Məhkəmə qərarları › İş №1(102)-914/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-914/2021

30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-914/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Məhkum iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X12, hakimlər: X9 və X5 ibarət tərkibdə) 21 noyabr 2019-cu il tarixli hökmü ilə 22 may 1966-cı il tarixdə Cəlilabad rayonu, Göytəpə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-in 234.4.3-cü maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarı ilə (hakimlər: X15 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət tərkibdə) Məhkum və müdafiəçisi X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum 2019- cu ilin mart ayının sonlarında ünvan 2 ünvanda yerləşən yaşadığı evin (bundan sonra yaşadığı ev) həyətyanı sahəsindəki meyvə ağaclarının əhatəsində qanunsuz olaraq 34,0 ədəd olmaqla külli miqdar təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkilərini əkmək və aqrotexniki qaydada xüsusi qulluq göstərib yetişdirməklə kultivasiya etmiş, satış məqsədilə qanunsuz olaraq həmin bitkilərin 10,0 ədədinin hissələrindən hazırlayıb əldə etdiyi, tərkiblərinə görə eyni olan, ayrı-ayrılıqda təmiz çəkiləri 2130,0 qram, 1,410 qram və 0,142 qram, ümumi təmiz çəkisi 2131,552 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana (bundan sonra marixuana), həmçinin ibtidai istintaq orqanı tərəfindən konkret olaraq müəyyən edilməmiş tarixdə və mənbədən əldə etdiyi iki ədəd bükümdə a yrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram və 0,026 qram, ümumi təmiz çəkisi 0,054 qram olmaqla şəxsi istehlak miqdarından artıq olmayan miqdar təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin (bundan sonra - heroin) və bir ədəd bükümdə təmiz çəkisi 0,605 qram olmaqla şəxsi istehlak miqdarından artıq olmayan miqdar təşkil edən, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qətranını (bundan sonra – həşiş qətranı) daşıyıb yaşadığı evdə saxlamışdır. 10 iyul 2019-cu il tarixdə Cəlilabad Rayon Polis Şöbəsinin (bundan sonra - Cəlilabad RPŞ) əməkdaşları tərəfindən Məhkum yazılı razılığı ilə yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilərkən göstərilən narkotik vasitələr, həmçinin bir ədəd elektron tərəzi, bir ədəd “Lion king” markalı tütün d oldurma qurğusu və yetmiş ədəd “Stadium” markalı siqaret filtirləri evdən, kökü üstə olmuş 24 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri isə həyətyanı sahəsindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarından məhkum kassasiya şikayəti verərək həmin qərarın qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyini vurğulamışdır. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, həm ibtidai istintaq orqanının aktı, həmdə məhkəmələr tərəfindən qəbul edilmiş qərarlar ziddiyyətlərlə doludur. İşin hallarına, sübutlara düzgün qiymət verilməmiş, işin halları və şahid ifadələri arasında olan zid diyyətlərə nəzər yetirilmədən qərar qəbul edilmişdir. Belə ki, məhkəmələr qərar qəbul edərkən istintaq orqanı tərəfindən ittihamda qeyd olunmuş narkotik vasitələrin çəkisi və bükümləri sayı ilə bağlı fərqli göstəricilərə nəzər yetirməmiş, bundan başqa, İş üzrə şahid qismində ifadə vermiş şahidlərin ifadələrindəki ziddiyyətlər diqqətə alınmamışdr. Həmçinin, ailə üzvlərinin heç biri ifadə verməzkən onların imzaları saxtalaşdırlmışdır. Məhkum həmçinin kassasiya şikayətində barəsində olan yüngülləşdirici halların nəzərə alınmadan ədalətsiz cəza təyin edildiyini vurğulamış və qeyd etmişdir ki, məhkəmələr ona cəza təyin edərkən oğlunun aprel döyüşlərində qəhrəmancaasına döyüşərək fəxri fərmanla mükafatlandırılmasını və himayəsində olan qardaşının birinci Qarabağ müharibəsi zamanı fəal iştirak ed ərək döyüşlər zamanı yaralanmasını nəzərə almadan ağır cəza təyin etmişlər. Məhkum qeyd olunanların nəzərə alınmasını, Şirvan Apellyasiya Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmi n edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkumun təqsirsizliyi ilə bağlı qeyd edilən h allarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş, mötəbərliyi şübhə doğurmayan sübutların məcmusu ilə, şahid ifadələri, ekspert rəyi və digər mötəbər sübutlarla təsdiq edilmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri he sab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarında olan, Məhkum ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə və hər hansı təsir olmadan şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 2018-ci ilin iyul ayının sonlarında XXX şəhərində yerləşən qəbiristanlığın yaxınlığında aşkar etdiyi yabanı bitmiş çətənə kollarından götürdüyü təxminən 50,0 ədəd toxumu 2019-cu ilin mart layının sonlarında yaşadığı evin həyətyanı sahəsindəki meyvə ağaclarının əhatəsində yerləşən, kol-kosdan təmizləyib şumladığı torpaq sahəsində əkmişdir. Həmin toxumların 34 ədədi bitmiş, yaxşı qulluq etdiyinə görə çətənə bitkiləri yaxşı inkişaf etmişdir. 2019-cu ilin iyul ayının [əvvəllərində həmin çətənə bitkilərindən 10 ədədini torpaqdan çıxarıb yarpaqlarını yığıb qurutmuş, cüzi hissəsini iki ədəd bükümdə yaşadığı evin otaqlarında, çox hissəsini isə bir ədəd sellofan bağlamada qablaşdırıb yaşadığı evin zirzəmisində gizlədib saxlamışdır. 10 iyul 2019-cu il tarixdə yaşadığı evdə olarkən Cəlilabad RPŞ-nin əməkdaşlarının həyətinə orada əkib becərdiyi çətənə kollarını aşkar etmək üçün gəldiklərini başa düşdüyünə görə polis əməkdaşlarının həmin bitkiləri aşkar etməməsi üçün dərhal evin yan pəncərəsindən həyətə düşmüş və çətənə kollarını əkdiyi yerə gedib onların bir neçəsini gövdəsindən sındırıb yerə atmışdır. Həmin vaxt polis əməkdaşları olduğu yerə gəlmiş və onun çətənə kollarını qırmasının qarşısını almışlar. Buna görə də baxış zamanı həyətində köküstə aşkar edilmiş 24 ədəd çətənə kolları on a məxsus olmuş, yaşadığı evdə bir ədəd sellofan bağlamada aşkar edilmiş kütlə qurudulmuş marixuanadır. Yaşadığı evdən aşkar edilmiş heroin və həşiş qatranını ona iş üzrə tutulmamışdan təxminən 15 gün əvvəl yaşadığı evin yaxınlığında təsadüfən görüşdüyü, əvvəllər tanımadığı İran İR vətəndaşı istifadə etməsi üçün pay vermişdir. Yaşadığı evdən aşkar İ edilmiş narkotik vasitəni müştəri olsa idi, satmaq fikirində olmuş, lakin kiməsə satmamışdır İ (İ cild, səh. 59-62, 70-73). İş materiallarından görünür ki, Məhkum ibtidai istintaq zamanı 15 iyul 2019-cu il tarixdə ifadəsi yerində yoxlanılarkən yaşadığı evin həyətində çətənə bitkilərini əkdiyi yeri göstərmiş və ifadəsində göstərdiyi halları bir daha hadisə yerində təsdiq etmişdir (İ cild, 98-101). Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsi nə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü - cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən, bəraət hökmü bu Məcəllənin 42.1.1ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təq sirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, məhkumun təqsirsizliyi ilə bağlı göstərilən hallar müdafiə xarakterlidir, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində, bəraətin əsaslarını nəzərdə tutan hallar qeyd olunan cinayət iş üzrə Məhkum münasibətdə müəyyən edilməmişdir. Hazırki kassasiya şikayətində göstərilən dəlillər müdafiəçinin eyni məzmunlu apelyasiya şikayətində də göstərilmiş, apelyasiya instansiyası mə hkəməsi həmin dəlilləri ətraflı araşdırıb qərar qəbul etmişdir. Kassasiya şikayətində məhkumun cəza ilə bağlı mübahisələndirdiyi dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd etmək istəyir ki, həmin dəlillər əsassızdır, kasasiya şikayətinin təmin olunması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq ed ilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan R espublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı -ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum X1 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin tələblərinə əsasən X2 cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir.. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələ rini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən əsaslı qərar qəbul edilmiş, cinayət və cinayət-prosessual qanunvericiliyin pozulması halları müəyyən edilməmişdir. Kassasiya şikayətinin təmin edilməsi və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzə rdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar