Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-914/2023 25.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1315/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən veril miş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatında olmaqla həmin ünvanda yaşamışdır. 2. 18 fevral 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram və 0,218 qram ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi i stehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd 1 ml-lik şprisdə olan 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və üzərində heroin izləri olan elektron tərəzini əldə edib boz rəngli əl çantasının və onun içərisində olan sarı rəngli pul qabının içərisində saxlayaraq daşımış, 21 oktyabr 2021-ci il tarixdə, saat 18:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətiril miş, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxlayaraq daşıdığı içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd boz rəngli əl çantasının içərisindəki sarı rəngli pul qabının içərisindən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə fərqlilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram psixotrop maddə metamfetamin, əl çantasının içərisindən isə 01 ədəd 1 ml-lik şpirsdə olan 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. 3. 09 mart 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi Məhkəməsinin hazırlıq iclasının qərarı Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,112 qram və 0,218 qram ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 01 ədəd 1 ml-lik şprisdə olan 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və üzərində heroin izləri olan elektr on tərəzini əldə edib boz rəngli əl çantasının və onun içərisində olan sarı rəngli pul qabının içərisində saxlayaraq daşımış, 21 oktyabr 2021-ci il tarixdə, saat 18:30 dəqiqədə Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək ünvan 2 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin 33-cü PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxlayaraq daşıdığı içərisində narkotik vasitə heroin izləri olan 01 ədəd boz rəngli əl çantasının içərisindəki sarı rəngli pul qabının içərisindən 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 3,330 qram təşkil edən kustar üsulla hazırlanmış kimyəvi tərki blərinə görə fərqlilik təşkil edən narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,178 qram psixotrop maddə metamfetamin, əl çantasının içərisindən isə 01 ədəd 1 ml-lik şpirsdə olan 0,8 ml həcmində məhlulun tərkibində 0,434 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-775/2022 nömrəli, 10 may 2022ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 21 oktyabr 2021-ci il tarixdən hesa blanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən apellyasiya şikayəti vermişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1315/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)775/2022 nömrəli, 10 may 2022-ci il tarixli hökmü apellyasiya protestinə əsasən ləğv edilmiş, cinayət işi üzrə yeni hökm çıxarılaraq Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhku m edilmişdir.
8. Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, şikayətə qarşı etirazlar
9. Kassasiya şikayətində Məhkum törətdiyi cinayət əməlinin hüquqi tövsifi mübahisələndirilməklə, həmin əməlin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən eyni Məcəllənin 234.4.3-cü maddəsinə səhv tövsif edildiyini iddia edilməklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1315/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya insta nsiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyi n bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum müdafiəçisi kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin səhv tövsif edildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
16. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1315/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
18. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə tə qsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, № 2, § 9, 04 mart 2011-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini, eləcə də məhkəmə təcrübəsini formalaşdıran Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərişini rəhbər tutmaqla məhkəmə kollegiyası müdafiəçinin Məhkum əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
23. Belə ki, hazırda mübahisələndirilən qərarında apellyasiya instansiyası məhkəməsi tərəfindən ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat dövründə tədqiq edilmiş sübutlar istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərini və mövcud məhkəmə təcrübəsini nəzərə alınmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha araşdırmış, məhkəmə haqlı olaraq hesab etmişdir ki, Məhkum məhz Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əmə lini törətməsi, özünün ibtidai istintaq zamanı, habelə şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri, müvafiq istintaq hərəkəti protokollarını, məhkəmə ekspertiza rəyləri, iş üzrə toplanmış digər sübutlarla və ən vacibi - üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heronin çəkisinin 3,330 qram olmaqla fərqli tərkibdə və 2 bükümdə olması, 3-cü bükümdə çəkisi 0,178 qram təşkil edən psixotrop maddə metamfetaminin olması, eləcə də üzərindən elektron tərəzinin aşkar edilməsi kimi halla tam təsdiq edilir.
24. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələ üzrə gəldiyi nəticə dövlət ittihamçısının apellyasiya protestində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, apellyasiya instansiyası məhkəməsində Azər baycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin qənaətini şübhə altına almaq üçün əsas görmür.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmışdır. Nəticədə, apellyasiya instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmışdır.
26. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən hökmün dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
27. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1315/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfində n verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 1(103)-1315/2022 nömrəli, 08 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.