Məhkəmə qərarları › İş №1(102)-915/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-915/2019

11.06.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-915/2019 11.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib-Samirə Cavid qızı Nəsibova Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 13 iyul 2018ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 may 2018-ci il tarixli hökmü ilə (hakimlər: Ş.B.Məmmədova (sədrlik edən və məuzəçi), M.A.Xankişiyev və F.Ə.Qəniyev) Məhkum- xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli subay,işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həminünvanda yaşamış Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 126.2.4-cü maddəsi ilə 6 il, CM-nin 221.3-cü maddəsi ilə 3 il, CM-nin 66.3-cü maddəsi ilə ona təyin edilmiş cəzalar qismən tolama yolu ilə üzərində qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli: 26.11.2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 20 oktyabr 2015-ci il tarixdə saat 03 radələrində tanışı X4 ilə və şəxsiyyətləri istintqa məlum olmayan “R6” və “N6” adlı iki nəfər şəxslə bir qrup şəxs halında ünvan 3 ünvanında yerləşən “Səbət” marketin qarşısında olarkən orada dayanmış “VAZ-2107” markalı avtomobilin içərisinə baxdığı üçün onlara iradını bildirən Zərərçəkmiş şəxs ilə mübahisə edib, ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən, oradakı şəxslərin gözləri qarşısında söyüşlər söyməkl təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şxslər üzərində zor tətbiq edilməsi ilə müşayət edilən qərəzli hərkətlər etməklə, öz şəxsiyyətlərini digər şəxslərin şəxsiyyətlərinin fövqundə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümyiş etdirərək, yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs vurduqdan sonra, xuliqanlıq niyyəti ilə silah qismində istifadə etdiyi bıçaqla heç bir əsaslı səbəb olmadan bir dəfə Zərərçəkmiş şəxs sağ bud nahiyyəsinə vuraraq ona üst dodağın əzilmiş yarasından ibarət xəsarət yetirməklə yüngül zərər, burun sümüklərinin, burunun deformasiyasına və burun tənəffüsünün pozulmasına səbəb olan, hər iki gözaltı-burun nahiyyələrini, hər iki göz qapaqlarını əhatə edən qançır, hyər iki göz almalarının ağlı qişasına qansızma və sol gözaltı nahiyyəsinin əzilmiş yarasından ibarət xəsarətlər yetilməklə az ağır zərər, s ağ budun orta üçdə birinin iç səthində bud arteriyasını zədələyən, kəskin qanaxmaya səbəb olan və ağır dərəcəli hemorroqik şokla nəticələnən kəsilmiş yaradan ibarət xəsarət yetriməklə həyat üçün təhlükli olan qəsdən sağlamlığa ağır zərər vurmuş və qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası ((hakimlər:Ə.İ.Qasımov (sədrlik edən və məuzəçi), Ə.N.Bayramov və N.E.Məmmədovdan ibarət tərkibdə) 13 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, qərarın dəyişdirilməsini cəzasının yüngülləşdi rilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibi olmamış, baş verən hadisə qarşılıqlı mübahisə zəminində baş vermişdir. Ona görə də barəsndəki cinayət işinə ədalıtlə baxaraq, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona vurulmuş ziyanı könüllü olaraq ödəməsini nəzərə alaraq daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2018-ci il tarixli qərarı dəyişdirilmədə n saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Res publikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəlili Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin tərkibinin olmaması, baş verən hadisənin qarşılıqlı mübahisə zəminində baş verməsi göstərilmişdir. Birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş ifadəsində Məhkum göstərmişdir ki, E6 sakitləşib avtomobildən düşüb marketə tərəf gedərkən, R6 E6dən nə üçün kobud danışdığı barədə soruşmuş, buna görə E6 R6 mübahisə etmiş, mü bahisə zamanı R6 E6 sifətindən iki yumruq vurmuş, E6lə biilikdə avtomobildə gəlmiş tanımadığı şəxslər də o və N6la birlikdə R6lə E6i aralamaq istərkən bu zaman R9 marketdən çıxıb onlara tərəf yaxınlaşmış və E6in yaxasından tutaraq onu vurmuş, R9 barmağında olan üzük E6in sifətinə batmış, E6 də R9i vurmuşdr. Onlar E6 və R9i aralaşdırsalar da E6 sakitləşməmiş, R9 üzərinə getmiş, bir-birini yenə də yumruqla vurmuşlar. O R9i çəkib yaxınlıqda olan “Antaliya” restoranına tərəf aparmış E6 arxasınca gələrək R9i söymüş və vurmuşdur. Zərbdən R9 gözü qanamış, o, da E6in etdiyi hərkətlərdən əsəbləşib E6lə dalaşmış, onun sifətindən yumruqla vurub dodağını qanatmış və zərbədən o, yerə yıxılmıışdır. Sonra isə ayağa qalxmış və R9 yenə E6i vurmaq istəyən zaman yerdən kəsici alət götürüb bir dəfə E6in sağ ayağının bud nahiyyəsindən vurmuş, bu vaxt E6 ondan aralanaraq yolun digər trəfinə keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B8 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il qərarında şərh edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunverici liklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara v ə ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Cinayət əməlinin törədildiyi yer ünvan 3 ünvanında yerləşən “Səbət” marketin qarşısında olan ictimai yerdir. Məhkum özünün özünümüdafiə xarakterli ifadəsində göstərdikləri də onun əməllərinin qərəzli xuliqanlıq kimi qiymətləndirilməsinə əsas vermişdir. Həmin ifadələrdən göründüyü kimi münaqişə zərərçəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində deyil, onun tanışı R6in kobud hərkətləri nəticəsində ba şlanmış, həmin hərkətlərin qarşısını almaq əvəzinə Məhkum da həmin münaqişəyə qoşulmuş, ifadəsində göstərdiyi kimi ictimai yerdə əvvəl zərərçəkmiş şəxsə yumruqla, daha sonra isə kəsici alətlə xəsarətlər yetriməklə ictimai qaydanın kobud pozulmasında və cəmiyyətə açıqca hörmətsizlik edilməsində fəal iştirak etmişdir. Bu zaman Məhkum və onunla birgə münaqişədə iştirak edən şəxslər ətrafdakı şəxslər və özləri üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirilmişdir. Qarşılıqlı mübahisə zəminində başlanmış hərəkətlər sonradan ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik edilməsi nəticəsində xuliqanlığa çevrilmişd ir. Məhkum bu əməli təkcə özünün ifadəsi ilə deyil birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş və birinci instansiya məhkəməsinin ittiham hökmünü əsaslandıran sübutların məcmusu ilə tam sübut edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu hərkətlər Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş əməlin əlamətlərinə uyğun olduğundan Məhkum cinayət əməli həmin maddəyə düzgün tövsif edilmişdir. Kassasiya şikayətinin bu barədə dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində və zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsini isə CM-nin 59.1.13-cü maddəsində nəzərdə tutulmuş cəazanı yüngüllşdirən hallar kimi müəyyə n edib nəzərə alımış, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuşcəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bu halları nəzərə alaraq birinci instansiya məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin qaydalarına müvafiq olaraq daha yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki,kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci ma ddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyul 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar