əsaslandırmamış, cinayətin ictimai təhlükəlilik dərəcəsini nəzərə almadan, məhkumların cəza çəkmədən islah olunacaqlarına əsas verən hallar olmadan onların barəsində şərti məhkumetmə tətbiq etməklə cəza təyin etmənin əsasları barədə və cəzanın məqsədi barədə qanunun tələbinə uyğun olmayan cəza təyin etmişlər. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassa siya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumların çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya protestinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsi ndə kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Kassasiya protestinin əsas dəlilləri məhkumlara cəza təyin edilərkən müəyyən edilmiş cə azanı yüngüllşdirən halların cinayət işinin faktiki hallarına uyğun olmaması, cinayətin ictimai təhlükəliliyinin nəzərə alınmamsı, məhkumların cəza çəkmədən islah olunacaqları ehtimalına əsas verən mötəbər hallar olmadığı halda əsassız olaraq şərti məhkum edilmələri barədədir. Quba rayon məhkəməsinin cinayət işi üzrə 16 oktyabr 2018-ci il tarixli hökmündən müəyyən edilir ki, məhkəmə hər iki məhkumun cinayət əməli törətmələrini etiraf edib, bu əməlləri törətmələrindən səmimi peşiman olmalarını, ilk dəfə cinayət əməli törətmələrini cəzanı yüngüllşdirən hallar kimi və cəzanı ağırlaşdıran halın olmamasını nəzərə aldığını göstərmişdir. Hökmdə göstərilir ki, məhkəmə Məhkum1 və Məhkum2 azadlıqdan məhrum etmə cəzası təyin edilməsini onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəliliyi və şəxsiyyətlərinin nəzərə alınması və cəzanın məqsədinə nail olunması baxımından daha məqsədəuyğun hesab edilir. Hökmün başqa bir yerində isə məhkəmə belə nəticəyə gəlmişdir ki, məhkəmə törətdiyi cinayətin xarakterini, ictimai təlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə cəazanı yüngüllşdirən halları nəzərə alır və onların cəza çəkmədən islah olunmalarını mümkün sayır. Məhkəmə nəinki cəzanı yüngüllşdirən halları müəyyən edərkən gəldiyi nəticələri əsalandırmamış, həm də bu hallara əsaslanaraq ziddiyyətli nəticələrə gəlmişdir. Kassasiya protestində göstərildiyi kimi CM-nin 70.2-ci maddəsinə görə məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Biri nci instansiya məhkəməsi hər iki məhkuma cəza təyin edərkən onların cinayət əməllərini etiraf edib həmin əməllərindən səmimi peşimançılıq çəkmələrini, ilk dəfə az ağır cinayət törətmələrini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. CM-nin 72.1-ci maddəsinə əsasən şəxsin səmimi peşiamn olması böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Qanunda sadalanan bu hərkətlərin təqsirləndirilən şəxslər tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükıliliyinin azalmasını təsdiq edir və buna görə də bu hərəkətlərin könüllü olaraq icra edilmə sində ifadə olunan məhkumun törətdiyi cinayət əməlinə və onun nəticələrinə münasibəti səmimi peşimançılıq kimi qiymətləndirilməlidir. Lakin, cinayət işinin materiallarından görünür ki, Məhkum1 və Məhkum2 bir qrup şəxs halında təşkil etdikləri əxlaqsızlıq yuvasının fəaliyyəti onların özlərinin könüllü təşəbbüsləri ilə deyil, birinci epizod üzrə ********* rayon sakini T6 tərəfindən “Araz” kafesi yandırıldıqdan sonra, ikinci epizod üzrə isə onlarla qabaqcadan əlbir olan Kamal Xanmədovun 04 fevral 2018-ci il tarixdə ******* rayonunun ********** kəndi ərazisində yerləşən “Dostluq” kafesində intihar etdikdən sonra və aparılmış istintaq tədbirləri nəticəsində dayandırılmışdır. Məhkumların əməllərindən səmimi peşiman olmaları yalnız sözdə ifadə olunan, lakin konkret hərəkətlərdə ifadə olunmayan ha llardır və cəzanı yüngülləşdirən hal kimi qəbul edilməməlidir. Birinci instansiya məhkəməsi məhumların ilk dəfə az ağır cinayət törətmələrini də onların cəazasını yüngüllşdirən hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsində hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi cəazanı yüngüllşdirən hal kimi nəzərə alınır. Lakin təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliklə məşğul olmaq üçün təkrarən əxlaqsız yuvaları təşkil etmiş və saxlamışlar. Cinayətlərin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran haldır. Lakin, məhkumların cinayət əməllərinin hüquqi tövsifində nəzərə alındığından təkrar nəz ərə alına bilməz. Göstərilən cinayətin ictimai təhlükəliliyini artıran ağırlaşdırıcı hal eyni zamanda həm də cəzanı yüngülləşdirən hal kimi nzərə alına bilməzdi. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hyökmü dəyişdirilmədən saxlamışdır. Göctərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkumların cəza çəkmədən islah olunacağlarına əsas verən hallar kimi birinci instansiya məhkəməsinin istinad etdiyi hallar qanunun tələbinə və cinayət işinin faktiki hallarına uyğun olmayan hallardır. Məhkumların hərkətlərində cinayət törətdikdən sonra onların cəza çəkmədən islah olunacaqarına əsas verən hər hansı müsbət davranışın olması müəyyən edilməmişdir. Ona görə də məhkumların barəsində Azərbaycan Respublikası CM-ni n 70-ci maddəsinin tətbiq edilməsi barədə cinayət işinə baxmış məhkəmələrin gəldikləri nəticələr əsassız və cəzanın məqsədi barədə qanunun tələbinə uyğun olmayan hesab edilir. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəainə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmələr cəza təyini zamanı istinad etdikləri cəzanı yüngüllşdirən hallar işin faktiki hallarına uyğun hesab edilmir. Məhkum1 və Məhkum2 şərti məhkum edilmələri də onların cəza çəkmədən islah olunacaqlarına əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı T6 kassasiya protesti təmin edilsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.2.1 və 244.2.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. Cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar