Məhkəmə qərarları › İş №1(102)-913/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-913/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-913/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru İmanov Nazim Nəriman oğlunun, Bəraət almış şəxs X6 və onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Tağıyeva Aidə Qəfər qızının iştirakları ilə xx xxxxxx 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum ol unmamış, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət almasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), N.A.Kərimov və L.S.Əsgərova-Məmmədova) X6 – Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 22 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən məhkum və müdafiəçisi tərəfindən ayrıayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə yalnız cəza hissəsində dəyişdirilərək, məhkum bəraət almış şəxsa təyin olunmuş 6 (altı) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəza sı 6 (altı) ilə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 2 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.M.Abdulov (sədrlik edən), Ş.Y.Yusifov və Ə.Ə.Novruzov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərarı ləğv edilmiş və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli hökmü ilə (hakimlər: Z.A.Şirinov (sədrlik edən), İ.A.İbrahimli və H.H.Əhmədov) verilmiş a pellyasiya şikayətləri təmin edilmiş, X2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs və müdafiəçisinin apellyasiya şikayətlərinə əsasən ləğv edilmiş, X4 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, X6 narkotik vasitə və psixotrop maddələr satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “X10” adlı şəxs ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs şəklində sonuncudan qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 8,488 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, bəraət almış şəxsun qanunsuz əməlləri barədə DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı o, 22 aprel 2022-ci il tarixdə saat saat 18:00-da BNMİ-nin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran rayonu, Girdəni kəndi ərazisindən Bakı-Astara yolunun 164-cü kilometrliyində piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin CBRŞ-nə gətirilmiş, polis şöbəsində videoçəkilişdən istifadə olunmaqla müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan uzunqol gödəkçəsinin sol yan ci bindən külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 8,488 qram olan ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin və kirayədə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzilə 23 aprel 2022ci il tarixdə saat 00:30 dəqiqədə keçirilən baxış zamanı qonaq otağının arxasında yerləşən otaqda olan dolabın içərisində qanunsuz olaraq satış məqsədi ilə gizlətdiyi 1 ədəd göy rəngli sellofan torbaya bükülmüş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 54,031 qram və 189,637 qram olmaqla ümumi təmiz çəkisi 243,557 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə quruduluş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya şikayətində Bak ı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin olunması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, habelə ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edildiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyildir. Protest müəllifi hesab edir ki, X2 ittiham olunduğu cinayət əməli onun ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etiraf edici ifadələri, axtarış və götürmə aparılan zaman tərtib olunmuş sənədləşmələr, əməliyyat-axtaış tədbirlərini keçirmiş polis işçilərinin ifadələri ilə tam sübuta yetirildiyi halda, apelyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxsin məhkəmədə verdiyi özünü müdafiə xarakterli ifadələrinə istinad etməklə əsassız nəticəyə gəlmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı N.İmanovun, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs bəraət almış şəxsun və müdafiəçi A.Tağıyevanın çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanmalıdır. Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanu nunun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apelyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psi xotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmə k imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməs inə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq bəraət almış şəxsa bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların aradan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zər uri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi bəraət almış şəxsu ittiham edərək aşağıdakı sübutlara istinad etmişlər: -Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin rəisinə ünvanlanan xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, X6 22 aprel 2022-ci il tarixdə, saat 18:00-da BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən Lənkəran rayonu, Girdəni kəndi ərazisindən Bakı-Astara yolunun 164-cü kilometrliyində piyada hərəkət edən zaman saxlanılaraq BNMİ-nin CBRŞ-nə gətirilmişdir. - “şəxsi axtarış və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, videoçəkiliş aparılmaqla BNMİ-nin CBRŞ-nin inzibati binasında X2 üzərinə baxış keçirlmiş, baxış zama nı bəraət almış şəxsəynində olan tünd göy rəngli üst geyiminin sol yan cibindən içərisində 01ədəd sarı rəngli sellofan bükümü, əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01(bir) ədəd Redmi markalı mobil telefonu, 01 ədəd yaşadığı evin açarını və sol yan cibindən 5 manat pulunu təqdim edərək masanın üzərinə qoymuşdur. bəraət almış şəxsun təqdim etdiyi sarı rəngli sellofan bükümə baxış keçirilən zamn içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edilmiş, elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə metamfetaminə bənzər kütlələrin çəkisi 9,1 qram olmuş, zərfə qoyularaş möhürlənmişdir. Sorğu zamanı bəraət almış şəxsüzərindən aşkar olunmuş psixotrop maddələrin metamfetamin olduğunu, həmin maddənin ona deyiləcək yerlərə qo yulması üçün üzərində saxladığını, 2 il öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “X10” adlı şəxsin vasitəsi ilə 5-6 gün bundan əvvəl Sabunçu rayonu ərazisindən təxminən 8 kq çəkidə müxtəlif növ narkotik tərkibli maddələr götürdüyünü, həmin narkotik tərkibli maddələri ona deyilən yerlərə qoyduğunu, buna görə də özünün istifadəsi üçün təxminən 260 qram çəkidə qurudulmuş marixuana əldə etdiyini, əlavə olaraq isə bu əməlinə görə “X10” adlı şəxsin onun bank hesabına 2000 manat pul göndərməli olduğunu, həmin şəxsin əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, özünün təxminən bir ilə yaxındır ki narkotik vasitə istifadəsçisi olduğunu, kirayə yaşadığı Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən evində də narkotik vasitələrin saxladığını həmin maddəni təqdim edə bil əcəyini, yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını və saxlanılan zaman və polis şöbəsində olan zaman ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. - «baxış keçirilməsi və götürmə aparılması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan müəyyən edilir ki, X1 yaşadığı ünvan 3 ünvanın qarşısına gəlinmiş mənzilə daxil olduqdan sonra bəraət almış şəxsevin qonaq otağının arxasındakı girişdən sol tərəfdə yerləşən otağa daxil olaraq burada yerləşən qəhvəyi rəngli taxta dolabın soldan birinci qapısını açaraq, həmin dolabın içərisində gizlətdiyi 01 ədəd göy rəngli torbanı təqdim etmiş və başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində 01 ədəd şəffaf və 01 ədəd göy rəngli sellofan paketlərdə q ablaşdırılmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş içərisində qurudulmuş marixuanaya bənzər kütlənin çəksinin 59 qram, şəffaf sellofan bükümün çəkisinin 197 qram olması müəyyən edildi. bəraət almış şəxstqədim etiyi sellofan bükümdəki maddələrin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 2 il öncə sosial şəbəkədə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “X10” adlı şəxsin vasitəsi ilə 5-6 gün bundan əvvəl Sabunçu rayonu ərazisindən təxminən 8 kq çəkidə müxtəlif növ narkotik tərkibli maddələr götürdüyünü, həmin narkotik tərkibli maddələri ona deyilən yerlərə qoyduğunu, buna görə də özünün istifadəsi üçün təxminən 260 qram çəkidə qurudulmuş marixuana əldə etdiyini, əlavə olaraq isə bu əməlin ə görə “X10” adlı şəxsin onun bank hesabına 2000 manat pul göndərməli olduğunu, bu əməlindən heç kimin məlumatının olmadığını bildirmişdir. Baxış zamanı mənzilin 1 mətbəxdən, 1 qonaq otağından, 1 boş otaqdan və 1 sanitar qovşaqdan ibarət olması müəyyən edildi. - məhkəmə-kimyəvi bioloji ekspertizasının 23 aprel 2022-ci il tarixli, 19/500 saylı rəyindən müəyyən olur ki, tədqiqata təqdim edilmiş, üzərində “bəraət almış şəxsun üzəerindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi: -8,488 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. - məhkəmə-ambulator narkoloji ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 5111 saylı rəyindən müəyyən olur ki, müayinə zamanı X3 müüayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olun mur. Hal-hazırda müayinə zamanı X6 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, təqsirləndirilən şəxs X2 istifadə etdiyi “Redmi Note9S” markalı mobil telefona baxış zamanı mobil telefonun “Whatsapp” bölməsinə daxil olduqda 17 aprel 2022-ci il tarixdə bəraət almış şəxsun istifadəsində olan və “Redmi9S” markalı mobil telefonda istifadə edilən ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə adı “X10 Tebriz” kimi qeyd olunan +98-***-***-**-** saylı mobil nömrə ilə narkotik vasitələrin dövriyyəsinə dair danışıqların, fotoşəkillərin və səs yazısının olması müəyyən edilmiş dir. - “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, X6 həbs edilməmişdən əvvəl öz ehtiyyatsızlığı nəticəsində yıxılaraq xəsarət alması cinayət hadisəsi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə müəyyən olunmuş sübutların məcmusu ilə təsdiq olunmur. Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar c inayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2 və 32.4-cü maddələrinə əsasən, c inayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bi lməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən göründüyü kimi, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud CPM-nin tələblərinin pozulması ilə cinayət prose si iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-nin 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri). CPM-nin 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyən ləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci m addəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə əməliyyat axtarış tədbirləri cinayət prosessual qanunvericliyinin tələblərinə uyğun keçirilməmişdir. Belə ki, apellyasiya baxışı zamanı yenidən dindirilmiş məhkum olunmuş şəxs X6 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, birinci instansiya məhkəməsində verdiyi ifadəni təsdiq edərək, bildirmişdir ki, heç vaxt narkotik vasitənin satışını həyata keçirməmişdir. İbtidai istintaq zamanı fiziki təzyiq nəti cəsində etirafedici ifadəyə imza etməyə məcbur olmuşdur. Təcridxanada döyülməsi və xəsarət alması barədə məlumat vermişdir. Apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X11 bildirmişdir ki, bəraət almış şəxsi tanımış, bir gün bəraət almış şəxs ondan xahiş etmişdir ki, Bayramın yanına maşını ilə aparsın. Maşında o, bəraət almış şəxs və usta X12 vardı. “Range Rover” markalı ** BB *** dövlət qeydiyyat nişanlı maşınla “Günəş” marketin yanından dönəndə sahə müvəkkilinin yanında saxlamış və bəraət almış şəxs düşüb, qapını döymüş, lakin qapı bağlı idi. O, bəraət almış şəxsə demişdir ki, sahə müvəkkilinə zəng eləsin, elə bu anda maşınlar gəldilər. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional İdarəsinin əməkdaşları kimi özlərini təqdim elədilər və onları yaxaladılar. Bu hadisə aprel in sonlarına doğru idi. Günorta radələri saat 3-4 idi. Onları Lənkəran rayon Polis şöbəsinə apardılar. Onun barəsində heç nə sübuta yetirilmədi və onu buraxdılar, bəraət almış şəxsi isə saxladılar. bəraət almış şəxsi Xətai rayonuna göndərdilər. Sədrlik edənin suallarına cavab olaraq şahid bildirmişdir: “bəraət almış şəxsin narkotiklə əlaqəsi olmayıb. İçki içib, iqra oynuyub, lakin narkotik istifadə etməyib və satmayıb. bəraət almış şəxsi əzgin görəndə dedi ki, çənəsinə vurdular, qarnınaa vurdular və həmin yerləri ağrıyır. Onu Lənkəranda regional şöbədə otaqda döydülər, şərəf və ələyaqətin də alçaldırdılar. Onu reşotkada saxladılar, onu isə Bakıya apardılar. bəraət almış şəxsin evində heç nə yox idi. Mahir adlı şahid var, onun kirayə qaldığı evdən narkotik çıxmışdı. bəraət almış şəxs ona demişdir ki, döyülməyə dözmədi və 234.1-ci maddə ilə qolbaq cəzası veriləcəyini vəd verdilər deyə cinayəti boynuna aldı. Onun yanında ayağa durulası vəziyyətdə deyildi.” Apellyasiya baxışı zamanı X2 müdafiəçisinin vəsatəti əsasında təqsirləndirilən şəxs X2 istifadəsində olan (055) ***-**-** və (055) ***-**-** mobil telefon nömrələri üzrə, həmçinin Şahid6 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri üzrə 01 fevral 2022-ci il tarixdən - 23 aprel 2022-ci il tarixinə qədər olan telefon danışıqlarının, sms mətnlərin və nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır və müvafiq olaraq "xxxx" MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş diskdə qeydiyyatı aparılmış sms mətnlərində iş üçün sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmiş, (055) ***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 15:45 radələrində anten dairəsi ünvan 4 ünvanı göstərilmiş, ***-***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 15:41 radələrində anten dairəsi ünvan 4 ünvanı göstərilmiş, (055) ***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə anten dairəsi barədə məlumatlar aşkar edilməmişdir. Əldə edilmiş anten məlumatlarına əsasən X2 ***-***-**-** mobil nömrəsinin anten dairəsi üzrə X6 22 aprel 2022-ci il tarixdə, saat 14:50-15:35 aralığında Bakı şəhəri, 8 noyabr pros., 56 /Khatai/ ünvanında olmuşdur. Apellyasiya baxışı zamanı X2 müdafiəçisinin vəsatəti əsasında təqsirləndirilən şəxs X2 istifadəsində olan (055) 272-73-07, ***-***-**-** və (050) ***-**-** mobil telefon nömrələri üzrə, həmçinin Şahid6 i stifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri üzrə 22 aprel 2022-ci il tarixdən - 24 aprel 2022- ci il tarixinə qədər olan telefon danışıqlarının, sms mətnlərin və nömrələrin istifadə edildiyi anten dairəsi barədə məlumatların "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır və müvafiq olaraq "xxxx" MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş diskdə qeydiyyatı aparılmış sms mətnlərində iş üçün sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmiş, (050) ***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:16 radələrində anten dairəsi Bakı şəhəri, Xəzər rayonu, Kürdəxanı qəsəbəsi ünvanı göstərilmiş, "xxxx" MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş diskdə iş üçün sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmişdir. Apellyasiya baxış ı zamanı X2 müdafiəçisinin və dövlət ittihamçısının vəsatəti əsasında, həmçinin məhkəmənin təşəbbüsü əsasında təqsirləndirilən şəxs X2 istifadəsində olan (055) ***-**-** mobil telefon nömrəsi üzrə 01 fevral 2022-ci il tarixdən 24 aprel 2022-ci il tarixinə qədər olan giriş-çıxış zənglərin, sms mətnlərin, istifadəçilərin anket və nömrənin istifadə edildiyi anten dairəsi barədə məlumatların "xxxx" MMC-dən götürülməsi, həmçinin Şahid4 Hüseyn oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi üzrə 20 aprel 2022-ci il tarixdən - 24 aprel 2022-ci il tarixinə qədər olan telefon danışıqlarının, giriş-çıxış zənglərin, daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatlarının "xxxx" MMC-dən götürülməsi, həm də əməliyyat müvəkilləri Şahid2 istifadəsində olan ***-***-**-**, Şahi d1 istifadəsində olan ***-***-**-**, Şahid3 istifadəsində olan ***-***-**-** GSM nömrələri üzrə 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək olan dövr ərzində anten dairəsinə aid məlumatların "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır və müvafiq olaraq "xxxx" MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş diskdə Şahid1 istifadəsində olan ***-***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 19:26 radələrində anten dairəsi ünvan 7i ünvanı, həmin tarixdə saat 15:12 radələrində isə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Xəzər TV ünvanı göstərilmiş, Şahid3 istifadəsində olan ***-***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində anten dairəsi ünvan 9 ünvanı, həmin tarixdə saat 19:00 radələrində anten dairəsi Qobustan qəsəbəsi, Salyan şossesi ünv anı, həmin tarixdə saat 15:42 radələrində anten dairəsi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, Xəzər TV ünvanı göstərilmiş, X4 məxsus (055) ***-**-** mobil telefon nömrəsi və Şahid4 Hüseyn oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi üzrə iş üçün sübut əhəmiyyəti kəsb edən məlumatlar aşkar edilməmişdir. Həmin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ***-***-**-** nömrəsi xx.xx.2016-xx.xx.2022 tarix aralığında (sorğulanan müddət ərzində) "xxxx" MMC-nin istifadəçisi olmuşdur. Apellyasiya baxışı zamanı kollegiyanın təşəbbüsü əsasında əməliyyat müvəkili Şahid2 istifadəsində olan ***-***-**-** GSM nömrəsi üzrə 21 aprel 2022-ci il tarixdən 23 aprel 2022-ci il tarixədək olan dövr ərzində anten dairəsinə aid məlumatların "xxxx" MMCdən götürülməsi qərara alınmışdır və m üvafiq olaraq "xxxx" MMC-dən daxil olmuş cavab məktubuna əlavə edilmiş diskdə Şahid2 istifadəsində olan ***-***-**-** nömrəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində anten dairəsi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ünvanı, həmin tarixdə saat 19:00 radələrində isə Bakı-Salyan şossesi, Qaradağ rayonu, Sahil qəsəbəsi ünvanı, həmin tarixdə saat 19:30 radələrində ünvan 13ə saat 15:03 - saat 16:37 aralığında Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti 56 ünvanı, həmin tarixdə saat 14:30-da isə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 56 ünvanı göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının təşəbbüsü ilə məhkum edilmiş şəxs X2 şəxsi işi tələb edilərək məhkəmə iclasında baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hallar şəxsi işdə aşkar edilməmiş, ş əxsi işdən surəti çıxarılaraq iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin məhkum edilmiş şəxsin tibbi kitabçasının 12-ci bəndindən görünür ki, həbs olunmadan əvvəl alınmış zədələr və bədən xəsarətləri barədə məlumatlar bölməsində təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə həbs edilən zaman xəsarət almasını qeyd etmişdir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, şübhəli şəxsin izahatının alınması zamanı qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, AR CPM-in 232.1-ci maddəsinə əsasən şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. İş materiallarından görünür ki, şübhəli şəxsin dərhal sonra dindirilməsi istintaq hərəkəti icra edilməli olmasına baxmayaraq, qanunvericiliyin tələbləri pozularaq onun şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış, sonra yaşayış yerində baxış və götürmə istintaq hərəkəti aparılmış, yalnız bundan sonra xx.xx.2022-ci il tarixdə izahatı alınmışdır. CPM-in 232.4-cü maddəsinə əsasən şübhəli şəxsin dindirilməsindən əvvəl müstəntiq ona şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina və müdafiəçinin köməyindən istifadə etmək də daxil olmaqla, onun hüquqlarını izah etməlidir. İzahatdan görünür ki, xx.xx.2022-ci il tarixli şübhəli şəxsin izahatını alan təhqiqatçı şübhəli şəxsə şübhənin mahiyyətini elan etməyə, habelə şübhəli şəxsə ifadə verməkdən imtina dair hüquqlarını izah etməmişdir. CPM-in 90.7.10-cu maddəsinə əsasən ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək şübhəli şəxsin hüququdur. Həmin məcəllənin 90.9-cu maddəsinə əsasən şübhəli şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallar istisna edilməklə, şübhəli şəxsin üzərinə verdiyi ifadəyə və ya izahata görə heç bir məsuliyyət qoyula bilməz. Şübhəli şəxsin xx.xx.2022-ci il tarixli izahatında şübhəli şəxs təhqiqatçı tərəfindən izahat verməzdən əvvəl cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə görə Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar olunmuş, hət ta təhqiqatçı şübhəli şəxsin imzasını almışdır. Məhkəmə kollegiyası hesab edir ki, şəxs tutulduqdan sonra şəxsi axtarış və götürmə, həmçinin yaşayış yerində baxış və götürmə istintaq hərəkətlərini həyata keçirdikdən sonra izahat alınan zaman şübhəli şəxsin Cinayət Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilməsi şübhəli şəxsə etiraf edici izahat verməyinə təsir etmək kimi qəbul olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxsin 23 aprel 2022-ci il və 24 aprel 2022-ci il tarixlərdə şübhəli şəxs qismində və 24 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrindən görünür ki, onun həmin ifadələri ayrıayrı günlərdə verilməsinə baxmayaraq ifadələrində bir söz belə fərq olmamış, 23 aprel 2022-ci il tarixdəki izahat ey nilə 24 aprel 2022-ci il tarixli protokollara köçürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin haqlı olaraq sözügedən istintaq hərəkətləri qanunvericiliyin tələblərinin pozulması ilə əldə edildiyindən şübhəli və təqsirləndirilən şəxsin əleyhinə olan 24 aprel 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi barədə protokol və 24 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi barədə protokolun da mötəbərliyini şübhə altına almış, bununla da, yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad etməmişdir. Məhkəmə kollegiyası qedy edir ki, X2 22 aprel 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması barədə 25 aprel 2022-ci il tarixdə təcrid xanaya təhvil verilən zaman müraciəti əsasında təcridxananın xüsusi məlumatı üzrə cinayət işinin başlanılmasının rədd qərarı olmuş, təcridxananın xüsusi məlumatında şəxsin bədən (sinə və çiyinlərində) nahiyyəsində mövcud olan xəsarətlərin sadalanması, xüsusi ilə, sinəsinin sağ tərəfində və sol çiynində sarımtıl rəngli qançır izləri, sağ çiynində isə sıyrılmış qərtməkli yara xəsarətlərinin həbs edilməsi zamanı yaranması ehtimalının mövcudluğu, apellyasiya icraatı zamanı şahid qismində ifadəsi alınmış X11 ifadəsində X8 polis əməkdaşları tərəfindən döyülməsi bir daha onu təsdiqini tapmış, X2 döyülərək və işgəncələrə məruz qalaraq etirafedici ifadəsi alınmışdır. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyasının sorğusuna əsasən X4 zor tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Suraxanı rayon Prokur orluğu tərəfindən aparılmış araşdırma nəticəsində 6 may 2022-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Lakin həmin rədd qərarından göründüyü kimi qərar yalnız təsviri hissədən ibarət olmuş, müstəntiq digər sübutları əldə etmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmişdir. İzahat almaqla kifayətlənmiş, X3 xəsarətlərin olmasını təsdiq edən digər məlumata ümumiyyətlə münasibət bildirməmişdir. X2 məhkəmə istintaqında verdiyi ifadəsində bildirmişdir ki, rədd materialında yazılan izahatı qəbul etmir və müstəntiqə həbs zamanı döyülməsini qeyd etmişdir. Buna baxmayaraq prokurorluq tərəfindən döyülmə faktı araşdırılarkən onun izahatının alınması ilə kifayətlənmiş, nə ekspertiza keçirilmiş, nə də polis əməkdaşlarının ifadəsi alınmışdır. Azərbaycan Respublika sı Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərin i göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, onun həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək onun (ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində istintaqın ilk günlərində verdiyi ifadələr istisna olmaqla) birinci və apellyasiya instansiyalarında məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirmiş, onun təhqiqat və istintaqın ilk günl ərində verdiyi ifadələri isə psixoloji təsir və təzyiq nəticəsində, həmçinin prosessual təminatların və müdafiə hüququnun pozulması şəraitində verilmiş ifadələr olduğunu qeyd edərək sübut kimi qəbul etməmişdir. Bu məlumatlar və ifadələr əsasında müəyyən edilmişdir ki, ittihamda qeyd edilən saatlarda şəxsin tutulması, şübhəli şəxs kimi cəlb edilməsi, şəxsi axtarış və götürmənin keçirilməsi zamanı əməliyyatçılar başqa ünvanda olmuşlar. Yəni tərtib edilmiş prosessual sənədlər formal olmuş və reallığı əks etdirməmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab ki, X2 22 aprel 2022-ci il tarixdə, saat 16:00-dan Bakı şəhəri, Xətai rayonu ərazisində saxlanılması, həmin gün real olaraq qeyir-müəyyən vaxtda üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsi təqsirlənd irilən şəxsin ifadəsi, şahid ifadələri, anten məlumatları ilə tam təsdiq edilmişdir. Avropa Məhkəməsi “Lahıcov Azərbaycana qarşı” qərarında nəzərə almışdır ki, məlumat əsasında saxlanması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanılarkən dərhal və saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqədən sonra Zaqatala rayon polis şöbəsində keçirilmişdir. Məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi qeyd edilən sübutun “atılmasının” mümkünlüyü ilə əlaqədar əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə əlaqədar hər hansı sübut mövcud deyil. Üzərində və avtomobilində aşkar edilən maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq zamanı və məhkəmədə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş və həmin sübut əsasında onu məhkum etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, X4 elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim ed ilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yaranan şübhələr X2 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, bəraət almış şəxsun özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında bəraət almış şəxsun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni bir qrup şəxs halında əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bəraət almış şəxsun əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta y etirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, bəraət almış şəxsun əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni narkotik vasitəni bir qrup şəxs halında əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclasların da faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq bəraət almış şəxsun bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni narkotik vasitəni əldə edib və saxlaması cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 dekabr 2023-c ü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. X2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 dekabr 2023cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar