Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-914/2025 14.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum müdafiəçisi, İsmayıllı Rayon Vəkil Bürosunun vəkili İsmayılov İslam Abduləziz oğlunun iştirakları ilə xx xxxxxx 1972-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 1(107)-425/2024 nömrəli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 1(037)-32/2024 nömrəli hökmü ilə (hakim İlqar Hüseynov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Məhkum 1 mart 2024-cü il tarixdən 1 iyun 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 3 (üç) ay CM-in 69.3cü maddəsinə əsasən, həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 6 (altı) ay müddət ona təyin edilən 3 (üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tari xli 1(107)-425/2024 nömrəli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), X.H.Səmədov və E.B.İsayev) apellyasiya protesti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 1(037)-32/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanının mövqeyinə görə Məhkum Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 25,60 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, həmin narkotik vasitəni satış niyyətini həyata keçirə bilmək üçün 26 (iyirmi altı) ədəd kağız bükümlərdə q ablaşdırmaqla üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Məhkum İsmayıllı rayonunun Mican kəndinin ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 21 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli paltonun sağ yan və sol yan ciblərində saxladığı, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram, 1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram, ümum i təmiz çəkiləri 25,60 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində səhv ə yol verilmişdir. Protest müəllifinin fikrincə: -cinayət işinin ibtidai istintaqı, o cümlədən də məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs verdiyi ifadələrdə qanunsuz olaraq əldə etdiyi narkotik maddələri özünün bükümlərə böldüyünü göstərmişdir. -təqsirləndirilən şəxs Məhkum ifadəsində “çəkməyi asanlaşdırmaq üçün yığmış olduğu marixuananı bir dəfəlik çəkimlik qədər olmaqla kağız bükümlərə bükməsini göstərmişdir. Lakin, məhkəmənin də qeyd etdiyi kimi həmin bükümlər müxtəlif çəkilərdə olmuşdur. Belə ki, narkotik vasitə qurudulmuş marixuana bükümlərindən ən yüngül çəkidə olan 0,53 qram, ən ağır çəkidə olan isə 2.22 qram çəkidə olmuşdur. Qeyd edilən çəkilər arasında isə 4 dəfədən də artıq fərq var. Eyni şəxsin “bir dəfəlik” istifadə normasının birbirindən dəfələrlə fərqlənən çəkilərdə olmas ı isə məntiqə uyğun olmamaqla qəbuledilməzdir. -narkotik vasitəni qanunsuz olaraq əldə etmiş şəxsin “çəkməyi asanlaşdırmaq” üçün onu bükümlərə bölməsi barədə göstərdikləri araşdırılmamış, onun üçün əlçatan olan cəmi 25.60 qram narkotik vasitənin bükümlərə bölünmədən çəkilməsinin ona hansı çətinliyin yaratdığı, narkotik vasitəni birdən-birə 26 ədəd bükümə bölməsinin, bir dəfəlik istifadəsi üçün böldüyü bükümlərin çəkilərinin dəfələrlə fərqli olmasının səbəbləri araşdırılmamışdır. -təqsirləndirilən şəxsin narkotik vasitəni şəxsi istifadəsi üçün bir dəfəlik çəkimlik qədər olmaqla kağız bükümlərə bükməsi barədə göstərdikləri doğru deyil və ona verilmiş ittihamla cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmişdir. -məhkəmənin Məhkum əldə etdiyi narkotik vasitənin məhz satış məqsədi ilə onun tərəfindən bükümlərə bölünməsinin məhkəmə istintaqında sübuta yetirilməməsi barədə göstərdikləri işin faktiki hallarına uyğun olmamışdır. -həmçinin məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini qanunun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Dövlət ittihamçısı həmçinin hesab edir ki, məhkuma təyin olunmuş cəza da onun törətdiyi cinayət əməlinin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğun olmamaqla yüngüldür. İş materiallarından görünür ki, Məhkum İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qeyd o lunanlardan da aydın olur ki, Məhkum kriminal qətiyyət formalaşmış və təyin edilmiş yüngül cəza onun islah olunmasına kifayət etməyəcəkdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi İ.İsmayılovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məs ələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dö vlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində təqsirləndirilən şəxs Məhkum əməlinin tövsifində məhkəmələr tərəfindən səhvə yol verildiyi qeyd edilir, həmçinin məhkuma təyin olunmuş cəzanın yüngül olmaqla ədalətsiz olması bildirilir. Protestdə göstərilmiş dəlillərlə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdard a əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə görə “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” -üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 2-ci maddəsinə əsasən həmin Məcəllənin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdl ərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cin ayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövs if CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirlən dirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşınması ilə əlaqədar törətmiş olduğu cinayət əməlini tövsif e dərkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq etməmiş və təqsirləndirilən şəxsin əməlinin tövsifində səhvə yol vermişlər. İşin hallarında təsvir olunduğu kimi birinci instansiya məhkəməsi və bununla razılaşan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Məhkum üzərində aşkar olunmuş narkotik vasitələri satış məqsədi olmadan, şəxsi istehlak məqsədi ilə əldə edərək daşımışdır və ona görə də məhkəmələr onun əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişlər. Belə ki, Məhkum istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 25,60 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitk isindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə qablaşdırmaqla üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum İsmayıllı rayonunun Mican kəndinin ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 21 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli paltonun sağ yan və sol yan ciblərində saxladığı, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri - 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram, 1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram, ümumi təmiz çəkiləri 25,60 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “......Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə narkotik vasitələr xırda bükümlərə bölünmüş olsa belə təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitənin (psixotrop maddənin) məhz, satış məqsədi ilə çəkilib xırda b ağlamalara bükülməsini təsdiq edən hər hansı bir sübut mövcud deyildir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum əldə etdiyi narkotik vasitənin məhz satış məqsədi ilə onun tərəfindən bükümlərə bölünməsi məhkəmə istintaqında sübuta yetirilməməklə yanaşı, başqa yanakı sübutlar əldə edilmədən, ibtidai istintaq orqanının sadəcə, həmin narkotik vasitələrinin bir neçə hissəyə bölərək kağız bükümlərdə saxlamasında satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan şübhə doğurmayan bütün sübutlarla öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtərəfli qiymət verilməli idi. Belə ki, iş materiallarının 7-ci səhifəsində olan raportdan görünür ki, Məhkum narkotik vas itələrdən istifadə etməsi və üzərində saxlamaqda şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə saat 20 radələrində rayonun Mican kəndində, yaşadığı evin yaxınlığında saxlanılaraq İsmayıllı RPŞ-nə gətirilmişdir. Bundan başqa, birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonunun Mican kənd sakini Məhkum narkotik vasitələrdən istifadə etməsi və üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi Məhkum barəsində olan əməliyyat məlumatları onun narkotik vasitələri q anunsuz saxlaması və istifadəsi ilə bağlı olmuş, eləcə də istintaqın sonrakı mərhələlərində də ibtidai istintaq orqanı Məhkum satış məqsədi ilə çəkilib xırda bağlamalara bükülməsini təsdiq edən hər hansı bir sübut aşkar etməmişdir. Məhkəmə kollegiyası qeyd olunmuş halla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya protestinin ilk dəlili əsassızdır......Məhkəmə kollegiyası apellyasiya protestinin üçüncü dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən apellyasiya protestinin üçüncü dəlilində qeyd olunmuş halları nəzərə almış və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə 3 (üç) il müddətə azadl ığın məhdudlaşdırılması cəzası tətbiq etmişdir. Halbuki təqsirləndirilən şəxsin əməlində yüngülləşdirici hallar olmuşdur. Bu da, o qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsə təyin olunmuş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası məhz Məhkum İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını göstərmişdir. Onun əməlindən səmimi peşman olması özünü həm də təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış aparı lan zaman təqsirləndirilən şəxs tərəfindən üzərində olan narkotik vasitəni könüllü təhvil verməsində və elan olunmuş ittihamda özünü təqsirli bilərək etirafedici ifadə verməsində öz əksini tapır.” Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi üçün yuxarıda istinad edilən əsaslandırmasını kifayət hesab etmir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvand a yaşayır. 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuşdur. 2023-cü ilin sentyabr ayında balıq tutmaq üçün yaşadığı evin yaxınlığında olan “Əyri çay” adlanan çaya getmiş, o, balıq tutarkən gözü yabanı halda bitmiş çətənə koluna sataşmış, özü narkotik vasitə marixuanadan istifadə etdiyi üçün həmin bitkinin çətənə bitkisi olduğunu tanımış, gördüyü 1 ədəd çətənə bitkisinin üzərində olan yarpaqlarını və toxumlarını qoparıb özündə olan şəffaf sellofan torbaya yığmış, evə qayıdarkən həmin sellofan torbanı sahəlikdə basdırmış, narkotik vasitə marixuanadan istifadə etmək istədikdə gedib həmin sellofan torbada saxladığı marixuanadan bir az götürüb çəkmiş, çəkməyini asanlaşdırmaq üçün yığmış olduğu marixuananı bir dəfə çəkimlik qədər olmaqla kağız bükümlərə büküb yenidən həmin sellofan torbaya yığıb hə min yerə qoymuş, hər dəfə çəkmək istəyərkən marixuananı saxladığı yerə gedərək 1 və yaxud 2 kağız büküm götürüb özü istifadə etmiş, hər dəfə marixuananı saxladığı yerə gedibgəlməkdə çətinlik çəkdiyi üçün həmin narkotik vasitəni gətirib evdə saxlamağa qərar vermiş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə saat 20 radələrində ora həmin sahəliyə gedərək narkotik vasitəni basdırdığı yerdən götürüb əynində olan qara rəngli paltonun sağ və sol cibinə qoymuş, bükümləri yığdığı sellofan torba palçıq olduğundan torbanı ataraq kağız bükümləri sağ və sol cibinə qoymuş və yaşadığı evə yollanmış, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı İsmayıllı rayonunun Mican kəndində yerləşən evinə çatarkən, evin yaxınlığında olanda İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşar aq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və qərar qəbul olunduğunu bildirib onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmiş, o, etiraz etməyib polis şöbəsinə gəlmiş, polis şöbəsində ona müdafiəçinin iştirakından istifadə etmək hüququ izah edildiyi üçün ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin olunmasını istəmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkil İsmayılov İslam Abduləziz oğlunu seçmiş və qısa müddət ərzində həmin müdafiəçi ona təqdim edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirdikdə o, polis əməkdaşlarına videoçəkilişlə üzərin ə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməyini bildirdikdə o, özü əynindəki qara rəngli paltonun sağ və sol cibində saxladığı 26 ədəd kağız bükümü təqdim etmiş, ondan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmiş, üzərində əlavə olaraq hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, aşkar olunmuş kütlələr götürülərək xüsusi elektron tərəzidə çəkilmiş və ümumi çəkisi müəyyən olunmuş, aşkar olunmuş kütlələr qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri möhürlənib iştirak çılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və narkotik vasitə satan şəxsləri tanımamış və heç vaxtı belə şəxslərlə cinayət əlaqəsində olmamışdır. Bildirmək istəmişdir ki, o, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır, o, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır, bədənində yaranan ağrılarını azaltmaq üçün narkotik vasitələrdən istifadə edirdi. Özünü narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Üzərində aşkarlanmış narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Himayəsində keçirilmiş uşaq serebral iflicinin qalıq əlamətləri, tez-tez qıcolma tutmaları, ağırlaşan F72 ağır dərəcəli əqli gerilik” xəstəliklərindən əziyyət çəkən İİ qrup əlil olan xx.xx.1997-ci il təvəllüdlü övladı X və xx.xx.2011-ci il təvəllüdlü azyaşlı övladı X vardır, özü 1-ci Qarabağ müharibəsi iştirakçısıdır, bu halların və ailə vəziyyətinin nəzərə alınmaqla ona özünü təqsirli bildyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonunun Mican kənd sakini Məhkum narkotik vasitələrdən istifadə etməsi və üzərində n arkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, şöbə rəhbərliyi tərəfindən əməliyyat-təhqiqat qrupu yaradılmış, qrupun tərkibinə o, təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X10, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X7, RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X8 daxil edilmiş, həmin gün saat 20 radələrində o, TB-nin təhqiqatçısı, polis mayoru X12, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X13, NMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantıX14 və KTQ-nin baş inspektor kriminalisti X13 birlikdə İsmayıllı rayonunun M ican kəndində Məhkum görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbiri qərarının qəbul olunduğunu deyib Məhkumı qərarla tanış etmiş, Məhkum şəxsi axtarış keçiriləcəyini deyib onu polis şöbəsinə dəvət etmiş, Məhkum etiraz etməyib onlarla birlikdə polis şöbəsinə gəlmiş və ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını bildirmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkil İsmayılov İslam Abduləziz oğlunu seçmiş və qısa müddət sonra həmin müdafiəçi ona təqdim edilmiş, saat 21 radələrində Məhkum şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra Məhkuma üzərinə videoçəkilişlə şəxsi axtarı ş keçiriləcəyini demiş, şəxsi axtarış zamanı RPŞ-nin məsul növbətçisi vəzifəsini icra edən, əməliyyat müvəkkili, polis leytenantı X9 da iştirak etmiş, Məhkum videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, Məhkum üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirmişlər, Məhkum özü əynindəki qara rəngli paltonun sağ və sol cibində saxladığı 26 ədəd kağız bükümü təqdim etmiş, Məhkumdan aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi soruşulduqda sonuncu, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmiş, üzərində əlavə olaraq hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, aşkar olunmuş kütlə lər götürülərək xüsusi elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 39,23 qram olması müəyyən olunmuş, aşkar olunmuş kütlələr qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri İsmayıllı rayon PŞ-nin 74 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Cinayət işinin materiallarından görünür ki, şahid X4 ibtidai istintaq zamanı verdiyi məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, sonuncu X1 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş şəxsi axtarış keçirilməsi barədə 1 mart 2024-cü il tarixli protokoldan və həmin prosessual hərəkətin keçirilməsi əks olunan videodis kdəki görüntülərdən görünür ki, göstərilən tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum İsmayıllı rayonunun Mican kəndinin ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 21 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli paltonun sağ yan və sol yan ciblərində saxladığı, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,91 qram, 0,86 qram, 1,06 qram, 1,11 qram, 1,36 qram, 1,12 qram, 1,06 qram, 1,09 qram, 0,75 qram, 1,01 qram, 0,53 qram, 0,57 qram, 1,02 qram, 0,79 qram, 1,05 qram, 0,99 qram,1,17 qram, 1,14 qram, 1,21 qram, 0,55 qram, 0,71 qram, 1,14 qram, 0,99 qram, 0,60 qram, 0,59 qram, 2,22 qram, ümumi təmiz çəkiləri 25,60 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış bitki mənşəli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-bioloji ekspertizasının 2 mart 2024-cü il tarixli 316-16/2-17/224 nömrəli rəyi ilə müəyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “xx.xx.2024-cü il tarixdə vət. Məhkum üzərindən aşkar edilmiş kütlələr...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 26 (iyirmi altı) ədəd kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,91 qr., 0,86 qr., 1,06 qr., 1,11 qr., 1,36 qr., 1,12 qr., 1,06 qr., 1,09 qr., 0,75 qr., 1,01 qr., 0,53 qr., 0,57 qr., 1,02 qr., 0,79 qr., 1,05 qr., 0,99 qr., 1,17 qr., 1,14 qr., 1,2 1 qr., 0,55 qr., 0,71 qr., 1,14 qr., 0,99 qr., 0,60 qr., 0,59 qr., 2,22 qr., ümumi təmiz çəkiləri - 25,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş, 26 (iyirmi altı) ədəd kağız bükümlərdə olan qurudulmuş marixuanalar tərkibinə görə eynidirlər. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qeyd: Marixuanaların ümumi təmiz çəkisi - 25,60 qr., tədqiqata sərf edildi – 0,52 qr. (hər ob.- 0,02 qr.), qalıq - 25,08 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan ye ddi) qəpik təşkil edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli 846 nömrəli rəyindən görünür ki, Məhkum narkotik vasitə olan kannobinoiddən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan İsmayıllı RPŞ-nin CAB-dən alınmış 19 mart 2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Məhkum üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə üzərində gəzdirmişdir. Məhkum konkret olaraq kimlərə narkotik vasitə satması və onun həmin narkotik vasitələri hansı mənbədən əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi Məhkum üzərində aşkar edilmiş ümumi olaraq 26 bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdikdən sonra dərhal bükümlərə bölməklə üzərində daşıması məqsədini araşdırarkən təqsirləndirilən şəxsin ifadələrinə tənqidi yanaşmalı və həmin ifadələrin həqiqəti əks etdirib-etdirmədiyini yoxlamadan onlara mötəbər sübut kimi istinad etməməli idi. Lakin narkomaniya xəstəliyindən əziyyət çəkməyən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olmayan Məhkum aldığı və hissələrə böldüyü narkotik vasitələrin hamısının üzərində gəzdirərək daşımaqda məqsədinin şəxsi istifadə olmasına dair ifadəsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Bu həm də ona görə zəruri idi ki, Məhkum narkotik vasitələrdən istifa dəsinə dair ifadələrinə inanılsa belə, üzərində aşkar olunan narkotik vasitələrin miqdarı və bükümlərin sayı şəxsi istehlak miqdarından dəfələrlə çox olmuşdur. İş materiallarından görünür ki, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkməyən Məhkum əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı bir dəfəlik çəkimlik qədər olmaqla kağız bükümlərə özü tərəfindən bölünməsini etiraf etmişdir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 9-cu hissəsinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozis iyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzər ə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsini n hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı baş qa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Apelyasiya instansiya məhkəməsinin qərarı ləğv edildiyindən məhkəmə kollegiyası kassasiya protestinin məhkuma təyin edilmiş cəza ilə bağlı dəlillərinə münasibət bildirməyi zəruri hesab etmir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-nin 416.1.1-416.1.2-ci maddələrinin tələblərinə görə, məhkəmə tərəfindən cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müv afiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apelyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-914/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-914/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver