Məhkəmə qərarları › İş №1(102)-914/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-914/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-914/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan R espublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim Kərimov Əyyub Vaqif oğlu) Məhkum, xx xxxxxx 1980-ciil tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, Gəncə DOST mərkəzində çilingər vəzifəsində işləmiş, əvvəllər Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 aprel 2005-ci il tarixli hökmü ilə CM-in 179.2.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 2000 (iki min) misli miqdarında cərimə cəzasına, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 29 aprel 2008-ci il tarixli hökmü ilə CM-in 181.2.2, 181.2.5 və 326.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə və şərti maliyyə vahidinin 200 (iki yüz) misli miqdarında cərimə cəzalarına, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2012-ci il tarixli hökmü ilə CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə və 200 (iki) yüz manat miqdarında cərimə cəzalarına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsin in 10 dekabr 2015-ci il tarixli qərarı ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının 3 (üç) ay 10 (on) gün müddətində çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, sonradan “28 may – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən 200 (iki yüz) miqdarında cərimə cəzasından da azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə həmçinin iş üzrə maddi sübut olan və Göygöl Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 7,62 mm kalibrli 1227 nömrəli “Naqan” sistemli revolverin və iki ədəd istifadəyə yararsız 7,62 x 38R kalibrli patronların hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq odlu silahı əldə edərək saxlamışdır. Belə ki, о, istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq bir ədəd 1227 nömrəli keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1925-ci ildə zavod üsulu ilə istehsal olunmuş, 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş üçün yararlı Naqan sistemli, revolver tipli, yivli odlu silahı əldə edib üzərində daşıyaraq saxlamış, 27 yanvar 2023-cü il tarixdə Göygöl Rayon polis şöbəs inin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu Göygöl şəhəri, Azay Kazımov küçəsində, Göygöl şəhər avtovağzalında saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində şəxsi axtarış zamanı onun üzərindən, qanunsuz olaraq daşıyaraq saxladığı bir ədəd 1227 nömrəli, “Tula” silah zavodunda istehsal olunmuş 7,62 kalibrli, Naqan sistemli “revolver” modelli, texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı dəyişdirilməmiş, yivli odlu silah aşkar edilərək götürülmüşdür. Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmündən Məhkum və müdafiəçisi Bağırov Siyavuş Qasım oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı Hüseynli Qədimalı Muxtar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan G əncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə) 06 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm isə həmin apellyasiya müraciətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununa, “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasına, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”na, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”na, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”na, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”na, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları»na, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nə, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”na, “Silahın geri alınması Qaydaları”na, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarına, işin müəyyən edilmiş faktiki hallarına və qəbul edilmiş yekun məhkəmə aktlarına, habelə Məhkum əvvəllər məhkum olunması haqqında məlumatlara istinad edən dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin təyin etdiyi cəza faktiki olaraq cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmamış, məhkəmə təqsirlənd irilən şəxsə cəza təyin edərkən əsassız olaraq bir sıra halları, o cümlədən məhkum olunmuş şəxsin səmimi peşmanlığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirmiş və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi barədə qənaətə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hökmün qanuni və ədalətli olması barədə nəticəyə gəlmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq qəbul etdiyi qərarla qanunvericiliyin tələblərinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmışdır. İşin hallarından görünür ki, Məhkum tərəfindən törədilmiş cinayət az ağır cinayə tlər kateqoriyasına aid olmaqla, cinayətin obyekti ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan ictimai münasibətlərdir. Son illər ərzində insanların ölümü və ya müxtəlif dərəcəli bədən xəsarətləri almaları ilə nəticələnən silahlı ixtişaşların sayının artması ölkənin ictimai həyatında ciddi rezonans doğuran məsələlərdən birinə çevrilmişdir. Məhkəmə göstərilənləri nəzərə almayaraq yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş məhkum olunmuş şəxsə azadlıqdan məhrum etmə cəzasının həddinə münasibətdə faktiki olaraq yüngül cəza təyin etməklə onun islah olunması qənaətinə gəlməsini əs aslandıra bilməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin hökmündə iş üzrə maddi sübut olan və Göygöl rayon polis şöbəsində saxlanılan 01 ədəd 7,62 mm kalibrli 1227 nömrəli “Naqan” sistemli revolverin və iki ədəd istifadəyə yararsız 7.62 x 38R kalibrli patronların hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi qərara alınmışdır ki, bu qənaətə gələrkən də məhkəmə CPM-in 132.1.1-ci maddəsinin tələbini pozmuşdur, çünki qanunvericiliyin həmin normasına əsasən iş üzrə maddi sübut kimi tanınmış yararsız patronların Daxili İşlər Nazirliyinə təhvil verilməsi yox, həmin patronların məhv edilməsi barədə qərar qəbul edilməli idi. Lakin, birinci instansiya məhkəməsi yararsız patronların taleyini düzgün həll etməmiş, apellyasiya instans iyası məhkəməsi də bu məsələyə münasibətini bildirməmişdir. Qeyd olunanlara əsaslanaraq dövlət ittihamçısı R.N.Alıkişiyev onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya protestinə baxılmasının vaxtı və yeri haqqında cinayət prosesi iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış və ona təyin olunmuş cəzanı çəkib qurtarmış Məhkum naməlum səbəblərdən məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün saymışdır. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil o lması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.N.Alıkişiyev apellyasiya instansiyası məhkəməsinin qərarından verdiyi həmin protestində əsasən Məhkum həddindən artıq yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsi barədə tələbini CPMin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinin tələblərinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayar aq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən mü əyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin i craatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum etirafedici ifadələri ilə yanaşı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsindən alınmış 28 yanvar 2023-cü il tarixli 23/66 nömrəli rəyinə və işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğu n qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun əməlini CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı R.N.Alıkişiyev tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilməsinə ehtiyac görmür və həmin protestin dəlillərinə cavab verilməsi üçün əvvəla qeyd edir ki, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına ve rmə, satma, saxlama, daşıma və ya gəzdirmə həmin əməlləri törətmiş şəxsin CM-in 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş iki ilədək müddətə islah işləri, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmasına səbəb olur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda Məhkum barəsində seçilmiş cinayət hüquqi tədbirin yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərin və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbuledilməz olmasını müəyyən edir, məhkuma təyin olunmuş cəzanın – 1 (bir) il müddətə azadlıqdan məhru m etmə cəzasının yüngül hesab edilməsi və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması üçün isə əsaslar görmür. Məhkum təyin edilmiş cəzanın açıq-aşkar yüngül olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası əvvəla qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla, apellyasiya instansiyası məhkəməsi isə həmin hökmdən verilmiş apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxıb iş üzrə müvafiq yekun qərar qəbul etməklə onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yeri nə yetirməlidirlər (CPM-in 8.0.5-ci maddəsi). Cinayət mühakimə icraatının ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlü kəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin formasını, motivini, üsulunu, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar və ya bir növ cəzanın aşağı və yuxarı hədləri nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Bundan başqa, məhkəmə kollegiyası vurğulayır ki, cinayət törətmiş şəxsə təyin edilmiş hər h ansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Bütün təsvir edilənlər isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında sərgilədiyi hüquqi mövqedən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrindən irəli gəlir. Belə ki, CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmiş dir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərd ə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilməli olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən və onun ailə vəziyyətinə aid olan məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən kassasiya qaydasında baxılmış işlərin təhlili göstərir ki, məhkəmələr baxdıqları işlər üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında, bir qayda olaraq, təqsirləndirilən şəxsə onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ağır cəzanın təyin edilməsinin mümkünsüzlüyünü deyil, daha yüngü l cəzanın təyin edilməsinin məqsədə uyğunluğunu əsaslandırmağa çalışırlar, lakin CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından heç bir əsaslandırma aparmırlar. Məhkəmə kollegiyası isə hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təs iri nəzərə alınır. Cinayət qanununda cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanı ağırlaşdıran hallar isə - CM-in 61.1.1 və 61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 59.2-ci maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 61.2-ci maddəsində isə müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız süb utlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdn halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 349.5-ci maddəsinin mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlə dən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın.Qanunvericiliyin bu tələblərinə həmçinin şəxsin barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsi zamanı da əməl olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza ara sında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsinin, CM-in 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli i ctimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlə nilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəli lik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nət icələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Hazırki cinayət işinin materiallarından və həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən bu məsələyə məhz CM-in 58.1-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından yanaşmış, məhkum olunmuş şəxsin təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzaların ən ağır növündə olan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etmiş və belə nəticəyə gəlmişdir ki, məhz həmin cəza cəzanın məqsədlərini təmin edə bilər. Bu nəticə araşdırılmış sübutlarla təkzib edilmədiyindən məhkəmə kollegiya sı onunla razılaşır, çünki məhkəmələr bu məsələnin həlli zamanı törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı CM-in 59.2-ci maddəsinin tələbinə uğun olaraq Məhkum yaşayış yeri üzrə müsbət cəhətdən xasiyyətləndirilməsini, törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşaqlarının olmalarını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib həm bu halları, həm də cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, digər tərəfdən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməsi üçün əsas olmasa da dövlət ittihamçısı R.N.Alıkişiyevin kassasiya protestində iddia olunan halı – Məhkum əvvəllər də qəsdən cinayətlər törətdiyinə görə dəfələrlə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və onun məhk umluqları ödənilsə də bu məhkumluqlardan özü üçün müsbət nəticə çıxarmayaraq islah olunmamasını kifayət qədər nəzərə almış və bu halların məcmusuna uyğun olaraq məhkuma onun təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəza növlərindən ən ağırı növündə - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini həm qanuni, həm də ədalətli hesab etmişlər. Kassasiya protestində isə həmin cəzanın müddətinin aşağı həddə olması mübahisələndirilsə də məhkəmə kollegiyası Məhkum təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının açıq-aşkar yüngül hesab edilməsi və bu cəzanın ağırlaşdırılması üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin olunması üçün heç bir əsas görmür, bununla bağlı kassasiy a protestində cəzanın məqsədləri ilə bağlı təsvir edilmiş və yalnız mülahizə xarakteri daşıyan dəlillərlə razılaşmır və hesab edir ki, həmin protestin müəllifi bir sıra normativ aktlara istinad etsə də yuxarıda göstərilən cəzanın yüngül olmasını kifayət qədər əsaslandıra və məhkəmə kollegiyasını buna inandıra bilməmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, dövlət ittihamçısının kassasiya protestində istinad etdiyi halların ümumilikdə cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınması da mümkün deyil ona görə ki, belə halların dairəsi CM-in 61.1.1-61.1.13-cü maddələri ilə məhdudlaşdırılmışdır. CM-in 61.2-ci maddəsinə əsasən isə cəza təyin edilərkən həmin maddələrdə göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Məhkəmə kollegiyası törədilən cinayətin xara kterini, ictimai təhlükəlilik dərəcəsini, təyin edilmiş cəzanın məhkumun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq həmin cəzanı ədalətli və adekvat hesab edir və eyni zamanda onu da vurğulamağı lazım bilir ki, Məhkum təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 yanvar 2023-cü il tarixdən hesablanmaqla o, həmin cəzanı çəkib qurtarmış və bundan sonra onun hər hansı qanun pozuntusuna yol verməsi barədə məlumat kassasiya instansiyası məhkəməsinə daxil olmamışdır. Məhkum səmimi peşmanlığının məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi düzgün nəzərə alınmaması ilə bağlı kassasiya protestinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası növbəti dəfə qeyd etməyi lazım bilir ki, səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad etməyə dair tələblər nəzərdə tutulmuş CM-in 72.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, həmin maddədə qanunverici cinayət törətmiş şəxsin səmimi peşmanlıqla bağlı cinayət məsuliyyətindən azad edilməsi üçün mütləq şəkildə məcmu şəklində aşağıdakı şərtlərin olması barədə tələb irəli sürür: a) şəxs yalnız böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsinə görə təqsirləndirilməli; b) həmin şəxs könüllü gəlib təqsirini boynuna almalı; c) belə şəxs cinayətin üstünün açılmasına fəal kömək etməli, cinayət nəticəsind ə dəymiş ziyanı ödəməli və ya vurulmuş zərəri başqa yolla aradan qaldırmalıdır. Səmimi peşmanlığın dispozitiv əlamətləri kimi cinayət qanunvericiliyində cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi hallar nəzərdə tutulmuşdur ki, belə hallar müəyyən edildikdə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs həmin hallara əsasən cinayət məsuliyyətindən azad edilə bilər. Şəxsin digər kateqoriyalara aid (az ağır, ağır və ya xüsusilə ağır) cinayətlər törətməsi halında isə hətta səmimi peşmanlıqla bağlı yuxarıda göstərilən hallar müəyyən edildikdə belə onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi m ümkün deyil. Belə olduqda isə məhkəmələr cəza təyini zamanı səmimi peşmanlığın müəyyən edilməsinə dəlalət edən halları həm ayrı-ayrılıqda, həm də cəm şəklində səmimi peşmanlıq kimi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə ala bilərlər. Hazırki işin hallarına görə, əvvəla məhkumun törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aiddir və buna görə məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında onun CM-in 72.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini heç müzakirə belə etməmişlər, baxmayaraq ki, onun cinayət törətdikdən sonra etdiyi hərəkətlər, ibtidai araşdırma zamanı və məhkəmə iclasındakı davranışı və verdiyi ifadələr məhkum olunmuş şəxsin təqsirini boynuna almasına, onun ittiham olunduğu cinayəti törətməsini etiraf etməsinə dəlalət edir və səmimi peşmanlıqla bağlı bu hallar araşdırılmış sübutlarla təsdiq olunur. Təsvir edilənlərdən belə nəticə hasil olur ki, Məhkum səmimi peşmanlığı ilə bağlı bütün hallar araşdırılmış sübutlarla öz təsdiqini tapır və məhkəmələr də bu halları həm ayrı-ayrılıqda, həm də məcmu şəklində səmimi peşmanlıq kimi nəzərə alarkən heç bir qanun pozuntusuna, o cümlədən CM-in 72.1-ci maddəsinin tələblərinin pozulmasına yol verməmişlər. Məhkəmə kollegiyası onu da vurğulayır ki, cəza təyini zamanı cinayət törətmiş şəxsin səmimi peşmanlığı məsələsinə təkcə cinayət hüquqi normalarının tələbləri baxımından deyil, həm də fəlsəfi nöqteyi-nəzərdən diqqət yetirilməli və bu hal da təqsirkarın şəxsiyyətini səciyyələndirən, digər tərəfdən isə cəzanı yüngülləşdirən hal kimi cəza təyini zamanı nəzərə alına bilər. Belə ki, fəlsəfi mənada peşmançılıq şəxsin etdiyi və ya etmədiyi hərəkətlərə görə keçirdiyi dərin təəssüf hissidir. Bu hissi keçirən şəxslərin digərlərindən fərqi ondan ibarətdir, onlar etdikləri hərəkətə, onun nəticələrinə biganə yanaşmır və etdikləri, yaxud da etmədikləri hərəkətə görə mənəvi əziyyət çəkirlər, bunu isə istər ifadələrində, istərsə də digər hərəkətlərində ifadə edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, belə səmimi peşmanlıq həmçinin hər hansı cinayətin törədilməsinə görə təqsirli bilinmiş şəxsin cinayət törətməyə meyilli şəxs olmamasının və tez bir zamanda islah oluna bilməsinin göstəricisidir. Bütün yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır və qeyd edir ki, təsv ir edilənlər apellyasiya instansiya məhkəməsi tərəfindən CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının məhkuma cəza təyini hissəsində qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Bununla belə, məhkəmə kollegiyası kassasiya protestinin o, dəlilləri ilə razılaşır ki, birinci instansiya məhkəməsi öz hökmündə iş üzrə maddi sübutların həlli barədə qərar qəbul edərkən həmin sübutlardan olan iki ədəd istifadəyə yararsız 7,62 x 38R kalibrli patronların hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsini düzgün müəyyən etməmişdir. Əvvəla, cinayət işinin materiallarından görünür ki, məhkəməy ədək icraat dövründə qəbul edilmiş “Əşyanın maddi sübut kimi tanınması haqqında” 30 yanvar 2023-cü il tarixli qərarla Məhkum üzərindən aşkar edilərək götürülmüş həm 01 ədəd 7,62 mm kalibrli 1227 nömrəli “Naqan” sistemli revolver, həm də iki ədəd istifadəyə yararsız 7,62 x 38R kalibrli patronlar iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Göygöl Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Lakin, iş üzrə keçirilmiş məhkəmə-ballistik ekspertizasının 28 yanvar 2023-cü il tarixli 23/66 saylı rəyi ilə göstərilən patronların istifadəyə, yəni atəş üçün yararsız olmaları və onların heç bir dəyərinin olmaması müəyyən edildiyindən, onlar döyüş sursatı hesab edilməmiş və bu patronların əldə edilməsinə, saxlanmasına və daşınmasına görə Məhkum qarşı ittiham irəli sürülməmişdir. Bütün qeyd olunan hallar isə hökm qanuni qüvvəyə mindikdən sonra göstərilən patronların saxlanılması üçün hər hansı dövlət orqanına verilməsi deyil, onların məhv edilməsi üçün əsas yaratmışdır ki, belə nəticə də CPM-in 132.1.1-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, CPM-in 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İşin müəyyən edilmiş təsvir olunan hallarından və prosessual qanunvericiliyin tələblərindən çıxış edən məhkəmə kollegiyası təhlil olunan məsələ ilə bağlı kassasiya protestinin dəlillər i ilə razılaşaraq belə qənaətə gəlir ki, həmin protest bu hissədə təmin edilməklə məhkəmələrin yekun aktlarında iki ədəd istifadəyə yararsız 7,62 x 38R kalibrli patronların saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməsi haqda müddəalar həmin patronların məhv edilməsi barədə müddəalarla əvəz olunmalı, bu əsasla da Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərarında və onunla bağlı Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmündə müvafiq dəyişikliklər edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını və kassasiya protestinin dəlillərini nəzərdən keçirib həmin protestin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək hesab edir ki, kassasiya protesti q ismən təmin edilməli, Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərarında və onunla bağlı Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmündə dəyişiklik edilərək “iki ədəd istifadəyə yararsız 7,62 x 38R kalibrli patronlar saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin” sözləri “iki ədəd istifadəyə yararsız 7,62 x 38R kalibrli patronlar məhv edilsin” sözləri ilə əvəz olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyul 2023-cü il tarixli qərarında və onunla bağlı Göygöl Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli hökmündə dəyişiklik edilərək “iki ədəd istifadəyə yararsız 7,62 x 38R kalibrli patronlar saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin” sözləri “iki ədəd istifadəyə yararsız 7,62 x 38R kalibrli patronlar məhv edilsin” sözləri ilə əvəz olunsun. Qərar kassasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar